Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə100/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   96   97   98   99   100   101   102   103   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

545



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

LƏNKƏRAN-ASTARA İQTİSADİ-COĞRAFİ RAYONUNDA 

EKSKURSİYALARIN TƏŞKİLİ İMKANLARI 

 

Səbuhi TALIBOV  

Bakı Dövlət Universiteti 



patriotalibov@hotmail.com 

AZƏRBAYCAN 

 

Turizm xidməti strukturunda ekskursiyalar xüsusi yer tutur. Turizm sənayesində ekskursiyalar 



öyrənmə və dünyagörüşünün artırılması, səyahət və gəzintilər zamanı yeni müşahidə obyektləri haq-

qında biliklər qazanılması baxımından da seçilir. Ekskursiyalar səyahət haqqında məlumatların 

toplanmasına və yadda saxlanmasına kömək edir. Ekskursiyalar məzmununa görə ümumi və tematik 

olmaqla iki yerə bölünür (Şəkil 1). Tematik ekskursiyalar isə öz növbəsində tarixi, istehsalat, 

memarlıq-şəhərsalma, ekoloji və s. bölmələrə bölünür. 

 

 



Şəkil 1. Məzmununna görə ekskursiyaların təsnifatı. 

 

Bu günkü gündə  Lənkəran-Astara iqtisadi royunu üzrə  əsasən ümumi məzmunlu ekskursiyalar 



təklif olunur. Yəni iqtisadi rayonda mövcud olan təbii və antopogen ehtiyatlar barəsində ayrı-ayrılıqda 

(təbiət abidələri, milli park, tarixi-memarlıq abidələri və s.) geniş  məlumat deyil, qısa ümumi məlu-

matlar verilir. Buna misal olaraq yerli şirkətlər tərəfindən təşkil olunan Lənkəran-Masallı-Yardımlı 

turunu göstərək. Tur zamanı  həm Lənkəran  şəhərində olan Həzi Aslanovun ev muzeyinə, Dairəvi 

Qalaya, həmdə müalicə  məqsədilə Masallının İsti su sanatoriyasına ümumi ekskursiya təşkil olunur. 

Bu da daha çox peşəkar bələdçinin olmamasından, təşkil olunan turların yerli turist təsisatları və bəzi 

sosial  şəbəkə saytlarından çalışan qeyri ixtisaslı  şəxslər tərəfindən təşkil olunmasından irəli gəlir. 

Lakin, iqtisadi rayonda mövcud olan ehtiyatların müxtəlifliyi imkan verir ki, turlarda tematik 

ekskursiyanın ayrı-ayrı növləri üzrə də təşkil olunsun. 

Yeni marşrutların hazırlanması zamanı  aşağıdakılar mütləq nəzərə alınmalıdır: 1) ekzotik 

landşaftı olan ərazilər; 2) milli irs nümunələri; 3) təbiət abidələri; 4) infrastrukturun mövcudluğu; 5) 

nəqliyyat imkanları 

Lənkəran-Astara iqtisadi rayonuna gələn turistlərin marketinq təhlili göstərir ki, onların əksəriy-

yəti 26-55 yaş arasındadırlar. Turistlərin daimi yaşayış yerləri iqtisadi rayonun ərazisində yaşayanlar, 

daha çox hissəsi isə Bakı və onun ətrafıdır. Turistlərdən əldə edilən gəlir baxımından bölgəyə aşağı və 

orta səviyyəli turistlər gəlir.  İqtisadi rayona turistlər  əsasən 1-3 günlük səfər edirlər (Şəkil 2). Daha 

uzun müddətli səfərlərin azlıq təşkil etməsinin əsas səbəbləri turistlərin asudə vaxtlarının zəif təşkili, 

ekskursiyaların peşəkar bələdçi tərəfindən müşayiət olmaması, infrastrukturun zəif olmasıdır. 



M

əz

m

ununa gör

ə 

ek

skur

siy

alar

Tematik ekskursiyalar

Tarixi 

ekskursiyalar

İstehsalat ekskursiyalar

Memarlıq-şəhərsalma 

ekskursiyaları

Ekoloji ekskursiyalar

Sənətşünaslıq 

ekskursiyaları

Ümumi  ekskursiyalar 

 

Qafqaz U

Şək

 

Lak



marşrutl

Biri

Təzə Al


Maşxan-

mətbəxin


mədəniy

məmulat


çox ləziz

müxtəlif


İkin

ənənəvi 

lərlə bər

və s. nüm

dulusçul


Baxşıyev

bəsti, m


müxtəlif

bilər və 

nələrinin

kiçik sat



Üçü

nın  təşk

nun, Lə


yasaqlığ

olmasını


təbiət tur

sayda tu


strukturu

Dör

edilmiş 

“Masallı


(Tək Da

mağaras


yerləşən

Marşrutu


ləmə və 

IV INTERN

University     

kil 2. Lənkəran-

kin, Lənkəra

ar təklif etm

inci istiqamə

vadı- Böyük

-  Ərçivan  k

ndən dadma

yyəti qədim v

tı, 9 növ bal

z dada məxsu

f növ sırdaqla



nci istiqamət

irs nümunə

rabər bəzi na

munələri ilə 

luq, həsir tox

va Xanım h

anqal, su qa

f portretlər  s

bölgəyə turi

n qeyd oluna

tış mərkəzlər



üncü istiqam

kili mümkünd

ənkəran- Ast

ı, Astarada 

ı, təbiət turla

rlarunun bir 

uristlərinin c

unun bərpası



rdüncü istiq

tur.  Cəlilab

ı”  şəlaləsi,  t

am)  şəlaləsi

ı və gözəl m

n “Zənguləş 

un üstünlükl

iaşə obyektl

2014

NATIONAL 

                      

-Astara iqtisadi

an-Astara iq

mək olar: 



ət: Tədqiqat 

k Xocavar-  K

kimi  təklif 

ası mümkün

və zəngindir

lıqdan bişiril

usdur. Bunla

ar turistlərə t



: Lənkəran- 

ələrinin  bir 

adir sənət nö

fərqlənir ki,

xuma və xalç

əsr toxuyur,

abları  və s h

salmaqla mə

stlərin axının

an turist ma

rinin açılmas



mət: Masallı-

dür. Masallı

tara yolunun

Hirkan Mill

arı və foto-sa

neçə inzibat

əlb olunmas

ı vacibdir. 



qamət:  Cəlil

adda tarixi 

tarix abidələ

i, Lerik ray

meşələri, Lən

istisu”, “Ya

əri həm də ə

lərinin mövc



1-3 Gün

14282

SCIENTIFIC

                      

i-coğrafi rayonu

qtisadin ray

ərazisində Q

Kosagül- Lə

etmək olar

ndür. Ümum

r. Bölgədə tə

lən yeməklər

ardan əlavə 8

təqdim oluna

Boladi- Sep

hissəsi olan

övlərinin də

 bu da turizm

çaçılıq inkişa

 Separadi kə

azrlayır.  Kən

əşğuldur. Bü

nı daha da ar

rşrutları üzrə

ı məqsədəuy

-Lənkəran-Le

da Viləş su 

n üstündə  X

li Parkının

bu

afarinin təşki



ti rayonu əha

sına imkan v

abad- Masa

yaşayış  mən

ərin olması, 

yonunun Qəl

nkərandakı b

anar Bulaq”

ətraf ərazilər

cudluğu ilə b



C CONFERE

546


 

                    

una səfər edən t

onunun ayr

Qurman turla

ənkəran- Lim

r. Bu istiqa

miyyətlə  cən

əkcə düyüdən

r məlumdur.

8 növ aş, 5 n

a bilər . 

aradi- Şağla

n dülgərlik,  d

inkişaf etdiy

min inkişafı 

af etmişdir. H

əndindən  Ək

narmeşə sak

ütün bunlar t

rtıq bilər. M

ə istifadəsi  ü

yğun olar [ww

erik-Astara  i

anbarının,  L

Xanbulan və

u  əraziyə  dü

ili baxımında

atə etməsi, ko

verər. Qeyd 

allı- Yardım

ntəqələrinin 

Yardımlı  ra

ləbin kəndin

bir çox tarixi

” kompleksi 

rin müşahidə

bağlıdır. Bur



8-27 Gü

3167

ENCE OF YO

                    2

turistlərin müdd

rı-ayrı  kənd 

arının istiqam

man- Digah-

amətdəki kə

nub ragionu

n 21 növ, 23

 Bölgənin ö

növ kükü, 5 n

ser- Vilvan-

dulusçuluq,  d

yi həsirçilik, 

üçün əlveriş

Hazırda Lən

kbərov Zahid

kini Nargilə 

turizm-eksku

illi irslə bağl

üçün sərgilə

ww.tourism.

istiqamətində

Lənkəranda  Q

ə Lovayn su

üşməsi, dağl

an əhəmiyyət

ombinə olun

olunan istiq

mlı- Lerik- L

və kurqanla

ayonundakı 

ndəki  şəlalə

 memarlıq a

turistlər üç

əsi imkanları

raya gələn tu

n

OUNG RESE

29-30 April 2

dətinə görə yerl

rayonları 

mətlərini pro

Sutəmurdov

əndlərdə tur

unun istənilə

 növ ət, 7 nö

özünə məxsu

növ təndir, 2

Veravul- Kə

dəmirçilik,  x

zənbilçilik, 

şli şərait yara

nkəran rayonu

d bişmiş gil 

isə xalça tox

ursiya  məqsə

lı olan ənənə

ərin təşkili v

az].  

ə  cəlbedici  t



Qızılağac Dö

u anbarların

lıq  ərazilərd

tli saymaq o

nmuş marşrut

qamətin istifa

Lənkəran-  A

arın olması, 

Nisəqala kə

si, Büzeyir 

abidələri,Asta

çün maraqlı 

nın, istirahət

uristlərə kənd



4-7 Gü

639

EARCHERS

016, Baku, A

ləşdirilməsi (nə

üzrə  aşağıd

oqnoz olaraq

v- Astara- T

ristlərin ləzi

ən kəndində

öv quş əti, 2

us ləvəngi xö

28 növ meyv

ənarmeşə ist

xalçaçılıq kim

sandıqçılıq, 

adır. Rayond

un Şağlaser 

  və torpaqda

xumaqla və 

ədilə istifadə

əvi sənətkarl

və  buna uyğu



təbii-ekoloji

övlət Təbiət 

nın, Lerikdə

də  təbiət abi

lar. Eyni zam

tların təşkili 

adəsi üçün y

Astara üzrə 

Masallı ray

əndindəki “Y

kəndindəki 

ara rayonu ə

olacaq yerl

t üçün yerlər

din tarixi abi

ün

 

Azerbaijan 

 

əfər). 



dakı yeni 

q Masallı-

Təngərüd- 

iz cənub 

ə  mətbəx 

20 növ un 

örəkləridə 

və xörəyi, 

tiqamətdə 

mi sənət-

camçılıq 

da tarixən 

kəndində 

an nehrə, 

xalçalara 

əni artıra 

ıq nümu-

un olaraq 



i turları-

Qoruğu-


ə Zuvand 

idələrinin 

manda bu 

daha çox 

yol infra-

kombinə 

onundaki 

Yardımlı” 

Büzeyir 


ərazisində 

lərdəndir. 

rin, gecə-

idələrinin 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

547



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

təqdim olunması marşrutun cəlbediсiliyini artırır. Bütün bunlarla yanaşı yol infrastrukturunun zəif 

inkişafı hələ ki, bu kombinə edilmiş turun yüksək səviyyədə təşkilinə imkan vermir.

 

2014-ci ildə iqtisadi rayona 20000 nəfərdən çox turist gəlmişdir. Bunların 18 mindən çoxu otel 



xidmətlərindən istifadə etmişlər. Turist şirkətləri yerləşmə müəssisələri ilə müqavilə əsasında turistlərə 

yerli marşrutlar təklif edə bilərlər. Hesab edirik ki, Türkiyə  təcrübəsi  əsasında yerləşmə müəssisələ-

rinin xidmətlərindən yararlanan turistlərin 35-40%-ni yerli marşrutlara cəlb etmək mümkündür. 

Bununla da xidmət göstərən kooperativ şirkətlər həm əlavə qazanc əldə edə, həm də bölgənin piarında 

əhəmiyyətli rol oynaya bilərlər.

 

 



 

 

MÜASIR DÖVRDƏ TİCARƏT XİDMƏTLƏRİNİN İNKİŞAF 



SƏVİYYƏSİ 

 

AkifəAĞAYAROVA 

Amea İqtisadiyyat İnstitutu

 

aqayarova.akifa@yandex.ru

 

AZƏRBAYCAN 



 

Son illər üzrə aparılmış araşdırmalar göstərir ki, bazar iqtisadiyyatının fəaliyyətinin  ən dərin 

əsasları üçün rəqabətin rolu böyükdür. Bazar mühiti üçün davamlı inkişaf şəraitində rəqabət ayrılmaz 

hissə olub və sahibkarlığın inkişafının zəruri şərtidir. Son illər Azərbaycanın bazar iqtisadiyyatı təsərü-

fatçılığı üsullarına keçməsi ilə ictimai həyatda rəqabətin rolu artmışdır. İnkişaf etmiş ölkələrdə olduğu 

kimi, Azərbaycanda da rəqabət mühitinin müdafiəsi dövlətin iqtisadi proseslərin tənzimlənməsində 

mühüm vəzifələrindən biri olmuşdur.  

Bütün bunlar rəqabəti firmanın marketinq mühitinin vacib amili kimi qəbul etməyə şərait yarat-

mışdır. Rəqabətin tədqiqinə və təhlilinə tələb bazarda çıxış edən istənilən şirkətin təsərrüfat fəaliyyə-

tinə  əhəmiyyətli təsiri ilə izah olunur. Rəqabətin tədqiqinin aparılması istənilən firmanın marketinq 

xidmətinin ayrılmaz vəzifəsidir. Bazarda rəqabətin tədqiqinin aparılmasının zəruriliyi və vacibliyi 

yalnız bazarda fəaliyyət göstərən müəssisələrin marketinq şöbələri rəhbərləri tərəfindən yox, həmçinin 

elmi əsərlərdə və müasir tədqiqatçıların marketinq üzrə nəzəri işlərində qeyd olunur. 

Müasir davamlı iqtisadi inkişaf şəraitində rəqabət-iqtisadi inkişafın, məhsulun keyfiyyətinin yük-

səlməsinin, elmi texniki tərəqqinin sürətlənməsinin və istehsal xərclərinin və qiymətin aşağı enməsinin 

güclü stimuludur XX əsrin 90-cı illərindən başlayaraq dövlət müstəqilliyinin bərpası  və bazar 

iqtisadiyyatına keçid ölkənin yeni iqtisadi inkişaf mərhələsinə keçməsi və bunun əsasında  əhalinin 

həyat səviyyəsinin yüksəldilməsi üçün geniş imkanlar açmışdır. Bu imkanların reallaşmasında müasir 

mərhələdə xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin rolu sürətlə artmaqdadır. Xarici ticarət bütün 

dünyada, o cümlədən Azərbaycanda yüksək dinamiklik göstərir. 

Ticarət münasibətləri cəmiyyətin müəyyən inkişaf mərhələsində əmtəə istehsalı ilə birlikdə yəni 

əmək məhsulununu öz istehsalı üçün yox, satışı üçün istehsal edildiyi mərhələdə meydana gəlmişdir. 

Ən müxtəsər şəkildə ifadə etmiş olsaq beləki ticarət, alqı-satqı aktları ilə fəaliyyət göstərən iqtisadiy-

yat sahəsidir. Məhz bu mənada ticarətlə bazar anlayışları arasında kecilməz bir sədd yoxdur. Bu 

mövzunun ticarət kapitalı ilə çox yaxınlığı olduğu üçün onu da bir qədər şərh etmək lazımdır. Ümu-

miyyətlə ticarət kapitalı əmtəə tədavülü dairəsində fəaliyyət göstərən kapitala deyilir. Ticarət kapitalı 

kapitalizmə  qədər müstəqil formada hərəkət etmişdir. Kapitalizmə  qədərki, dövdə ticarət kapitalı ilə 

indiki dövrdə ticarət kapitalının məzmununda əsaslı dəyişikliklər baş verib. Nəzərə almaq lazımdır ki, 

Bazar iqtisadiyyatı şəraitində ticarət istehsal istehlakı və şəxsi istehlak üçün əmtələrin, məmulatların 

istehsal dairəsindən istehlak dairəsinə hərəkətini təmin edən sahədir. 

Azərbaycan Respublikasının bazar iqtisadiyyatı  təsərüfatçılığı üsullarına keçməsi ilə ictimai 

həyatda rəqabətin rolu artmışdır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da rəqabət 

mühitinin müdafiəsi dövlətin iqtisadiyyatı tənzimlənməsində mühüm vəzifələrindən biri olmuşdur. 

Əmtəə istehsalçılarının rəqabətinin yaradılması-səmərəli bazar iqtisadiyyatına keçmənin vacib 

şərtidir. Hər bir sahibkarın məqsədi-mənfəətin maksimallaşdırılmasıdır, deməli həmçinin, təsərrüfat 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

548



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

fəaliyyətinin genişləndirilməsidir. Bu sahibkarları mütləq istehsalın ən əlverişli şəraiti uğrunda qarşı-

lıqlı mübarizəyə gətirir və onlar bir-birinə münasibətdə rəqib və ya rəqabətçi kimi çıxış edirlər. Əgər 

hər hansı bir əmtəələrə təklif tələbdən çoxdursa, onda satıcılar arasında rəqabət mübarizəsi güclənir. 

Onların hər biri öz əmtələrini satmaq üçün qiyməti aşağı salmağa məcbur olur, təbii ki, bu da bir qayda 

olaraq bu əmtəənin istehsalının azalmasına gətirib çıxaracaq. 

Son illər üzrə mövcud statistik məlumatlara əsasən deyə bilərik ki, hüquqi şəxs statusu almış tica-

rət müəssisələrinin sayı, 30785 vahid (ədəd) olmuşdursa 2010 cu ilə nisbətən bu göstərici 5895 ədəd 

azalaraq 24890 ədəd olmuşdur 

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 2010 cu illə müqayisədə 

2014 cü ildə fərdi sahibkarların sayı 6410 nəfər artmışdır. 

Ümumiyyətlə son illərin pərakəndə ticarət dövriyəsinə baxsaq görərik ki, 2010-2014 cü illər 

ərzində ciddi dəyişikliklər qeydə alınmışdır. Məsələn, 2010- cu ildə ticarət dövriyyəsi 13.261 milyon 

manat olmuşdursa 2014-cü ildə bu göstərici 22.001milyon manat olmuşdur pərakəndə ticarət 

dövriyəsində 8.740 milyon manat artım olmuşdur. 

Topdansatış ticarət dövriyyəsi 2010-cu ildə 14.995, 2014-cü ildə 25.132 milyon manat olmuşdur. 

Bu isə 10.137 milyon manat artımı göstərir. 

2015 ci ilin yanvar -oktyabır aylarında istehlakçılara 20.4 milyard manatlıq və y 2014 cü ilin 

müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çox məhsul satılmışdır.  

Carı ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi  əvvəlki ilin eyni dövrünə 

nisbətən 1.9 dəfə artaraq 10.5 milyon manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş 

verdiyi istehlak məhsullarının 91.9 % hüquqi şəxslərdən, 8.1% isə  fərdi sahibkarlardan alınmışdır. 

Elektron ticarət dövriyəsinin 96.3 % qeyi-ərzaq məhsullarının payına düşmüşdür. 

8 ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 17608,2 mil ABŞ dol-

ları, o cümlədən 11709.5 mil dollar, idxalın həcmi 5898,8 milyon dollarlıq müsbət xarıci ticarət 

saldosu yaranmışdır. 

Təhlil göstərir ki, ticarət xidmətinin inkişafında ciddi dəyişikliklər olmuşdur və bu dəyişikliklərə 

əsasən demək olar ki, ticarət xidmətində rəqabətin və sahibkarlığın böyük rolu olmuşdur. 

Azərbaycanda ticarət xidmətinin inkişafı çox genişlənmişdir. Lakin bu sahədə irəliləyişlərə 

baxmayaraq bəzi problemlərdə mövcuddur. 

Ticarət sahəsində mövcud olan əsas problemlərdən bunları göstərmək olar: 

1.  Reginlarda topdan satış bazalarının olmamasıdır 

2. Ticarət sektoru üzrə rəqabətin dövlət tənzimlənməsinin qeyri təkmil olması 

3.  Ticarət obyektlərində alış veriş kart sisteminə keçsədə  hələdə  nəğd ödənişlərin həyata 

keçirilməsinin üstünlüyü. 

4. Ticarət sahəsində kart sisteminə keçirilməsinin zəruriliyi və s. 

 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA SƏHİYYƏ SİSTEMİNİN 



MÖVCUD VƏZİYYƏTİ 

 

Vəfa HƏŞİMOVA  

AMEA İqtisadiyyat İnstitutu 



vefa.hashimli@yandex.ru 

AZƏRBAYCAN 



 

Azərbaycanda aparılan səhiyyə islahatlarının təməli ümummilli lider Heydər  Əliyev tərəfindən 

qoyulmuşdur. Səhiyyə sahəsində aparılan islahatlar nəticəsində səhiyyəmiz 1990-ci illərdə olan səhiy-

yə sistemindən tamamilə fərqlənir. Azərbaycan səhiyyəsi müstəqillikdən sonra yeni inkişaf mərhələ-

sini yaşayır.  

 Səhiyyə sahəsində “Özəl tibb fəaliyyəti haqqında”, “Səhiyyədə islahatlar konsepsiyası”, “Əcza-

çılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında” və digər qanunlar qəbul edilmişdir. Bütün region-

larda, kənd və  qəsəbələrdə müasir tibb mərkəzləri tikilib istifadəyə verilib, köhnə tibb məntəqələri 

yenidə  bərpa olunaraq, səhiyyə sistemi müasir tibb avadanlıqları ilə  təmin olunmuşdur. “Özəl tibbi 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

549



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

fəaliyyəti haqqında” qəbul olunmuş Azərbaycan Respublikasının qanunu tibbin inkişafında mühüm 

rolu olmuşdur. Səhiyyə sahəsində müasir texnologiyalardan istifadə  səviyyəsi yüksəlmişdir. Belə ki, 

ölkədə çoxlu sayda xəstəxana və klinikalar mövcuddur ki, müasir avadanlıq və cihazlarla təmin edil-

mişdir. Özəl tibb müəssisələrin müasir texnologiyalarla təchizat səviyyəsi dövlət müəssisələrinə nisbə-

tən yüksək səviyyədədir. Müalicə - proflaktika müəssisələrinin kadr təminatı onların işinin keyfiyyə-

tində və xidmət həcminin artmasında həkim və orta tibb işçiləri ilə təminatı diqqəti cəlb edir və onların 

sayı ildən-ilə artmaqdadır. Bu baxımdan, özəl tibb müəssisələrinin yüksək ixtisaslı Ölkəmizdə bu illər 

ərzində ilk dəfə açıq ürək  əməliyyatı, böyrək və qaraciyər köçürülməsi kimi əməliyyatlar uğurla 

həyata keçirilmişdir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət 

proqramı” çərçivəsində 923 nəfər xaricdə tibb təhsili almaq hüququ qazanmışdır. Bu isə o deməkdir 

ki, müxtəlif tibbi təhsilə və təcrübəyə yiyələnmiş yüksək istisaslı həkimlər fəaliyyət göstərəcəklər.  

Azərbaycanda sovet hakimiyyəti dövründən qalan dövlət səhiyyə modeli fəaliyyət göstərir. 

Dövlət  əhaliyə pulsuz səhiyyə xidmətləri təklif edir. Səhiyyənin maliyyələşdirilməsi dövlət büdcəsi 

hesabına həyata keçirilir. İlk dəfə bu model 1948-ci ildən başlayaraq Böyük Britaniyada tətbiq 

olunmağa başladı. Böyük Britaniyada bütün səhiyyə  xərcləri dövlət tərəfindən ödənilir. Sonradan 

başqa ölkələrdə  məsələn,  İrlandiya (1971), Danimarka (1973), Portuqaliya (1979), İtaliya (1980), 

Yunanıstan və İspaniyada (1986) tətbiq olunmağa başladı. Bu ölkələrdə səhiyyə xərcləri büdcə vəsait-

lərinin müxtəlif səviyyələrində  nəzərdə tutulan mənbələrdən maliyyələşir. Respublikamızda dövlət 

tibb müəssisələri demək olar ki, bütün ölkə ərazisini əhatə edir. Bu müəssisələrdə göstərilən tibbi xid-

mət üçün haqq alınmır. Lakin, ölkəmizdə səhiyyə sistemi pulsuz olsa da, əhali qeyri-rəsmi ödənişlər 

edir. Səhiyyənin maliyyələşməsində dövlətlə yanaşı, özəl sektorda iştirak edir. Səhiyyə müəssisələ-

rinin maliyyə vəsaitlərinin yaranma mənbələrinə büdcə vəsaitləri, əhalinin vəsaitləri, könüllü tibbi sı-

ğorta vəsaitləri, müəssisə və təşkilatların vəsaitləri, digər mənbələr daxildir. Xəstəxanaların, poliklini-

ka və ambulatoriyaların, təcili tibbi yardım, sanitar epidomoloji stansiyaların, sanatoriyaların, körpələr 

və internat evlərinin, digər tibb məntəqələrinin, elmi-tədqiqat tibb müəssisələrinin maliyyələşdirilməsi 

səhiyyənin maliyyələşdirilməsinə daxildir.  


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin