Number (Ədəd)
Number (Ədəd / Число) qrupu xanalardakı ədədlərin əksolunma formatı və onların mərtəbə qiymətlərinin nizamlanması üçün istifadə edilir;
Elektron cədvəl xanalarına müxtəlif tipli verilənlər daxil etmək olar- ədəd, mətn, tarix və s. Lakin bunların düzgün emalı üçün xanalara müəyyən format verilməlidir. Xanalarda ədədlər müxtəlif formatlarda əks oluna bilir. Lakin susmaya görə elektron cədvəl xanalarında yalnız ümumi format quraşdırılmış olur. Elə ona görə də cədvəl xanalarına hər an istənilən tip verilənləri - ədəd, mətn, düstur və s. daxil etmək olur. Yəni bu verilənlər daxil edilən kimi proqram tərəfindən tanınır və qəbul edilir. Bununla yanaşı bir sıra hallarda ədədlər cədvəl xanalarına daxil edilərkən Excel proqramı onların formatını avtomatik dəyişir. Məsələn:
Cədvəl xanasına daxil edilən ədəd vergüldən sonra yazıldıqda bunu Excel proqramı onluq kəsr kimi qəbul edir və həmin ədəd xanada onluq kəsr şəklində əks olunur;
Ədəd xanaya nöqtə (defis, çəp xət) ilə daxil edildikdə Excel proqramı onu çevirərək tarix formatında əks etdirir;
Ədədlər xanaya qoşa nöqtə ilə daxil edildikdə, onlar avtomatik olaraq zaman (vaxt) formatında əks olunur və s.
Xanaya daxil edilən ədədin formatını yalnız onu xüsusi qaydada yazmaqla deyil, həm də Home (Ev) panelinin Number (Ədəd) qrupundakı elementlərlə dəyişmək olar (şəkil 2.16). Number (Ədəd) qrupunun elementləri cədvəl xanalarına daxil edilən ədədləri müxtəlif formatlarda göstərməyə imkan verir. Bu qrupun General (Ümumi / Общий) sətrində açılan siyahıda xanalardakı verilənlərin
mümkün görünüş formatları yerləşir (şəkil 2.17). İstənilən xananı seçərək bu siyahıdan zəruri format elementini tətbiq etmək olar. O cümlədən:
|