Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə90/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   86   87   88   89   90   91   92   93   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

491



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

-  məqsədli proqramlara investisiyaların maliyyələşdirilməsi; 

-  regional sosial-iqtisadi inkişaf proqramlarının investisiyalaşması. 

Təklif edilən əlamət üzrə təsnifatın daha detallaşdırılması sənayedə investisiya proseslərinin inno-

vasiyalı idarə edilməsinin informasiya təminatının təkmilləşdirilməsi baxımından məqsədəuyğundur.  

Sənayedə investisiya fəaliyyətinin idarə edilməsinin mövcud sisteminin təhlili, artıq qeyd olun-

duğu kimi informasiya təminatı alqoritmik və institutsional baxımdan qənaətbəxş olmadığını, inves-

tisiya cəlbediciliyinin səviyyəsini  əks edirən göstəricilərin natamamlığını, burada, bir qayda olaraq 

maliyyə dayanıqlığı, səmərəlilik, işgüzar fəallıq, ödəniş qabiliyyəti kimi göstəricilərin yer almadığını 

söyləməyə kifayət qədər  əsas verir. Odur ki, investisiya fəaliyyətinin idarə edilməsinin informasiya 

təminatının təkmilləşdirilməsinin digər istiqaməti sənayenin bu və ya digər sahəsinin investisiya 

qoymaq baxımından  əlverişlilik dərəcəsini müəyyənləşdirən bütün əmsallarının  əhatə olunmasıdır. 

Mövcud təcrübədə, sistem əmələ gətirən həmin əmsalların sayı onlarladır. Bununla belə, onların olduqca 

az qismi, sənayedə investisiya proseslərinin idarə olunmasının informasiya bazasında istifadə olunur.  

Sənayedə investisiya proseslərinin idarə edilməsinin informasiya təminatının təkmilləşdirilmə-

sinin mühüm istiqaməti, burada investisiya fəallığı mühitini və istehsalın rəqabətə davamlılığını 

adekvat əks etdirən göstəricilərin əhatə olunmasıdır. Bu məqsədlə, resurs və məhsul bazarında tələb-

təklif nisbəti, yerli istehsala himayədarlıq və daxili bazarın qorunması tədbirlərinin nəticələri, sahədə 

proses və məhsul innovasiyaları, resursların sosial qiymətləri və s. haqqında formallaşmış göstəricilər 

informasiya bazasına daxil edilməlidir. 

Sənayedə investisiya fəaliyyətini müşayiət edən potensial maliyyə itkilərinin qiymətləndirilməsi 

üçün ehtimal nəzəriyyəsi və riyazi statistika üsulları  tətbiq edilməklə  təhlilə  cəlb olunan mütləq və 

nisbi kəmiyyətləri informasiya bazasında  əks olunmalıdır. Bu məqsədlə - öyrənilən təsadüfi kəmiy-

yətin orta qiyməti, disperasiya, orta kvadratik kənarlaşma, variasiya əmsalı, öyrənilən təsadüfü kəmiy-

yətin paylanması ehtimalı, həssaslıq əmsalı, əldə edilmiş nəticənin ekspert qiyməti kimi törəmə göstə-

ricilərin və onların ekspertlər tərəfindən qəbul edilən analoqlarının əks olunduğu modulların yaradıl-

ması məqsədəuyğundur. 

Sənaye müəssisəsində idarəetmənin, o cümlədən investisiya proseslərinin idarə edilməsinin infor-

masiya təminatı antiböhran tədbirlərinin əsaslandırılması baxımından qənaətbəxş deyildir. Məsələ on-

dadır ki, böhran səviyyəli riskə malik investisiya layihəsinin reallaşdırılması, nəinki gözlənilən mənfə-

ətin, habelə ümumilikdə gəlirin əldən çıxması ilə nəticələnə bilər. Bu və digər səbəblərdən, verilənlər 

bazası birbaşa və portfel investisiyalarının risklilik, likvidlik və tətbiq xarakteristikalarının müqayisə-

sinə imkan verməlidir. 

Nəzərə alsaq ki, antiböhran meyarları müstəvisində birbaşa investisiyalardan fərqli olaraq, portfel 

investisiyalarının sənaye fəaliyyətinin digər mərhələrində riskliyini nəzərə almaqla investisiya qərarla-

rını təshih etmək mümkündür, onda informasiya təminatında, əvvəlki təshihlərin xarakteristikalarının 

əhatə olunmaslnı məqsədəuyğun saymaq olar. 

Sənayedə investisiya proseslərinin idarə edilməsinin daha mükəmməl informasiya təminatının 

formalaşdırılması üçün tezləşdirilmiş amortizasiya siyasətinin şərtləri və nəticələrinin qiymətləndiril-

məsi meyarlarının seçimi hərtərəfli  əsaslandırılmalı  və optimal göstəricilər sistemi müəyyənləşdiril-

məlidir. Bir qayda olaraq, ekspert texnologiyalarının tətbiqi ilə verilənlərin təhlilinin nəticələri təkrar 

qiymətləndirilməli, innovasiyalı - investisiya mühitinin formalaşdırılması imkanları aşkar edilməli və 

həmin imkanların reallaşdırılmasının ən mütərəqqi üsul və vasitələri seçilməlidir. 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

492



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

BANK SEKTORUNDA LAYİHƏ İDARƏEDİLMƏSİNİN 

TƏKMİLLƏŞDİRİLMƏSİİSTİQAMƏTLƏRİ 

 

MuradNURUYEV 

Qafqaz Universiteti 



muradnurulu@gmail.com 

AZƏRBAYCAN



 

ElxanHƏSƏNOV 

Qafqaz Universiteti 



elhesenov@qu.edu.az 

AZƏRBAYCAN



 

 

2015- ci il Azərbaycan bazarında xüsusi bir tendensiya yarandı. Böyük müəssələr, banklar və s 



biznes obyektləri bazarda qalmağın yolları kimi ən vacib amillərdən biri “Düzgün biznes strategiaynı 

əvvəlcədən formalaşdırmaq” olduğunu daha ciddi şəkildə  dərk etməyə başladılar. Bu məsələ onları 

böyük bir çətinliklə qarşı qarşıya qoydu. Strategiyanın hazırlanması kompleks bir proses olduğu üçün 

müəssisənin bütün struktur bölmələrinə yenidən baxışların keçirilməsi, yeni analizlərin aparılması və 

müəssisənin lazımı struktura keçməsi üçün daha rəqabətli və  qənaətcil bir rejimə transformasiya 

olmaları şərtinin qaçılmaz olduğunu göstərdi.  

Biznes strategiya 2-3 ildən daha uzaq bir dövrü planlaşdırdığı üçün transformasiya dövründə olan 

bir müəssisə  səhrada itmiş bir karvana bənzəyir ki ancaq düzgün istiqaməti bilən və daha təcrübəli 

sarvanlar bu karvanı  nəzərdə tutulmuş ünvana çatdıra bilər. Təcrübəli mütəxəssislər də  təcrübəli 

sarvanlar kimidir. Onlar da bu yolçuluğun harda bitməli olduğunu bilməli və müəssisəni lazımı yerə 

ən optimal yollarla götürməyi bacarmalıdırlar.  

Transformasiya dövrünü yenilik dövrü, dəyişiklik dövrü kimi də ifadə edə bilərik ki bu 

dəyişikliyin müsbət olması üçün indiki (As is) və  gələcək (To be) modelini daha aydın dərk etmək 

vacibdir. Çatışmazlıqları aradan qaldırmaq üçün yeni layihələr planı hazırmalamaq və bu layihələrin 

icrasına nəzarəti daha mütəşəkkil qaydada təşkil etmək üçün layihə portfelləri və Project Management 

Office ( (PMO)layihə menecmenti ofisi) – in yaradılması müəssisənin transformasiyanı daha obyektiv 

və izlənilə bilən bir hala gətirir. Beləliklə layihə portfelinin icrası bilavasitə biznes strategiyasının 

istiqamətindən asılı olur.  

Layihə portfeli müxtəlif növ kiçik (əməliyyat layihələri) və daha böyük (transformasiya layihə-

ləri) layihələrdən təşkil olunur ki bunlar da PMO – tərəfindən izlənilərək layihənin irəliləməsi üçün 

lazımı əməliyyatlar yerinə yetirilir. Böyük miqyaslı layihələr də kiçik miqyaslı sublayihələrdən ibarət 

olur. Kiçik miqyaslı layihələr ya Transformasiya layihələri daxilində sublayihə kimi ya da ayrıca 

olaraq əməliyyat layihəsi formasında ola bilər. 

Banklar kiçik və orta sahibkarlıq müəssisələri ilə nisbətdə daha böyük infrastruktura malik 

olduqları üçün olnarda transformasiya prosesi daha kompleks şəkildə baş tutmalıdır. Müasir şəraitdə 

qarşılarına daha böyük biznes strategiyaları qoyan banklarda əsas olaraq gücləndirilməli və daha 

innovativ hala gətirilməli olan sahələr aşağıdakılardır: 

1.  Biznes proseslərinin optimizasiyası – Müxtəlif növ gəlir gətirən biznes prosedurlarının araşdı-

rılması və bu zaman qarşıya çıxa biləcək problem və şikayətlərin öncədən önlənməsi 

2.  Marketing transformasiyası – yeni konsept və dizayna uyğun olaraq istər hər hansı reklam 

işi(Logo, flyer və.s) olsun istərsə  də hansısa filialın dizaynı  və ya korporativ tədbirlər, sosial 

məsuliyyətlə bağlı layihələr - bu kimi işlərdə vahid strategiya və konseptə uyğun olaraq inkişaf 

bankın imic və reytinqinin artmasında başlıca rollardan birini oynayır. Banklarda marketoloqların 

görəcəyi ən təməl məqsəd inama, etibarlılığa və keyfiyyətə bağlı bir brendin formalaşmasıdır. 

3.   İT infrastruktur və ya bank sisteminin transformasiyası – bu proses də yüksək maliyyə xərcləri 

tələb etsə  də bankın imicinin, operativliyinin və ya funksionallığının artırılmasında böyük rol 

oynayır.  İstər informasiya təhlükəsizliyinin təmin olunması olsun istərsə  də  əməliyyatların 

funksionallığını  və keyfiyyətini artırmaq üçün yeni sistemlərin və ya proqram təminatlarının 

tətbiq edilməsi bu prosesdə əsas məqsəd olmalıdır.  

4.   Yeni  bank  məhsullarının hazırlanması  və müştərilərə  təqdim edilməsi. Pərakəndə biznes 

sahəsində  ən tez yenilənməli və  tələbə uyğunlaşdırılmalı olan işlərdən biri də yeni məhsulların 

müştəriyə  təmin edilməsidir. Bu sahə daha çox maliyyə bazarına həssas olmalı, tələbatdan 

vaxtında və düzgün formada istifadə etməyi bacarmalıdır.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

493



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

5.  Müştəri məmnuniyyəti transformasiyası – Müştərilərin rahatlığının və ya təbəssümünün təminatı 

üçün müştəri xidmətləri prosesinin daim nəzarətdə saxlanılması və müştəriləri cəlb etmək və ya 

razı salmaq üçün düzgün strategiyanın hazırlanması. Bu sahədə boşluqların və ya çətinliklərin 

harda nə zaman yarandığını daha dəqiq görə bilmək üçün müştərilərdən feedback alınması və ya 

şikayət və təkliflərin diqqətlə nəzərdən keçirilməsi çox vacibdir. 

Strategiya müəssisənin fəaliyyətində  dərhal nəzərə çarpmasa da gözlədiyimiz zaman gəldikdə 

“Strateji Drift” deyilən bir hadisə baş verir ki bu zaman müəssisə iki yoldan birinə yönlənir. 

Strategiyası düzgün formada qurulmamış müəssisə bazardakı rəqabətdə məğlub olaraq müflisləşməyə, 

düzgün strategiyaya malik olan müəssisələr isə rəqiblərini bir neçə pillə geridə qoyaraq strateji uğura 

nail olurlar.  

 

 



 

QAPALI DÖVRƏLI TƏDARÜK ZƏNCİRİNİN 

SƏMƏRƏLİŞƏKİLDƏ İDARƏEDİLMƏSİ 

 

Pərviz HƏSƏNOV 

Qafqaz Universiteti 



phesenov@qu.edu.az 

AZƏRBAYCAN 

 

Tədarük zəncirinin idarəedilməsi müəssisənin daxili ehtiyyatlarının xarici ehtiyyatlarla inteqrə 



edərək effektiv şəkildə  işləməsinin təmin olunmasıdır. Məqsəd inkişaf etdirilmiş istehsal həcmi

bazarın həssasiyyəti və müştəri-tədarükçü  əlaqələri kimi müəssisənin bütün performansını  əmələ 

gətirən dəyərlərin artırılmasıdır. Tədarük zəncirinin idarəedilməsi xammalların təmin edilməsindən 

emal olunmuş  məhsullara və buradan da istehlakçıya istehsal olunmuş  məhsulların paylanmasına 

qədər bütün tədarük zənciri boyunca məlumata əsaslanan qərarlar verməmizə imkan yaratmaqdadır. 

