МӘАД
74
HƏZRƏT ƏLİNİN QATİLİ İBNİ MÜLCƏMİN
BƏRZƏX ƏZABI
“Nurul-əbsar” kitabında Seyyid Mömin, Əbülqasim
ibni Məhəmməddən rəvayət edir ki, dedi: Məscidül-
Həramda İbrahim (əleyhissalam)-ın məqamında bir dəstə
adamın yığışdığını gördüm. Səbəbini soruşdum, dediər
ki, bir rahib (məsihi) müsəlaman olub, Məkkəyə gəilib.
Çox qəribə bir hadisə danışır. İrəli gedib, gördüm ki, yun
paltar geymiş, başına yun papaq qoymuş cüssəli bir şeyx
oturub, danışır:
“Aralıq dənizinin kənarında sovmiə vardı. Bir gün
dərya kənarında bir kərkəs (quzğun) gördüm. Uca qayaya
qondu. Oradakı kişinin bədənindən bir parça qoçarıb,
uçdu. Sonra qayıtdı, yenə əvvəlki kimi onun bədənində
bir tikə qopardı. Dörd dəfə bu dəhşətli səhnə təkrar oldu.
Sonra həmin işi qalxıb, kamil adam oldu (parçalanmış
bədəni bütövləşdi).
Sonra quş qayıtdı, hər şey təkrarlanıd. Mən heyrətdə
idim. Gördüklərim nəydi? Bu kişi kimdi? Təəssüfləndim
ki, niyə ondan heç bir şey soruşmadım. İkinci gün hadisə
təkrarlandı.
Kişi qalxıb, bütövləşəndə sovmiədən çıxıb, kişinin
yanına qaçdım. Onu Allaha and verdim ki, sən kimsən,
dinmədi. Dedim: Səni yaradana and verirəm axı sən
kimsən? Dedi: Mülcəməm. Dedim: Bu quşla olan
əhvalatın nədir? Cavab verdi: Mən Əliyyibni Əbitalibi
öldürdüyüm üçün Allaha məni bu quş vasitəsi ilə
gördüyün əzaba düçar edib.
Sovmiəmi tərk edib, Əliyyibn Əbitalibi soraqladım.
Dedilər, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və
səlləm)-in əmioğlusu və vəsisidir. İslamı qəbul etdim və
AYӘTULLAH DӘSTĞEYB
75
Allah Evinin və Peyğəmbər (səlləllahu əleyhi və alihi və
səlləm) qəbrinin ziyarətinə gəldim.”
|