Müh-1.MM analyışı,yaranma tarixi,rolu və vəzifələri. (2)
Mülki müdafiə – insanın ətraf mühütdə təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir.
O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməlidir. İnsanlarin mühafizəsinin metod və vasitələrinin yollarını, zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azalmasını araşdırmalıdır. Dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlanmalıdır.
Mülki müdafiənin müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mübarizədə xeyli artmışdır. Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES-də, dəmir yolunda, güclü təsirli zəhərli maddələrdən istifadə olunan müəssisələrdə baş verən qəzalar və tez-tez baş verən təbii fəlakətlər və s.) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır, xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndir- mək lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.