AZƏRBAYCANDA TURİZM SEKTORUNUN İNKİŞAFININ SWOT
ANALİZİ
Səbinə CUMAZADƏ
Qafqaz Universiteti
sebine.yusifova52@gmail.com
AZƏRBAYCAN
Azərbaycan Avropa və Asiyanın kəsişdiyi yerdə yerləşməsinə və küllü miqdarda turist potensialı-
na malik olmasına baxmayaraq dünya turizm bazarında aşağı yerlərdən birini tutur. Neft gəlirlərindən
səmərəli istifadə etməklə qeyri-neft sektoru sahələrinin inkişaf etdirmək, iqtisadiyyatın diversifikasını
həyata keçirmək müasir dövrdə Azərbaycan iqtisadiyyatının qarşısında duran mühüm məsələlərdən
biridir.Turizm sahəsi üçün ixtisaslı kadr hazırlığının müasir tələblərə cavab verməməsi, turizmin
infrastrukturunun, xüsusilə regionlarda turist xidmətlərinin səviyyəsinin aşağı olması, maliyyə vəsait-
lərinin bu sahəyə kifayət qədər cəlb olunmaması, respublikamızın turizm ölkəsi kimi imicinin yüksəl-
məsində reklam-informasiya təbliğatı son vaxtlaradək geniş aparılmaması və dünya turist bazarında
rəqabətə davamsızlığı respublikada bu sahənin zəif inkişaf etməsinə səbəb olmuşdur.Turizm öz
perspektivliyinə görə qeyri-neft sahələri içərisində aparıcı mövqelərdən birini tutur.Geniş potensiala
malik olan turizm sənayesinin inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatı üçün prioritet vəzifələrdən
birinə çevrilmişdir. İqtisadiyyatın bir çox sahələrini əhatə edən turizm sənayesinin öyrənilməsi sistemli
yanaşma tələb edir.
SWOT təhlil 1963-cü ildə Harvard universitetinin professoru Kenneth Andrews tərəfindən
Strateji planlaşdırma aparmaq məqsədi ilə yaradılmış vasitədir. SWOT – Strengths (güclü tərəflər),
Weaknesses (zəif tərəflər), Opportunities (imkanlar) və Threats (təhlükələr) sözlərinin qısaldılmış for-
masıdır. Azərbaycanda turizm sənayəsinin inkişafını bu baxımından incələyək.
S (Strength-Güclü tərəflər) təbii sərvətlərlə zənginlik, əlverişli iqlim şəraiti, Avropa və Asiya
qitəsinin kəsişməsində yerləşməsi, mədəni turizmin inkişafı üçün 6 mindən artıq tarix və mədəni abi-
dələrlə zənginlik, termal turizm üçün minə qədər mineral su qaynaqlarının mövcudluğu, qış turizmin
inkişafı üçün ərazinin 2/3-nin dağlıq olması, yayla turizmi üçün ərazilərlə zənginlik, turizm məqsədli
istifadə oluna biləcək Milli Parkların mövcudluğu,dağ,ekologiya, kənd turizminə uyğun ərazilərin
mövcudluğu, coğrafi mövqe baxımdan turist göndərən bazarlara yaxınlıq, Azərbaycan əhalisinin qo-
naqpərvərlik mədəniyyəti, ekologiyanın hələ pozulmaması, siyasi stabilliyin mövcudluğu, mənəvi
milli dəyərlərin mövcudluğu.
W (Weaknesses- Zəif tərəflər) Maliyyə vasaiti çatışmazlığı, infrastrukturun zəif inkişafı, kom-
munal xidmətlərin aşağı səviyyəsi, düzgün marketinq və reklam çatışmazlığı, regionun inkişafına
yönəlik tikintilərdə fond çatışmazlığı,təbii, mədəni və tarixi mirasın yetərincə qoruna bilməməsi,
turizm şüurunun formalaşmaması, investisiya təşviqlərinin kifayət qədər olmaması, turizm potensialı
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
541
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
daşıyan bəzi ərazilərdə plansız tikintilərin mövcudluğu, turizm təhsilində keyfiyyətin aşağı olması,
turizm personallarında dil biliyinin aşağı olması, azad rəqabət şəraitinin olmaması, idxaldan asılılıq,
dünya turist bazarında rəqabət qabiliyyətliliyinin aşağı olması, reklam-informasiya təbliğatı geniş
aparılmaması, xarici tur operatorlarının satış katoloqunda Azərbaycandakı turizm imkanlarına lazı-
mınca yer verilməməsi, turizm sahəsinə aid statistik məlumatların vahid sisteminin olmaması, bürok-
ratik əngəllərin mövcudluğu, regionlarda mehmanxanaların çatışmazlığı, turizm sənayesi biznesində
təcrübəsizlik, turizm məhsulunun bazara çıxarılmasında səriştəsizlik, xarici tur operatorlarının daxili
bazara müdaxiləsi
O (Opportunities- Imkanlar) Getdikcə inkişaf edən dünya turizmi, məcarə, idman, ekoturizm kimi
müxtəlif turizm növlərinə olan marağın artmağı, nəqliyyat sektorunun inkişafı və buna bağlı olaraq
uzun məsafəli səyahət imkanlarının artmağı, müxtəlif sinif insanlar arasında tətil mədəniyyəti
anlayışının formalaşması, insanlarda fərqli ölkə mədəniyyətlərini öyrənmə istəyinin artmağı, dünya
əhalisinin xərclənəbilən gəlirinin artması, gənc nəslin çoxluğu, dünya əhalisinin sürətli artımı, dünya
üzrə yoxsulluğun azaldılması proqramlarının və davamlı inkişaf konsepsiyasının həyata keçirilməsi,
snobizm
T (Threat-Təhlükələr) Sərt rəqabət, integrasiya birliklərinin birlik içi səyahətləri dəstəkləyən
siyasətləri, qlobal böhranlar, rəqib ölkələrin bu sahədə təcrübələrinin çox olması, ətraf mühit faktoru
Nəticə olaraq, Azərbaycanda birbaşa və dolayı məşğulluq yaradan, iqtisadiyyata külli miqdarda
valyuta qazandıran sahə kimi turizmin inkişafı üçün kifayət qədər təklif potensialı mövcuddur. Bu
qaynaqları effektiv və səmərəli şəkildə istifadə edə bilmək üçün müəyyən olunan zəif nöqtələr gözdən
keçirilərək həll yolu tapılmalıdır. Üzləşiləcək fürsətlər və təhlükələr əvvəlcədən nəzərə alınaraq strateji
turizm planlaması edilməlidir. Bu planlama çərçivəsində dövlət və özəl sektor üzərinə düşən öhdəlik-
ləri yerinə yetirməlidir. Dövlətlərin turizmə müdaxiləsi turizm siyasəti vasitəsilə həyata keçirilir.
Turizm siyasəti bir ölkədə turizm sənayesini inkişaf etdirmək, istiqamətləndirmək, nəzarət etmək
məqsədilə, idarəçilər tərəfindən müxtəlif vasitələr istifadə edilməklə müəyyənləşdirilən yanaşmalar və
hədəflər, alınan tədbirlər vəya bunların cəmidir.
Turizm və regionların inkişaf kimi məsələlərdə dövlət müdaxiləsi mənfi yan təsirlər yarandığı,
ictimai əmtəə təmin edildiyi, özəl sahibkarlıq fəaliyyətinin uğursuz olduğu zamanlar baş verir.Turizm
çoxşaxəli bir sahə olduğundan turizmlə bağlı insan resurslarının inkişafı, infrastrukturun qurulması,
ətraf mühitin pozulması, çirklənmə, sosial mədəni həyatda meydana gələn dəyişikliklər, turistərin və
yerli əhalinin mədəniyyəti arasında qarşıdurmaların olması, turizmin gəlirlərinin mövsümi xarakter
alması, turistik xərcləmələrin bölgəsəl inflyasiyaya səbəb olması, bəzi istehlak mallarının idxal olun-
ması kimi problemlərə kompleks çarələr tapılmalıdır. Bu kimi problemlərin dövlət müdaxiləsi olma-
dan tam şəkildə aradan qaldırılması imkansızdır.
Turizmin yararlarından faydalanmaq üçün ilk öncə infrastruktur qurulmalıdır. İnfrastruktur və
nəqliyyat sektoru yatırımları dövlət tərəfindən həyata keçirilir. Mövcud və potensial qaynaqların
müəyyənləşdirilməsi, turizm sərmayə qoyuluşlarında istifadə olunan xərclərinin minumumlaşdırılması,
xarici turizm xərclərinin azaldılması, idxal əvəzləmə siyasəti vasitəsilə turizm sektorunda istifadə
olunan idxal malların azaldılması, vergi güzəştləri vasitəsilə xarici sərmayənin axınının təmini, özəl
sektoru təşviq edici subsidiyaların verilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, turizm
sahəsində lisenziyalaşdırmanın sadələşdirilməsi, turistlər üçün daha əlverişli viza rejiminin yaradıl-
ması, turizm bölgələrinin sosial infrastrukturu ilə iqtisadi infrastrukturunun birlikdə dəyərləndirilməsi,
turizm təhsilinin inkişafına investisiyaların qoyulması, təbii tarazlığın qorunub saxlanması, çirklənmə-
nin qarşısının alınması, arxeolojik, tarixi memarlıq abidələrinin dəyərləndirilməsi, bərpası və qorun-
ması tədbirləri turizmin inkişafı üçün əsas hədəflərdə yer almaqdadır. Bu hədəflər planına nail olun-
maqla zəif cəhətlərin əksər hissəsi aradan qalxacaq və Azərbaycanın dünya turizm gəlirlərindən aldığı
pay əhəmiyyətli dərəcədə artacaqdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
542
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
DEMOQRAFİQ SİYASƏTİN SƏMƏRƏLİLİYİ NAXÇIVAN MUXTAR
RESPUBLİKASININ İQTİSADİ HƏDƏFİ KİMİ
Cavadxan QASIMOV
AMEA Naxçıvan Bölməsi
cavadxan.yusifoglu@mail.ru
AZƏRBAYCAN
Demoqrafiya iqtisad və digər sosial elmlərin yaxından araşdırıb, tədqiq etdiyi, öyrəndiyi elm
sahəsi, sosial proses və hərəkət nəticəsidir. Bütövlükdə iqtisadiyyatın (istehsalın) olduğu kimi, iqtisadi
hadisə və proseslərin də ən zəruri daşıyıcısı olan insan amilinin üzərində qurulan demoqrafiya anlayı-
şının iqtisadi ədəbiyyatlarda yunan dilindən keçməklə, demos-xalq, grapho-yazıram kimi mənalan-
dırıldığını görməkdəyik. Bu iqtisadi anlayış, öz mövcudluğu, iqtisadi mahiyyəti və spesifik açıqlaması
ilə əsasən əhalinin sayı, onun doğumu, ölümü və bunlarla bağlı olan göstəricilərin dəyişməsini,
əhalinin miqrasiyasını cins və yaş strukturunu, milli və etnik tərkibini, coğrafi yerləşməsini (vəziyyə-
tini) öyrənir. Eyni zaman da demoqrafiya terminində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-hüquqi və
digər hadisələrin insanların yaşayışına, davranışına, fəaliyyətinə, məskunlaşmasına, hərəkətinə təsiri
istiqamətləri də yer almaqdadır.
Demoqrafiya anlayışı insan amili ilə bağlı olduğu üçün hər bir ölkənin sosial siyasətinin çox
mühüm tərkib hissəsi olmaqla, iqtisadi məqsəd və hədəflərinin əsasını təşkil etməkdədir. Bu mənada
ölkələrin iqtisadi maraqlarının, bu sahədəki proseslərin və bununla bağlı həyata keçirilən dövlət
siyasətin mahiyyətini özündə daşımaqdadır. Demoqrafiya-insan amili, onun firəvanlığı, işsizlik və
məşğulluq səviyyəsi, əhali problemlərinin öyrənilməsi məsələləri ilə bir başa bağlı olub, bu amillərin
ölkənin iqtisadi siyasətinə təsiri mexanzimlərini də şərtləndirir.
İqtisad elmində demoqrafiya məsələlərinin araşdırılması, elmi cəhətdən əsaslandırılması və təd-
qiqat obyektinə çevrilməsində bir sıra iqtisadçı və sosial elmlərin mütəxəssislərinin rolu böyük olmuş-
dur. Bu sırada konkret formada olmasa da, səpələnmiş şəkildə müxtəlif əsərlərdə rast gəlinmişdir.
Xüsusilə, qeyd edək ki, 1619-1674-cü illərdə yaşamış ingilis alimi Con Qrauntanın əsərlərində hələ
1662-ci ildə demoqrafiya anlayışına xidmət edən məqamalar öz əksini tapmışdır. Orada insan amili,
onun yaşayış tərzi, fəaliyyətinin bu və ya digər sahəsi öz əksini tapmış, sosial mahiyyəti açıqlanmışdır.
Məhşur alimin zəmanəsindən 146 il sonra 1766-1834-cü illərdə yaşamış ingilis iqtisadçısı Tomas
Robert Maltus, 180 il sonra isə 1799-1856-cı illərdə yaşamış fransız alimi Jan Klod Aşil Qiyar isə öz
araşdırmalarında və əsərlərində demoqrafiya anlayışının elmi mahiyyətini izah etmiş və mövzuya
insanların iqtisadi həyatının təsviri olaraq yanaşmışlar. T.R.Maltus insan potensialının iqtisadi
əhəmiyyətini, onun sosial mahiyyətini açıqlamış, istehlak səviyyəsi ilə insanların alıcılıq qabiliyyətinin
müqayisəsini təqdim etmişdir. O, iqtisad elmində xüsusi əhəmiyyəti olan “Əhali artıqlığı” haqqında
qanunun müəllifi kimi tanınmış və orada təbii artımla istehlak mallarının istehsalı arasındakı tarazlıq
nisbətini göstərmişdir. Məhşur alimin tədqiqatlarına diqqət edərkən aydın olur ki, əgər əhalinin artımı
həndəsi silsilə ilə baş verirsə, istehlak vasitələri ədədi silsilə ilə davamlı xarakter daşıyır. Məhz
cəmiyyətin durmadan artan təlabatlarının mənbəyində bu amil dayanmaqdadır.
Buradan da görünür ki, demoqrafiya məsələləri iqtisadi tərəfi ilə yanaşı, həm də strateji mahiyyət
daşıyır və buna görə də ölkələrin bu sahəyə diqqət göstərməsini zəruri şəkildə şərtləndirməkdədir.
Buna görə də ölkəmizdə və onun regionlarında sosial-iqtisadi inkişafın təmin edilməsi, onun
davamlılığının və dayanıqlığının artırılmasına dövlət qayğısının gücləndirilməsi, eləcə də işsizliyin
minimuma endirilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və potensialının artırılması, məskunlaş-
ma siyasətinin səmərəliliyinin təmin edilməsi, demoqrafik tarazlığın qorunmasına xidmət edən tədbir-
lərin geniş vüsət alması, ümumiyyətlə, insan kapitalının inkişafına yönəldilən tədbirlərin stimullaş-
dırılması günümüzün ən gerçək reallıqlarına çevrilmişdir.
Ölkənin milli iqtisadi inkişafında özünün strateji coğrafi mövqeyi və iqtisadi nailiyyətləri ilə
xüsusi yeri olan Naxçıvan Muxtar Respublikasında demoqrafik siyasətin səmərəliliyinin artırılması,
burada əhalinin sayı, ümumi və təbii artım səviyyəsi, doğulanlar, ölənlər və s. haqqında statistik göstə-
ricilərə diqqət edərkən aydın olur ki, bu iqtisadi rayonda demoqrafik tarazlıq qorunmuş və səmərəlilik
mexanzimləri əsas götürülmüşdür. Bunun da nəticəsində muxtar respublikada əhalinin məskunlaşması
stimullaşdırılmış, demoqrafik tarazlığın qorunması üçün zəruri olan amillər daim diqqətdə saxlanılmış,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
543
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ucqar dağ kəndlərində istehsal infrastrukturunun təmin edilməsi mexanizmləri işlək vəziyyətə
gətirilmişdir. Bu mənada qeyd edə bilərik ki, muxtar respublikada sosial-iqtisadi inkişaf əhalinin
yaşam tərzinin daha da yaxşılaşmasına xidmət etmiş və bu, özünü demoqrafik tarazlığın qorunmasında
göstərmişdir. Belə ki, 1 yanvar 2016-cı il tarixə olan statistik məlumatlara diqqət edəndə görürük ki,
2015-ci ildə bu iqtisadi rayonda əhalinin sayı ondan qabaqkı 2014-cü illə müqayisədə 4 min 641 nəfər
artaraq 444 min 423 nəfərə çatmışdır.
İqtisadiyyatın çoxşaxəliliyi əsasında çox müxtəlif fəaliyyət sahələrinin təşfiqinin stimullaşdırıl-
ması, sahibkarlıq fəaliyyətinin şəffaf təminatlar əsasında istiqamətləndirilməsi, aqrar sahədə iqtisadi və
hüquqi islahatların davam etdirilməsi, makroiqtisadi sabitliyə xidmət edən sahələrin çevikliyinin
artırılması və s. kimi qətiyyətli tədbirlər müqavimətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına əlve-
rişli şərait yaratmış və bu, milli iqtisadi inkişafa öz təhfələrini verməkdədir. Təbii ki, nəticədə əldə edi-
lən uğurlar sosial proseslərin, xüsusən də demoqrafik siyasətin faydalılığına zəmanət vermişdir. Bu
mənada demoqrafik sturuktura nəzər salanda görürük ki, muxtar respublikada əhalinin 49,9 faizini
kişilər, 50,1 faizini isə qadınlar təşkil etməkdədir. Qeyd edək ki, ümumi əhalinin 29,5 faizi şəhər yerlə-
rinin, 70,5 faizi isə kəndlərin payına düşməkdədir. Burada bir məqamı da göstərək ki, əgər 1 yanvar
1996-cı il tarixə olan məlumatlarla muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 61
nəfər idisə, hazırda bu göstərici 20 nəfər çox olmaqla, 81 nəfərdir.
Ümumiyyətlə, muxtar respublikada dövlətin iqtisadi siyasətinin əsas məqsədi sosial dayanıqlığın
möhkəmləndirilməsi, əhalinin səmərəli məşğulluğunun təmin edilməsini stimullaşdıracaq amillərin
daha da geniş əhatədə təmin olunması, bununla da, ölkəmizin strateji məqsədlərinin gerçəkləşdirilmə-
sindən ibarətdir. Bu mənada Naxçıvan Muxtar Respublikasında demoqrafiq vəziyyət dövlətin sosial-
iqtisadi prioritetlərinin ən zəruri tərkib hissəsini təşkil edir və daim diqqətdə saxlanılır.
REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA
KİTABXANALARIN SOSİAL İNSTİTUT KİMİ ROLU
Sevda KƏRİMOVA
AMEA
sevda.kerimova1@gmail.com
AZƏRBAYCAN
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-
iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş
və uğurla həyata keçirilmiş dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft
sektorunun davamlı inkişafına, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahib-
karlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və
iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin
azaldılmasına təkan vermişdir. Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul
3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə
artmışdır.
İqtisadi rayonlar üzrə 2004-2008-ci illər ərzində həyata keçiriləcək tədbirlərə “Yerlərdə sahibkar-
lar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və digər xidmətlərin gücləndiril-
məsi” də daxil edilmişdir ki, burada kitabxana-informasiya dəstəyinin rolu danılmazdır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın təsdiq
edilməsi barədə sərəncamın "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-
iqtisadi inkişafı Dövlət Proqramı" ilə eyni dövrə təsadüf etməsi bunu bir daha təsdiqləyir.
Azərbaycan Respublikasının İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən 2007-ci ildə
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”,
2010-cu ildə “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı (2009-2013)” və 2014-cü ildə “Azər-
baycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər)” adlı Elektron biblioq-
rafik göstəricilər hazırlanmışdır. Göstəricilərdə Dövlət Proqramlarının yerinə yetirilməsi ilə əlaqədar
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
544
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
dövri mətbuatda dərc edilmiş materiallar haqqında biblioqrafik informasiya toplanmışdır. Göstərici 3
fəsildən ibarətdir: 1) Rəsmi sənədlər və dövlət tədbirlərinin biblioqrafiyası; 2) Azərbaycan Prezidenti
İlham Əliyevin regionlara səfərlərinin biblioqrafiyası; 3) Regionlarının sosial-iqtisadi inkişafı
haqqında qəzet və jurnallarda dərc olunmuş məqalələrin biblioqrafiyası.
Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasının Respublikada həyata keçirilən aqrar islahatlara
uyğun olaraq, fermer təsərrüfatlarında işlərin səmərəliyini artirmaq məqsədilə Quba, Salyan, Beylə-
qan, Kürdəmir, Tərtər, Lənkəran, Gəncə, Şəki və Naxçıvan üzrə 9 müxtəlif regional elmi mərkəzləri
yaradılmışdır. Quba Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun kitabxanasında
seleksiya, genetika, kənd təsərrüfatı biologiyası, toxumçuluq, bitkiçilik, torpaqşünaslıq, aqrokimya,
bitki fiziologiyası, molekulyar biologiya, biofizika, biokimya və başqa sahələrə aid biblioqrafik
materiallar və referativ jurnallar toplanmışdır. Hal-hazırda institutun elmi kitabxanası "Azərbaycan
Aqrar Elmi", Azərbaycan Milli Elmlər Akademiyasının biologiya elmləri seriyasına dair Xəbərlər elmi
jurnallarının, Macarıstanda çap edilən "Cereal Research Communications", Beynəlxalq Bitki Genetik
Ehtiyatlar İnstitutunun "İssues in Genetic Resources", İCARDA-nın "Seed İNFO", "Caravan" elmi
jurnallarını və CİMMYT-in "Новости ЦAЗ" informasiya bülletenlərini alır.
Abşeron iqtisadi rayonunda ən iri müəssisələr olan “Azbentonit” MMC, “Bakı Gastel” MMC,
“Mətanət-A” MMC, “Tam Qida Sənaye” MMC, "Bolluq" Ltd MMC şirkətlərinin əməkdaşlarına
Abşeron Mərkəzləşmiş kitabxana sistemi şəbəkəsi xidmət göstərir. İl ərzində 714 nəfər tələbə və 350-
yə yaxın mütəxəssis əmtəəşünaslıq, menecment, pulun iqtisadiyyatı və coğrafiyası kimi sorğularla
kitabxanaya müraciətlər edirlər. Oxuculara əsasən soraq-biblioqrafiya xidməti göstərilir.
2014-cü ilin respublikamızda “Sənaye ili” elan edilməsi ilə bağlı Sumqayıt MKS-də ,,Sumqayıt
sənaye şəhəridir”, “Neft haqqında nə bilirik ?”, “Azərbaycan uğurlu inkişaf yolunda” və digər adlarda
tədbirlər keçirilmişdir. Kitabxananın fondunda 11 299 nüsxə iqtisadiyyata dair ədəbiyyat vardır və
2015-ci ildə iqtisadiyyatın müxtəlif sahələrinə dair 130 nüsxə ədəbiyyat daxil olmuşdur. Kitabxananın
il ərzində 558 336 nəfər oxucusu olmuşdur ki, onların da 584 nəfəri biznes, sahibkarliq, menecment və
iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərirlər. Sorğu ilə kitabxanaya müraciət edən oxuculara
həm ənənəvi, həm də elektron xidmət göstərilir.
Xaçmaz rayon MKS-də “Kiçik və orta biznes üzrə informasiya mərkəzi” fəaliyyət göstərir. Kitab-
xananın fondu 59 474 nüsxədir. 2015-ci ildə kitabxanadan 8 809 nəfər istifadə etmişdir ki, onların
yarisi biznes nümayəndələri olmuşdur. 740 adda elmi, 397 adda diyarşünaslıq üzrə kitab elektron
kitabxanaya daxil edilmişdir. Həmçinin, http://azlibnet.az/ virtual kitabxanası da istifadəçilərin
ixtiyarına verilmişdir.
İsmayıllı rayon MKS-nin fonduna 2014-cü il ərzində iqtisadiyyat üzrə 25 adda və 366 nüsxə,
kənd təsərrüfatı üzrə 476 nüsxə ədəbiyyat daxil olmuş, 500-dən artıq iqtisadçı, mühasib və biznes
nümayəndəsinə xidmət göstərilmişdir.
Neftçala rayon MKS-nin fondunda 60 871 nüsxə ədəbiyyat vardır. Kitabxana 2015-ci il ərzində 3
200 nəfərə yaxın iqtisadiyyat sahəsinin nümayəndəsinə xidmət etmişdir. Rayonda balıqartırma zavod-
larının daha çox fəaliyyət göstərməsi ilə əlaqədar əsasən balıqçılıq, əmtəəşünaslıq, rayon iqtisadiyyatı
və xarici ölkələrdə balıq istehsalı ilə bağlı ədəbiyyata daha çox tələbat hiss olunmuşdur.
Lənkəran aqrar-sənaye rayonu və mühüm kənd təsərrüfatı zonası olmaqla, burada tərəvəz, balıq,
meyvə-tərəvəz konservi, süd, şərab zavodları, bir neçə çay fabriki, özəl banklar və bank olmayan
kredit təşkilatları fəaliyyət göstərir. Lənkəran MKS-nin fondunda 873 000 ədəbiyyat vardır. Kitab-
xanaya illik gəlişlərin sayı 1 500 000-dir. İqtisadiyyatın müxtəlif bölmələri üzrə 70-75 adda kitab
mövcuddur ki bunlardan əsasən tələbələr, bank işçiləri, mühasibatlıq işçiləri istifadə edir. Bundan
başqa, çaycılıq və kənd təsərrüfatının digər sahələri üzrə elmi-tədqiqatların müəllifləri tərəfindən
kitabxanaya hədiyyə kitablar da təqdim olunur ki, bunlar da həmin sahələrin mütəxəssisləri tərəfindən
yüksək səviyyədə istifadə olunur
İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun nəzdində Elmi-
Texniki kitabxana fəaliyyət göstərir. Elmi kitabxananın fondunda iqtisadiyyatın müxtəlif sahələri üzrə
20 000-nə yaxın ədəbiyyat toplanmışdır.
Nəticə: Yuxarıda qeyd edilən məsələləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, kitabxanalar
regionlarda iqtisadiyyatın inkişafında, sahibkarlıq və biznes nümayəndələrinin bu sahədəki infor-
masiya sorğularının ödənilməsində sosial institut kimi yaxından iştirak edirlər. Kitabxanalar yalnız
kitablarla deyil, həmçinin, elektron resurslar və elmi bazalar vasitəsilə də daim mütəxəssislərin infor-
masiya tələbatlarının ödənilməsində mühüm rol oynayırlar.
|