Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə52/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   48   49   50   51   52   53   54   55   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
82 
surə, 28-ci ayə). Günahsız öldürülmüş şəxs öz qatilindən 
intiqamını alacaqdır (81-ci surə, 8-ci ayə). Məzlumun və 
qətlə yetirilmişin itkisi ödənəcək, əməlisalehlərə xeyir 
işlərinin və cüz”i şər işlərinin əvəzi veriləcək ki, ədalət 
zahir olsun. 
DOĞRUÇULAR QİYAMƏTDƏN XƏBƏR VERİRLƏR 
Bəşəriyyətin ən doğruçuları, dedikləri hər birimiz üçün 
dəlil olan peyğəmbərlər Qiyamətin gəlməsini xəbər 
vermişlər, hansı dindən, hansı məzhəbdən olmasından 
asılı olmayaraq, dünyanın bütün dindarları sorğu gününə 
inanmış və inanırlar. Qurani Kərimin Allaha e”tiqaddan 
söz açan əksər ayələrinin ardınca cəza günündən söz açan 
ayələr vardır. Bütün dinlər bu e”tiqadlarda (məbədə və 
məad) birdirlər. 
Sadiq xəbər verənlər nə bir, nə on, minlərlə cəza 
gününü təsdiqləyən xəbərlər verirlər. Əqlə görə, belə 
günün varlığını hökmən qəbul etməliyik. 
ƏN YAXŞI DƏLİL OLA BİLMƏ İMKANDIR 
Əvvəldə deyildiyi kimi məad məsələsi əqlə zidd deyil. 
Əql özü də hesab apardığından Qiyamət (hesab günü) 
barədə “mümkündür” hökmünü verir. Bundan əlavə, 124 
min peyğəmbər və onların vəsilərinin xəbərləri, dəlilləri 
sağlam əql üçün kifayətdir. 
Bəzi bixəbərlər şübhə ediblər ki, necə ola bilər bir şey 
heç olsun, sonra yenidən bir şeyə çevrilsin. Əlbəttə, 
onların öz iddialarına heç bir dəlilləri yoxdur. Yox əgər 
“dəlil” gətirsələr, əvvəldə hər birinə cavab verilmişdir. 


AYӘTULLAH DӘSTĞEYB
83 
MƏADDA HEÇDƏN YARANMA YOXDUR 
Xacə Nəsirəddin Tusi rəhmətliyin dediyi kimi, məadda 
heçdən 
yaranma 
yoxdur. 
Məad 
parçalanmışların 
toplanmasıdır. Onun buyuruqlarının izahı belədir ki, 
bədən əzalardan, zərrələrdən yarandığı üçün, (ölümdən 
sonra) zərrələr bölünüb dağılır. Qiyamət günü həmin 
zərrələr Allahın qüdrəti ilə yığılır. Məad, yə”ni əzaların 
toplanması, ruhla cismin birləşməsi. Ona görə də, məad 
heçdən yaranma deyildir ki, inkar olunsun. (Əslində 
heçdən yaranmanın da inkarı düzgün deyil). 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin