МӘАД
84
ÜÇÜNCÜ DƏFƏ DƏ CƏMLƏNMƏSİ BUYURULAR
Bu iki mərhələni görüb bildikdən sonra üçüncü dəfə
qəbirdə
çürüyüb
dağılmış
bədənin
yenidən
cəmlənəcəyinə nə üçün təəccüb etməliyik?! Əvvəlki
yaranışınızı nə üçün düşünmürsünüz? (Quran 54-cü ayə,
surə 62-ci ayə) Yə”ni, ey insan sən torpaq idin, Bizim
qüdrət əlimiz səni topladı, qida maddəsi şəklində atanın
bədənində bir hissə oldun, ikinci dəfə səni toplayıb, nütfə
şəklində
atandan
xaric
edib,
ananın
bətnində
qərarlaşdırdıq. Bu toplanıb dağılmağı dünyada görə-görə
üçüncü dəfə dünya kənarında cəmlənəcəyinə niyə
təəccüb edirsən?
DÜNYADA ÖLÜLƏRİN DİRİLMƏSİ
Öləndən sonra dirilmə hallarına çox təsadüf olunur.
Baharda təbiətə baxsanız, qurumuş, ölü ağaclar yenidən
necə canlanır? Ölü torpağın dirilməyini görmüsünüzmü?
(30-cu ayə, 23-cü ayə). Ölmüş insanın da dirildiyi
müşahidə olunub. Hədis kitablarında rastlaşırıq ki,
Həzrəti İsa (əleyhissalam), eləcə də mə”sum İmamların
(əleyhimussalam) əli ilə ölülərin dirilməsi həqiqətdir.
Quranda ölünün dirilməsinə aid iki qəziyyə zikr olunur:
Dostları ilə paylaş: