Microsoft Word 00 KeyNote Speakers Materiallar



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə91/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   87   88   89   90   91   92   93   94   ...   148

 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

499



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 

 

 

 

PROCEEDINGS 

SECTION III 

ECONOMICAL SCIENCES 

 

 

 

Economics

 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

500



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

ƏRZAQ TƏHLÜKƏSIZLİYİ: ƏRZAQ İTKİSİ PROBLEMİ 

 

Pərviz ƏLİYEV  

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 



parvizaliyev2016@gmail.com

 

AZƏRBAYCAN 



 

Ərzaq təhlükəsizliyi  ərzaq təchizatı  və insanların bu ərzaq məhsullarına çıxışı ilə bağlı 

vəziyyətdir. Dünya Ərzaq Sammitinin yanaşmasına görə, ərzaq təhlükəsizliyi o zaman mövcuddur ki, 

bütün insanların sağlam və fəal həyat sürə bilməsi üçün kifayət həcmdə, təhlükəsiz və qida dəyəri olan 

ərzaq məhsullarına çıxışı olsun. Həmçinin  ərzaq məhsullarına çıxış  həm fiziki, həm də iqtisadi 

cəhətdən təmin olunmalıdır. Ərzaq təhlükəsizliyi üç sütun üzərində qurulmuşdur: ərzaq məhsullarının 



əlyetərliyi (davamlı olaraq kifayət həcmdə  ərzağın mövcud olması),  ərzaq məhsullarına çıxış 

(qidalanma məqsədilə uyğun həcmdə  ərzağın  əldə edilə bilməsi üçün kifayət həcmdə resursun 

(maliyyə) olması), ərzaqdan istifadə (yaşayış və qidalanma normalarına uyğun istifadə, habelə sudan 

istifadə və sanitariya qaydalarına riayət olunması). Deyilənləri ümumiləşdirərək demək olar ki, ərzaq 

təhlükəsizliyi insanların normal həyat sürməsi üçün normal şəkildə qidalanmasını təmin edən sosial-

iqtisadi şərtlər çoxluğunu ifadə edir.  

Dünya  əhalisinin sürətlə artması, təbii resursların isə sürətlə tükəndiyi müasir dövrdə  ərzaq 

təhlükəsizliyi xüsusilə əhəmiyyətlidir. Hesablamalar göstərmişdir ki, 2050-ci ildə 9 mlrd. insan üçün 

kifayət qədər ərzaq istehsal etmək üçün kənd təsərrüfatı istehsalının hazırkı səviyyəsini 70% artırmaq 

və  İEOÖ kənd təsərrüfatlarının inkişafı üçün isə  hər il 83 mlrd. ABŞ dolları investisiya lazım 

gələcəkdir. Odur ki, dünya üzrə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ən müxtəlif istiqamətlərdə 

tədqiqatlar aparılır. Bu tezisdə diqqət  ərzaq təhlükəsizliyinin təmin edilməsi yollarından biri kimi, 

ərzaq itkilərinin qarşısının alınması üzərində cəmlənmişdir.  

Bu gün dünya üzrə 800 milyondan artıq insan az qidalanmadan əziyyət çəkir. Ancaq buna 

baxmayaraq, hər il istehsal olunan 1,3 mlrd. ton ərzaq ümumiyyətlə istehlak olunmur. Bu ərzaq 

kütləsi, xammalın fermanı tərk etməsindən, hazır məhsulun istehlakçıya çatmasına qədərki yolun hər 

hansı  mərhələsində korlanır və ya itir. Bu ərzaq məhsullarını iki qrupa bölmək olar: əsasən  İEÖ 

ölkələrdə  təsadüf edilən “ərzaq korlanması” və  əsas etibarı ilə  İEOÖ-lərdə müşahidə olunan “ərzaq 

itkisi”. Ərzaq korlanması istehlak üçün hazır olan, ancaq pərakəndə ticarətçilər və istehlakçıların özləri 

tərəfindən korlanan ərzaq məhsullarını ifadə edir. İnkişaf etmiş ölkələrdə yüksək estetik standartlar, 

ərzaq məhsullarının təchizatı üzrə çox ciddi tələblər, böyük yemək porsiyaları  və  həvəsləndirici 

satışlar çox vaxt həddən artıq böyük həcmdə  ərzaq istehsalına gətirib çıxarır ki, bu məhsulların da 

əksər hissəsi sonradan tullantıya çevrilir. Ərzaq itkisi isə  İEOÖ-lərdə  əsasən, istehsal, emal və 

bölüşdürmə  mərhələlərində  məhsul itkisini ifadə edir və bu itkilər bu ölkələrdə mövcud olan ərzaq 

itkisinin 90%-ni təşkil edir. Bu itkilərin  əsas səbəbi tədarükat zənciri iştirakçılarının məhsulların 

qablaşdırılması, saxlanması  və daşınması üzrə kifayət qədər təcrübəyə  və müvafiq texnikaya sahib 

olmamaları, habelə ölkədaxili logistik sistemin zəifliyi ilə bağlıdır.  

İllik  ərzaq itkisinin həcminin yarıya qədər ixtisar edilməsi bir milyard insanı  ərzaqla təmin 

etməyə imkan verərdi. Beləliklə, artan dünya əhalisinin  ərzağa olan tələbatının təmin edilməsi 

probleminin həlli yollarından biri kimi, istehsal olunmuş ərzaq itkisinin azaldılması və bu məhsulların 

yenidən dövriyyəyə qaytarılması çıxış edə bilər.  

Ölkəmizdə  də itkilər  əsas etibarı ilə istehsal, emal və bölüşdürmə  mərhələlərinə  təsadüf edir. 

Dövlət statistika komitəsindən  əldə edilən məlumata görə, 2014-cü ildə 5,7 mln. ton bitkiçik 

məhsulunun 432 min tonu, yəni 7,6%-i, 3,7 mln ton heyvandarlıq məhsulunun 65 min tonu, yəni 

1,7%-i, 3,5 mln. ton ərzaq məhsulunun isə 46 min tonu, yəni 1,3%-i itkiyə getmişdir. Ferma daxilində 

baş verən itkilər nəticəsində fermerlər öz məhsullarını gəlirə çevirmək imkanından məhrum olurlar bu 

isə onların fəaliyyət rentabelliyini aşağı salır və rəqabətqabiliyyətliliyini zəiflədir. Bu problimin həlli 

baxımından aşağıdakı təklifləri irəli sürmək olar: 

-   Regionlarda  fermadaxili,  aşağı  dəyərli emal və saxlanc texnologiyalarının yaradılması. Misal 

üçün, taxılın, tərəvəzin və ya toxumların keyfiyyəti saxlamağa və qiymətlərin yüksək olduğu 

mövsümdə bazara çıxarmağa imkan verən hermetik kisələrdən istifadə; 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

501



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

-   İEOÖ-lərin bazarlarında fəaliyyət göstərən iri ərzaq ticarətçilərinin texnologiya, infrastruktur və 

idarəetmə bacarıqlarından istifadə;  

-   Kənd təsərrüfatı kooperativlərinin yaradılması və məhsulların birgə emalı və daşınmasının təmin 

edilməsi. 

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə bu problemin həlli istiqamətində bir sıra addımlar 

atılmışdır. Buraya fermerlər üçün məhsulların cari bazar qiymətləri haqqında vahid informasiya 

formalaşdırılmasını, regionlarda soyuducu anbarların yaradılmasını, ixracın stimullaşdırılması 

tədbirlərini və s. göstərmək olar.   

 

 



 

AZƏRBAYCANDA TURİZM BAZARININ MODELLƏŞDİRİLMƏSİNİN 

NƏZƏRİ ƏSASLARI 

 

Samirə QULİYEVA  

Azərbaycan Dövlət İqtisad Universiteti  



mirka_709@mail.ru

 

AZƏRBAYCAN 



 

Bu gün Azərbaycan üçün əsas hədəf neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik 

inkişafının təmin olunmasıdır. Neft tükənən,bərpa olunmayan təbii sərvətdir.  Bu baxımdan, bu zəngin 

təbii sərvətdən son dərəcə  səmərəli  şəkildə, qənaətlə istifadə olunmalıdır. Ulu öndər Heydər  Əliyev 

çıxışlarında daim bəyan etmişdir ki, neft təkcə indiki  nəsillərə deyil, həm də  gələcək nəsillərə 

məxsusdur. 

Turizm sahəsində rəqabətin yüksək səviyyəsiturizmin funksional sahəsinin bazar elementlərinin , 

turizm bazarının  əsaslarını  nəzərə alan iqtisadi-riyazi modelləri və optimallaşdırma məsələlərinin 

işlənib hazırlanmasına ehtiyac yaranır. Turizmin idarəedilməsinin çətinliyi turizm xidmətlərinin 

çoxsahəli olması ilə xarakterizə olunur. 

Hal – hazırda turizm fəaliyyətinin müasir iqtisadi meyarlar, informasiya texnologiyaları və elmi 

texniki tərəqqinin son nəaliyyətlərinə cavab verən idarəetmə modelləri işlənib hazırlanmışdır. 

Turizmin  inkişaf modellərinin strukturu və istifadə olunan riyazi aparata görə  təsnifləşdirsək bu 

modelləri alarıq : ekonometrik, optimallaşdırma, süni intellekt modelləri. 

Modelləşdirmənin  əsas prinsiplərindən biri adekvatlıq prinsipidir. Turizm biznesində adekvat 

modellərin yaradılması prosesini bir sıra amillər mürəkkəbləşdirir. Turizm sahəsi aralarında çox sayda 

heterogen əlaqələrin mövcud olduğu, müxtəlif alt sistemlərdən ibarət olan mürəkkəb sistemdir. Turizm 

müəssisələrinin fəaliyyəti siyasi, sosial-iqtisadi və hüquqi amillərdən asılı olan çox sayda biznes 

proseslərindən ibarətdir. Bu sahədə ən mühüm nəticələr əməliyyatların tədqiqi metodlarının köməyi ilə 

əldə edilmişdir. 

Turizm sənayesinin  əsas məqsədi gəlirin maksimumlaşdırılması, rəqabət mühitində turizmin 

fəaliyyətində riskin minimumlaşdırılmasıdır.Turizm sənayesinin siyasəti gəlirin həcminə təsir göstərən 

çox sayda amillərin analizi , müxtəlif vəziyyətlərin hərtərəfli qiymətləndirilməsi və simulyasiyası 

əsasında qurulmalıdır. Turizm sənayesində risk şəraitində  qərarqəbuletmə strategiyası  aşağıdakı 

prinsip əsasında formalaşır: risk və gəlir bir istiqamətdə dəyişir- gəlir nə qədər yüksəkdirsə , risk də o 

qədər yüksəkdir. 

Turizm öz aralarında mürəkkəb qarşılıqlı  əlaqədə olan , eyni zamanda determinik və  həm də 

stoxastik proseslər baş verən sistem olduğuna görə turizm sənayesinin modelləşdirilməsi çox 

mürəkkəb prosesdir. Baxmayaraq ki, imitasiya modeli bazarın davranışını proqnozlaşdırmır, lakin 

praktik olaraq turizm sənayesində modelləşdirmənin nəticəsi üçün tətbiq olunur. 

İstənilən bazar, həm klassik və  həm də müasir bazar özünün fəaliyyəti zamanı 3 əsas iqtisadi 

qanuna əsaslanır: dəyər, tələb və təklif, rəqabət. Burada tələb və təklif qanunu istehlakçıların bazarda 

davranışını formalaşdırır, rəqabət qanunu isə bazarın fəaliyyətinin mexanizmi kimi çıxış edir. Dəyər 

qanunu 3 funksiyanı yerinə yetirir: stimullaşdırıcı, bölüşdürücü və istehsalçıların fərqləndirilməsi. 

Dəyər qanunu turizm bazarı baxımından özünəməxsus “görünməz  əl” kimi çıxış edir ki bu da 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

502



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

turoperatorların və turizm agentlərinin gəlir əldə etmək və öz marağının ödənilməsinə yönəldilməsini 

nəzərdə tutur. 

Turizmin ölkə iqtisadiyyatına təsiri həm turistik xidmətlərin satışından gələn gəlir sayəsində 

dövlət büdcəsində onun çəkisinin artması ilə, həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunan 

turizm sənayeinə investisiya qoyuluşunda özünü göstərir.İqtisadiyyata turizmin dolayı təsiri və yaxud 

ölkədə turizm xərclərinin dövriyyəsi zamanı qüvvəyə minən turistik multiplikator, yalnız turistlərin 

xərclərindən deyil , həm də  həmin dövriyyədə  iştirak edən  əhali və müəssisələrin yığıma olan 

meylindən asılıdır. 

Qiymət, infrastruktur, ətraf mühit, texnoloji yeniliklər, insan resurslarıvə sosial inkişaf kimi 

amillərin müəyyənləşdirdiyi rəqabətqabiliyyətliliyi turizmdə çox önəmli göstəricidir. 

Turizmdə baş verən proseslərin modelləşdirilməsi zəruri hal alır. Modelləşdirmənin nəticələri 

turizm sahəsində strategiyanın işlənib hazırlanması, qərarın qəbul edilməsi və planlaşdırma üçün çox 

vacibdir.  

Turizmin modelləşdirilməsinin  əsas obyekti kimi ölkəyə  gələn xarici turistlərin sayı  və möv-

sumiliklə bağlı göstəricilər çıxış edir ki, bu göstərici əsasında sistemdə digər qiymətlər müəyyənləşir. 

Dəqiqliyi təmin edən və proqnozlaşdırma keyfiyyətinə malik olan reqressiya modelləri şəklində 

olan ekonometrik modellər turizmdə çox istifadə olunur.Azərbaycanda turizmin əsas göstəricisi 

mehmanxanaların sayı , inflyasiya və ÜDM –un artım tempidir.

 

Hal-hazırda bütün dünyada riyazi iqtisadiyyatda yeni sahə olan CGE tipli modellər daha geniş 



yayılır.CGE  modelini xarakterizə edən 3 əsas aspekt müəyyən etmək olar. 1) ümumilik xassəsi – öz 

fəaliyyəti ilə bütünlükdə iqtisadi sistemə  təsir göstərən iqtisadi agentləri özündə  əks etdirir.Bu 

agentlərə ev təsərrüfatı, firmalar, dövlət və xarici mühiti misal göstərmək olar. 2) tarazlılıq xassəsi- 

CGE modelləri özündə  xətti tənliklər sistemini daxil edir ki, bu sistemin həlli nəticəsində istehsal 

amilləri , xidmət və əmtəə bazarında tarazlıq yaranır.3) kəmiyyət xassəsi- modelin nəticəsidir. 

CGE model turizm siyasətini təhlil etmək, eləcə  də  təklif olunmuş turizm üzrə strategiyaların 

iqtisadi keyfiyyətini və digər planlaşdırma və investisiya tendensiyalarını araşdırmaq və qiy-

mətləndirmək üçün imkan yaradır. Model həmçinin turizm sənayesinin inkişafının proqnozlaşdırılması 

üçün istifadə edilə bilər 

CGE modelinin Azərbaycana tətbiqi sayəsində turizmin vergi siyasətini , iqtisadiyyatın hər bir 

sahəsinininkişafının proqnozunu və qarşılıqlı təsirinin qiymətləndirilməsini müəyyənləşdirmək olar. 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ İNKİŞAFINDA EMAL 

SƏNAYESİ MÜƏSSİSƏLƏRİNİN ROLUNUN ARTIRILMASI ÜÇÜN 

BİR SIRA TƏKLİFLƏR 

 

Sadiq ƏFƏNDİYEV  

Azərbaycan Texnologiya Universiteti 



sadiqefe@yahoo.com  

AZƏRBAYCAN 

 

Respublikada emal sənayesi müəssisələrinin rəqabətədavamlı dayanıqlı  və davamlı inkişafının 



təmin edilməsinə, investisiya qoyuluşlarının həcm və strukturu birbaşa təsir göstərir. Buna görə  də 

əsas kapitala investisiya qoyuluşlarının prioritetləşdirilməsi, emal sənayesi müəssisələrinin gələcək 

inkişaf istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. İnvestisiya 

qoyuluşlarının prioritet istiqamətlərini müəyyən edərkən, ilk növbədə, istehsal vasitələrinin emal 

sənayesi müəssisələrinə yönəldilməsi və onun digər sahələrin inkişafı üçün əsas olmasını nəzərə almaq 

zəruridir. Bununla belə, investisiya qoyuluşlarının istiqamətlərinin müəyyən edilməsilə  əlaqədar 

sahələrin inkişaf səviyyəsi  əhəmiyyətli  şəkildə  təsir göstərir. Yəni, respublikada iqtisadiyyatın 

səmərəli inkişafını  təmin etmək üçün yüksək səviyyəli enerji kompleksinin, nəqliyyat sisteminin, 

sənaye və kənd təsərrüfatının satışı sisteminin və s. mövcud olması daha vacibdir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

503



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Emal sənayesi müəssisələrinin dayanıqlı  və davamlı inkişaf etdirilməsində  əsas məqsəd ölkədə 

elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı  və ixracyönümlü, dünya standartlarına cavab 

verən emal sənayesi məhsullarının istehsal edilməsinə nail olmaq və ölkənin “neft amili”ndən 

asılılığını aradan qaldırmaqdır. Bu isə emal sənayesi müəssisələrində dövlət tənzimlənməsi sisteminin 

təkmilləşdirilməsi, investisiya-innovasiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və 

artırılması, təbii sərvətlərin və  əmək resurslarının səfərbər edilərək həyata keçirilməsi mümkün ola 

bilər. 


Emal sənayesi müəssisələrinin yüksək rəqabətədavamlı  məhsullarının istehsalını stimullaşdıran 

aşağıdakı digər tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik: 

-  yeni və ya təkmilləşdirilmiş  məhsul növlərinin yaradılması ilə bağlı aparılan elmi-tədqiqat 

işlərinin vergilərdən azad edilməsi; 

-  vergiqoyma sistemində innovasiya üzrə elmi-tədqiqat və  təcrübə-konstruktor işlərinə, 

patentləşdirmə xərclərinə məhdudiyyət qoyulmasının aradan qaldırılması; 

-  innovasiya fəaliyyətinin reallaşdırılması  məqsədilə istifadə edilən  əsas vəsaitlərin amortizasiya 

normalarına güzəştli əmsalların tətbiq olunması; 

-  emal sənayesi müəssisələrində innovasiya fəaliyyətini həyata keçirmək üçün güzəştli dövlət və 

bank kreditlərinin tətbiq olunması; 

-  innovasiya menecmenti və marketinqinin təşkili, layihələrin idarə edilməsi, müasir texnikanın 

layihələndirilməsi və istismarı üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına dövlət dəstəyinin 

reallaşdırılması və s. 

Respublikamızın emal sənayesi müəssisələri rəqabətli bazar münasibətlərinin formalaşdığı 

qloballaşan dünyada fəaliyyət göstərməyə  hələ  də tam hazır deyil. Buna görə  də dövlətin “sənaye 

siyasəti” qanunun qəbul edilməsi məqsədəuyğun hesab etmək olar. Bu qanun çərçivəsində emal 

sənayesi kompleksində struktur dəyişikliklərin aparılması, onun istehsal və elmi-texniki potensialının 

inkişafını təmin edən maksimal əlverişli şəraitin yaradılması məsələləri öz əksini tapmalıdır. 

Ölkəmizin iqtisadi inkişafında emal sənayesi müəssisələrinin təkmilləşdirilməsini 

stimullaşdırmaq üçün elmtutumlu məhsulların istehsalının genişlənməsini təmin etmək, elmi-tədqiqat 

institutlarının fəaliyyətini genişləndirmək, bütövlükdə isə onların innovasiya yönümlü inkişafına nail 

olmaq lazımdır. 

Emal sənayesi sahələrində rəqabətədavamlı  məhsullar istehsalını stimullaşdırmaq üçün istehsala 

yönəldilən investisiyaların həcmini artırmaq, gömrük siyasəti vasitəsilə optimal rəqabət rejimini 

yaratmaq, ixrac yönümlü istehsalı genişləndirmək və bunun üçün xüsusi iqtisadi zonalar yaratmaq, 

güzəştli kreditlərin verilməsinin idxal-ixrac əməliyyatları üçün inzibati qaydaların asanlaşdırılmasını 

həyata keçirmək lazımdır. 

Ölkəmizin iqtisadi inkişafında emal sənayesi müəssisələrini təkmilləşdirmək üçün müvafiq dövlət 

idarəçilik strukturunun yaradılması, onun ixrac siyasətini iqtisadiyyatın struktur islahatları ilə 

əlaqələndirilməsi, kiçik biznesin ixrac aktivliyinin stimullaşdırılması  və s. məsələlər həyata 

keçirilməlidir. 

Emal sənayesi sahələrində  şaxələndirilmə prosesi həyata keçirilməlidir. Bu isə ölkə iqtisadiy-

yatının xarici-iqtisadi inkişaf strategiyasına uyğun olaraq aparılmalı, yüksək texnoloji emal 

sənayesinin daha yüksək sürətli inkişafı hesabına ölkənin neft sektorundan asılılığını aradan 

qaldırmalı, innovasiya sisteminin yaradılması yolu ilə emal sənayesi sahələrini rəqabətədavamlı, 

dayanıqlı iqtisadi artımın əsas resursuna çevirmək lazımdır. 

Emal sənayesi sahələrinin dayanıqlı və davamlı iqtisadi inkişafda rolunu yüksəltmək və dövlətin 

sənaye siyasətini aparmaq üçün bu sahədə pozitiv struktur dəyişikliklər, mülkiyyət hüququnun 

qorunması, informasiya aşkarlığı və təbii inhisar məhsullarının qiymətlərinin tənzimlənmə metod və 

sistemlərinin yaxşılaşdırılması üçün təşkilati və hüquqi bazanın yaradılması, vergi sistemində 

islahatların aparılması, xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən himayə edilməsi, mükəmməl və 

səmərəli fəaliyyət göstərən inkişaf institutlarının yaradılması, daxili bazarda yerli emal sənaye 

məhsuluna tələbin gücləndirilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi işləri həyata 

keçirilməlidir. 

Emal sənayesi müəssisələrinin iqtisadi inkişafda rolunu yüksəltmək və milli iqtisadiyyatın sosial-

iqtisadi inkişaf strategiyasının reallaşdırılması üçün iqtisadiyyatın innovasiya tipli inkişaf yoluna 

keçmək, texnologiyaların kommersiyalaşması hesabına elmi-texniki nailiyyətlərin nəticələrinin 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

504



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

əmtəəyə çevrilməsi və sənaye miqyasında onlardan səmərəli realizasiyasına nail olmaq lazımdır. Eyni 

zamanda kimya, neft-kimya, maşınqayırma, metallurgiya, və digər emal sənayesi müəssisələrinin 

mövcud potensialından istifadənin yaxşılaşdırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, 

innovasiyalı texnologiyalar tətbiq olunmaqla, yerli xammal ehtiyatları  əsasında daxili və dünya 

bazarlarında rəqabətqabiliyyətli yeni məhsulların, o cümlədən xarici kapitalın iştirakı ilə müştərək 

müəssisələrin yaradılması strateji istiqamətlər hesab olunmalıdır. 

 

 



THE MAIN ECONOMIC 

BASICS OF THE WAREHOUSE 

MANAGEMENT IN INDUSTRIAL COMPANIES OF AZERBAIJAN 

 

Togrul POLUKHOV  

SOCAR 


togrul.polukhov@gmail.com 

AZƏRBAYCAN 



 

First of all importance of the formation of warehouse management and its action mechanism in 

the industrial enterprises operating in Azerbaijan Republic have to be substantiated. Therefor the main 

problem experienced by the all the industrial companies of the Azerbaijan in warehouse management 

is periodicstock shortages. The inventory and warehouse management system used by the industrial 

companies are period based, with orders placed on a monthly basis. There is no alert system to warn 

when a certain item stock level has reached a critical level requiring an order for that item to be raised. 

A stock out report generated weekly shows a list of items with zero stock balances and is circulated to 

the frontline staff to inform them that certain items have gone out of stock. During the monthly order 

review, the targeted stock quantities are compared with the quantities available in stock at that time 

and the differences taken to be the quantities that are suggested for order. The suggested order is 

further subjected to the manager’s judgement, taking into account cash flow, anticipated demand and 

stock reservations before a final decision on quantities to order is made.  The weakness with this 

system is that it does not take into account the stochastic nature of demand and lead time. Also lack of 

an alert system to give an indication when items are approaching minimum stocking levels is a major 

disadvantage of the system currently being used.  The objective of main Azerbaijan industrial 

companies is to develop an inventory a package of proposals which will minimise the total inventory 

costs through research findings and data analysis while demonstrating how simulation technique can 

be effectively used to solve inventory management problems. Out of this necessity this problem  has 

been studied by me. As well as this thesis is dedicated to the actual theme. 

Warehouse management is the process of ensuring that a company always has the products it 

needs on hand and that it keeps costs as low as possible. In our industry companies there are mainly 

three types of inventory in the warehousing process: raw materials, work-in-progress, and finished 

goods. Given the significant costs and benefits associated with inventory, companies spend 

considerable amounts of time calculating what the optimal level of inventory should be at any given 

time. Because maximizing profits means minimizing inventory expenses,  several inventory-control 

models, such as the ABC classification method, the economic order quantity (EOQ) model, and just-

in-time management are intended to answer the question of how much to order or produce.  

Within the framework of Azerbaijani realities the main economic direction of warehouse management 

can be classified as follows by summarizing our research: 

1. 

Design criteria



 

2. 


Handling technology and improving inbound warehouse processes 

 

3. 



Storage plan.

 

Three principles are relevant and it is required to open coverage these points.



 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin