FƏLƏKLƏRİN YARANIŞI İNSANIN YARANIŞINDAN
DAHA MÜRƏKKƏBDİR
“Mömin” surəsi, ayə 57: “Doğrudan da, göylərin və
yerin yaradılışı insanların yaradılışından daha böyük
şeydir. Lakin insanların çoxu (bunu) bilməz.”
Görəsən, kəhkəşanları və yeri yaratmaq, hər birinin
hərəkəti üçün qanunauyğunluq qərar vermək, onları
idarə etmək mürəkkəbdir, yoxsa insanı yaratmaq?!
Əlbəttə də ki, fələklərin yaranışı! Yaxşı bəs bütün
bunların Xaliqi insanı ikinci dəfə yarada bilməzmi?! Onun
AYӘTULLAH DӘSTĞEYB
89
əməllərindən sorğu edə bilməzmi?! (36-cı surə, 87-ci ayə)
Əlbəttə ki, istəyini edə bilər və Qiyamətin qurulmasını
buyurar. Vahid bir anda hamının dirilməsi Onun
iradəsinə bağlıdır.
HƏTTA EHTİMAL OLUNAN ZİYANI DƏF ETMƏK
VACİBDİR
Əgər qarşıda bir zərər, xətər ehtimalı vardırsa, əqlimiz
hökm edir ki, çarə axtaraq. Məsələn, bir səhradan ötəndə
ehtimal var ki, bizi canavar parçalasın və ya oğru
mallarımızı aparsın. Diqqətimiz bir zərərə yönəlir ki,
yəqin deyil, yalnız ehtimaldır. Bununla belə, əql hökm
edir ki, bu yolla getmək olmaz. Zərərlər bir-birlərindən
fərqlidir. Məsələn, insan ayağın çalaya düşməsi, daşa
dəyməsi ehtimalına o qədər də fikir vermir. Amma bir var
dərəyə düşmək, bir də var Cəhənnəm dərəsinə
yuvarlanmaq. Zərər böyükdürsə, ciddi ehtimal qurtuluş
üçün kafidir.
ALİMLƏRİN EHTİMALINA E”TİNA OLUNMALIDIR
Əgər bir uşaq sizə desə ki, paltarınızda əqrəb var,
boynunuza qalxır, ona nə deyərsiniz? Deyərsinizmi ki,
sən uşaqsan, başa düşmürsən, sənin sözün etibarsızdır?
Yox, heç vaxt! Zərər mühüm olduğundan (saman çöpü
deyil, əqrəbdir!) dərhal paltarınızı çıxarar, əqrəbi
axtararsınız. Hansı ki, əqrəbin olmasına yəqinliyiniz
yoxdur, güman da etmirdiniz, təkcə ehtimalınız vardı.
Amma əqliniz bu ehtimala etina etdi.
Məsələn, səfərə çıxmaq istəyirsiniz. Bir adam deyir ki,
yolda su tapılmır. Əqlə görə ehtiyatın şərti budur ki,
|