МӘАД
88
(Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in dili
ilə.) Birinci dəfə yaratdığı kimi yenə də dirildər. O hər
yaranışa alimdir. Əvvvəl heç idin, indi isə bir şeysən
(çürümüş
sümüksən).
Möminin
bədən
zərrələri
başqalarından qızıl tək üstündür. Yağış yağanda torpağı
yuyar və torpağın altındakı qızıl parıldar. Bəli, hər kəsin
bədən üzvlərinin toplanması səhv ola bilməz.
ALLAH ELMİNDƏ SƏHVƏ YOL YOXDUR
İbrahim (əleyhissalam)-ın qəziyyəsində nəql edildi ki,
qarğa, xoruz, göyərçin və tovuzu tutub, başlarını kəsdi.
Bədənlərini doğrayıb, tam qarışdırdı. Rəvayətə görə, 17
yerə bölüb dağın 17 yerində qoydu. Göyərçinin başını
əlinə götürüb, çağırdı. Göyərçinin tikələri hər yerdən
cəmlənib, başına yapışdı. O biri quşları da səsləyəndə
eyni iş təkrar oldu. İbrahim (əleyhissalam) xoruzun başını
tovuzun bədəni qarşısında tutanda isə bədən başa
yapışmadı. Məqsədim budur ki, ilahi elmdə səhvə yol
yoxdur.
Dostları ilə paylaş: