TÜKLƏR VASİTƏSİ İLƏ ARTIQ MADDƏLƏRİN
İFRAZI
Bədəndə bir dənə də gərəksiz tük yoxdur. Həzrət Sadiq
(əleyhissalam) buyurmuşdur: “Bəzi cahillər deyirlər ki,
əgər bədənin bəzi yerlərində tük bitməsəydi, daha yaxşı
olardı. Bu adamlar bilmirlər ki, həmin yerlərdə rütubət və
çirk yığılır. Əgər qalıq və çirk maddələr tük surəti ilə dəf
olmasaydı, insan xəstələnərdi. Buna görə də əmr olunub
ki, tez-tez (iki həftədən bir) bu tüklər təmizlənsin.”
Beləcə, hər zərrədə min hikmət!
MİLÇƏKDƏN (“CUƏL”)–GÖZAĞRIYA DƏRMAN
Böyük təbib Calinusun milçək (cuəl növü) barədəki
e”tirazı məşhurdur. O, “bu həşəratda heç bir fayda
МӘАД
78
görmürəm, axı Allah onu niyə yaradıb?”, demişdir.
Nəhayət, bir gün Calinus çox şiddətli gözağrısına tutulur.
Bütün bildiyi dərmanları işlətsə də, faydası olmur. Bir
qoca qarı ona dərman təklif edir. Calinusun gözləri bu
dərmandan şəfa tapır, sağalır. Böyük həkim qarıdan
dərmanın tərkibini soruşduqda, mə”lum olur ki,
məhlulun tərkibində həmin milçək (cuəl) də varmış.
YARANIŞ ALƏMİ HİKMƏTSİZ OLA BİLƏRMİ?
Əgər aləmin zərrələrindən bircə zərrə də hikmətsiz
deylsə, aləmin özü hikmətsiz ola bilərmi?! Əgər bədən
üzvləri, hətta dırnaq və tüklər əbəs yerə yaranmamışsa,
insanın özü hikmətsiz yaradıla bilərmi?!
Müasir dünya alimlərinin hamısı bu fikirdədir ki,
yaranışın hikmət və səbəblərinə hələ də vara bilməmişlər.
Təqribən 30-40 il əvvəl Avropa tibb alimləri bu qərara
gəldilər ki, insan bədənində artıq bir hissə (kor bağırsaq)
mövcuddur. Hətta uzun müddət sağlam adamlar cərraha
müraciət edib, həmin üzvü kəsdirdilər. (Hətta görpə
anadan olan kimi onun kor bağırsağının kəsdirilməsi
halları ilə də təcrübədə rastlaşmışıq.) Nəhayət, bu fikri
ortaya atmış adamlar e”lan etdilər ki, sağlam adam bu işi
görməməlidir. Sən demə, kor bağırsaq (apendiks) bədən
axarlarında “şeypur” vəzifəsini daşıyırmış. Bu axarlar
çirklənib təhlükəyə mə”ruz qaldıqda gor bağırsaq insana
xəbərdarlıq edir. Son anda isə təhlükə müalicə ilə aradan
qalxır (mümkündür tibbə qaranlıq qalmış başqa hikmətlər
də vardır).
|