Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə58/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   54   55   56   57   58   59   60   61   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
90 
özünüz ilə bir kuzə su götürəsiniz. Əgər yolda su olarsa, 
kuzəni boşaltmaqla heç bir ziyan çəkməzsiniz. Yox, su 
olmazsa, kuzənin suyu ilə susuzluğunuzu yatırarsınız. 
BÜTÜN PEYĞƏMBƏRLƏR XƏBƏRDARLIQ 
ETMİŞLƏR 
Yüz iyirmi dörd min peyğəmbər gəlmiş, hamısı bir 
dildən böyük bir xətəri elan etmişlər ki, ey insanlar, bütün 
əməlləriniz, danışıqlarınız, əqidələriniz qeyd olunur, hər 
bir əməlinizi iki mə”mur mələk yadda saxlayır (50-ci surə, 
17-ci ayə). Tutaq ki, Qiyamət gününə yəqinliyiniz
gümanınız yoxdur, əgər ağlınız olsa, sizə hökm edər ki, 
ehtiyatlı olun. 
Heç olmazsa, ehtimal verin ki, qarşıda Qiyamət günü 
ola bilər. Bir-birinizi incitməyin, zülm etməyin, kimsənin 
abır-həyasını aparmayın. 
Dediklərimizin haşiyəsində istəyirəm ki, bir moizə də 
olsun. Söhbətimizin təsdiqi üçün məada əqli dəlillər də 
gətirək. 
MƏADI İNKAR EDƏN ZINDIĞA İMAM SADİQİN 
BUYURDUĞU 
“Üsuli-Kafi”də nəql olunur ki, Həzrət İmam Sadiq 
(əleyhissalam) İbni Əbül Ücaiyə buyurdu: “Əgər həqiqət 
dindarların dediyidirsə, (və şəksiz də həqiqət onların 
dedikləridir) onlar rahat, sizsə həlak oldunuz; və əgər 
sizin dedikləriniz həqiqətdirsə, (və şəksiz ki, bu belə 
deyildir) bu halda siz və onlar bərabərsiniz.” İbni Əbil 
Ücai dedi: “Məgər onların dedikləri bizim dediklərimizlə 
eyni deyildirmi?” İmam (əleyhissalam) buyurdu: “Necə 


AYӘTULLAH DӘSTĞEYB
91 
bir, eyni ola bilər ki, onlar məada, məadın savab və 
cəzasına, göylərin və yerin abadlığına, bütün bunların 
Allah tərəfindən yaradıldığına inanırlar, sizsə göylərin 
varlığını, Allahın yoxluğunu iddia edirsiniz!? 
Göründüyü kimi bu hədisdə İmam (əleyhissalam) 
Yaradanın sübutu üçün ehtiyatı dəlil buyurub. Bu bizim 
üçün ən aşağı (minimum) dəlildir. Əslində cəza gününə 
yəqinlik olmalıdır və tərəddüd, şəkk, hətta güman da kafi 
deyil. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin