МӘАД
72
Bu çayın iki sahilində ağaclar, hər ağacın yanında gözəl
huriyyə vardı. Onlar əlində bu vaxtadək mislini
görmədiyim (qeyri-dünyəvi) qalar tutmuşdular.
Həzrət onlardan birinə yaxınlaşıb “su ver”, buyurdu:
Huriyyə qbı caydan doldurub, Həzrətə verdi. Heç vaxt
belə lətafətli, ləzzətli su içməmişdim, müşk qoxusu
verirdi. Dedim: Sənə vəda olum, bu gün görmədiklərimi
gördüm. Heç də güman etmirdim ki, belə şeylər ola bilər.
Həzrət buyurdu: Bunlar, Xudavəndin bizim şiələr üçün
hazırladığından çox azdır. İnsan dünyadan gedəndə
ruhunu bu çaya tərəf apararlarm. Onun bağlarında gəzər,
yeməlilərindən
yeyər,
içməlilərindən
içər.
Bizim
düşmənlərimiz ölən zaman isə ruhunu Bərəhut vadisinə
apararlar, həmişə onun əzabında olar, zəqqumundan ona
yedirər, həmimindən ona içirərlər. Həmin vadidən pənah
aparın Allaha!
ÖLÜM ZAMANI KÖVSƏR VƏ HƏMİM
Bu dünyada yaşadıqları zaman bərzəx Behiştini
görənlər sırasında həzrt Seyyidüş-Şühəda (əleyhissalam)
səhabələrini adını çəkə bilərik ki, Aşura günündə Həzrət
tərəfindən onlaa göstərildi. “Bihar”-ın 3-cü cildində İmam
Baqirdən nəql olunub ki, axır nəəsndə Kovsəri dadmamış
kimsə dünyadan getməz. Eləcə də, heç bir kafir
Cəhənnəm həmimini (suyunu) dadmamış ölməz.
AYӘTULLAH DӘSTĞEYB
73
BƏRƏHUT BƏRZƏX CƏHƏNNƏMİNİN
MEYDANIDIR (VƏ YA MƏZHƏRİDİR)
Dediymiz kimi, Vadiyüs-səlam xoşbəxt ruhların,
Bərəhut səhrası (otsuz, susuz çöl) çirkin ruhların zühur
məhəllidir. Aydınlıq üçün bir hədis ərz edirəm:
Bir gün bir kişi Həzrət Peyğəmbərin (səlləllahu əleyhi
və alihi və səlləm) məçlisinə daxil olub, qorxu, dəhşət
içərisində dedi: Çox təəccüblü bir şey görmüşəm! Həzrət
buyurdu ki, nə gördün? Dedi: Əyalım bərk xəstələndi.
Mənə dedilər ki, Bərəhutdakı quyudan su gətirsən,
sağalar. (Bəzi dəri xəstəlikləri həmin su ilə müalicə
olunur.) Bir tuluq və bir qab götürüb oraya getdim. Çox
dəhşətli səhra olsa da, qorxuma güc gəlib, quyunu
axtarmağa başladım. Birdən yuxarıdan nə isə zəncir
səsinə oxşarsəs verib aşağı endi. “Həlak oldum, mənə su
ver”, deyən bir kişi gördüm. Qabı su ilə doldurub ona
vermək istəyəndə, gördüm ki, bu kişinin boynundan
zəncir var. Suyu verəndə onu yuxarı çəkdilər. Mən suyu
qaba qaytaranda, o yenə gəldi və yenə də su vermək
istəyəndə yuxarı çəkildi. Üç dəfə belə oldu. Mən qabın
ağzını bağlayıb, ona su vermədim. Qorxumdan sizin
xidmətinəz gəlim ki, görəm bu nə işdir?
Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:
Bu bədbəxt (qardaşını öldürmüş Adəm oğlu) Qabildir ki,
Qiyamət gününədək həmin yerdə əzabdadır. Qiyamətdə
isə Cəhənnəm əzabına yetişər.
|