FONT və ALİGNMENT
qısaca baxaq.
- açılan şriftlər siyahısıdır. Bu siyahı cədvəldə seçilmiş mətn fraqmenti və ya seçilmiş xanaların şriftlərini təyin etmək üçündür.
- açılan ölçülər siyahısıdır. Bu siyahı elektron cədvəldə seçilmiş mətn fraqmentinin və ya seçilmiş xanaların şriftlərinin ölçüsünü təyin etmək üçündür.
- elektron cədvəldə seçilmiş mətn fraqmentinin və ya seçilmiş xanaların şriftlərinin ölçüsünü artırmaq və azaltmaq üçün istifadə edilir.
- qalın, çəp (kursiv), altıxətli düymələri imkan verir ki, elektron cədvəldə seçilmiş mətn fraqmenti və ya seçilmiş xanaların məzmunu müvafiq olaraq qalın, çəp (kursivlə) və ya altıxətli şəkildə formatlaşdırılsın.
- sərhədlər düyməsidir. Bu düymə bilavəsitə cədvəllərlə işləmək üçün nəzərdə tutulur. Belə ki, bu düymə ayrı-ayrı xanaların və ya xanalar qrupunun, eləcə də elektron vərəqin müəyyən seçilmiş hissəsinin sərhədlərini
qurmaq üçün nəzərdə tutulur.
- rənglə doldurmaq düyməsidir. Bu düymə ayrı-ayrı xanaların və ya seçilmiş xanalar qrupunun rənglə doldurulması üçün istifadə edilir.
- şrift rəngləri düyməsidir. Bu düymə elektron cədvəldə seçilmiş xanalar qrupunun və ya seçilmiş mətn fraqmentinin şriftinin rəngini dəyişmək üçündür.
|