IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
340
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Analysis for frameworks makes obviously that to find an integrated framework are built on
GRAAL. In the IEAF are merged the two infrastructure layers for simplicity. Many EAFs, like RM
ODP or the Four-Domain architecture do not have a distinction between the two on their highest level
of abstraction. This serves to integrate such frameworks more easily. The GRAAL framework divides
an organization and its IT into a number of layers. In this layers each layer contains entities providing
services to entities in the layers above it.
ANALYSIS OF PROCESSES IN HUMAN RESOURCES MANAGEMENT
Afet MIKAYILOVA
Qafqaz University
amikayilova@std.qu.edu.az
AZERBAIJAN
The Management Information System is a collection of services, processes and software to
perform different business activities at different levels in the companies. Many companies have divide
MIS departments that are affected in maintaining records, performing transactions, report generations
of the necessary data that will be provided to the different levels of the management.
Human Resource Management is a capacity in associations intended to expand worker
execution in administration of a business' key goals. Human Resource Management included these
processes:
Human Resource Planning
Compensation and Benefits
Performance Management
Employee Relations
Human Resource Planning is for the most part, we consider Human Resource Planning as the
procedure of individuals determining. Right however deficient, it additionally includes the procedures
of Evaluation and Promotion. Human Resource Planning process consist of following processes:
Recruitment: It objectives allure candidates which match a specific job measure.
Selection: The following level of processes. Goals for short posting applicants who are the
closest match in wording capabilities, ability and opportunity for a specific employment.
Hiring: Choosing the last competitor who obtains the work.
Training and Development: These procedures that work on a worker locally accessible for
his aptitudes and limits upgradation.
Compensation and Benefits the direction on worker compensation and benefits strategy
making.
Performance Management to support company grow, motivate and remunerate employees,
this process is also consider to provide which organizational objectives met by effectiveness.
Performance Management incorporates the representatives as well as be for a branch, item,
administration or user process; all towards improving or increasing the value of them.
Employee Relations worker maintenance is an irritation with associations particularly in
commercial ventures that are countless competitive environmental in business nature. In spite of the
fact that there are heap calculates that persuade a person to leave the company, yet surely few are
under our observation.
The purpose of this thesis is to investigate the relationship between human resources in the
organization and information systems. Following table has shown extracting differences between
business processes of HR and HRIS.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
341
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Business process in HRM
HR
HRIS
Recruitment
Paper essence and Paper postings.
Situation fields in month. Scanty by
geographical challenges.
Electronic essence and internet posting.
Situation fields in weeks or days. Unlimited
method to global candidates.
Selection
Cost focused at attraction
Manual review of essence FTP procedure
Cost focused at selection Electron review of
essence (scanning) Some distance
interviewing
Performance evaluation
Supervisor evaluation
Face to face appraisal
Full evaluation Appraisal software (online
and difficult-copy)
Compensation and benefits
Time spent on paperwork
Emphasis on salaries and compensation
Emphasis on internal equity
Changes made by HR
Time spent on assessing market salaries
Emphasis on ownership & quality of life
Emphasis on external equity
Modifies made by employee on line
Training and development
Standardized training in organizations’
offices Improvement procedures is HR
driven
Flexible online training
Development procedures is workers driven
There is a statistically essence relationship between human resources information systems and
business processes’ needs in organizational firms. Where the system is determine business processes
needs at the levels, and assess to define processes demands in the organizations in the short term. But
it does not help to define organizations processes demands in the long term, and does not help to
determine individual needs.
AVİASİYA SƏRNİŞİN DAŞIMALARININ ZAMAN SIRALARININ
TƏDQİQİNDƏ RİYAZİ STATİSTİKANIN TƏTBİQİ
Ülkər BƏKİROVA
Milli Aviasiya Akademiyası
ulker.b_va@mail.ru
AZƏRBAYCAN
Aviasiya sərnişin daşımaları zaman sıralarının qeyri-stasionar stoxastik zaman sıraları kimi
tədqiqi təkcə nəzəri deyil, həm də praktiki əhəmiyyətə malikdir. Bu ilk növbədə sərnişin daşımaları
ilə məşğul olan müəssisələrin maliyyə vəziyyətinin bilavasitə daşımalardan asılı olması, digər tərəfdən
daşımaların müəssisədən deyil, sərnişinlərin istəyindən asılı olması ilə izah edilir. Sərnişin tələbatının
məlum olmadığı və hər bir anda vəziyyətin əvvəlki vəziyyətlərdən az asılı olduğu belə qeyri-
müəyyənlik şəraitində zaman sıralarının tədqiqi həm elmi, həm də praktiki cəhətdən aktualdır.
Əksər tədqiqatçılar müxtəlif proseslərin modellərinin qurulmasında birqiymətli olaraq reqres-
siya analizinə üstünlük verirlər. Bu ilk növbədə reqressiya metodunun digər metodlara nisbətən sadə
statistik hesabatlar tələb etməsidir. Digər tərəfdən reqressiya tənlikləri real nəticələri bilavasitə ifadə
etdiyindən nəticələrin şərhi sadə mühakimələr ilə mümkün olur. Lakin reqressiya modeli qurulmazdan
əvvəl zaman sıraları riyazi statistikanın tələblərinə uyğun olaraq tədqiq edilməlidir. İlk növbədə
dəyişmə qanunauyğunluqlarını müəyyən etmək üçün ilkin zaman sırasından intervallı variasiya
sıraları qurulmalıdır. Bu, xüsusilə qeyri-sabit daxili dəyişmələrlə xarakterizə olunan sərnişin daşı-
maları zaman sıralarının tədqiqində zəruridir. İntervallı variasiya sıraları qurmaq üçün ilkin hazırlıqlar
aparılmalı və aşağıdakı kimi qruplaşdırılmalıdır:
-Variasiya sırası özünün minimal qiymətindən maksimal qiymətinə qədər bərabər intervallara
malik siniflərə bölünür;
-Hər bir konkret variantın bu siniflər üzrə paylanması müəyyən edilir. Bu halda r tezliyi artıq
konkret qiymətə malik varianta deyil, müəyyən intervala malik sinfə aid olur;
-Siniflərin sayı konkret tədqiqat məsələsindən və toplanmış təcrübi materialın xarakterindən
asılı olaraq müəyyən edilir.
Sinfin intervalının uzunluğu həm paylanmanın xarakterinə, həm də variasiya sırasının ədədi
xarakteristikalarının dəyiqliyinə böyük təsir edir. Kiçik intervallarda dəqiqlik artsa da, göstəricinin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
342
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
paylanma qanunauyğunluğu əhəmiyyətli dərəcədə dəyişir. Böyük intervallarda sinifdaxili variasiya
artır və bu öz növbəsində həm dəqiqliyin azalmasına, həm də göstəricilərin paylanma
qanunauyğunluğunun dəyişməsinə səbəb olur. Məhz bu səbəbdən müxtəlif tədqiqatçılar siniflərin
intervallarının uzunluğunun müəyyən edilməsi üçün müxtəlif meyarlar təklif etmişlər. Məsələn,
Sterjes tərəfindən verilmiş meyar aşağıdakı kimidir:
n
lg
32
.
3
1
x
x
i
min
max
(1)
Burada
x
min
-variasiya sırasında ən kiçik element,
x
max
-variasiyasırasındaənböyükelement,
lg-10 əsaslı loqarifmik funksiyadır.
i - kəmiyyətinin qiyməti ilkin verilənlərin tərtibində götürülür.
K. Bruksvə N. Baruzers intervalların uzunluğunun K
5lg(n) şərtini ödədiyini nəzərə alaraq
Sterjes düsturunu aşağıdakı kimi vermişlər:
n
lg
5
x
x
i
min
max
(2)
Qeyd edək ki,
min
max
x
x
R
(3)
kəmiyyətiri yazi statistikada meyl adlanır. Nəzəri tezlik aşağıdakı kimi hesablanır:
t
f
ni
p
(4)
Burada
n-emprik variasiya sırasında elementlərin sayı
i-variasiya sırasında intervalın uzunluğu
-variasiya sırasının seçmə orta kvadratik meylidir
f( t)- normallaşdırılmış meyl funksiyasıdır.
Bu funksiyanın qiyməti ya cədvəldən götürülür, yaxud da aşağıdakı kimi hesablanır:
2
t
2
e
2
1
t
f
(5)
Praktiki hesabatlarzamanı t-nin qiyməti, hər bir variantın orta qiymətdən fərqinin seçmə orta
kvadratik meylə nisbəti
x
x
t
(6)
kimi hesablanır.
Təcrübi ölçmələr vasitəsi ilə hesablanmış (4) tezliklə nəzəri tədqiqatlarda qəbul edilən tezlik-
lərin bir-birinə uyğun olmalarının statistik qiymətləndirilməsi üçün X
2
(xi-kvadrat) meyarından istifadə
etmək olar. Əgər ölçmələrin nəticələri normal paylama qanununa malikdirsə, onda zaman sırasının
reqressiya modelləri qurula bilər. Bu halda ölçmələrin nəticələrini modelləşdirdikdə funksional asılılı-
ğın yüksək tərtibli çoxhədlilər şəklində axtarılması, həm dəqiqlik nöqteyi-nəzərindən, həm də hesabla-
manın çətinliyi səbəbindən əlverişli deyil. Çox hallarda çoxhədlinin dərəcəsinin yüksəldilməsi gözlə-
nilən nəticəni vermədiyindən, funksional asılılıq digər üsullarla axtarılır. Belə üsullardan biri də ası-
lılığın Çebışev çoxhədliləri vasitəsilə axtarılmasıdır. Qeyd edək ki, Çebışev çoxhədliləri eyni dərəcəli
çoxhədlilər içərisində ölçmələri ən optimal approksimasiya edən çoxhədlidir. Başqa sozlə desək, eyni
dərəcəli çoxhədlilərdən Çebışev çoxhədlisi ilkin verilənləri ən az səhvlə ifadə edir. Bəzi hallarda
ölçmələrin nəticələrini modelləşdirdikdə funksional asılılığı triqonometrik çoxhədlilər şəklində də
vermək olur.
Qeyd edilən statistik tədqiq üsulu aviasiya sərnişin daşımalarının proqnoz modellərinin qurul-
masında və uyğun proqram təminatının yaradılmasında istifadə edilir. Bu istiqamətdə tədqiqat işləri
davam etdirilir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
343
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCANDA ELEKTRON UNİVERSİTET ZƏRURƏTİ
Hüseyn QASIMOV
Naxçıvan Dövlət Universiteti
hqasimov@gmail.com
AZƏRBAYCAN
E-universitet anlayışı faktiki olaraq onlayn və distant təhsil formalarının yeni mərhələsini təq-
dim edir.
Sukhothai Thammathirat Açıq Universitetinin fəxri doktoru professor Patamaporn Yenbamrung
“İnkişaf etməkdə olan Elektron Universitet: iyirmi birinci əsrdə Distant Təhsil” əsərində göstərir ki,
elektron universitet termin kimi çox yayılsa da, elmi ədəbiyyatlarda haqqında çox da dəqiq fikirlər
olmayan nisbətən yeni bir məfhumdur. Bu termin 1980-ci illərin sonlarında ABŞ Təhsil Departamen-
tinin Təhsil Resursları İnformasiya Mərkəzinin (bundan sonra ERİC. ERİC - Education Resources
Information Center) verilənlər bazasının onlayn versiyasının identifikatoru kimi istifadə edilmişdir.
Güman ki, elektron universitet ideyası da ilk dəfə əsasən ABŞ – da 1980 – ci illərin ortalarında bir çox
universitet və kolleclərin öz təhsil xidmətlərində İKT – dən istifadə etməsilə başlamışdır.
Elm və Texnologiya Ali Universitetinin professoru Valeri Platonov “Təhsildə İnformasiya
Texnologiyaları” konfransında yayımladığı “Elektron universitetin fəaliyyət konsepsiyası haqqında”
məqaləsində elektron universitet anlayışını, onun yaranma zərurətini, missiyalarını və məqsəd və
vəzifələrini belə ifadə edir.
Elektron universitet potensial sifarişçilərin – tələbələrin nisbətən çevik və qənaətcil təhsil
probleminin həlli üçün nəzərdə tutlmuşdur.
Elektron universitetin yaranma zərurəti – kadr hazırlığında keyfiyyətin artırılması üçün ömür
boyu təhsil tələbi, ali təhsil bazarında artan rəqabət, demoqrafik tənəzzül, büdcə və qeyri büdcə
maliyyələşməsi rəqabətinin artması amilləridir.
Platonova görə elektron universitetin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:
Elektron təhsil mühitində cəmiyyətin intellektual potensialının realizasiyası prosesində layihə
iştirakçılarının maraqlarını maksimum təmin edən biznes texnologiyası yaratmaq
Elektron universitet dünya təhsil bazarında yüksək paya sahib olmaq üçün konkret fəaliyyət
konsepsiyası qəbul etməlidir.
Elektron universitetdə təhsil keyfiyyəti oflayn universitetin təhsil keyfiyyətindən geri
qalmamalıdır.
Elektron universitetin yüksək keyfiyyətli brendi olmalı, onun diplomu beynəlxalq səviyyədə
məzunlarının bilik və bacarıqlarının sertifikatı olaraq tanınmalıdır.
Bəzi müəlliflər isə elektron universiteti “ elektron biliklər bankı” adlandırır və onun idarəetmə
prinsipini bir neçə səviyyəyə ayırırlar:
Birinci idarəetmə səviyyəsi “elektron universitetin idarəedilməsi” adlanır. Bu səviyyə
İxtisasların idarə olunması (Bura kurs siyahıları üzrə ixtisas siyahılarının, ixtisaslar və
ixtisaslaşmalar üzrə tədris və tədris-təcrübə planlarının, imtahan sesiyası və imtahan planlarının tərtib
olunması aid edilir.);
Tələbələrin qeydiyyatı, tədris qruplarının formalaşdırılması və ixtisas üzrə qrupların idarə
olunması, tələbələrin şəxsi kartlarının hazırlanması sistemlərindən ibarətdir.
İkinci idarəetmə səviyyəsi ixtisasların idarə edilməsi adlanır və
ixtisaslar üzrə müəllim kollektivinin formalaşdırılması (Bu kollektiv tədris planına uyğun
dərsləri tələbələdən uzaqda olmaqla tədris etdiyindən müxtəlif ali məktəblərin müəllimlərindən də
təşkil edilə bilər.);
sesiyanın qrafikinin formalaşdırılması (əgər elektron universitetdə imtahanlar və məqbullar
əyani təhsil formasına uyğun qəbul edilirsə bu zaman təqvim planının olması zəruridir.);
tədris prosesi ilə əlaqəli sənədlərin dövriyyəsinin təşkili (bu səviyyədə tələbələrin
müvəffəqiyyətlərinin şəxsi kartlara işlənməsi və davamiyyət jurnalının elektron formada doldurulması
sistemi hazırlanır.);
ixtisaslar üzrə elektron kitabxananın idarə olunması;
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
344
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ixtisas üzrə cari müvəffəqiyyətin analizi (bu analiz hər bir fənn üzrə ümumi təhsil mənzərəsini
görmək üçün vacibdir.);
tədrisin keyfiyyətinin monitorinqi sistemlərini əhatə edir.
Üçüncü səviyyə fənlərin idarə olunması səviyyəsidir ki, bu səviyyə də
nəzəri və praktik dərslərin elektron formada hazırlanmasını;
kurs üzrə elektron kitabxananın formalaşdırılmasını;
tədrisin gedişinə, tapşırıqların tələbələr tərəfindən yerinə yetiriliməsinə nəzarət və analizi təmin
edən sistemlərin işlənməsini;
İmtahan və məqbulların qəbul edilməsini təmin edən sistemləri özündə birləşdirir.
Elektron universitet və onun idarə olunma mexanizmi, eləcədə elektron universitetlərdə təhsil
mühitini formalaşdırmaq üçün deyilən fikirlər bununla məhdudlaşmır.
Elm və texnologiya sahəsində RF mükafatı laureatı, təhsil sahəsində RF Dövlət mükafatı qalibi
Bauman adına Moskva Dövlət Texniki Universitetinin rektoru, professor, texnika elmləri doktoru
Anatoli Aleksandrovun fikrincə elektron universitet layihəsi universitetin tədris və inzibati – təsərrüfat
fəaliyyətində kompleks idarəetmə sistemi olub, universitetin iş effektivliyini yüksəltməli və modul –
reytinq təhsil sistemi olan bolonya sisteminə hamar keçidi təmin etməlidir.
Sistemin tətbiqi tələbələrin qeydiyyatı, axtarışı, qiymətləndirilməsi, eləcə də maliyyə və inzibati
– təsərrüfat fəaliyyətində əmək sərfiyyatının azaldılmasını təmin etməli, tələbə və professor – müəllim
heyəti üçün universitetin cazibədarlığını artırmalıdır.
Tətbiq olunan sistem statusundan asılı olaraq universitet personalına müxtəlif xidmətlər göstə-
rən proqramlar toplusundan ibarət olmalı və uzaq VEB girişini dəstəkləməlidir.
Qloballaşan dünyada kompüter şəbəkələri əsasında vahid informasiya-tədris mühitinin forma-
laşmasına, tədris prosesinin idarə edilməsinə, müəllim və öyrənənin onlayn qarşılıqlı əlaqəsinin yeni
prinsiplər üzərində qurulmasına, tədris xidmətlərindən istifadə edənlərin gözləntilərinə uyğun olaraq
yeni tədris kontentlərinin işlənməsinə və s. dəyişikliklərin olunmasına ehtiyac vardır.
Azərbaycanda elektronlaşmış cəmiyyətin tələblərinə, o cümlədən YUNESKO-nun yeni təhsil
konsepsiyasının əsas prinsipləri olan “Ömür boyü təhsil”, “ Hamı üçün təhsil”, “Sərhədsiz təhsil”
tələblərinə cavab verə bilən, regionların, bütövlükdə respublikanın iqtisadi, sosial–mədəni mühitinin
inkişafının stimullaşdırılmasında mühüm rol oynayacaq vahid elektron universitet konsepsiyasının
işlənib hazırlanması zəruridir.
Bununla əlaqədar olaraq elektron universitetin fəaliyyət konsepsiyasının işlənməsi, intellektual
elektron universitetin prinsip, model və metodlarının hazırlanması kifayət qədər aktual məsələ hesab
olunur. Bu məsələnin həlli müasir təhsil standartlarına cavab verməyə imkan verəcəkdir.
AZƏRBAYCANDA KİTABXANA-İNFORMASİYA
PROSESLƏRİNƏİKT-NİN TƏTBİQİ: NƏZƏRİYYƏ VƏ PRAKTİKA
Hacı QASIMLI
Bakı Dövlət Universiteti
bdu.kitfak@inbox.ru
AZƏRBAYCAN
Respublikamızda beynəlxalq şəbəkəyə qoşula bilən sellülyar rabitə sisteminin yaradılması,
BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birlikdə 2003-2013-cü illər üçün İnformasiya və
Kommunikasiya texnologiyaları üzrə «Milli strategiya»nın işlənib hazırlanması və onun gerçək-
ləşdirilməsi yönümündə əhəmiyyətli addımların atılması müstəqil inkişafımızın imkanlarını yaxşı
nümayiş etdirir.
İnformasiya və kommunikasiya texnologiyalarının insan fəaliyyətinin bir sıra sahələrində
olduğu kimi kitabxana işində də tətbiqi ənənəvi kitabxana proseslərinin sürətlənməsinə və
optimallaşmasına gətirib çıxarır. Kitabxana işinin avtomatlaşdırılması təcrübəsi dünya ölkələrinə hələ
ötən əsrin 60-cı illərindən başlanmışdır. 1989-cu ildə AMEA-nın «Avtomatlaşdırılmış idarəetmə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
345
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
sistemələri laborotoriyası» bu sahədə bir sıra işlər həyata keçirmək istəsə də, sözügedən fəaliyyətlər
nəticəsiz qalmış və ölkəmizdə yenicə başlanmış bu ənənə pozulmuşdur. Azərbaycanda bu tip
fəaliyyətin həyata keçirilməsi 90-cı illərin sonlarında kortəbii şəkildə olsa da yenidən vüsət almışdır.
Məlumdur ki, kitabxana proseslərinin avtomatlaşdırlması vahid avtomatlaşdırılmış kitabxana
informasiya sistemi vasitəsilə həyata keçirilməli, kitabxanada tətbiq olunan proqram təminatı bu və ya
digər tələblərə cavab verməlidir. Həmin dövrdə isə öz fəaliyyətlərini müasir tələblərə uyğunlaşdırmağa
çalışan bir sıra kitabxanalar kustar üsullarla hazırlanmış proqram təminatlarına malik idilər. Lakin
həmin proqram təminatları İFLA tərəfindən qoyulan UNİMARC standartlarına cavab vermədiyindən
bir sıra problemlərin yaranmasına səbəb olmuş və bunun nəticəsində də onların istifadəsindən imtina
edilmişdir.
Azərbaycan kitabxanalarının bu cəhdlərini tənqid etməklə bərabər, bir sıra nəzərəçarpacaq
məziyyətləri də unutmaq olmaz. İnfokommunikasiya texnologiyalarının ölkəmizə yenicə gətirildiyi,
kitabxana iqisadiyyatı hələ yetərincə inkişaf etmədiyi, büdcə və büdcədənkənar maliyyə sistemləri tam
fəaliyyət göstərmədiyi bir şəraitdə kitabxanalarımız dünya ölkələrində olduğu kimi Azərbaycanda da
avtomatlaşdırılmış səviyyədə xidmət göstərmək niyyətində idilər.
Məhz bu məqsədlə 2003–ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi
Kitabxanasında kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi yaradılmış və fəaliyyət göstərdiyi
müddət ərzində bir sıra nailiyyətlər əldə etmişdir.
Mərkəzi Elmi Kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemindən istifadə edilməsi
məqsədilə Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsinin proqramçıları və digər
əməkdaşlarının səyi nəzicəsində 2003-2004-cü illərdə «Kitabxana 1.0» adlı proqram təminatı
hazırlanmış və kitabxana proseslərinin avtomatlaşdırılmasına səy göstərilmişlər. Lakin həmin proqram
təminatının da beynəlxalq standartlara cavab verməmiş və müəyyən çatışmazlıqlar yaranmışdır.
Nəhayət, 2005-ci ildə Mərkəzi Elmi Kitabxanada kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması məqsədilə, beynəlxalq standartlara cavab verən və özünün tam paketində
«Kataloqlaşdırma», «Komplektləşdirmə», «Kitab verilişi», «Oxucu», «İnzibatçı» kimi avtomatlaş-
dırılmış işçi yerlərini, eləcə də, veb-şlüzü, Z39.50 protokolunu birləşdirən Rusiya istehsalı olan
«İRBİS-64» adlı proqram təminatı alınmışdır.
Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsinin fəaliyyəti nəticəsində şöbələrarası lokal
kompüter şəbəkəsinin keyfiyyəti yüksəlmiş və bunun nəticəsində «İRBİS-64» proqram təminatının
müştəri-server əlaqələsində baş verən nöqsanlar aradan qaldırılmış, Akademiya şəbəkəsi kitabxanaları
ilə Avtomatlaşdırılmış İnteqrasiyalı İnformasiya sisteminin birgə tətbiqi istiqamətində bir sıra vacib
işlər görülmüşdür.
Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi ötən dövrlərdə Soros Fondu Açıq Cəmiyyət
İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Fransanın ölkəmizdəki səfirliyi, eləcə
də tərəfimizdən alınan kompüter dəstləri vasitəsilə kitabxana-informasiya proseslərinin
avtomatlaşdırılması üçün yetkin bazanın yaradılmasını qənaətbəxş səviyyəyə çatdıra bilmişdir.
2005-ci ildən Mərkəzi Elmi Kitabxana da «İRBİS-64» AKİS-in tətbiqi ilə ənənəvi kitabxana
proseslərinin bir qismi avtomatlaşdırılmış, yeni avtomatlaşdırılmış işçi yerləri vasitəsilə kitabxanaçı
əməyi minimuma endirilmişdir.
Akademiya şəbəkəsi kitabxanaları ilə Mərkəzi Elmi Kitabxana arasında İnteqrasiyalı Kitabxana-
İnformasiya Sisteminin yaradılmasına başlanılmış, ИРБИС-64 AKİS-in həmin kitabxanalarda tətbiqi
ilə əlaqədar müəyyən işlər görülmüşdür. Belə ki, şəbəkə kitabxanalarında «İRBİS 64» proqram
təminatı ilə işləməyi bacaran kadrların hazırlanması məqsədi ilə Mərkəzi Elmi Kitabxanada Tədris
Mərkəzi yardılmış və treninqlər keçirilmişdir.
Elektron kataloqun və elektron kitabxananın yaradılması məqsədilə müvafiq işlərin
aparılması.Keçən müddət ərzində Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi elektron kataloq
və elektron kitabxananın yaradılması üçün tələb olunan texniki şəraiti realizə edə bilmişdir. Belə ki,
artıq bütün şöbələrdəki kompyuterlər şəbəkəyə daxil edilmiş, ИРБИС-64 proqram təminatı vasitəsi ilə
elektron kataloqa məlumatların ötürülməsində yaranan problemlər aradan qaldırılmış və bu proses
daha da sürətlənmişdir. Elektron kitabxananın yaradılmasına gəlincə isə, onu qeyd etmək olar ki, artıq
ИРБИС-64 proqram təminatı bu tip kitabxanaların yaradılmasına real imkanlar verir. Bu imkanlardan
istifadə edərək elektron kitabxananın yaradılması istiqamətində müəyyən işlər görülməkdədir.
Kitabxananın veb-səhifəsinin yenilənməsi və burada elektron kataloqun və elektron
|