МӘАД 86 gözləri açıldı. Hadisəni danışdı, özü və başqaları üçün
ibrət oldu.
DÖRD QUŞUN YENİDƏN DİRİLMƏSİ Qurani Məciddə olan ikinci qəziyyə Həzrət İbrahim
(əleyhissalam) haqqındadır. O ərz etdi: Pərvərdigara,
qəlbimin arxayın, xatircəm olması üçün ölüləri necə
diriltdiyini görmək istəyirəm. Əmr edildi ki, dörd quş tut
(qarğa, xoruz, göyərçin və tovuz), onları öldür və tikə-tikə
doğra. Hər tikəni bir dağ başına qoy. Onları çağırdığın
zaman sür”ətlə sənə doğru gələcəklər. (“Bəqərə” 260)
Təfsirdə vardır ki, Həzrət İbrahim (əleyhissalam) quşların
başını əlində tutub, onları bir-bir çağırdı. Gördü ki, hər
birinin zərrələri ayrı-ayrılıqda birləşib öz başına doğru
tələsir. Həzrət imtahan üçün bir başı başqa bədənin
qarşısında tutsa da, yapışmadığını gördü. Bir sözlə,
tikələr birləşdi, dörd quş dirildi.
ALLAH-TAALA HƏR İŞƏ QADİRDİR Belə sual oluna bilər ki, bu qədər dəyişilmiş, çevrilmiş
zərrələr necə birləşə bilər? Bu şübhə Allahın elm və
qüdrətindən xəbərsizlik əlamətidir. Bilirik ki, Allahın elmi
hər şeyi əhatə edir və zərrələrin zərrəsi də Onun
elmindən xaric deyil. Həmçinin O, bütün işlərə qadirdir.
Artıq bir şübhəyə əsas qalmır. Bir müddət qalıb çürümüş
həşərat və vəhşilərə yem olmuş və ya çürümüş, hissələri
küləklə səpələnmiş, min bir hala düşmüş bədənin
zərrələri Allahın elmində itmir. Harada olursa olsun,
Allah bu zərrələri toplamağa qadirdir. Necə ki, Həzrət
İbrahimin tikə-tikə doğrayıb dağlara səpdiyi quşları
AYӘTULLAH DӘSTĞEYB 87 diriltdi. Çünki O, bütün zərrələrə alimdir, hətta minlərlə
növdə görünsə də. Eləcə də, qadirdir ki, onları toplayıb
savab və ya cəzaya çatdırsın. Bu ilahi qüdrətə müxtəsər
nümunələr göstəririk.