Istehsal və təkrar istehsal fəaliyyətlərinin müvəffəqiyyətli bir şəkildə yerinə gətirilə bilməsi üçün 

məhsulun, dizaynından istehsalına və geri qazanımına qədər həyat dövrü boyunca reallaşdırılması 

lazım olan fəaliyyətlər,  şəkil:1-də göstərilmişdir. Bu sistemdə  məhsul həyatının hər dövründəki 

fəaliyyətlərin bir-birini dəstəkləməsi olduqca əhəmiyyətlidir.  

İstiqrarlı logistika sisteminin olması üçün bəzi müasir xərclər də  nəzərə alınmalıdır. Adətən, 

qapalı dövrəli tədarük zənciri sisteminin təhlili zamanı inventar xərcləri olan hazırlıq xərci, sifarış 

vermə  və  əldə tutma xərcləri nəzərə alınmaqdadır. Bu tədqiqat işində bunlara üç müasir : enerji, 

transport və tullantı xərcləridə əlavə edilmiş və təhlillər aparılmışdır. Qurulan riyazi model üzərində 

analizlər aparılmış, eləcə  də Richter (1996) modeli ilə qarşılaşdırılaraq üstünlükləri göstərilmişdir. 

Nəticələrdən də görülmüşdür ki enerji, transport və tullantı  xərcləri həm istehsalt həm də  təkrar 

istehsalt üçün büyük əhəmiyyət kəsb edir. Eyni zamanda nəticələrdən onu da görmək olur ki, 

alternativ enerjidən istifadə etməyin həm sosial həm də iqtisadi mənfəətləri mövcuddur.Enerji, 

transport və tullantı xərclərini gələcək tədqiqatlarda istifadə etməklə yeni modellər qurub ətraf mühit 

problemlərini azaltmaq olar. 

Yerləşmə, nəqliyyat, istehsal fəaliyyətləri, inventar və  məlumat tədarük zənciri performasının 

istiqamət verici ünsürlərini təşkil edir. 1998-ci ildə Grenoble Ecole de Management tərəfindən həyata 

keçirilən ilk çalışmada Avropa ölkələrində beynəlxalq ticarət cəhətdən baxıldıqda xərclər içərisində 

nəqliyyatla əlaqədar xərclər 40%, inventar 18%, idarəetmə xərcləri 16% paya malik olmuşdur. Həmin 

çalışmada, gida sektorunda effektiv loqistika və tədarük zənciri vasitəsiylə xərclər 10% azaldılaraq 30 

milyard dollardan çox qazanc əldə etmənin mümkünlüyü müəyyən edilmişdir. 

Tədarük zəncirində iştirak edən qərarlar arasında ən strateji olanı nəqliyyat qərarlarıdır. İnvanter 

qərarları ilə yaxından əlaqəlidir. Hava yolu ilə daşıma sürətli, etibarlı və anbarların etibarlığını təmin 

etməsinə baxmayaraq, bahalı bir üsuldur. Dəniz yolu və ya qatar ilə reallaşdırılan daşıma daha ucuz, 

ancaq bu tip nəqliyyatlardakı qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün böyük miqdarda invantarı 

əldə saxlamaq lazımdır. Buna görə müştəri xidmət səviyyəsi və coğrafi yer bu tip qərarlarda əhəmiy-

yətli rol oynamaqdadır. Nəqliyyat loqistika xərclərinin 30%-indən çox olduğu üçün əməliyyatların 

məhsuldarlığı iqtisadi cəhətdən böyük məna kəsb etməkdədir.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

494



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 

Şəkil 1. Məhsul həyat dövriyəsində fəaliyyətlər və əlaqələri  

 

 

 



YALIN İDARƏETMƏ PRİNSİPLƏRİNİN XİDMƏT 

SAHƏLƏRİNƏ TƏTBİQİ 

 

Təbriz BƏKİROV 

Qafqaz Universiteti 



tabrizbakirov@gmail.com

 

AZƏRBAYCAN 

 

Yalınlıq qısaca - malın və ya xidmətin istehsalı üçün lazımlı olmayan, dəyər qatmayan əməliy-



yatların, gərəksiz vəsait hərəkətlərinin, gərəksiz  əmək hərəkətlərinin, gərəksiz ehtiyatların, səhvlərin 

və uzun hazırlıq müddətlərinin ortadan qaldırılmasıdır. 

Son illərdə  təməli müddət analizinə, fəaliyyət-məhsuldarlığa, statistik proses nəzarət və problem 

həll etmə texnikalarına dayanan fərqli metodologiyalar işlənib hazırlanmışdır. Toplam keyfiyyət rəhbər-

liyi, altı Sigma, proses rəhbərliyi və yalın altı Sigma kimi başlıqlar bu metodologiyalardan bir neçəsidir. 

Yalın istehsal texnikaları, digər adı ilə Toyota İstehsal Sistemi olaraq adlandırılan metodologi-

yanın əsas (təməl) anlayışları aşağıdakı kimi təyin oluna bilər: 

-   Kanban sistemi 

-   Tək parça axışı 

-   Dəzgahlar və atelyelər arası sinxronizasiya 

-   U tipli yaşayış planı 

-   JIDOKA - Otonomasyon 

-   JIT (Just in Time) - Tam Zamanında İstehsal 

-   Poka-Yoke 

-   5S 

 

-  Kanban: 



Çəkmə sistemi olaraq da təyin olunan sistemin təməl quruluşu bir sonrakı  əməliyyatın ehtiyac 

duyduğu anda və miqdarda vəsaiti bir əvvəlki əməliyyatdan almasıdır. Ardıcıl şəkildə də bir əvvəlki 

əməliyyat da, bir sonrakı  əməliyyatın çəkdiyi qədər istehsal edir. Tələb son montajda geriyə dönük 

olaraq aparılır. 



TƏK PARÇA Axışı: 

Hər hansı bir atelye içində, bir parçanın son məhsul halına gətirilməsi üçün lazımlı olan bütün 

maşınların, parçanın işlənmə axışı əsas götürülərək yerləşdirilməsidir. Bu şəkildə zaman itkisi və uzun 

daşıma müddətləri olmadan vəsait axını təmin ediləcəkdir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

495



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 



Maşınları və əməliyyat orqanları arasında sinxronizasiya: 

Tek parça axışının və Kanban sisteminin işləməsi üçün, vəsaitin arxa-arxaya işlənildiyi 

dəzgahların tutumlarının (capacity) bərabərləşdirilməsi lazımdır.  



U TİPLİ YERLEŞMƏ PLANI: 

Bu yanaşmada  əsas götürülən, gərəksiz iş gücü hərəkətlərinin aradan qaldırılmasıdır. Maşınlara 

parça yüklənməsi və alınması mümkün qədər avtomatlaşdırılaraq, bir işçinin birdən çox maşını işlədə 

bilməsi təmin edilir. Bunun təmin edilməsi üçün də maşınların U şəklində yerləşdirilməsi lazımdır. 



JIDOKA  

Qısaca istehsal xəttini dayandırma səlahiyyətinin operatora verilməsidir. Məqsəd bir problem 

təsbit edildiyində daha çox israfa səbəb olmadan xəttin dayandırılması  və problemin dərhal təsbit 

edilməsidir. 



JIT - TAM ZAMANINDA İSTEHSAL: 

Müştərinin tələb etdiyi məhsulu tələb etdiyi miqdarda istehsal edib, tələb etdiyi zamanda ona çat-

dırmaqdır. Tam zamanında istehsalda yan sənayedə lazımlı materialların, lazım olan miqdar və spesi-

fikasiya ilə təmin edilib, tam vaxtında çıxarılıb, tam vaxtında müştəriyə çatdırılması hədəflənmişdir. 



POKE – YOKE 

Unutqanlıq, diqqətsizlik və səhv anlama kimi səbəblərlə meydana gələ biləcək xətaların aradan qal-

dırılmasıdır. Bunun üçün xəbərdarlıq lövhələri,təlimatlar, sayğaclar və sensorlar kimi avadanlıq və köməkçi 

vasitələrdən istifadə edilir. Başlıcası insani ünsürlərdən qaynaqlanan xətaların ortadan qaldırılmasıdır. 



5S: 

Tərtib, nizam və təmizlik üçün lazımlı olan təməl nöqtələrin Yaponca sözlərin baş hərflərindən 

ibarət olan anlayışdır. 

SEİRİ – QURUCULUQ:  Əşyaları doğru yerlərə yerləşdirmək və  təsnifləndirmək, təmizlənməsi 

çətin olan sahələrdən xilas olmaqdır. 



SEİTON - İNTİZAM: Funksional məskunlaşma planı  tərtib etməkdir. Sürətli nəqliyyat üçün 

lazımlı olan məskunlaşmanın maşın, avadanlıq və nəqliyyat vasitələri düşünülərək edilməsidir. 



SEİSO - TƏMİZLİK: təmizlik məqsədiylə zibil, artıq və xarici maddələrin aradan qaldırılmasıdır.  

SEİKETSU - Davamlılıq:  Əldə edilən ideal vəziyyətin davamlı olması üçün standartların və 

öhdəliklərin təyin olunmasıdır. 



SHITSUKE - TƏRBİYƏ: İdeal vəziyyətin davamlılığı üçün standartların vərdiş halına gətirilməsi 

üçün görülən işlərdir. 

Yalın idarəetmə prinsiplərinin xidmət sahələrində tətbiqinə ən gözəl örnəklərdən biri  

 

Medical Park Samsun Xəstəxanasının 2014-cü ildə tanıtdığı "Yalın Xəstəxana " layihəsidir. Yalın 



Xəstəxana tətbiqiylə əlaqədar müəssisələrdə xərclərə verilən əhəmiyyətin artması, dəyişən müştəri tutum-

ları və möhkəm rəqabət təbii olaraq sağlamlıq müəssisələrində də keyfiyyətin əhəmiyyətini artırmışdır 

Bu layihədə Medical Park Samsun Xəstəxanasına cərrahiyyə əməliyyatı üçün gələn xəstələrin bir 

ay ərzində fiziki olaraq xəstəxanaya gəlməsindən, xidmətinin tamamlanmasına və fiziki olaraq xəstə-

xanadan ayrılmasına qədər olan müddətdə göstərilən xidmət müddətləri əsas götürülərək yalın üsullar 

ilə yaxşılaşdırılmağa çalışılmışdır. Təsbit edilən müddətlər statistik olaraq araşdırılaraq istinad müd-

dətlərini aşan qisimlər araşdırılmağa başlanılmışdır. Bu araşdırmada statistik proses nəzarət texnika-

larından; nəzarət diaqramları, nəzarət cədvəlləri, keyfiyyət xüsusiyyətləri və  nəzarət qrafiklərindən 

istifadə edilmişdir. Xəstənin yatma və  xəstəxanadan çıxarılması müddəti birlikdə izlənilərək hər iki 

prosesin axış sürəti ölçülmüş  və kökdə duran səbəblər araşdırılmışdır.  Əməliyyat edilmiş  xəstələrin 

xəstəxanada yatma proseslərinin təcili vəziyyətlər xaricində planlı edilməsinin, proseslərdə standart-

laşmanın təmin edilməsinin, personalın təhsili və onlar arasında təsirli ünsiyyətin təmin edilməsinin 

xəstənin yatması  və  xəstəxanadan ayrılması müddətlərində zaman qənaətiylə  xərclərə  təsir etdiyi və 

xəstə anketleri araşdırıldığında xəstə  məmnuniyyətini yüksəltdiyi müşahidə edilmişdir. Proseslərin 

yaxşılaşdırılması mövzusunda yalın qrup yaradılmış  və bu qrup təsbit edilən problemlər üzərindən 

işləyərək yaxşılaşdırma yönümündə çalışmalar etmişdir.  

Nəticə olaraq deyə bilərik ki, proses müddətlərinin yalın üsullarla qısaldılması və xəstəxanaların yalın 

üsullarla idarə olunması uzunmüddətli dövrdə (long term) xəstə  məmnuniyyəti və  işçi məmnuniyyətini 

yüksəldərək sadiq müştəri sayını artırır. Ölkəmizdə yalın üsulların sağlamlıq və digər xidmət sektorlarında 

(təhsil, satış, turizm) tətbiqi çox da məşhur deyil. Bu istiqamətdə görüləcək yalın işlər “yalın idarəetmə” 

anlayışının ölkəmizdə daha geniş sahələrə yayılması baxımından əhəmiyyətli olacaqdır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

496



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

497



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 

 

 

PROCEEDINGS 

SECTION III 

ECONOMICAL SCIENCES 

 

Economics

Administration

Finance and Accounting

Public Administration

International Relations

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

498



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin