MƏNZİL TİKİNTİSİ BİZNESİ STRATEGİYASININ SƏMƏRƏLİLİYİ
VƏ RƏQABƏT MÜHİTİ
Mehmethan BAYRAKTAR
Sumqayıt Dövlət Universiteti
mehmethanbayraktar@hotmail.com
AZƏRBAYCAN
Tikinti biznesinin idarə edilməsinin əsasında strategiyanın işlənib hazırlanması, onun tikinti
şirkətinin spesifikliyinə adaptasiyası və reallaşdırılması durur. Tikinti şirkətinin strategiyası onun
bazardakı mövqeyini möhkəmləndirməli və səylərin koordinasiyasını, istehlakçıların cəlb və təmin
edilməsini, uğurlu rəqabəti və qlobal məqsədə nail olunmasını təmin etməli olan kompleks idarəetmə
planıdır. Strategiyanın işlənib hazırlanması prosesi inkişafın və fəaliyyətin bütün mümkün
istiqamətlərinin dəqiq öyrənilməsinə əsaslanır və mənimsənilən bazarların, xidmət göstərilən
istehlakçıların, rəqabət metodlarının, cəlb olunan resursların və biznes modellərinin ümumi
istiqamətlərinin seçilməsindən ibarətdir. Bir sözlə, strategiya kompaniya tərəfindən inkişaf yolunun,
bazarların, rəqabət və biznes metodlarının seçilməsini ifadə edir.
Tikinti prosesinin iqtisadi mahiyyəti onun həyata keçirilməsi üzrə xərclərlə ifadə olunur. Tikinti
təşkilatının tikinti obyektinin ucaldılması üzrə istehsal-təsərrüfat fəaliyyəti ilə bağlı xərcləri
aşağıdakılara bölünür: birdəfəlik və cari. Birdəfəlik xərclərə tikinti təşkilatının əsas fondlarının
yaradılması və ya əldə edilməsi üzrə xərclər, dövriyyə vəsaitlərində olan materialların dəyəri və
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
510
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
tamamlanmamış tikinti üzrə xərclər daxildir. Cari xərclər tikinti müəssisəsinin tikinti obyektinin
yaradılması ilə birbaşa və ya dolayı yolla əlaqəli olan bütün xərcləridir: əmək haqqı, tikinti
materialları, amortizasiya ayırmaları və s. Cari xərclərin ümumi məbləği tikinti-montaj işlərinin maya
dəyərini təşkil edir.
Tikinti müəssisəsinin fəaliyyətinin effektiv şəkildə idarə edilməsi cari iqtisadi situasiya, əsas
istehsal-iqtisadi göstəricilərin dəyişmə tendensiyası haqqında informasiyaya, istehsal və maliyyə
resurslarından istifadənin kompleks təhlilinə əsaslanır. Kompleks təhlilinə vəzifələrinə ayrı-ayrı
amillərin tikinti fəaliyyətinin gedişatına təsirinin sistematik şəkildə öyrənilməsi və onun nəticələrinin
qiymətləndirilməsi, situasiya olunmayan resursların aşkar olunması və tikintidə yaranan itkilər
haqqında xəbərdarlıqların edilməsi, investisiya qərarlarının effektivliyinin təhlili və qiymətləndiriləsi
aiddir.
Tikinti təşkilatının investisiya potensialının effektiv idarə edilməsi yalnız onun formalaşdırılması
və inkişaf prosesinə kompleks yanaşma halında mümkündür. Buna görə də tikinti təşkilatlarının
investisiya fəallıqlarının infrastrukturunun müfəssəl şəkildə öyrənilməsi, habelə qloballaşma və
diversifikasiyanın müasir tendensiyalarını nəzərə alan investisiya inkişafı strategiyasının işlənib
hazırlanması zəruridir. Bu fəaliyyətlərin nəticəsi kimi tikinti təşkilatının investisiya fəaliyyətinin
effektiv şəkildə idarə edilməsi üzrə tədbirlər kompleksi çıxış etməlidir.
Ttikintidə istehsalın təşkili prosesində əməyin mühafizəsi sferasında bir sıra spesifik prinsiplər
mövcuddur və bunlara aşağıdakıları aid etmək olar:
- normalaşdırma prinsipi, ondan ibarətdir ki, bütün mümkün hallar üçün müəyyən son hədd
qiymətləri təyin olunur, bu qiymətlərə riayət olunması insanın tikinti işləri zamanı təhlükələrdən
mühafizəsini təmin edir;
- kateqoriyalaşdırma prinsipi, ondan ibarətdir ki, obyekt və proseslər təhlükəli olmaları
səviyyəsindən asılı olaraq sinif və ya kateqoriyalara bölünürlər;
- zəif haqla prinsipi, ondan ibarətdir ki, texniki sistemə təhlükəli istiqamətlərdə situasiyanın
inkişafına yol verməyən, sistemin işçi parametrlərinin dəyişməsinə reaksiya verən elementlər
daxil edilir;
- məsafə ilə müdafiə prinsipi – operator təhlükəsiz məsafəyə uzaqlaşır;
- zamanın müdafiəsi prinsipi – təhlükəli zonada qalma müddəti ixtisar olunur;
- möhkəmlik, məsuliyyətlilik, nəzarət, əks əlaqə, sistem informasiyası və s. prinsipləri.
P.Drukerin fikrincə, strategiyanın işlənib hazırlanması və reallaşdırılması prosesi beş qarşılıqlı
əlaqəli idarəetmə qərarından ibarətdir
- kompaniyanın gələcəyinin strateji ön görüşünün formalaşdırılması; inkişafın uzunmüddətli
perspektivinin müəyyən edilməsi, kompaniyanın gələcək obrazının və təşkilatın məqsədlərinin
ifadə olunması;
- məqsədlərin qoyulması; strateji ön görüşün praktiki müstəviyə çıxarılması;
- strategiyanın işlənib hazırlanması;
- strategiyanın reallaşdırılması;
- nəticələrin qiymətləndirilməsi və strateji ön görüşə, qlobal məqsədlərə, strategiyaya düzəlişlər
edilməsi və əldə edilmiş təcrübənin, dəyişən şəraitin, yeni ideya və imkanların yaranmasının
nəzərə alınması ilə onun reallaşdırılması.
P.Drukerin fikrincə, istənilən kompaniyanın vəzifələri fundamental biznes-strategiyadır.
Vəzifələr əməliyyat yönümlü olmalıdırlar, yəni elə olmalıdırlar ki, onları konkret içi tapşırıq və
məqsəd şəklində təsvir etmək mümkün olsun. Lazımdır ki, onlar effektiv əmək və yüksək əmək
nailiyyətləri üçün baza və motiv kimi çıxış edə bilsinlər;
- Vəzifələr resurs və səylərin konsentrasiyasına imkan yaratmalıdır. Onlar biznesin məqsədi üçün
onlardan əsaslarını seçməlidirlər ki, əsas resurslar olan insanlar, pul və kapital gücləri
mərkəzləşsinlər, yəni hər şeyi əhatə etməyə çalışmamalı, seçici olmalıdırlar.
- Vəzifələr çox olmalıdırlar. Idarəetmənin effektivliyinin qiymətləndirilməsi üzə bugünkü
mübahisələrin çoxu vahid düzgün vəzifənin axtarışı üzərində cəmlənmişdir. Belə axtarışlar fəlsəfə
daşının axtarışı qədər müfəssəldir, onlar yalnız zərər gətirir və bizi yoldan azdırır. Biznesin idarə
edilməsi müxtəlif tələbat və məqsədlərin tarazlaşdırılmasını ifadə edir, bu isə öz növbəsinə çoxlu
sayda müxtəlif məsələlərin həllini tələb edir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
511
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Mənzil sferasında böhrandan çıxmağa çalışan tikinti təşkilatlarının rəhbərləri öz fəaliyyətlərinin
məntiqini aydın şəkildə təsəvvür etməli, daha doğrusu, böhranın qarşısını almağa, böhran şəraitində
idarəetməyə hazırlaşmağa, situasiyanın təhlilini aparmağa və böhranın nəticələrini dəf etməyə
çalışırlar.
Strateji menecment sistemində tikinti təşkilatlarının strukturunun strategiya ilə uzlaşdırılması
məsələlərinə xüsusi yer ayrılır. Müasir şəraitdə tikinti kompaniyalarının əksəriyyəti özündə
mərkəzləşmiş və qeyri-mərkəzləşmiş biznes-vahidlərin mürəkkəb məcmusunu əks etdirir, burada
korporasiyaların rəhbərləri müxtəlif bölmələrin fəaliyyətlərinin koordinasiyası və sinerji yaradılması
üsullarını axtarırlar.
Regional səviyyədən olan strategiyanın və mənzil sferasında tikinti müəssisəsinin adaptasiyanı
nəzərdə tutan tikinti təşkilatının strategiyasının işlənib hazırlanması alqoritmi dörd mərhələnin
reallaşdırılmasını nəzərdə tutur.
Birinci mərhələdə təşkilatın fəaliyyətinin strateji oriyentirlərinin regionun, təsir qrupunun,
ümumən uzaq və yaxın xarici mühitin fəaliyyətinin məqsədli göstəriciləri ilə uzlaşması baş verir.
İkinci mərhələ təşkilatın strategiyasının işlənib hazırlanmasını, ən yaxşı strateji alternativin
seçilməsini və onun strateji məqsədlərə uyğunluq baxımından yoxlanılmasını nəzərdə tutur.
Üçüncü mərhələdə strateji fəaliyyət proqramının reallaşdırılması vasitəsilə yeni vəziyyətə keçid
həyata keçirilir.
Dördüncü mərhələ dəyərlərin yaradılmasının hər bir mərhələsində təşkilatın strategiyasının
reallaşdırılmasının əldə edilmiş nəticələrinin qiymətləndirilməsinə və düzəliş edici fəaliyyətlərin
həyata keçirilməsinə həsr olunmuşdur.
İŞƏ QƏBUL PROSESİNİN OPTİMALLAŞDIRILMASINDA
“İKİQAT SƏMƏRƏ” EFFEKTİ
Aysel NOVRUZOVA
Azərbaycan Dövlət İqtisad Universiteti
aysel.akram@gmail.com
AZƏRBAYCAN
İşə qəbul prosesi müəssisənin inkişafında, qarşıya qoyduğu məqsədlərə çatmaqda mühüm
əhəmiyyət kəsb edən bir mərhələdir.Namizədlərin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi
uyğun zamanda, uyğun pozisiyaya, uyğun namizədin təyin edilməsi müəssisənin fəaliyyətinin
effevtivliyini təmin edir.
Əvvəlcə, müasir dövrdə əksəriyyət şirkətlərin işə qəbul prosesində istifadə etdikləri ənənəvi
mərhələləri təhlil edək.Adətən standart kimi qəbul edilmiş mərhələlərə aşağıdakılar daxil edilir:
- vakansiyanın müəyyən edilməsi ( kadr tələbatının ümumi analizi )
- vakansiyaya qoyulan tələblərin müəyyən edilməsi ( işi, iş yerini və vəzifələri təhlil etməklə
şirkətə kimin lazım olduğunu müəyyən etmək, işin təsvirinin hazırlanması,müddətlərin və
şərtlərin müəyyən edilməsi )
- işə qəbul mənbələrinin müəyyən edilməsi (daxili yoxsa xarici mənbədən işçilərin işə qəbulu )
- vakansiya haqqında məlumatın verilməsi (onlayn vasitələrdən istifadə etməklə, əmək
yarmarkalarında iştirak etməklə, vakansiyaların qəzet və jurnallarda dərc edilməsi ilə və.s)
- işə qəbul prosesində istifadə ediləcək metodların müəyyən edilməsi
- Və nəhayət müraciət edən namizədlərin dəyərləndirilməsi və işə qəbul edilməsi prosesi
Müasir dövrdə namizədlər dəyərləndirilərkən standart olaraq 2 mərhələdən:test və intervyu
mərhələsindən istifadə edilir.Burada belə bir sual yaranır: “Bəs necə ola bilərki müxtəlif vakansiyalara
eyni cür seçim tətbiq edilə bilər?”
Doğrudur, namizədin mütləq məntiqi- riyazi biliklərə malik olması çox vacib məsələdir.Lakin bir
mühasib üçün bu daha vacibdir nəinki, bir marketoloq üçün. Həm də test mərhələsi ilə bağlı bir
problem də ondan ibarətdir ki, potensial namizədin test vasitəsilə bilik və bacarıqlarının dəqiqliklə
qiymətləndirilməsi bir qədər çətindir. Çünki ola bilərki namizəd həftənin bazar ertəsi ona təqdim
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
512
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
edilən testdən mümkün 100 baldan 75 bal, çərşəmbə günü təqdim olunan analoji testdən 50 bal, tutaq
ki, növbəti həftə 95 bal yığsın. Bəs belə olan halda potensial namizədin bilik və bacarığını dəqiqliklə
nümayiş etdirən nəticə hansıdır? Hansı nəticəyə əsasən qərar qəbul edilməlidir ki, namizəd növbəti
mərhələyə keçsin yoxsa uğursuz hesab edilsin?
Buna görə də namizədlərin qiymətləndirilməsi prosesi həyata keçirilərkən hər vakansiya üçün
mütləq lazım olan tələblər irəli sürülməli və hər vakansiyaya uyğun olan ayri-ayri sınaq mərhələləri (
biznes keyslər,namizədə problemli situasiyanın təqdim edilməsi və.s.) keçirilməlidir.Bir çox şirkətlər
öz kadrlarına yüksək dəyər verdikləri üçün bu prosesləri tətbiq edirlər.Bu adətən xarici şirkətlər üçün
xarakterikdir.Amma şirkətlərin əksəriyyəti vaxt itirmək istəmədikləri üçün sadəcə “primitiv”
suallardan ibarət olan intervyu və test mərhələlərini tətbiq edilər ki, bu da şirkətin sonrakı inkişafına
zərbə vura bilər və yaxud da potensial peşəkar işçi şirkət tərəfindən seçilməyərək itirilə bilər. İstifadə
olunan işə qəbul metodları özü-özlüyündə ən yaxşı metod ola bilər. Lakin əsas məsələ seçilən
metodunun mövcud situasiyaya uyğun gəlməsidir.
İndi isə təklif edəcəyim “İkiqat Səmərə” effekti haqqında məlumat vermək istəyirəm.Bu effektin
mahiyyəti ondan ibarətdir ki,müəyyən vakansiya üçün müraciət edən namizəd təkcə o vakansiyanın
tələbləri üzrə yox, digər vakansiyaların tələbləri üzrə də yoxlanılsın.
Tutaq ki, bir şəxs mühasib vakansiyasına müraciət edib, lakin onun bilik və bacarıqları
dəyərləndirilən zaman kommisiya belə qərara gəlir ki, namizəd qoyulan tələblərə lazımınca cavab
vermir.Lakin həmin namizəd ideal idarəetmə qabiliyyətinə malikdir.Ənənəvi qaydalara əsasən şirkətə
mövcud vəziyyətdə bir menecer lazım olmadığı üçün şirkət həmin namizədə “yox” cavabı
verməlidir.Lakin mənim təklif etdiyim “İkiqat Səmərə” effektinə əsasən şirkət həmin namizədə “yox”
demək əvəzinə onu menecerlik üzrə imtahana dəvət edir.Həmin dövrdə şirkətdə fəaliyyət göstərən
menecerə və potensial namizədə müxtəlif problemli situasiyalar, biznes keyslər təqdim olunur
ki,onlardan hansının daha peşəkar olduğunu, problemi nə dərəcədə optimal həll etdiklərini müəyyən
etsinlər.Üstünlüyü qazanan namizəd işlə təmin olunacaqdır.Onların bilikləri eyni olduğu halda da, biri
mütləq sınaqdan çıxmamış hesab edilməlidir, axı müasir menecmentin prisiplərindən biri belədir : “
Bir şirkətdə iki eyni cür düşünən əməkdaş varsa onda onlardan biri işdən çıxmalıdır.”
Bütün metodlarda olduğu kimi “ İkiqat Səmərə” effekti metodunun da özünəməxsus üstünlükləri
və çatışmayan cəhətləri vardır. Metodun üstünlüklərinə aşağıdakıları aid etmək olar :
- Potensial peşəkar bilik və bacarıqlara malik namizədin düzgün qiymətləndirilməsi, onun
bacarığına uyğun işlə təmin edilməsi
- Peşəkar işçinin itirilməməsi
- Əgər hər hansı bir şirkətdə bu metoddan istifade edilərsə, o zaman həmin şirkətin işçiləri daim
özünütəkmilləşdirməyə meylli olacaqlar, öz pozisiyalarını “sığorta altına almaq” üçün mütəmadi
olaraq öz bilik və bacarıqlarını artırmağa çalışacaqlar. Bu da öz növbəsində şirkətin inkişafı,
rəqabətqabiliyyətliliyinin artması və gələcək uğuru deməkdir.
“İkiqat Səmərə” effektinin çatışmayan cəhətlərinə aşağıdakılar misal ola bilər :
- Vaxt itkisi
- Mövcud işçilərin imtahan prosesinə cəlb edilməsi zamanı onun psixoloji cəhətdən həvəsdən
düşməsi (özünəinamının azalması)
- Şirkətdə psixoloji gərginliyin yaranması
- Bu metod elan olunmuş vakansiyaya namizədin seçilməsi prosesini kölgədə qoya bilər
Düzdür bu proseslər vaxt itkisinə səbəb ola bilər, lakin bu vaxt itkisi potensial peşəkar namizəd
itkisindən dəyərli deyildir. Düşünürəm ki, bu çatışmazlıqlar məqsədlərin dəqiq məlum olduğu,işçilərin
motivasiya sisteminin, metodun planlaşdırılmasının və təşkilinin düzgün həyata keçirilməsi halında
aradan qaldırıla bilər. Gələcəkdə həmin namizədin peşəkarlığı ilə verdiyi qərarlar şirkətin inkişafına
səbəb ola bilər.
İdarəetmədə təkcə mövcud vəziyyəti araşdırmaq, mövcud situasiyaları təhlil etmək və mövcud
fəaliyyəti optimallaşdırmaq vacib deyil. Burada əsas məsələlərdən biri həm də gələcək fəaliyyəti
proqnozlaşdırmaq, yarana biləcək problemlemləri əvvəlcədən görmək və gələcək fəaliyyətin səmərəli
təşkilini təmin etməkdən ibarətdir. Məhz gələcəyini düşünən şirkətlər “İkiqat Səmərə” effektindən
istifadə etməlidirlər. Çünki bu effekt özündə firmanın gələcək uğuruna səbəb ola biləcək ən ideal
namizədin seçilməsini əks etdirir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
513
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCANDA MƏŞĞULLUQ SAHƏSINDƏ GENDER
BƏRABƏRLIYININ YAXŞILAŞDIRILMASI PERSPEKTIVLƏRI
Sevinc RZAYEVA
Azərbaycan Texniki Universitetinin
seva127@rambler.ru
AZƏRBAYCAN
Qloballaşan dünyada gender bərabərliyinin təmin edilməsi istiqamətində qadınlar arasında
işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması, qadınların təhsil səviyyəsinin yüksəldilməsi
beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Müasir dünyanın əksər ölkələrində gender bərabərliyi hüququ baxımdan təmin edilmişdir. Lakin real
həyatda gender bərabərliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlar və inkişaf etmiş
ölkələrin fəaliyyəti (o cümlədən hər iki cinsdən olan insanların potensial imkanlarını tam açmağa,
bərabər formada resurslardan istifadə etməyə və gəlir əldə etməyə və s. sosial-iqtisadi proseslərdə
gender bərabərliyinin təmin edilməsinə yönəldilmiş fəaliyyəti) yalnız XX əsrin son onilliyindən
başlayaraq müşahidə olumaqdadır.
XX əsrin sonu XXI əsrin əvvəlini əhatə edən dövrdə Azərbaycanda bazar münasibətlərinin
yaranması, qloballaşma prosesinin güclənməsi ilə yanaşı dərin sosial-iqtisadi dəyişikliklər baş
vermişdir. Belə ki, əhalinin demoqrafik davranışında, onun həyat dəyər sistemində, əmək və ərazi
mobilliyində və s. köklü dəyişikliklər baş vermişdir. Məşğulluq sahəsində kiçik və orta biznesin
genişlənməsi, qadın sahibkarlığının güclənməsi, kişi və qadınların əmək miqrasiyasının artması,
iqtisadiyyatın qeyri-dövlət, qeyri-formal və əsas iş yerindən başqa əlavə iş yerlərində məşğulluğun
artması baş vermişdir.
Azərbaycanda keçmişdən qalan stereotiplərin milli adət-ənənələr kimi əhalinin həyatına
əvvəllərdə olduğu təsiri zəifləmiş və yeni sosial-iqtisadi şərait əhalinin həyat stereotiplərinin
dəyişməsinə səbəb olmuşdur. Qadınların evdən kənarda məşğulluğuna, onların yüksək səviyyədə
təhsil almasına, vəzifə pillələri ilə irəliləməsinə, ailənin ümumi gəlirlərinin tərkibində qadının xüsusi
çəkisinin yüksək olmasına, qadının maaşının kişinin maaşından yüksək olmasına, analığın peşəkar
fəaliyyətilə uyğunlaşdırılmasına, ailə gəlirlərinin bölgüsündə qadının iştirak etməsinə və s. olan
münasibətdə əhalinin düşüncəsində kök salmış fikirlər dəyişməyə başlayır.
Azərbaycanda gender bərabərliyinə nail olmağa yönəlmiş ideya və tədbirlərin gələcək inkişafı
üçün bir sıra tövsiyələrin ən mühümləri arasında aşağıdakıları qeyd edək:
1.
Gender bərabərliyi Azərbaycanın sürətli iqtisadi inkişafı və yoxsulluğun azaldılması üçün
mühüm amildir. Bu səbəbdən gender bərabərliyinin təkamülü daim və vaxtlı-vaxtında müşahidə
altında olmalıdır. Məsələn, ölkədə yoxsulluğun azaldılması haqqında beynəlxalq təşkilatların dəstəyi
ilə hökumətin hazırladığı illik hesabata gender bərabərliyinin təkamülü haqqında ayrıca bir bölmə
daxil edilməlidir. Digər tərəfdən Dövlət Statistika Komitəsi gender xarakteristikalarını nəzərə almaqla
hər il heç olmazsa bir neçə bərabərsizlik indeksini dərc edə bilər və bununla da uyğun təhlili təmin
etmiş olar.
2.
Təhsil sisteminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkilə gətirilməsi üçün təcili
islahatlara ehtiyacı vardır. Təhsil sistemi ilə əmək bazarı arasında əlaqələndirici mexanizmin
yaradılmasına xüsusilə böyük ehtiyac duyulur. Bu problem təcrübə və internatura proqramlarının
yaradılması vasitəsilə həll edilməlidir. Bu proqramlar gələcək diplomlu mütəxəssislərə müasir əmək
bazarında zəruri bilik və iş təcrübəsi əldə etmək imkanı verməlidir. Təhsil müəssisələrində istifadə
olunan tədris planı, dərsliklər, metodoloji materiallar əmək bazarının hazırkı tələblərinə uyğun olaraq
dəyişdirilməlidir. O cümlədən nəzərə alınmalıdır ki, hal-hazırda məşğulluq özəl sektorda, xidmət
sferasında, kənd təsərrüfatında üstünlük təşkil edir və qeyri-tipik, mövsümü və kontrakt əsaslı iş
növlərinin çoxluğu ilə xarakterizə olunur. Faktların yadda saxlanılmasına köklənən təhsildən, alınan
biliklərin təcrübədə istifadəsinə keçilməsinə çalışılmalıdır. Bundan başqa əmək bazarı daim və
hərtərəfli müşahidə edilməlidir ki, onun tələbatları müəyyən edilsin və bunun əsasında yeni və
modifikasiya olunmuş uyğun tədris proqramları yaradılsın. Bu proqramların başlıca xüsusiyyəti
təhsildə gender tarazlığı ideyası olmalıdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
514
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
3.
Erkən yaşda olan uşaqlar üçün tədris müəssisələri dövlətin diqqət mərkəzində olmalıdır.
Təhsil xərcləri sahəsində artmaqda olan bərabərsizliyin qarşısında alınması üçün yoxsul ev
təsərrüfatının dəstəklənməsinə yönəlmiş xüsusi dövlət proqramları olmalıdır. Bu proqramlar yoxsul
ailələrin uşaqlarını pulsuz dərsliklərlə, digər məktəb ləvazimatları ilə, səhər yeməyi ilə, eləcə də
məktəbli geyimi və ayaqqabı ilə təmin etməlidir.
4.
İşçilərin ixtisas səviyyəsinin yüksəldilməsi üzrə qısa müddətli sistemin inkişafına xüsusi
diqqət yetirilməlidir. İxtisasın yüksəldilməsi sistemi xarici dillərin öyrədilməsinə, kompüterlərdən və
internetdən istifadənin əsaslarına, eləcə də əmək bazarında tələb olunan digər bilik və vərdişlər
öyrədilməsinə yönəldilməlidir. Öz işçilərini ixtisasın yüksəldilməsinə göndərən firmalar üçün dövlət
vergi stimulları tətbiq etməklə ixtisasın yüksəldilməsi sisteminin inkişafını təşviq edə bilər. Dövlət
həmçinin aktiv əmək siyasəti çərçivəsində qeydiyyatdan keçmiş işsizlər üçün tədris kurslarının
təşkilini bilavasitə maliyyələşdirə bilər. Bu zaman işsiz qadınlara xüsusi diqqət yetirilməlidir.
5.
Azərbaycan qanunvericiliyində məşğulluq sferasında qadın və kişilər üçün bərabər imkanların
təminatları biyan edilir. Ancaq ölkədə bu təminatların həyata keçirilməsinin real mexanizmi yoxdur.
Bunu nəzər alaraq hökumət məşğulluq sahəsində bərabər imkanların yaradılmasına nəzarət edə biləcək
dövlət idarəsini müəyyən etməlidir. Belə idarə uyğun səlahiyyətlərlə və resurslarla təmin edilməlidir, o
cümlədən insan və maliyyə resursları ilə. Digər tədbirlər sırasında aşağıdakılar daxil edilməlidir:
qadınların dövlət sektorunda aparıcı postlara təyin edilməsi üzrə kvotalar, özəl sektordakı
müəssisələrdə gender probleminin daha yaxşı anlaşılması üçün xüsusi kompaniyalar, qadın
auditoriyası üçün nəzərdə tutulmuş ayrıca ixtisasın yenilənməsi proqramları və işgüzar xüsusilə kənd
rayonlarına kredit almağa yardım edilməsi.
6.
Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Proqramının gender ölçmələrinə ehtiyac vardır.
Proqram yoxsulluq, bərabərsizlik, təhsil, səhiyyə, əmək bazarı, sahibkarlıq və sosial müdafiə üzrə
gender ölçülərindəki dəyişiklikləri dəyərləndirməlidir. Azərbaycanda gender bərabərsizliyinin
hərtərəfli təhlili yoxsulluğun azaldılması və iqtisadi inkişaf siyasətinin ayrılmaz hissəsi olmalıdır. Bu
təhlilə əsaslanaraq gender bərabərsizliyi ilə bağlı olan konkret problemləri identifikasiyalaşdırmaq
mümkün olardı.
7.
Azərbaycanda sosial müdafiə proqramları post-keçid dövrü şəraitinə uyğunlaşdırılmalıdır.
Sosial yardım proqramları müavinətlərin bölgüsünü artan dinamikada aparmalıdır. Bərabərsizliyin və
yoxsulluğun azaldılması məqsədilə sosial yardım müavinətləri alanların əksəriyyəti yoxsul ev
təsərrüfatlarında olanların payına düşməlidir və müavinətlərin böyük hissəsi, məhz onlara verilməlidir.
Yoxsul ev təsərrüfatlarına aidiyyəti olmayan çoxlu sayda kiçik müavinətlərdən ibarət olan mövcud
sosial müavinətlər sistemi bir xüsusi proqramın xeyrinə demontaj olunmalıdır. Bu proqram
müavinətlərin böyük hissəsini yoxsul ev təsərrüfatlarına yönəltməlidir və digər keçid ölkələrində
sınaqdan keçmiş beynəlxalq təcrübəyə əsaslana bilər.
8.
Baxmayaraq ki, müstəqillik dövründə bərabərsizliyin, o cümlədən gender bərabərsizliyinin
azaldılmasında torpaq islahatı əsas amillərdən biri olmuşdur, kənd təsərrüfatı sektorunda yeni
islahatların aparılmasına hələ də ehtiyac duyulur. Fermerlərin kredit resursları, seleksiyalaşdırılmış
mal-qara və toxumlar, yanacaq, gübrə, irriqasiya, kənd təsərrüfatı maşınları və avadanlıq sarıdan
yardıma ehtiyacları vardır. Onların kənd təsərrüfatında qabaqcıl metodların, mühasibat uçotunun və
marketinqin öyrədilməsinə yönəlmiş konsultasiya dəstəyi də ehtiyacları vardır. Kənd təsərrüfatı
sahəsində elmi-tədqiqat və sınaq-konstruktor işlərinin dəstəklənməsinin də fermerlərə böyük faydası
olardı.
9.
İnfrastrukturun keyfiyyətinin aşağı olması-regional bərabərsizliyi müəyyən edən başlıca
amildir. Ona görə də yolların inkişafı, yeni bazarlar, suyun təmizlənməsi, su təchizatının və
irriqasiyanın yaxşılaşdırılması, telekommunikasiya xətlərinin modernizasiyası, təhsil, səhiyyə və
mədəniyyət obyektlərinin bərpası regional bərabərsizliyin azaldılmasında mühüm rol oynaya bilər və
nəticə etibarı ilə əhalinin məşğulluğu sahəsində gender bərabərliyinə nail olmağa bilavasitə təsir
göstərə bilər.
Dostları ilə paylaş: |