MƏzahir təHMƏzov


Məzahir Oruc oğlu Təhməzov



Yüklə 35,51 Mb.
səhifə2/47
tarix18.05.2020
ölçüsü35,51 Mb.
#31320
1   2   3   4   5   6   7   8   9   ...   47
fffff

Məzahir Oruc oğlu Təhməzov

(Qısa tərcümeyi-hal)

1958-ci ilin dekabr ayının 5-də Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olmuşdur.



  1. cı ildə Zar kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.

  2. 1979-cu illərdə Tümen Vilayətinin Nijnivortovsk şəhərində Daxili Qoşunlarda (MVD) hərbi qulluqda olmuşdur.

1982-1987-ci illərdə Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirmişdir (Qorki şəhəri, indiki Nijniy Novqorod).

1980-1991 illərdə Rusiyanın Qorki şəhərində hüquq - mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır.

1992-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında hüquqşünas işləmişdir.

11 dərəcəli hüquqşünasdır.

müəlliflə əlaqə
свизб c автором

E-mail:
mezahir5 8 @rambler.ru

Тел: +994 50 521-25-43

MƏZAHİR TƏHMƏZOV

Kəlbəcər



Ensiklopedik məlumatlar











Elmipuplisist kitab
Əlavə və dəyişikliklərlə kitabın üçüncü buraxıbşı


Bakı-2013

İSBN 978-9952-453-11-9

Elmi redaktor: Arif Məmmədov


Təhməzov Məzahir Oruc oğlu

ISBN 978-9952-453-11-9




«Kəlbəcər. Ensiklopedik məlumatlar»

Bakı, «Elm» nəşriyyatı, 2013 il, 504 səh.

tarix elmləri doktoru
professor

Kitab Azərbaycanm zəngin təbii sərvətlərə, əsrarəngiz təbiətə, iqlim şəraitinə və bir sıra üstün xüsusiyətlərə malik ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonuna həsr olunub. Bu günə kimi onun tarixi tədqiqatçılar tərəfindən tam öyrənilməmişdir.

Kitabda rayonun ərazisinin coğrafi mövqeyi, fiziki-coğrafi səciyyəsi (iqlimi, yağıntıları, su ehtiyatları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və s.) ətraflı təhlil edilmişdir.

Həmçinin, rayonun təbii sərvətləri, faydalı qazıntı yataqları, mineral suları, tarixi memarlıq abidələri haqqmda geniş məlumat verilir.

Kitaba Kəlbəcərin təbiətini əks etdirən fotoşəkillər, kəndlərin sxematik inzibati-ərazi xəritələri daxil edilmişdir.

Azərbaycan tarixinin və onomastikanın öyrənilməsində mühüm əhəmiyyət kəsb edən çox sayda toponimlərə də kitabda geniş yer ayrılmışdır.

Kitabda 1993-cü il Kəlbəcər faciəsi, onun erməni qoşunları tərəfindən işğal edilməsi haqqmda qısa məlumat verilmişdir. Erməni varvarları tərəfindən rayonun şəhər, qəsəbə və kəndlərinin, zavod və ictimai-iaşə binalarının, təhsil ocaqlarının, kurot kompleksinin, tarixi memarlıq abidələrinin talan edilib, viran qoyulmasını, yandırılıb-dağıdılmış vəziyyətə salınmasını əks etdirən fotoşəkillərə geniş yer ayrılmışdır.

Belə məzmunda yazılan ilk kitabdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İSBN 978-9952-453-11-9

655 (07)- 2013

qrifli nəşr

M. Təhməzov 2013

Azərbaycan Milli Elmlər Akademiyasının


Arxeologiya və Etnoqrafiya İnstitutunun
Elmi Şurasının 05.10.2012-ci il tarixli 9 saylı qərarı ilə çap olunur

Печатаетси no решеншо №9 от 05.10.2012 года Ученного Совета


Института Археологи и Зтнографии
НаиионалБнои Аҝадемии Науҝ Азербаиджана

Elmi məsləhətçilər:

Vaqif Gülmür ad oğlu Ramazanov - geologiya-mineralogiya elmləri

doktoru, professor Zəki Abdulla oğlu Vəliyev - geologiya-mineralogiya elmləri

namizədi, dosent

Bayram Cavad oğlu Ələsgərov - coğrafiya elmləri doktoru, professor

Rəyçilər:

Bayram Cavad oğlu Ələsgərov - coğrafiya elmləri doktoru, professor Vaqif Gülmür ad oğlu Ramazanov - geologiya-mineralogiya elmləri

doktoru, professor

Qüdrət Seyfulla oğlu İsmayılzadə - tarix elmləri doktoru, professor Qasım Əhəd oğlu Hacıyev - tarix elmləri doktoru

Автор: Мазахир Орудж оглы Тахмазов

«Келвбаджар. Зндиклопедические данные»

на азербаиджанском лзыке
İSBN 978-9952-453-11 -9 (грифное изд.) Баку, изд. Злм, 2013 год, 504с.

Резгоме

Даннал книга посвлшаена одному из древнеиших, богатых природны- ми ресурсами, хорошими климатическими условилм, волшебнои природои, обладамшии некоторыми преимушественными характеристиками краем Азербаиджана, Келвбаджарскому раиону, историл которого по сеи денв де- лостно не изучена исследователлми.

Торговыи путв «Барда-Двин» функдионировавшии в средне вековые, имегошди важное стратегическое значение длл Азербаиджана, проходил че- рез Келвбаджар по долине реки Тертер.

Келвбаджар лвллетсл самым болыпим по территории и самым богатым по природным ресурсам раионом Азербаиджана.

В книге подробно описано географическое положение, физико-геогра- фические условил, геологическое строение, климат, осадки, водные ресурсы, почвенныи и растителвныи покров, животныи мир раиона и т.д.

Даготсл данные o природных ресурсах, месторожденилх полезных ис- копаемых, минералвных водах, a также об исторических архитектурных па- млтниках, древних кулвтовых сооруженилх и археологии Келвбаджара.

В книге названы многочисленные топонимы, которые лвллмтсл ден- ными источниками длл исследованил истории Азербаиджана и изученил ономастики. Указаны названил сел и поселков, рек, озер, родников, гор, a также и высот гор.

Ha фотоснимках прекрасно проиллгострирована природа раиона. В книгу вклшчены административно-территориалвные схематические карты несколвких сел.

Кратко описана Келвбаджарскал трагедил 1993-года - об оккупадии ее армлнскими вооруженными силами. Ha фотоснимках завиксированы варвар- ские разрушенил армлнами городов, поселков, сел, здании, сооружении, за- водов, многовековых архитектурных исторических памлтников, кулвтовых сооружении, к5фортных мест и т. д. раиона.

Книга такого содержанил написана впервые.

Книга лвллетсл научно-публидистическои и рассчитана на широкии круг читателеи.

Author of the book: Mazahir Tahmazov
Name of the book: «Kalbajar. Encyclopedic information»

Summari

This book is devoted to Kalbajar one of the oldest settlements, with its rich natural resources, splended nature, climatic conditions and other superior characteristics. Researchers are continuing study of the history of the region present days.

One of the most important middle age trade passages of Azerbaijan «Barda - Dabil» was crossing along Tartar River through Kalbajar region.

Kalbajar is one of the biggest regions being one of Azerbaijan with its rich natural resources.

Geographical position of the region, physical geographical conditions (climate, fallouts, water supplies, soil, flora and fauna) were analyzed in this book, also here was given wide information about natural resources, minerals, historical monuments.

Here, the names of villages, mountains, settlements, rivers, lakes and was shown height of mountains are given. The photos reflecting nature of the region, sketchy administrative - territorial maps of villages were also included to the book.

This book also gives a large description of place-names playing important role in study of Azerbaijan history and name - study.

The author also goes through the fact of Kalbajar’s occupation by Armenian invaders, showing Armenian plunder, occupied territories, ruins of historical monuments, resort complexes, educational institutions by photographs reflecting all this mercilessness.

This book written in scientific and journalistic style has been intended for wide range of readers.

Rəy

Torpaqlarımızın beşdə bir hissəsinin, o cümlədən Kəlbəcər rayonunun ərazisinin ermənilər tərəfindən işğal olunduğu bir zamanda Kəlbəcərə həsr olunmuş hər hansı yeni məlumatları alqışlamaq lazımdır və belə məlumatlar mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, belə ensiklopedik məlumatlarm təbiət elmləri ilə məşğul olmayan hüquqşünas tərəfindən təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir.



Kitabda Kəlbəcər rayonunun ərazisinin coğrafi mövqeyi, fiziki-coğrafi şəraiti (iqlimi, yağıntıları, torpaq və bitki örtüyü və s.) ətraflı təhlil olunmuşdur. Kitabın ən dəyərli cəhəti ondan ibarətdir ki, burada mövcud olan yer adları, xüsusilə ədəbiyyatlarda bu vaxta qədər məlum olmayan, lakin yerli camaatm dilində tez-tez işlənən, bəzən də unudulmaqda olan bir sıra toponimlər müəllif tərəfindən bacarıqla bərpa olunmuşdur. Kitabda təqdim olunan digər dəyərli məlumatlardan tarixi və geoloji abidələrin göstərilməsi olduqca əhəmiyyətlidir.

Məzahir Təhməzov Kəlbəcər rayonunun tarixi salnamələrini, ermənilərə qarşı qəhrəmancasına vuruşları fotoşəkillər və faktiki materiallar əsasmda bacarıqla təqdim etmişdir.

Müəllif ədəbiyyat materialarmı bacarıqla təhlil edərək rayonun faydalı qazıntı sərvətləri, xüsusi yüksək temperaturlu və dünyada analoqu olmayan İstisu haqqmda ətraflı məlumat vermişdir.

Əsərdə həmçinin bir sıra yer adlarmm yaranma tarixi haqqında da məlumatlar verilir. Kəlbəcərə aid ensiklopedik məlumatlar kitabmda təqdim olunmuş işğaldan əvvəlki və sonrakı fotoşəkillər xüsusi əhəmiyyət daşıyır.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq kitabı təcili nəşr etdirmək vacibdir.


B.C.Ələsgərov

Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri,

coğrafiya elmləri doktoru, professor

Rəy

Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal olunduğu bir zamanda rayon haqqında belə bir mövzuda yazılan kitab fədakarlıq tələb edir. Müəllif qarşısma qoyduğu vətəndaşlıq borcunun öhdəsindən lazımınca gəlmişdir.



Kitabda Kəlbəcərin ərazisinin coğrafi mövqeyi, fiziki-coğrafi şəraiti ətraflı təhlil edilmişdir.

Dağlarm adları və yüksəklikləri göstərilmişdir.

Rayonun hər bir kəndinin toponimləri, məşhur yerlərinin, bulaqlarmm, yaylaqlarının (yurd yerlərinin) adları dəqiqliklə öyrənilib, kitaba daxil edilmişdir. Bu bölmədə əsas dəyərli cəhət ondan ibarətdir ki, bu vaxta qədər məlum olmayan, lakin yerli camaatın dilində tez-tez işlənilən və az qala unudulmaqda olan toponimlər müəllif tərəfindən bərpa edilmişdir. Hər kəndin əhalisinin sayı göstərilir.

Ədəbiyyat materialları əsasmda rayonun ərazisində olan çayların və göllərin ümumi xüsusiyyətlərinin ətraflı təhlili verilmişdir.

Kəlbəcərin ərazisində uzun illərdən bəri öyrənilmiş faydah qazıntılar (qızıl, gümüş, mis, molibden, volfram, civə, mərgümüş, xromit, mərmər oniksi və s.) və rayonun ərazisində çıxan termal sular (Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsu və s.) haqqında ətraflı məlumatlar verilir.

Tarixi memarlıq abidələri (eramızdan əvvəl 111 minilliyə aid olan qayaüstü təsvirlər, qədim alban məbədləri, qalaları) və 65-30 min il bundan əvvəl mövcud olan Zar qayaaltı yaşayış düşərgəsinin - paleolit mədəniyyətinin arxeoloji qazıntıları haqqında geniş məlumatlar təqdim edilərək, həmin abidələrin fotoşəkillərinin illüstrasiyası verilir.

Müəllif topoloji xəritələrdən sərbəst istifadə edərək kəndlərin ərazi-inzibati sxematik xəritələrini də tərtib etmişdir.

Rayonun tarixi salnamələri fotoşəkillər və faktiki materialar əsasmda bacarıqla təqdim edilir.

Təbiət elmləri ilə məşğul olmayan hüquqşünas tərəfindən rayonun ensiklopedik məlumatlarmm, ərazisinin coğrafiyasının və geologiyasının belə dərindən təhlil edilməsi təqdirəlayiqdir.

Yuxarıda deyilənləri nəzərə alaraq rəyə təqdim edilmiş bu dəyərli kitabın nəşr olunması xalqımız üçün qiymətli bir töhfə olardı.

BDU-nun Faydah qazıntılar kafedrasının professoru,

geologiya-mineralogiya elmləri doktoru V.G.Ramazanov



Rəy

Ölsəm, kəfənimdir vətənim...

Bağımda vaxtı ilə gəzdiyim yaxın-uzaq ölkələrdən, doğma yurdumun ayrı-ayrı bölgələrindən gətirdiyim müxtəlif daşlar, daş parçaları vardır. Min rəngli, min çalarlı bu daşların hər birində ötən illərimin hiss və duyğuları, sevinc və kədəri yaşadığından mən onları çox sevirəm. Lakin onların içərisində mənim üçün daha əziz olanları da çoxdur. Bunlar vətən daşlarıdır - Mildən və Muğandan, Şirvandan, Qarabağdan və Laçından, Naxçıvandan, Gəncəçay hövzəsindən, Kür və Araz çaylarının sahillərindən, Kirs və Murovdağdan, Şahdağ və Savalanın ətəklərindən, Dəlidağın qoynuna sığman Kəlbəcərdən yığdığım daşlardır. Hər biri kövrək hisslərlə dolu əbədiyyət mahnısı...

Kəlbəcər... Daşlı-qayalı diyarım mənim. Yurdumun oddan yaranan bir parçası, vətən daşı.

Mənfur düşmənin tapdağı altında qalan səngər yurd yerim. Uzun illərdən bəri xilaskar oğullarını gözləyən, intizarda qalan diyarım mənim.

Masamın üstündə Kəlbəcərdən danışan, onun sərvətlərindən söhbət açan, ağır hüznünü yaşayan bir kitab, bağımda isə onun misilsiz sərvətlərindən olan dilsiz-ağızsız daşlar vardır.

Kitabın müəllifi əslən Kəlbəcərli olan Məzahir Oruc oğlu Təhmə- zovdur. Kitab uzun illərin, ağır zəhmətin, yuxusuz gecələrin bəhrəsidir. Doğma yurdunun vurğunu olan bir insanın ürəyinin səsidir, vicdanının fəryadıdır. İyirmi ilə yaxındır ki, bu sirli-soraqlı ulu diyar düşmən əsirliy- indədir və çox güman ki, elə buna görə kitabın hər bir sətri hüznlə dolu ağıdır:

Uca, uca dağlar qaldı Gülü solmuş bağlar qaldı.

Kitabda nələr yoxdur? Kəlbəcərin qeyri-adi təbiəti və tarixi, zəngin sərvətləri, yaradıcı adamlarının qəlbləri oxşayan şeirləri, misilsiz əsərləri, xalq dühasının zəngin dastanları, həm vətəndaşlarına böyük sevgi bu kitabda istedadlı bir insanın səy və bacarığı ilə saf suyu tükənməyən bir bulağı xatırladır.

Kitabın hər bölməsi müstəqil bir əsəri xatırladır. Müəllif axtarışlarının səmərəliyini əks etdirməklə yurdumuzun bu bölməsi haqqında təsəvvürlərimizi əsaslı şəkildə genişləndirir. Kitaba əlavə olunan zəngin şəkil toplusu bizi kövrəltsə də, bir daha o ulu yerlərə aparır. O yerlərə olan sonsuz sevgimizi bir daha canlandırır. Kaş yurdumun hər bölgəsi haqqında belə kitab yazıla, hər bölgənin

Məzahir Təhməzov kimi cəfakeş, təəssüfkeş övladı olaydı.

Elə buna görə biz böyük minnətdarlıq hissi ilə bu insanın qarşısında baş əyməyimizi lazım bilirik. Ona çətin, lakin olduqca dəyərli axtarış yollarında uğurlar diləyirik.

Yuxarıda deyilənləri nəzərə alaraq rəyə təqdim edilmiş bu dəyərli kitabın nəşr olunması xalqımız üçün qiymətli bir sərvətdir.

BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müdiri,

tarix elmləri doktoru, professor Q.S.İsmayılzadə

Rəy


Rəy verdiyimiz kitab Kəlbəcərin tarixi-coğrafi ərazisinə, təbii-coğrafi şəraitinə, fiziki-coğrafi səciyyəsinə, təbii sərvətlərinə, həmçinin Ermənistan Respublikası tərəfindən işğal faktlarma həsr edilmişdir.

Kəlbəcər Azərbaycan Respublikasının rayonlarmdan, qədim insan məs- kənlərindər biridir. Kəlbəcər ərazisi ibtidai insanın təşəkkül tapması və formalaşması dövrünün dördüncü geoloji erasının əlamətlərini özündə əks etdirən böl- gələrdəndir. Dörd milyon ildən artıq bir tarixi keçmişi əks etdirən Kəlbəcər Kür- Araz, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətləri dövrünü yaşamış silsiləni təşkil edir. Kəlbəcərdə (işğala qədər) aparılan arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri burada ibtidai insan icmasının yaşayış tərzini öyrənməyə imkan verir.

Kəlbəcər ərazisində 30 min ildən çox olan qədim yaşayış izləri, 6 min il yaşı olan qayaüstü təsvirlər aşkar edilmişdir. Kəlbəcərin qayaüstü təsvirləri onun qədim yaşayış məskəni olmasını sübut etməklə bərabər, xalqımızın tarixən qədim olan maddi-mədəniyyətinin zənginliyini də təsdiq edir. 1976-cı ildə Kəlbəcər qayaüstü təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yüksək dağlıq zonada e.ə. 3-cü minilliyə aid yaşayış yeri aşkar edilmişdir ki, bu da bölgənin tarixi keçmişinin göstəricilərindən biridir. Yaşayış yerindən diametri 20 m olan iri ölçülü qaya parçalarından və çay daşlarından hörülmüş dairəvi mürəkkəb quruluşlu tikili qalığının üzə çıxarılması isə Kəlbəcərin qədim yaşayış məskəni kimi əsas xarakterindən xəbər verir. Təsvirlərin çoxu dəniz səviyyəsindən 3 min metr yüksəklikdədir. Mövzu rəngarəngliyi, süjet və bədii dəyəri ilə fərqlənən rəsmlər möhkəm bazalt qayalara döymə və kəsmə üsullar ilə həkk edilmişdir. Rəsmlərdə öküz qoşulmuş ibtidai xişla yer şumlanması, taxılın biçilməsi və döyülməsi, ov və dini mərasim səhnələri, maral, dağ keçisi, canavar, bəbir və s. təsvir edilmişdir. Kəlbəcər qaya təsvirləri dövründən asılı olmayaraq ölçü, kompozisiya və çəkilmə texnikası baxımmdan bir-birindən fərqlənir. Təsvirlərin əksəriyyəti tunc dövrünün başlanğıcma (e.ə. 3-cü minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb kompozisiyalı lövhələr yaradılmışdır.

Yaşayış yerindən e.ə. 3-cü minilliyə aid gil qab qırıqları, dən daşları, dəvə- gözü və çaxmaq daşmdan hazırlanmış bıçaqlar, ox ücluqları və s. tapılmışdır. Tapıntılar qayaüstü təsvirlərlə bir dövrdə (tunc dövrü) yaşamış yerli tayfalarm iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaradır. Həmçinin, bölgə müxtə-

lif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Ümumiyyətlə, Kəlbəcər regionunun qədim insan məskəni olan Zar mağarasından orta əsrlərin Qoşavəng (Xotavəng) monastrınadək davam edən təbii, arxeoloji və mədəniyyət abidələri Azərbaycan mədəniyyətinin inciləridir. Təsadüfi deyil ki, bu şərtlər Kəlbəcərin intensiv yaşayış məskəni olduğunu əyani göstərir.

Kəlbəcər rayonu ərazisində 7 arxeoloji, 36 memarlıq, 87 tarix abidələri, o cümlədən, Xotavəng məbədi (XIII əsr), Gəncəsər məbədi (XIII əsr) olmuşdur. Tarix muzeyindən 13 min qiymətli eksponat işğalçılar tərəfindən talan edilmişdir. Kəlbəcər 1993-cü il aprelin 2-də işğal olunmuşdur. Müharibə zamanı 500-dən çox kəlbəcərli həlak olmuşdur.

Bu kitaba Kəlbəcərin qısa ensiklopedik fiziki-coğrafi səciyyəsi, faydalı qazıntı yataqları haqqmda məlumatlar, bəzi toponimlərin izahı, Kəlbəcər təbiətini əks etdirən fotoşəkillər, kəndlərin sxematik inzibati-ərazi xəritələri daxil edilmişdir. Bütün bunlar böyük zəhmətin, zehni əməyin nəticəsində əmələ gəlmişdir.

Kitabda 1993-cü il Kəlbəcər faciəsi - onun erməni faşistləri tərəfindən işğal edilməsi haqqmda qısa məlumat verilmişdir ki, bu da müəllifin vətənpərvərlik hissindən irəli gəlmişdir.

Müəllif Kəlbəcərin toponimləmi, tarixi abidələrini şərh edərkən elmi ənənəni üstün tutmuş, xronoloji ardıcıllıqla əcdadlarımızın öz doğma dilində verdiyi adların təhlilini oxucuya çatdırmaq istəmiş və buna nail olmuşdur. Bu adlarm özünəməxsusluğunun, xüsusilə turk mənşəli olması ilə bağlı etnomədəni dəyərini saxladığını verə bilmişdir.

Müəllifin rəy verdiyimiz bu kitabmda ermənilərin ciddi-cəhdlə özlərinə məxsus olmasını sübut etmək istədikləri Kəlbəcərlə bağlı coğrafi adlarla heç bir əlaqəsi olmaması fikrini dəfələrlə vurğulaması, həmçinin erməni müəlliflərin yazdıqlarmm uydurma olduğunu açıb göstərməsi təqdirəlayiq haldır. Bununla bərabər tədqiq etdiyi obyektləri obyektiv təhlil və şərh etməsi baxımından da diqqətəlayiq iş görmüşdür.

Beləliklə, on illərlə Azərbaycan ərazilərinə, xüsusilə Qarabağa, onun Kəlbəcər kimi dilbər güşələrinə əsassız iddialar irəli sürən ermənilərin uydurmalarına cavab vermək baxımından faydalı olacağmı nəzərə alaraq, onun çap olunmasını məsləhət bilirik.




Q. Ə. Hacıyev

Azərbaycan Milli Elmləp Akademiyasının Tarix İnstitutunun «Qarabağ tarixi» şöbəsinin müdiri, tarix elmləri doktoru

1930-cu ildə rayon statusu ilə yaranıb, mərkəzi Kəlbəcər kəndi 20.01.1960-cı ildə Kəlbəcərə qəsəbə statusu verilib 24.10.1980-cı ildə Kəlbəcərə şəhər statusu verilib Ərazisi - 3054 km2

Ümumi sərhəddinin uzunluğu - 220 km Ermənistanla sərhəddinin uzunluğu - 65 km Meşə sahəsi - 32 774 ha

Əhalisi - 80512 nəfər (01.01.2013-cü ilə olan məlumat)

1 şəhər - Kəlbəcər şəhəri 1 qəsəbə - İstisu qəsəbəsi 147 - kəndi var

Həmsərhəd olan Azərbaycan rayonları - Daşkəsən, Xanlar (indiki Göygöl), Goranboy, Tərtər, Ağdam, Xocalı, Laçm

1 Su Elektrik Stansiyası - Sərsəng SES Tərtər çayı üstündə 1977-cü ildə istifadəyə verilmişdir

Hündür dağ zirvəsi - Gamış dağı (3724 m)

Kəlbəcərdən Bakıya qədər olan məsafə - 445 km Ən böyük çayı - Tərtər çayı (uzunluğu - 200km)

Tərtər çayının iri qolları - Tutxun çayı, Qaraarxac çayı (Sərkər suyu), Zəylik çayı, Alolar çayı, Lev çayı

Ən böyük gölü - Böyük Alagöl (Sarıyer yaylasmda)

Məşhur terminal bulağı - mineral İstusu

Zəngin qızıl mədənləri - Zod, Söyüdlü, Ağduzdağ, Qızılbulaq, Tutxunçay qrupu və s.

Qədim məbəd kompleksi - Xudavəng (Xotavəng) məbəd kompleksi Qırmızı Kitaba düşən əhəmiyyətli ağac növü - ayı fındığı və ya ağacvari fındıq və s.

1993-cü il işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (tibb texnikumu), 82 məktəbyanı internat, 16 uşaq bağçası, 38 günü uzadılmış qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 şəhər mərkəzi uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi, məişət xidməti kombinatı, 1 mineral su doldurma zavodu və s. fəaliyyət göstərirdi.

Giriş

Azərbaycanın yeraltı və yerüstü təbii sərvətləri ilə zəngin olan, demək olar ki, respublikanın onurğa sütunu təşkil edən bir rayonu, Kəlbəcər 1993-cü il aprel ayının 2-də erməni qoşunları tərəfindən işğal edildi. Rayonun ərazisindəki şəhər, qəsəbə və kəndlər viran edilərək, xarabaya çevrildi. Qədim tarixi abidələrimiz yer üzündən silindi. Ermənistan qoşunlarının Azərbaycanm işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqmda BMT Təhlükəsizlik Şurasmm 822, 853, 874, 884-cü qərarları bu günədək yerinə yetirilmir. Bu haqsızlığa dünya ictimaiyyəti hələ də göz yumur, konfiliktin həll edilməsində Azərbaycana qarşı ədalətsiz olaraq birtərəfli siyasət yürüdülür.

Əhalinin var-dövləti, ev əşyaları işğal edilmiş ərazilərdə qaldığından, Kəlbəcərə aid olan fotoşəkillər vaxtılə orada işləmiş geoloqlardan, rayona şəxsi və ya işgüzar məqsədlə gələn ayrı-ayrı şəxslərdən toplanmışdır.

İşğala qədər bizə bütöv, qismən də dağılmış halda gəlib çatan çox sayda qədim tarixi memarlıq abidəlri: qayaüstü təsvirlər, alban məbədləri, qalalar, körpülər işğal altmdadır. Bu gün həmin tarixi abidələrimiz ermənilər tərəfindən ya özününküləşdirilir, ya da dağıdılıb, məhv edilməklə yer üzündən silinir. Əldə olan faktiki məlumatlarla bu varvar hərəkətlərin qarşısmı almaq və dünya ictimaiyyətinə çatdırmaq günün aktual məsələlərindən biridir. Bu kitabm qələmə alınması məzh bu zərurətdən irəli gəlib.

Tədqiqatın əsas məqsədi bu günkü və gələcək nəsillərin Azərbaycanın dilbər guşələrindən biri, təbii sərvətlərlə, faydalı qazıntılarla və mineral sularla zəngin olan Kəlbəcəri unutmaqdan çəkindirmək, hər bir azərbaycanlmm harada yaşamasından və ya işləməsindən asılı olmayaraq dünya ictimayyəti qarşısında işğal olunmuş ərazilərimizin azad edilməsinin tələbini gücləndirilməsidir. Həmçinin, Kəlbəcərin Azərbaycan üçün necə siyasi və iqtisadi cəhətdən strateji əhəmiyyətə malik olmasını yada salmaqdır (üzə çıxarmaqdır).

İctimaiyyətə təqdim edilən «Kəlbəcər, ensiklopedik məlumatlar» kitabı 8 bölmədən ibarətdir.

1 -ci bölmədə müxtəlif əsrlərdə Azərbaycanm ərazi inzibati quruluşunda dəyişikliklərin edilməsi ilə əlaqədar olaraq Kəlbəcərin hansı bəylərbəyliyin, xanlığın, vilayətin, qəzanın və s. tərkibəinə bu və ya digər formada daxil olmasından bəhs edilir. İşğal altmda qalan məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, zavodların, ictimai-məişət binalarının sayı göstərilir. Kəndlərin ayrı-ayrılıqda əhalisi göstərilməklə rayonun ümumi əhalisinin sayı 2010-cu ilə olan məlumatı verilir.



  1. ci bölmədə rayonun fiziki-coğrafi şəraitinin tədqiqi verilir. Fəsildə rayonun coğrafi mövqeyi, geoloji quruluşu, relyefi, iqlimi, hidrologiyasmm əsas göstəriciləri (su ehtiyyatları - çaylar, göllər, bulaqlar və s.), torpaq örtüyü, bitki örtü-

20

yü, heyvanlar aləmi tam təfsilatı ilə öz əksini tapmışdır. Həmçinin dağların hündürlüklərini göstərən cədvəl əlavə edilmişdir.



  1. cü bölmədə rayonun təbii sərvətləri, faydalı qazıntı yataqları və mineral sularının tədqiq edilməsi, faydalı qazıntı yataqlarmm ilk dəfə kəşf edilməsi haqqında məlumat geniş surətdə verilmişdir.

  2. cü bölmədə Kəlbəcərin ərazisində geniş yayılmış toponimlərin tədqiqi verilir. Bu fəsildə kənd adları, dağ adları, hər kəndə məxsus olan yaylaq, bulaq və məşhur yer adları, bu adlarm yaranma mənşəyi geniş sürətdə təhlil edilmişdir. Həmçinin hər kəndin ərazisində olan Qışlaqlar-Binələr haqqında məlumat verilir.

  3. ci bölmədə qayaüstü təsvirlər və arxeoloji tədqiqatlar, rayonun ərazisində olan qədim alban abidələri və qalalar, körpülər haqqmda geniş məlumat verilir.

  4. cı bölmədə rayonun təsərrüfat həyatı: əkinçilik və maldarlıq haqqmda məlumat verilir.

  5. ci bölmədə Kəlbəcərin 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmasıdan bəhs edilir. Fəsildə ermənilərin rayonun ərazisində törətdikləri vəhşiliklər, əhalinin yüz illərlə yığıb-topladığı əmlakını, ev-eşiyini düşmənə qoyub,qışm qarlı-boranlı günlərində öz canlarını qurtarmaq üçün Murovdağ aşırımından necə məşəqətlə Xanlar rayonuna pənah gətirməsi ürək ağrısı ilə verilir. Fəsildə həmçinin işğal altmda olan rayonun necə bərbad hala salınması, talan edilməsi, dağıdılıb viran qoyulmasını əks etdirən fotoşəkillər öz əksini tapıb. Həmçinin düşmən ordusunun rayona hücum istiqamətini əks etdirən xəritə əlavə edilmişdir.

  6. ci bölmədə Kəlbəcər şəhərinin xəritəsi, rayonun ümumi ərazi sin in in xəritəsi, hər bir kəndin ayrı-ayrılıqda toponimləri göstərilməklə ərazilərinin sxematik xəritəsi verilir.

Bölmədə həmçinin Kəlbəcər şəhərinin, İstisuyun, kəndlərin, dağlarm, yerlərin, tarixi memarlıq abidələrinin 1993-cü il işğalından qabaq çəkilən fotoşəkilləri verilir.

Kəlbəcər dəniz səviyyəsindən 3000-3700 m hündürlükdə yerləşir. Sahəsi 3054 kv. km-dır. Bu rayon Azərbaycanm dilbər guşələrindən biri, ən sərvətli və varlı rayonudur. Ərazi təbii filiz yataqları, mineral suları, tikinti materialları, şüşə qab sənayesində istifadə olunan müxtəlif növ qum yataqları, zinət-bəzək əşyaları hazırlamaq üçün cürbəcür qiymətli daşları, sənayedə istifadə olunan müxtəlif növ boyaları, mebel sənayesinə lazım olan qiymətli ağacları ilə bol olan meşələrlə zəngindir.

1993-cü il işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (tibb texnikumu), 82 məktəbyanı internat, 16 uşaq bağçası, 38 günü uzadılmış qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi, məişət xidməti kombinatı, 2 mineral su doldurma zavodu və s. fəaliyyət göstərirdi.

Kəlbəcərin ərazisi XIX əsrdə Cavanşir qəzasının tərkibinə daxil idi. Cavanşir qəzasmm ərazisi isə X11 - X111 əsrlərdə Qarabağın dağlıq hissəsində mövcud olan Xaçın knyazlığının ərazisini əhatə edib. Xaçın knyazlığının təsis edilməsi qədim Alban dövlətinin kiçik bir ərazidə yenidən bərqərar olması demək idi. Knyazlığın ən parlaq dövrü «Alban çayı», «Albaniya ucqarlar sahibi», «Xaçın ölkəsinin knyazı» kimi məhşurlaşmış Həsən Calalın (1215-1261) dövrünə təsadüf edir. Monqollar 1220-ci ildə Albaniyaya hücum edib, knyazlığı öz tabeliyinə salırlar. Qarabağın ərazisi öz təbii şəraiti, əlverişli iqlimi, şəffaf suları, meşə örtüyü, yeraltı sərvətləri və eyni zamanda nadir otlaqları və şikargahları ilə tarixən seçilmiş diyardan biri olub. Monqol hökmdarları Qarabağın arran hissəsini özlərinin qışlağı ediblər. Yay aylarında dağlıq ərazilərdə, yaylaqlarda dincəlməyi üstün tutublar. Belə yaylaqlardan biri Qarabağ yaylasıdır. Bu yayla indiki Kəlbəcər rayonunun Taxtadüz, Qaraarxaç, Sultanheydər, Gəlinqaya və Sarıyer əraziləridir.



XIII əsrin ortalarında Hülakı xanm yürüşləri dövründə Azərbaycana bir sıra monqol-türk tayfaları gəlmiş və onların əksəriyyəti zəbt etdikləri ərazilərdə məskunlaşaraq yerli əhali ilə qaynayıb-qarışmışlar. Qarabağm ərazisi də bu proseslərdən kənardə qalmamışdır. Qarabağın əlverişli təbii şəraiti, iqlimi bir çox tayfalarm oraya can atmasma səbəb olmuşdur. Beləki, Kəlbəcərdə Damğalı və Kanqlı (Qanlıkənd) kəndləri var. Bu toponimik məlumatlar orada türk-monqol tayfalarına mənsub olan damqalı və kanqlı tayfaların məskunlaşmasını sübut edən bir amildir.

Əsrlər boyu Osmanlı imperyasının və Rusiyanm münasibətləri gərgin



22

olub və XVIII əsrin əvvəllərində də bu münasibətlər qarşıdurma vəziyyətdə davam edib. Həmin illərdə Osmanlı imperiyasının və Rusiyanın maraqları Azərbaycanda toqquşmağa başlayıb.

Avropa və Asiyanm intensiv ticarət əlaqələrini təmin edən ən qədim «ipək yolu» na nəzarət etmək məqsədi ilə Osmanlı imperiyası və Rusiya öz aralarında siyasi danışıqlar aparmaqla Səfəvilər dövlətinin ərazilərini ələ keçirmək məqsədi güdüblər. Ancaq siyasi danışıqlar heç bir nəticə verməyəndə silahlı münaqişə bu işi axıra çatdırdı. Həmin illərdə Səfəvi dövlətinin daxili çəkişmələri onun qüdrətini sarsıtdı və nəticədə 1724-cü ildə onun ərazisinin bir hissəsi Osmanlı imperiyasının, bir hissəsi isə Rusiyanın tabeçiliyinə keçdi.

Səfəvi dölətinin işğal edilmiş torpaqlarının əksəiyyəti Osmanlı imperiyasının idarəçiliyinə keçdi.

Osmanlı imperiyasının idarəçiliyinə keçən ərazilərdən biri Gəncə-Qarabağ bəylərbəyliyi idi. Şah I Təhmasibin dövründə Gəncə-Qarabağ bəylərbəyliyi- nin ərazisi əsasən Tiflisə qədər olan Kür və Araz arasmdakı ərazi təşkil edirdi. I Şah Abbasm dövründən başlayaraq Lori və Pəmbək əraziləri də bura daxil edilmişdir. Bu əyalətin Osmanlı imperiyasının idarəçiliyinə keçməsinə baxmayaraq onun ərazi-inzibati bölgüsündə heç bir dəyişiklik edilməyibdir. Kəlbəcərin ərazisi bu bəylərbəyliyə daxil olub.

Osmanlı imperiyasında 1727-ci ildə tərtib edilən «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri» nə əsasən, bu illərdə Kəlbəcər «Keştək nahiyyəsi» adı ilə bu əyalətin Gəncə livasının tərkibində olubdur. Həmin müfəssəl dəftərə görə Keştək nəhiyyəsi Gəncə-Qarabağ əyalətinin yaylağı kimi qeyd edilir.

«Müfəssəl dəftərdə» bu əyalətin əhalisinin müsəlman və qeyri-müsəlmandan (müsəlmançılığı qəbul etməyən albanlar) ibarət olması qeyd edilir.

«Müfəssəl dəftərə» əsasən Keştək nahiyəsinə 28 kənd daxil imiş. Bunlardan 7-ci məskunlaşan, 21 isə boş kəndlər olub. (28)

Məskunlaşan kəndlər:

Pircamallı, Seyid Sultan, Yarımcamallı, Dirxinək, Qazı, Daş, Kərkilər.

Boş olan kəndlər:

Şeyx Arıq, Cerebis, Deyürlər, Güllücə, Xak, Cadəvi, Tusi, Xoşaman, Əf- sunçu, Qoyunlu Mahmudlu, Şəhərəgedər, Sümə, Acıtala (başqa adı Örüşbinə), Sümə Qaraağac, Qunduzçu, Şeyxlər.

1748-ci ildə Pənahəli xan Qarabağ xanlığını yaratdıqdan sonra Kəlbəcərin ərazisi bu xanlığın tərkində olubdur.

1801 -ci ildən sonra Azərbaycan torpaqlarının Rusiyaya birləşdirilməsindən sonra xanlıqlar ləğv edilib, onun yerinə əyalətlər (Bakı, Qarabağ, Quba, Şəki, Şirvan, Lənkəran, Yelizavetopol əyalətləri) yaradılıb. Kəlbəcər 1822-ci ildə yeni yaranmış Qarabağ əyalətinin tərkibinə daxil edilib.

1840-cı ildə əyalətlər ləğv edilərək quberniyalar yaradılıbdır. Qubemiya-

larin ərazisində isə qəzalar fəaliyyət göstərib. Zaqafqaziyanın ərazisində paytaxtı Tiflis olan Gürcü-İmeretin Quberniyası və paytaxtı Şamaxı olan Kaspi (Xəzər) Vilayəti yaradıldı. Qarabağ qəzası (paytaxtı Şuşa) Kaspi Vilayətinin tərkiniə daxil oldu. Kəlbəcərin ərazisi Qarabağ qəzasının tərkində qalıb.

1846-cı ildə Gürcü-İmeretin Qubeniyası və Kaspi (Xəzər) Vilayəti ləğv edilib, 4 quberniya (Dərbənd, Kutaisi, Şamaxı və Tiflis) yaradıldı. Bu bölgüdən sonra Azərbaycanm ərazisi Tiflis, Şamaxı və Dərbənd quberniyalarına daxil edildi. Şamaxı quberniyasının tərkibində yenidən ayrı dairə kimi Car-Balakən dairəsi yaradıldı. Qəzalarm adları dəyişdirilib yeni ad qoyuldu: Şirvan qəzası - Şamaxı, Şəki qəzası - Nuxa, Talış qəzası - Lənkəran, Qarabağ qəsası - Şuşa qəzası adlandırıldı. Kəlbəcər Şuşa qəzasmm (paytaxtı Şuşa şəhəri) tərkibinə daxil oldu.

09.10.1867-ci ildə yeni Yelizavetapol quberniyası yaradıldı. Şuşa qəzası Bakı quberniyasının tərkibindən çıxarılaraq Yelizavetapol quberniyasının tərkibinə verilibdir. Kəlbəcər Şuşa qəzasının tərkibində qalır.

1870-ci ildə Yelizavetapol quberniyasının tərkibində mərkəzi Gorus şəhəri olmaqla Zəngəzur qəzası yaradılıb.

20.11.1920-ci ildə Zəngəzur qəzasmm qərb hissəsi yeni yaradılan Ermənistan respublikasmm tərkibinə verilib. Laçm Zəngəzur qəzasmm paytaxtına verilib. Kəlbəcər həmin tarixdən bu qəzanm tərkibinə daxil olub.

1921 -ci ildə Zəngəzur qəzası ləğb edilib, oun bazasmda mərkəzi Tərtər kəndi olmaqla Cavanşir qəzası yaradılıb. Kəlbəcər bu qəzanm tərkininə daxil edilibdir.

1921 -ci ildə Gəncə quberniyasının tərkibində müvəqqəti Qarabağ General Quberniyası yaradılıb. Cavanşir, Qaryaqin (Cəbrayıl) və Şuşa qəzaları Qarabağ General Qubemiyasmın tərkibinə daxil edildi. Kəlbəcərin ərazisi Cavanşir qəzasının tərkibində qaldı.

07.06.1923-cü ildə Qarabağ General Quberniyası ləğv edilib Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Cavanşir, Qaryagin, Şuşa və Qubadlı qəzalarının bir hissəsi muxtar vilayətin tərkibinə verilib.

Kəlbəcərin ərazisi 1848-ci ildə yaranan Qubadlı qəzasmm (mərkəzi Laçm) tərkibinə verilib.



  1. cu ildə qəzalar ləğv edilib, bir neçə qəzanı birləşdirib dairələr (Bakı, Gəncə, Zaqatala - Nuxa dairələri) yaradıldı.

  1. cu ildə mərkəzi Laçm olmaqla Qubadlı dairəsi yaradılıb və Kəlbəcər, Qubadlı, Lıçın, Zəngilan rayonları, habelə Cəbrayıl rayonunun qərb hissəsi bu dairəyə daxil edilib.

  1. cu ildə dairələr ləğv edilib rayonlar yaradıldı.

1930-cu ildə mərkəzi Kəlbəcər kəndi olmaqla Kəlbəcər rayonu yaradıldı.

20.01.1960-cı ildə Kəlbəcər kəndinə qəsəbə statusu verilib.

04.01.1963-cü ildə rayonlar kateqoriyasma görə kənd və sənaye rayonla-

rma bölündü. Bu bölgüyə görə bəzi rayonlar ləğv edildi. Kəlbəcər kənd kateqoriyalı rayona daxil edildi.

06.01.1965-ci ildə rayonların kənd və sənaye kateqoriyasına bölünməsi özünü doğrultmadığı üçün bu bölgü ləğv edildi və ləğv edilmiş rayonlar yenidən bərpa olundu.

24.10.1980-cı ildə Kəlbəcər rayonunun mərkəzi olan Kəlbəcər qəsəbəsinə şəhər statusu verildi.

Kəlbəcərin ərazisi əsasən dağlıq olduğundan və bütün istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdığına görə rayonun ərazisi el arasında bir neçə zonaya bölünür: 1) Yuxan zona; 2) Tutxunçay zonası; 3) Qamışlı-Ayrım (Lev) zonası; 4) Ağdaban-Çərəkdar ətrafı; 5) Kəlbəcərin şərq hissəsi - Sərsəng SES-in ətrafı.

Yuxarı zonaya rayon mərkəzindən qərbə tərəf olan ərazilər,

Qamışlı - Ayrım (Lev) zonasına rayonun şimal hissəsində yerləşən ərazilər,

Tutxunçay zonasına Tutxun çayının hövzəsində yerləşən ərazilər,

Sərsəng SES-in ətrafı zonaya Kəlbəcərin şərq hissəsində yerləşən ərazilər daxildir.

Dəlidağ - Sarıyer - Keyti istiqamətində yerləşən ərazilər çılpaq və meşə- siz dağ və düzənliklərdən (subalp çəmənliklərdən), Keştək - Ayrım - Qamışlı - Tutxunçay, Ağdaban-Çərəkdar əraziləri həm zəngin meşələr, həm də subalp dağlardan, Sərsəng SES-in ətrafı isə zəngin meşələrdən ibarətdir.

Yuxarı zonada yerləşən ərazilərə, kəndlərə getmək üçün ancaq Kəlbəcər- Hacıdünyamalılar (keçmiş Vəng), Hacıdünyamalılar-İstisu, Hacıdünyamalılar-Zar istiqamətlərində gedən avtomobil yollarmdan istifadə etmək mümkündür.

Tutxunçay zonasında yerləşən ərazilərə getmək üçün qış aylarında ancaq Tuneldən, yay aylarında isə Tunel, Comərd, Qoçdaş və Qaraçanlı istiqamətlərində olan dağ yollarından istifadə etmək olur.

Qamışlı-Ayrım (Lev) və Ağdaban-Çərəkdar zonalarma Ağdərə-Kəlbəcər istiqamətində gedən şosedən yol ayrılır.

1950-ci illərdə Tutxunçay zonasına 230 metr uzunluğunda dağaltı tunel çəkilmişdir. Bu tunel Tutxunçay zonasma gedən yeganə maşın yolu idi. Tunelin inşasına 1954-cü ildə başlanmış və 1958-ci ildə istifadəyə verilmişdir. Həmin illərdə paralel olaraq Lev çaymın sahili boyunca «Qayalar başbaşa gələn» ərazidən Yanşaq tərəfə maşın yolu çəkilmişdir. Yuxarıda adları çəkilən maşm yollarının fotoşəkilləri kitabda verilir.

İnşasına 1964-cü ildə başlanan Ağbulaq-Kəlbəcər (rayon mərkəzi) içməli su borusu 1969-cu ildə vaxtından əvvəl istismara verilmişdir.

1988-ci ildə Azərbaycan - Ermənistan münaqişəsi vaxtı kəlbəcərlilərin mühasirədə qalmaq təhlükəsi yarananda, bir nesə il Kəlbəcər rayon partiya

komitəsinin ikinci katibi vəzifəsində işləmiş Təhməz Cəfərovun təşəbbüsü və birbaşa icraçılığı (rəhbərliyi) ilə Murov dağından Xanlar (indiki Göygöl) rayonuna maşm yolu çəkilib. Həmin yol üç ay müddətinə istismara verilib. 1988- ci ilin may ayında inşasına başlanan yol həmin ilin sentyabr aymda istismara verilibdir.

Həmin yolun inşasında Gəncə şəhər Milis (Polis) İdarəsinin rəisi vəzifəsində işləmiş Zahid Dünyamalıyevin və Eldar Həsənovun, Daşkəsən rayon prokuroru Nəbi Quliyevin xüsusi köməkdarlığı olub. Nəbi Quliyev və Eldar Həsənov əslən Kəlbəcərlidirlər.

Həmin illərdə Kəlbəcər - Laçm avtomobil yolu inşa edilmişdir.

Kəlbəcərə başqa rayonlardan getmək üçün bir neçə yol mövcuddur. Onlardan bəziləri qış aylarmda işləmir. Həmin yollar dağlardan keçdiyinə görə qış aylarında qar ilə örtülür.

Ağdərədən Kəlbəcərə avtomobil yolu Tərtər çayı boyunca gedir.

Laçın istiqamətində gedən yol 1988-93-cü illərdə Azərbaycan-Ermənistan müharibəsi vaxtı, Kəlbəcər mühasirədə olarkən çəkilmişdir. Bu yol çox uzun və təhlükəlidir, Tirkeşəvənd - Oğuldərə - Laçm istiqamətində çəkilib.

Gəncə - Xanlar - Kəlbəcər avtomobil yolu Murov dağmm hündür zirvəsindən, Ömər aşırımındın keçir. Bu yol da çox təhlükəli və çətin keçiləndir. Qış aylarmda Murov dağmda 4-5 m hündürlüyündə qar olur. Əgər qarı vaxtmda kürüməsələr avtomobil yolu bağlanır.

Göyçə (Basarkeçər) tərərfdən Kəlbəcərə bir neçə istiqamətdən avtomobil yolu var: Zod-Söyüdlü-Qızıl mədəni istiqamətində, Nərimanlı-Ayrım-Dal Qı- lışlı istiqamətində və Basarkeçər-Yuxarı Şorca-Zəylik istiqamətində, Dərələyəz- Sarıyer-Zar istiqamətində, Cermuq (keçmiş Səfolar İstisuyu)-İstisu istiqamətində.

Kəlbəcər əcdadlarımızın yaşadığı qədim yaşayış məskəni olduğundan bu ərazilərdə bizim eradan əvvəl də qızıl və digər əlvan metalların istehsalı ilə məşğul olublar. Bu nəzəriyyə geologiya-mineralogiya elmləri namizədi Zaman Məmmədovun aşağıda, 1 -4 bəndlərdə verdiyi və digər məlumatlarla təsdiq edilir:


  1. Tarixi yazılı mənbələrə görə Söyüdlü-Zod qızıl mədəni qədim insanlara bizim eradan xeyli əvvəl məlum imiş. Belə ki, Yaxm Şərq, Cənubu Qafqaz, Ərəbistan yarımadası və başqa ölkələrin ərazilərində aparılan arxeoloji qazıntılar zamanı tapılan qızıl sikkələrin analizləri subut etmişdir ki, həmin sikkələrin tərkibi Söyüdlü-Zod qızıl yatağmdan çıxarılan qızılın tərkibi ilə eynidir.

  2. XVIII əsrdə yaşamış ərəb tarixçisi Yaqub Xanavi X əsrin tarixçisi Abu-Dulafa istinad edərək yazır ki, «Azərbaycanın dağları qızıl, civə, qurğuşun, gümüş, mərgümüş və mis ilə zəngindir. Arxeoloji qazıntılar nəticəsində 3200- 3300 il bundan qabaq Söyüdlü-Zod qızıl yatağmdan küllü miqdarda qızıl əşyalar tapılmışdır».

  3. Rus tarixçisi M.M.Maksimovun 1973-cü ildə verdiyi məlumata görə, Cənubu Qafqaz mis-daş və dəmir eralarmm əvvəllərində böyük metallurgiya mərkəzi olmuşdur. Qədim filiz biliciləri karxanaları, şurfları dağ qazmaları və relyefin quruluşuna əsaslanaraq çox ustalıqla keçmişlər. Qədim yeraltı qazmalarm (lağımların, mədən dəhlizlərinin) uzunluğu Zod qızıl mədəni ərazisində 150 m - ə çatır. Mədəniyyət abidələrinin tədqiqatlarma əsaslanaraq, belə bir nəticəyə gəlmək olar ki, Zod qızıl yatağının istismarı bizim eranm 111 minilliyinə təsadüf edir.

  4. Digər tərəfdən, Söyüdlü sahəsində 1975-79, 1986-92-ci illərdə Azərbaycan geoloqları tərəfindən aparılan geoloji-kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəcik toplantıları və qızıl istehsal edən alətlər: kirkirə, kirki tapıntıları onu subut edir ki, insanlar 4 -5 min il bundan əvvəl bu ərazilərdə qızıl istehsal etmişlər. Lakin görünür sonralar qəsbkarlardan gizlətmək üçün qazma işləri dayandırılmış və mədənlər çox ustalıqla ört-basdır edilmişdir.

Qızılbulaq qızıl filizi yatağında ilkin hesablamalara görə tonlarla qızul, gümüş, mis, selen, marqan və digər əlvan metallar var. Bu hesablamalar 1993-cü ilə kimi, yəni Kəlbəcərin erməni quldur qoşunlarının işğalma kimi aparılmışdır.

Zar kəndinin cənub hissəsində-Mollabayramlı və Zivel kəndlərinin arasından axan Qaraarxac çayının (Sərkər suyunun) sahilində qızıl istehsal edilən məntəqələr mövcud olubdur. Yaşlı sakinlərin söylədiklərinə görə, Zardan Təbrizə qızıl yüklü dəvə karvanları gedərmiş. Belə ki, Zar və Bəzirxana kəndlərinin ərazilərində həyətyanı sahələr qazılarkən sarı torpaqla dolu xeyli sayda balaca küpələr (saxsı qablar) tapılırdı. Yerli sakinlər bu barədə məlumatsız olduqlarından, həmin sarı torpağı tullayırdılar. 1950-60-cı illərdə Zar-Bəzirxana-Keyti-Ağ- duzdağ istiqamətində aparılan geoloji - kəşfiyyat işləri vaxtı məlum olub ki, həmin küpələrdə olan sarı torpaq tam istehsal edilməmiş qızıl imiş. Qaraarxac çayı (Sərkər suyu) sahilində olan qızıl istehsal edən məntəqələrin divar qalıqları 1993-cü ilə kimi qalırdı.

Bəzirxana kəndinin «Batqın» deyilən ərazisində (Keyti dağmda) çox sayda yer qazmaları (çalalar) var. Yaşlı sakinlərin söylədiklərinə görə, həmin yerin torpağı qazılıb dəvə karvanı ilə başqa şəhərlərə aparılırmış. Həmin ərazilər Kəlbəcərin iknci ən böyük qızıl yatağı sahələridir.

Zar kəndi tarixdə «Şəhrizər», yəni qızıl şəhəri adı ilə məşhur olub. Əf- suslar olsun ki, Azərbaycan Rusiya tərəfindən işğal ediləndən sonra Azərbaycanın ərazisində arxeoloji-elmi tədqiqatlarm aparılması qənaətbaxş olmayıb. Ona görə də Kəlbəcərin ərazisində elmi-arxeoloji tədqiqatlar, bir-iki hal istisna olmaqla aparılmayıb. Rus məmurları ancaq xalqm var-dövlətini talan edib, Moskvaya göndərməklə məşğul olublar.

Sovetlər İttifaqı zamanı 1930-1991 -ci illərdə Kəlbəcərin ərazisində qızıl,

civə, mis, xromit, molibden və başqa faydalı qazıntıların kəşfiyyatı və istehsalı prosessində yaranan kimyəvi tullantılar yerli əhaliyə ölçüyəgəlməz dərəcədə ziyan vurub.

Kəlbəcərin qədim yaşayış məskəni olmasını sübut edən yüzlərlə tarixi faktlar var.

Bəzirxanada bəzir yağı istehsal etmək üçün istifadə olunan bəzir daşları və dəyirmanın divarları 1970-ci illərə kimi qalırdı. Həmin daşlar sonralar sındırılıb divar daşı kimi istifadə edilib. Kənddəki qədim dəyirman isə 1993-cü ilə kimi qalırdı. Zar, Bəzirxana və başqa kəndlərdə evlərin himləri (özülləri) qazılarkən qədim alban qəbirləri aşkar edilirdi. Həmin qəbirlərdə insan sümükləri ilə birlikdə müxtəlif əşyalar, alətlər tapılırdı.

Bəylik kəndinin ərazisindəki abidələr tarixçilərin ehtimalına görə 14-15- ci əsrlərə aid olub. Kənd qəbirstanlığında qəbirüstü daşlar kəndin ərazisində olan qranodiorit tərkibli daşlardan düzəldilib. Qəbirstanlıqda qranit daşlardan yonulmuş at, qoç heykəlləri, sandıqlar, ayrı-ayrı üstü yazılı qədim daş abidələri 1993- cü ilə qədər qorunub saxlanılırdı.

Mollabayramlı kəndinin «Məhərrəmölən» adlanan ərazisində bulağm yanında qədim alban hərfləri ilə bəzədilmiş (yazılmış) böyük bir daş var idi. El ağsaqqallarının dediklərinə görə bura ziyarətgah yeri imiş.

Vəng kəndində bu günə kimi qorunub saxlanılmış alban məbəd kompleksi də bu ərazilərdə qədimdən məskunlaşmanın olduğuna əyani bir sübutdur.

Vəng kəndi ərazisində olan alban məbədinin divarları bir neçə qatdan ibarətdir. Divarın üst qatmda mənbəyi məlum olmayan yazılara rast gəlinir. Divarm üst qatı söküləndən sonra içəri qatm üzərində alban hərfləri ilə yazılmış sözlər və daş üzərində albanlara məxsus olan xaçlarla bəzədilmiş abidələrdən ibarət olan qalanın əsil divar qatı görünür. Divarm üst qatı diqqətlə araşdırıldıqdan sonra məlum olmuşdur ki, həmin üst qat XIX əsrin axırı, X X əsrin əvvəlində mənfur düşmənlər tərəfindən alban məbədlərinin izini itirmək üçün hörülmüşdür.

Zar kəndinin aşağı hissəsində bir neçə qədim mədən lağımları (dəhlizləri) mövcud idi.

Kəlbəcərin bəzi kəndlərinin (Zar, Bəzixana, Zəylik, Vəng və digər kəndlərin) ərazilərində torpağın altmdan qızıl sikkələrlə və daş-qaşla bəzədilmiş qızıl, zinət əşyaları ilə dolu olan küpə-dəfinələr tapılırdı. Torpağın altmdan qızıl və zinət əşyalarmm tapılması bir neçə nöqteyi-nəzərdən izah edilə bilər. Belə ki, 1980-cı illərdə Zar kəndində həyətyanı sahədən 50x100x80 sm ölçüdə tapılan daşın üzərində əski əlifba ilə bu sözlər yazılmışdır: «Hər şeydən iki elədim, ancaq arxa şələli qaçdım». Bu sözlərin mənası belədir: «Xeyli var - dövlət yığıb- topladım, ancaq həmin var-dövlətimi orada qoyub qaçdım».

Zarın şimal tərəfində Hopurluya gedən piyada el yolu ilə üzbəüz uçurumda əlçatmaz kahalar var. Həmin kahalardan insan qəbirləri (sümüklər) aşkar edi-

lirdi. Bu onu göstərir ki, həmin yerlərdə yaşayan əhali ya hər hansı bir silahlı münaqişə vaxtı öz qızıl pul və zinət əşyalarını küpələrə doldurub torpağa basdırıb, ya başqa yerlərə qaçıblar, sonralar öz evlərinə qayıda bilməyiblər, ya da kahalarda uzun müddət gizlənərək, sonda aclıqdan həlak olublar.

Digər bir ehtimala görə, əhali öz qızıl və zinət əşyalarını o dövrdə saxsı qablarda saxlayırmş. Hər hansı bir təbii fəlakət nəticəsində, əhali məhv olub, evlər uçulub dağılıb, həmin küpələr torpağın altmda qalıb. Ancaq 1-ci variant, yəni silahlı münaqişə daha çox ağlabatandır.

Belə bir faciə 1993-cü ilin aprel aymm 2-də Kəlbəcərin erməni qoşunları tərəfindən işğal edilməsi ilə təkrar olundu. Əhalinin yüz illərlə yığıb topladığı var-dövlət, ev əşyaları işğal edilmiş ərazilərdə qaldı. Adamlar ancaq qaçıb öz canlarını qurtara bildilər. Bu hadisə zamanı da ola bilsin ki, kimin qızıl və zinət əşyaları vardısa ya evlərində qalıb düşmən əlinə keçdi, ya da torpağın altında qaldı.

Xöləzək kəndində yaşayan Məmmədqulunun oğlu İsgəndərin sayəsində 1930- cu illərin sonuna yaxm Kəlbəcərin cənub-şərqində, Şaplar kəndinə baxan tərəfdə Tərtər çayının sahilində su elektrik stansiyası işə salınıb və 1946-cı ilə qədər fəaliyyət göstərib. Həmin stansiyadan çay yuxarı 200-300 m məsafədən arx ilə Tərtər çayından gələn su elektrik stansiyasının generatorunu işə salırmış. Stansiya ancaq gecələr işləyrmiş. İsgəndər kişi həmin stansiyanm baş mütəxəssisi vəzifəsində işləyibdir.

Tərtər çayı üzərində tikilmiş Sərsəng SES həm elektrik enerjisi verirdi, həm də Qarabağın və aran rayonlarının susuz düzənliklərini suvarmaq üçün istifadə edilirdi.

Rayonun ərazisi böyik olduğundan Sarıyer, Murov, Keyti və Dəlidağm otlaq sahələri yay aylarında mal-qoyunun yaylaması üçün Azərbaycanın 30-a yaxm rayonunun istifadəsinə verilirdi. Bunun əvəzində Bərdə, Salyan, İmişli və Ağcabədi rayonlarında Kəlbəcər heyvandarlarına qışlaq yerləri ayrılmışdı.

Yayın istiləri başlayanda, iyun-sentyabr ayları Azərbaycanm əksər rayonlarından çox sayda əhali yaylamaq üçün Kəlbəcərə gəlirdi. İstirahətə gələn əhalinin əsas düşərgə yerləri İstisu, Taxta düzü, Ceyran bulağı, Tutxunçay zonası və Tərtər çayı boyunca olan düzəngah sahələr idi.

Bəzi tətqiqatçıların ehtimallarına görə, 1993-cü il işğalına qədər Kəlbəcərdə əhalinin məskunlaşması təxminən 350-400 il bundan qabaq olub, yəni 16- 17-ci əsrlərə təsadüf edir.

Kəlbəcərdə bu dövrdə ilk məskunlaşanlar Zəylik kəndində Alpana, Zarda Cəfər Qoca, rayon mərkəzində (Kəlbəcərdə) isə Məmməd və Kərbəlayı Ellaz olublar.

Kəlbəcər həm də məşhur aşıq və şairlər məskənidir. Burada yaşayan əhalinin demək olar ki, böyük əksəriyyəti şeir yazmaq istedadına malikdir. Dağ-

lardan bulaq suyu süzülən kimi, kəlbəcərlilərin sinəsindən də söz bulaq suyu kimi axırdı. Kəlbəcərin el şairlərinin və aşıqlarının adlarmı saymaqla qurtaran deyil. Rayonda həmçinin hər bir sahədə çox yüksək qabiliyyətli sənətkarlar var idi.

Kəlbəcərin bəzi məşhur şair və aşıqlarından aşağıdakıları göstərmək olar:

Şairlər: Ənvər Rza, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Şücaət, Yaqub Cabbarov və Əyyub Cabbarov qardaşları, Mehdixan İbrahimov, İdris Verdiyev, Şamil Əsgərov, Dəmirçi Abbas, Mirsəyyaf Zamanlı, Adil Cəmil, Əlövsət Misir- oğlu, Məhəbbət Kəlbəcərli, Ələmdar Cabbarlı, Sönməz Ələkbər və b.

Saz aşıqları: Aşıq Bəsti (aşıq-şair), Aşıq Qurban, Aşıq Şəmşir, Aşıq Xa- lıqverdi, Qəmkeş Allahverdi (aşıq-şair), Qardaşxan Mehdiyev, Aşıq Musa, Aşıq Əhliman, Aşıq Gəncəli Babayev, Aşıq Firudin, Aşıq Ədalət Dəlidağlı,Aşıq Gəray, Aşıq İmran Başlıbelli, Aşıq Novruz, Aşıq Elburus, Aşıq Şöhrət və b.

Zurna-balaban aşıqları: Aşıq Məhər, Aşıq Bədəl, Aşıq Şavağat, Aşıq Seyfəddin, Aşıq Salman, Aşıq Sədi, Aşıq Akif, Aşıq Misirxan, Aşıq Bəybulud və b.



Musiqiçilər: Zahid Əmiraslanov, Bahadur Sadıqov, Ziyadxan Süleymanov, Natiq Ələkbərov, Binyamin Cəfərov, İlham Həmidov, Ədalət Surxay- oğlu, Firdovsi Şahbəndəyev, Sevinc Cəfərova, Baloğlan Cəfərov, Əkbər Əkbərov, Sadıq Əhmədov, İlqar Bəhmənoğlu, Natiq Cəfərov, Asif Əlişoğlu, Rəfayıl Nağıyev, Afət Sadıqova, Qəsibə Əlbəndova, Qəşəng Mamed, Babək Niftəliyev, Nazim Məmmədov, Şəfiqə Cəfərova, Kəmalə Nuriyeva və b.

  1. Kəlbəcər əhalisinin sayı

01 yanvar 2013-cü ilə olan məlumatlar


Cədvəl №1

Yaşayış məskəninin adı

Əhalinin sayı (nəfərlə)

Yaşayış məskəninin adı

Əhalinin sayı (nəfərlə)

Kəlbəcər - (şəhər)

11.058

Bəzirxana

740

İstisu - (qəsəbə)

1256

Boyaqlı

167

Abdullauşağı

406

Bozlu

566

Ağqaya

177

Böyükdüz

138

Ağyataq

92

Cəmilli

1123

Ağdaban

675

Comərd

441

Ağdaş

126

Çaykənd

639

Ağcakənd

962

Çayqovuşan

509

Alçall - Qılınclı sovetliyi

203

Çəpli

457

Alçall - Daşbulaq sovetliyi

187

Çıraq

167

Alçall - Günəşli sovetliyi

24

Çərəkdar

740

Almalıq

395

Çorman

409

Alırzalar

161

Çovdar

88

Alolar

130

Çopurlu

362

Armudlu

156

Çobankərəkməz

76

Allıkənd

204

Daşbulaq- K.Oktyabrkənd

501

Aşağı Ayrım

425

Dərəqışlaq

97

Yuxarı Ayrım

371

Dəmirçidam

900

Babaşlar

719

Əsrik

440

Başkənd

374

Fətallar

108

Bağırlı

454

Göydərə

93

Bağırsaq

443

Günəşli - (keç.Kilisəli)

665

Bağlıpəyə

390

Güneypəyə

551

Başlıbel

1814

İlyaslar

1675

Barmaq binə

79

Hacıkənd-k. Sınıq Kilisə

886

Böyür binə

184

Hacıdünyamalılar - keçmiş Vəng

157

İman binəsi

283

Həsənlər

457








Hopurlu

349

I - Milli

222

Xallanlı

377

II - Milli

573

Xöləzək

246

III - Milli

199

İstibulaq

935

Mişni

169

Kaha

53

Mollabayramlı

731

Kəndyeri

405

Mozkənd

96

Keştək

1582

Moz Qaraçanlı

174

Keçiliqaya

312

Nadirxanlı

772

Kərəmi i

332

Narınclar

505

Qasımlar - (keç. Kilsə)

454

Nəcəfalılar

551

Qamışlı

1200

Nəbilər - (k. Quşyuvası)

122

Qazıxanlı

28

Otaqlı

522

Qalaboynu

332

Otqışlaq

14

Qasım binəsi

155

Oruclu

708

Qaragüney - (Comərd sovetliyi)

222

Pirilər

49

Qaragüney - (Zülfüqarlı sovetliyi)

292

Rəhimi - (k. Aşağı Xaç)

292

Qanlıkənd

563

Sarıdaş

604

Qaraxançallı

227

Seyidlər

888

Qılınclı

1574

Soyuqbulaq

642

Dal Qılışlı

479

Susuzluq

968

Baş Qaraçanlı

179

Şaplar

803

Orta Qaraçanlı

368

Şahkərəm

139

Aşağı Qaraçanlı

79

Şeyinli

15

Quzeyçirkin

424

Aşağı Şurtan

282

Laçın

292

Orta Şurtan

194

Lev

813

Baş Şurtan

424

Məmməduşağı

84

Tatlar

336

Məmmədsəfi

514

Taxtabaşı

699

Mərcimək

362

Təkdam

154







Təkəqaya

603







Təzəkənd- (k.Alaqaya)

133

Bazarkənd




Tövlədərə

327

Çapar




Tirkeşəvənd - (Əsrik sovetliyi)

121

Çormanlı




Tirkeşəvənd

202

Çıldıran




Vəng

422

Damğalı




Yanşaq

838

Dəvədaşı




Yanşaq binə

418

Dovşanlı




Yellicə

627

Hayad




Yeni kənd

106

Həsənizi




Zar

1784

Heyvalı




Zallar

1194

Kolatağ




Zağalar

295

Qozlu




Zəylik

1669

Qozlu körpü




Zərqulu

101

Qızılqaya




Zivel

834

Mehmana




Zülfüqarlı

870

Şahmansurlu










Yayıcı










Yuxan Orataq










Zərdəxaç






















19 kənd üzrə cəmi:

9.994



















Rayon üzrə cəmi:

80.512

  1. Fiziki-coğrafi şəraiti

  1. Coğrafi mövqeyi

Kəlbəcər rayonu Azərbaycanın cənub-qərbində yerləşərək, 1923-cü ilədək Azərbaycanın ayrılmaz hissəsi olan Göyçə və Zəngəzur bölgələri (indiki Ermənistan) ilə sərhədlənir. Bu sərhədin uzunluğu 65 km-ə yaxındır. Cənub-şərqdən Azərbaycanın dilbər guşəsi olan Laçın rayonu, şimaldan Daşkəsən və Xanlar rayonları, şərqdən isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə sərhədləşir.

Rayonun ümumi sərhədlərinin uzunluğu 220-km-dir. Ermənistanla sərhədi olduqca girintili-çıxıntılıdır. Xüsusilə, Kəlbəcərin cənub-qərb hissəsi Göyçə gölü istiqamətində Ermənistnanın içərilərinə doğru daha çox uzanır.

Azərbaycanm Kəlbəcərlə qonşu olan rayonlarla sərhədləri nisbətən hamardır.


  1. Geoloji quruluşu

Kəlbəcər rayonunun ərazisinin relyefi mürəkkəb olduğu kimi, geoloji quruluşu da mürəkkəbdir. Burada ən qədim yaşlı çöküntülər alt və orta təbaşir yaşlı çöküntülər rayonun şimal - şərq bölgəsində yayılmışdır. Bu çöküntülər terriqen, karbonatlı, vulkanoqen-çökmə və tufoqen çöküntüləpdən ibarətdir. Rayonun ən şimal hissəsində üst təbaşir çöküntüləri yayılmışdır. Tərkibi dəniz mənşəli karbonatlı terriqen, vulkanoqen və vulkanoqen-çökmə süxurlardan ibarətdir.

Rayonun mərkəzi hissəsində paleoqen çöküntüləri geniş yayılmışdır. Genetik tərkibcə dəniz mənşəli terriqen və karbonatlı fasiyadan ibarətdir. Bundan başqa ayrı-ayrı məntəqələrdə dəniz çöküntüləri vulkan mənşəli süxurlarla növbələşmə əmələ gətirir. Kəlbəcərin şimal-qərbində, Şərqi Göyçə silsiləsinin şərq ətəklərində neoqen yaşlı dəniz çöküntüləri ensiz bir zolaq şəkilində yayılmışdır. Bəzən bu çöküntülər kontinental mənşəli olub, tərkibində müxtəlif ölçülü süxur parçaları yayılmışdır. Genetik tərkibcə allüvial və vulkanik mənşəlidir. Rayonun Böyük Alagöl ətrafında Şərqi Göyçə silsiləsinin cənub- qərbində vulkanik mənşəli neoqen çöküntüləri xeyli ərazini tutmuşdur.

Tərtər çayının yuxarı hissəsində, Böyük Alagöldən başlayaraq bütün suayrıcı zona xvalin-holosen yaşlı kontinental çöküntülərlə örtülüdür. Genetik tərkibcə delüvial, delüvial-prolüvial, qravitasiya çöküntüləri ilə örtülüdür. Litaloji tərkibcə gillicələrin, çınqıllı, çmqıllı-gillicəli, bəzən basdırılmış torpaq qatmdan ibarətdir.

Rayonun şimal zonasında ultraəsaslı süxurlar yer səthinə çıxır. Ultraəsası intruzivlərin nümayəndəsi serpentinitlər və serpentinitləşmiş periotitlər, dunitlər, piroksenitlərdən ibarətdir və üst təbaşirdə püskürmüş süxurlardır. Bu intruziv süxurlar ərazinin şimalında ayrı-ayrı çıxışlar formasmda müşahidə edilir.

Rayonun İstisu yaşayış məntəqəsindən cənub-şərqdə geniş ərazidə yer səthinə çıxan turş və orta tərkibli merazoy və üçüncü dövr yaşlı qranitoid intru- zivləri yayılmışdır.

Tərtərçayın yuxarı hissəsində dördüncü dövr yaşlı vulkanizm konusları müşahidə edilir ki, bunlar da ayrı-ayrı lava axmları formalaşdırmışdır.

2.3. Relyefi

Relyefi olduqca mürəkkəbdir. Rayonun şimalında Murovdağ silsiləsi yerləşir.

Murovdağ silsiləsi Kiçik Qavqazm Şahdağ silsiləsinin davamı olub, Gən- cəçayın, Kürəkçaym, Gorançaym, İncəçayın və Tərtərçayın yuxarı (suayrıcı) hissəsini əhatə edir.

Silsilənin şimal və şimal-şərq yamacı həmin çayları yuxarı qolları vasitəsilə kəskin parçalamış, bəzən də sıldırımlı yamaclardan ibarət olan relyef formaları əmələ gətirmişdir.

Kiçik Qavqazın ən yüksək zirvələrindən olan Gamış dağ (3724 m), Murovdağ (3420 m), Qoşqar dağı (3361 m), Kəpəz dağı (3065 m) Murovdağ silsiləsində yerləşir.

Struktur baxımından silsilə eyni adlı Şahdağ antiklinorisinə müvafiq gəlir. Geoloji cəhətdən vulkanoqen, vulkanoqen-çökmə, çökmə mənşəli yura, təbaşir, paleogen, neogen yaşlı çöküntülərdən təşkil olunmuşdur. Lakin ayrı-ayrı çökəkliklər və dağətəyi hissələr dördüncü dövr yaşlı kontinental çöküntüləri ilə örtülmüşdür.

Murovdağ silsiləsi asimmetrik quruluşa malik olub, cənub yamacları kəskin mailli, yamacları daha qısa məsafəyə malikdir. Şimal yamacları isə nisbətən az mailli, yamaclar daha uzun məsafəyə malikdir. Cənub yamac daha intensiv parçalanmaya məruz qalmışdır. Şimal yamacları isə bitki örtüyünün yaxşı inkişaf etməsi ilə əlaqədar olaraq zəif parçalanmışdır.

Murovdağ silsiləsinin yüksək dağlıq qurşağmda tez-tez qədim buzlaq relyef formasma rast gəlinir. Bu tip relyef formasmdan troq dərələri, karlar, sirk- lər, buzlaqların formalaşdırdığı alçaq buzlaq tirələrini göstərmək olar. Buzlaq relyef formaları ilə yanaşı silsilənin aşırımlarında düzəlmə səthləri, çılpaq qayalar, yamaclarmda isə, xüsusilə Tərtərçaym, Tutxunçaym, Levçaym və s. yüksək dağlıq hissəsində yerləşən dərələrində qravitasiya (sürüşmələr, uçqunlar, ufantılar və s.) prosesləri geniş yayılmışdır.

Murovdağ silsiləsinin çay dərələrində, həmçinin dördüncü dövrün müxtəlif əsrlərində baş vermiş vulkanizm proseslərinin formalaşdırdığı lava axınları, sütunvari ayrılmalardan ibarət olan andezitlər, bazaltların əmələ gəldiyi pilləli formaları geniş yayılmışdır.

Murovdağ silsiləsinin yamaclarında geniş yayılmış əhəng daşı və merqel süxurlarmda tez-tez klassik karst mağaralarına da təsadüf edilir ki, bunların öyrənilməsinin mühüm əhəmiyyəti vardır.

Silsilənin çay dərələrinin böyük dərinliyə malik olması, bəzən 800-1000 m-ə çatması yeni tektonik prosesləsrin aktiv olması və yüksək dağlığın daha intensiv qalxması ilə əlaqədardır.

Ümumiyyətlə Kiçik Qavqazm, o cümlədən Murovdağ silsiləsinin formalaşması 3000-3500 m-ə çatması yeni tektonik mərhələdən (30-35 milyon il əvvəl) başlamışdır.

Rayonun şimal-qərb bölgəsi qövsvari formada Şərqi Göyçəgölü silsiləsi ilə əhatə olunur. By silsilənin içərisində isə Gəmıdağ (3427 m) yerləşir. Kəlbəcərin digər məşhur silsilələrindən biri də Mıxtökən silsiləsidir. Bu silsilənin ən yüksək zirvəsi Dəlidağdır (3616 m).

Mıxtökən silsiləsinin şərqində ona bitişik Qarabağ silsiləsi yerləşmişdir. Qeyd olunan silsilələrin əksəriyyəti Ümumqafqaz istiqamətdə yerləşir. Lakin, bu silsilələrdən əlavə əks Qavqaz istiqamətdə uzanan ikinci dərəcəli çayarası silsilələr də formalaşmışdır ki, bunlarm da Kür çökəkliyi istiqamətdə tədricən yüksəklikləri azalır.

Kiçik Qavqazm şərq hissəsinin ən böyük oroqrafık elementlərindən biri Qarabağ antiklinorisidir. Qarabağ silsiləsi eyniadlı antiklinorinin orta dağlıq və yüksək dağlığın aşağı enən (çökən) hissəsini əhatə edir. Tərtər çayının sol sahilindən şimal-şərq istiqamətdə Araz çayının sol sahilinə qədər davam edir. Qabarıq tərəfi cənub-qərb istiqamətindədir.

Silsilə genetik cəhətdən qırışıq-qaymalı, tektonik-maqmatik morfostrukturdan ibarətdir. Ərazinin geoloji-geomorfoloji inkişafı, xüsusilə silsilənin suay- rıcı hissəsinin intensiv qalxması yeni tektonik mərhələdə silsilənin sərhəddi kifayət qədər yerdəyişməyə uğramışdır. Məsələn antiklinorinin bütün uzanma boyu relyefdə kifayət qədər eyni dərəcədə nəzərə çarpmır. Bəzən də silsilə antikli- nal quruluşa uyğun gəlmir.

Bununla belə silsilə struktur cəhətdən də öz hüdudundan çıxaraq, qonşu tektonik struktura daxil olur və daxili heteregen xüsusiyyətə malik olur.

Yeni tektonik mərhələdə silsilənin intensiv qalxması, həmçinin onun yamaclarının asimmetrik quruluşa malik olmasına da təsir göstərmişdir və nəticədə monoklinal quruluşa malik olmasına səbəb olmuşdur. Nəticədə silsilənin Qarabağ qırılıb-üstəgəlmə boyu Qarabağ silsiləsinin bir hissəsi Sarıbaba sinklinorisi- nin üstünə gəlmişdir.

An tiki in or in in belə səciyyəsi silsilənin asimmetrik formalaşmasma, şimal yamacm az mailli, cənub yamacm isə kəskin mailiyi olmasına və suayrıcı hissəsinin cənuba doğru yerdəyişməsinə səbəb olmuşdur. Bəzən yerdəyişmənin böyük olması nəticəsində antiklinorinin ox hissəsi silsilənin şimal qanadına qədər genişlənmişdir.

Qarabağ silsiləsinin formalaşmasmda uzununa qırılmaların mühüm rolu ilə yanaşı, eninə qırılmaların da rolu az olmamışdır. Bu uzununa və eninə qırılmalar da şaquli və horizontal yerdəyişmələrin formalaşmasma və silsilənin mürəkkəbləşməsinə səbəb olmuşdur. Belə eninə və uzununa qırılmalar hesabına silsilənin suayrıcı hissəsi dəfələrlə horst qalxmalarla mürəkkəbləşərək yəhərvari relyef formaları əmələ gətirmişdir.

Qarabağ silsiləsi bir sıra ikinci dərəcəli morfostrukturlara ayrılır. Burada bir sıra kümbəzvari qalxmalarla yanaşı intruziv kütlələr, antiklinallar və mono- klinal silsilələr və tirələr, sinklinal yaylalar formalaşmışdır. Bunlardan Xocayurd, Dovşanlı sinklinal strukturları göstərmək olar ki, bunlar da silsilənin cənub-qərb, şimal-şərq qanadlarmı təşkil edir.

Ümumiyyətlə Kəlbəcərin relyefi təkrarolunmazdır. Buradakı dik qayalarm hər biri geoloji və tarixi abidələri xatırladır. Müxtəlif geoloji dövrlərdə vulkan püskürmələrinin yaratdığı dik və sütunvari qayalar sanki insanın əlləri ilə yaradılmış tarixi abidələrdir. Tərtərçaym yuxarı hövzəsində dördüncü dövrdə püskürmüş lava örtükləri bu bölgələri füsunkar zonaya çevirmişdir.

Kəlbəcəri yelpikvari formada əhatə edən silsilələr asimmetrik quruluşa malik olub, cənub hissədə yamacları daha mailli, kəskin parçalanmış və qısa məsafədə uzanır.

Silsilələrin şimal yamaclarının mailliyi nisbətən az olub, uzanması daha genişdir. Əksər hallarda bitki örtüyü ilə örtülüdür.

Kəlbəcərin relyefini formalaşdıran silsilələr uzun geoloji dövrdən (30-35 milyon il əvvəldən) yaranmağa başlamışdır. Oliqosen əsrində Kəlbəcər dəniz altmdan yeni çıxmış və hündürlüyü 500 m-ə çatmış ada formasmda olmuşdur. Sonraki geoloji əsrlərdə Kəlbəcərin ərazisi Kiçik Qavqazla birlikdə qalxmış və ümumi yüksəklik səviyyəsinə (1500 m) qədər yüksəlmişdir.

Sarmat əsrində Kəlbəcərin ərazisi daha intensiv qalxaraq, parçalanmış və ayrı-ayrı silsilələrin bünövrəsi yaranmışdır. Pliosen-dördüncü dövrdə Kiçik Qavqazla birlikdə Kəlbəcərin ərazisinin müasir relyefi formalaşmışdır.




Dağların hündürlükləri

Dağların adı

Hündürlüyü

(m)


Dağların adı

Hündürlüyü


1. Gamış dağ

3724

29. Qırmızı dağ

3047

2. Dəlidağ

3616

30. Qonqur dağ (Cəmilli ətrafı)

3043,3

3. Koroğlu dağı

3462

31. Qumlu dağ

3036,9

4. Keyti dağı

3426

32. Qatarqaya dağı

3008,5

5. Sərçəli dağı

3413

33. Sarıbulan dağı

3006,1

6. Ağduzdağ dağı

3399

34. Sarıbulaq dağı

3005

7. Ömər dağ

3395

35. Lilpər dağı

2978

8. Böyük Hinal dağ

3367

36. Qaraqaya dağı (Dəlidağ ətrafı)

2919,3

9. Kiçik Hinal dağ

3358

37. Maral dağı

2906,3

10. Sarımsaqlı dağı (Keçəl dağ ətrafı)

3344

38. Dəmir dağ

2900

11. Murov dağı

3340

39. Dəlihəsən dağı

2883,3

12. Humay qaya dağı (Böyük Gəlinqaya d.)

3335.8

40. Susuzluq dağı

2845

13. Kalva çoban dağı

3321

41. Qonqur dağ (Tunel zonası)

2770,3

14. Mıxtökən dağı

3311

42. Bağırxan dağı

2743,7

15. Ağçınqıl dağı

3300,4

43. Keçibeliningəzi d.

2741

16. Ayıçınqılı dağı

3300

44. Teymuruçandağ

2731,0

17. Sultanheydər d.

3254

45. Uzunyal dağı

2697

18. Hinal dağ

3248,4

46. Qaraqaya dağı

2646,9

19. Qonur dağ

(Murov ətrafı)



3246

47. Qılışlı dağı

2645,9

20. Şiştəpə dağı

3239

48. Nərdivan dağı

2623

21. Ağdağ

3200

49. Ağbulan dağı

2610,8

22. Qatardaş dağı

3184

50. Sarımsaqlı dağı (Dəlidağ ətrafı)

2582

23. Alagöllər dağı

3171

51. Sarıgüney dağı

2551

24. Dəvəgözü dağı

3169

52. Qoçdaş dağı

2526

25. Təkəqaya dağı

3125,8

53. Nəcəfqulu dağı

2513

26. Ağqaya dağı

3091

54. Çalmalı dağ

2510,8

27. Dəvə dağı

3072

55 Kəmərqaya dağı

2415,4

28. Qonqur dağ (Keşdək ətrafı)

3051,8

56. Tövlədərə dağı

2407,3








dağların adı

hündürlüyü

(m)


dağların adı

hündürlüyü

(m)


57. Xocayurd dağı

2389,3

71. İldırım dağı

2242

58. Buzdux dağı

2374,7

72. Şakkar dağı

2228.8

59. Çilgəz dağı

2358,5

73. Böyük Boz dağ

2228

60. Eyvan dağı

2346

74. B. Qalaboynu dağı

2218,6

61. Tanrıyoxuşu dağı

2303,1

75. Sarı dağ

2185

62. Qızıkqayası dağı

2300,5

76. Dikdaş dağı

2184

63. Bağırlı dağı

2298

77. K. Qalaboynu dağı

2149

64.Ağqayanınbaşı d.

2286,2

78. Atdağı

2036

65. Qazançay dağı

2285

79. Qaravul dağı

2018

66. Ağbaba dağı

2276

80. Qazanuçan dağı

3141

67. Yelligədik dağı

2275,9

81. Pişikli dağı

2995,6

68. Çiçəkli dağ

2267

82. Qala dağı

1767

69. Çoban dağı

2265

83. Nadirxanlı dağı

1479

70. Laçmqaya dağı

2261














    1. Yüklə 35,51 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin