МӘАД
92
dirilər ölər. Ölənlər üçün ikinci nə”rə çəkiləndə onlar da
qalxıb səf çəkərlər, göylər yarılar, dağlar yerindən qopub
səpələnər, ruhu olanların köksü parçalanar. İnsanlar
günahlarını yada salıb özlərini düşünər, bir Allah
istədiklərindən savayı... hardasan ey Əmr!
Xülasə, Həzrət, Əmrin bədəninə lərzə düşənədək
danışdı. Əmr dedi:-Qarşıdakı o gün üçün nə etməliyəm?
Həzrət buyurdu:-De “La ilahə illəllah.”
Elə o məclisdəcə Əmr və onun tayfası İslamı qəbul
etdilər.
YANAR TOPAQ KAFİRLƏRİN AYAĞI ALTDA
Həmin gün insan öz ətrafında vəhşət görər. Yerin
vəziyyəti büsbütün dəyişər. Əvvəlcədən dediyimiz kimi,
Qiyamətin yeri, torpağı şüurludur, canlıdır. O, möminin
ayaqları altda aram, ağ, parlaq, kafirin ayaqları altında isə
bir parça yandırıcı oddur.
Bir ağac, bir dağ, bir daldalanacaq gözə dəyməz. Hamı
bir-birini görər. Hamı bəşər də olsa, şəkilləri dəyişər.
Dünyada hamı bir şəkildədir, amma Qiyamətdə əməl və
əqidəyə görə şəkillər müxtəlif olar.
Dostları ilə paylaş: