IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
555
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
GƏLIR IQTISADI INKIŞAFIN GÖSTƏRICISI KIMI, ADAMBAŞINA
DÜŞƏN GƏLIR GÖSTƏRICISI VƏ ORTA GƏLIR TƏLƏSININ
MAHIYYƏTI
Asya ƏHMƏDOVA
Qafqaz Universiteti
asyahmadova@gmail.com
AZƏRBAYCAN
İqtisadi inkişaf səviyyəsini göstərən əsas amillərdən biri milli gəlirdir. Milli gəlir əslində, bir
iqtisadiyyatın ümumi rifah ölçüsü sayıla bilər. Cəmiyyətin varlanmağı haqqında bir fikir verdiyini
deyə bilərik. Rifah həm də fərdlərə milli gəlirdən çatan mal və xidmət miqdarındakı artım olaraq izah
oluna bilər. Yəni bir ölkədə mal və xidmət miqdarı artdıqca o cəmiyyətdə rifah da yüksəlməkdədir.
Ancaq bir ölkədə rifahdan danışmaq üçün milli gəlirin yüksək miqyasda tarazlı dağılması şərtdir. Yəni
ölkə gəlirinin böyük bir qisminin əhalinin böyük bir qisminə getməsi əhəmiyyətlidir. Müəyyən bir
dövrdə bir təbəqənin gəliri artarkən bir digər seqmentin gəliri artmır və ya az artır, hətta azalırsa, o
cəmiyyətdə rifahdan söz etmək mənasız olur. Əhəmiyyətli olan xüsusi bir sinfin rifah səviyyəsini
salmadan digər seqmentin rifahını arttıra bilməkdir.
Milli gəlir, iqtisadiyyatın ümumi quruluşu və potensialı haqqında da fikir verir. Məsələn bir
sektorun nisbi əhəmiyyəti milli gəlirdəki paylarıyla müqayisədə müəyyən edilir. Gəlirlərin sosial
siniflər arasındakı bölgüsü də milli gəlir çərçivəsində müqayisə edilir. Ayrıca milli gəlir ölkələr arası
rifah müqayisəsində də bir göstərici olaraq qəbul edilir.
Milli gəlir bir il ərzində bir ölkədə istehsal olunan mal və xidmətlərin bazar qiymətləriylə ümumi
dəyəridir. Bir başqa sözlə, bir ölkədə bir il ərzində mal və xidmətlərin istehsalından meydana gələn
istehsal faktorlarının gəlirlərinin ümumi pul dəyərinə milli gəlir deyilir.
Bazar qiymətləriylə mal və xidmətlərin ümumi dəyəri, yəni ÜDM iqtisadi artımın əsas
göstəricilərindən biridir. Ümumi daxili məhsul bir ölkədə istehsal olunan bütün mal və xidmətlərin
ümumi dəyəridir. Bu dəyər xüsusi və dövlət xərcləri ilə xüsusi və ictimai investisiyalardan ibarətdir.
Istehsal amillərinin gəlirləri ölkənin milli gəlirini müəyyən edir. Bir cəmiyyətdə istehsal
faktorları dörd əsas hissədən ibarətdir: əmək, sərmayə, torpaq və sahibkar. Bu dörd ünsür bir araya
gələrək mal və xidmət istehsal edir, sonrada meydana gələn və milli məhsul ya da pul olaraq ifadə
edildiyində milli gəlirdən paylarını alırlar.
Buna əlavə olaraq, hesablanmış milli gəlir rəqəmləri ilə gələcək haqqında təxminlərin edilməsi və
gələcək rifah səviyyəsi mövzusunda məlumat sahibi olmaq mümkündür. Milli gəlirin bu əhəmiyyətinə
baxmayaraq beynəlxalq müqayisədə bəzi çətinliklərin olduğunu da ifadə etmək lazımdır. Bəzi
inkişafda olan ölkələrdə istehsal olunan mal və xidmətlərin bir hissəsi ailənin illik ehtiyacı səbəbindən
ehtiyat saxlandığından belə ölkələrdə hesablanan milli gəlir rəqəmləri bir həqiqəti əks etdirmir. Çünki
belə bir vəziyyətdə bazara təqdim edilən malların miqdarı az görünür. Yenə iqtisadiyyatda qazanılan
gəlirlərin bir hissəsi xarici firmaların əlində toplanır. Bu baxımdan orta gəlir səviyyəsi aşağıdır.
Bunların yanında ölkələrin milli gəlirlərini hesablama üsulları də fərqlidir.
Hər hansı bir iqtisadiyyatda istehsal olunan mal və xidmətlər miqdarının və ölkənin gəlirinin
qiymətləndirilməsi ölçüsü standart ÜDM, ÜMM və ya MG və bunların ümumi əhali sayına bölünməsi
nəticəsində əldə edilən adam başına düşən miqdarıdır. Bu ölçü vasitələri universal olaraq qəbul
edilmiş vasitələrdir.
Ölkələrin inkişaf vəziyyətlərini təyin etmək üçün istifadə meyarı adambaşına gəlir (AG) rəqəm-
ləridir. Ölkələrin inkişaf etməkdə olan ölkə, orta səviyyədə inkişaf etmiş ölkə ya da çox inkişaf etmiş
ölkə kimi kateqoriyalara ayırmaqda istifadə olunan meyar AG göstəriciləridir. Ancaq ölkə müqayisə-
sində tək meyar olaraq adam başına gəlir səviyyələrinin götürülməsinin yaradacağı müxtəlif çatışmaz-
lıqlar vardır. Ən başda adam başına gəlir göstəricisi gəlir bölgüsü ilə əlaqədar hər hansı bir məlumat
vermir. Həmçinin, həyat şəraitinin yaxşılaşmasıyla əlaqədar hər hansı bir şərh verə bilmədiyi kimi
ölkələrin inkişaf potensialını də nəzərə almaz.
Digər tərəfdən, az və ya çox inkişaf etmənin sərhədlərinin müəyyən olunması cəhətdən AG gös-
təricilərindən hansının seçilməsi də ayrı bir problemdir. Bundan əlavə, istehsalın hansı vasitələrlə və
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
556
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
hansı texnologiyalarla həyata keçirildiyi və nə cür malların istehsal olunduğu, istehsal olunan malların
keyfiyyət səviyyələrinin necə olduğu kimi mövzular AG göstəricilərinə əsasən edilən inkişaf analiz-
lərində cavabı verilə bilməyən suallardır. Ancaq ölkə müqayisəsində meyar olaraq AG istifadə edərkən
iki mövzuya diqqət çəkmək lazımdır. Bunlardan birincisi, xüsusən də inkişaf etməkdə olan ölkələr
baxımından milli gəlirin hesaplanmasında yaranan problemlərdir. İkincisi isə, milli pul vahidilə hesab-
lanan milli gəlir rəqəmlərinin beynəlxalq ortaq pul vahidinə çevrilməsinin beynəlxalq həyat standart-
larının müqayisəsində yaratdığı çatışmazlıqlardır. Bütün bu çatışmazlıqlara baxmayaraq əsas götürə-
cəyimiz meyar adam başına düşən milli gəlir olmalıdır.
Orta Gəlir Tələsi anlayışını izah etməzdən əvvəl gəlir tələlərini açıqlamaq lazımdır. Gəlir tələləri
anlayışı orta gəlir tələsi anlayışından daha ümumi bir ifadədir. Gəlir tələləri orta gəlir səviyyəsində
ortaya çıxa biləcəyi kimi yüksək gəlir və aşağı gəlirdə də ortaya çıxa bilir. Burada nəzərdə tutulan
dollarla ifadə olunan satınalma gücü paritetinə görə ölçülən adam başına gəlirdir.
Gəlir tələsi anlayışı müəyyən struktur problemlər səbəbindən olduğu gəlir qrupundan çıxa
bilməmək vəziyyətini ifadə edir. Gəlir tələsi anlayışını təyin edən ən yaxşı göstərici ölkələrin uzun
müddətdə göstərdikləri artım nisbətləridi. Burdan aydın görünür ki, artım sürətini idarə edə bilən
ölkələr bu tələyə düşmədən daha yüksək gəlirə keçid edə bilirlər. Orta gəlir səviyyəsində olan ölkələr
baxımından desək, bu ölkələr sürətli artım hesabına aşağı gəlir qrupundan orta gəlirli ölkələr sinfinə
keçə bilmişlər. Bu ölkələr aşağı gəlir ölkə qrupunda bol və ucuz əmək işlədərək yüksək böyümə
dərəcələrilə adam başı milli gəlir nisbətini artıraraq bir üst sinfə yüksəlmişlər, ancaq orta gəlir sinfinə
daxil olduqda ödənişlər artmışdır. Üstəlik məhsuldarlığın arttırıla bilməməsi və texnologiyanın inkişaf
etdirilə bilməməsilə iqtisadiyyatlarının artım sürətini itirərək əvvəlki artım nisbətlərini əldə edə
bilməmiş və orta gəlir tələsinə düşmüşlər. Eyni şəkildə, aşağı və yüksək gəlirdə də tələyə düşmək
mümkündür. Potensialları olmasına baxmayaraq aşağı gəlir tələsində bir çox Asiya və xüsusilə, Afrika
ölkələrini görmək olar. Eyni şəkildə son 20 ildə yüzdə birdən aşağı artım dərəcələrilə Yaponiya və
qlobal maliyyə böhranının təsiri ilə ABŞ-da da artım olduqca yavaş seyr olunduğundan bu ölkələr
üçün də yüksək gəlir tələsindən bəhs edə bilərik. Aşağı gəlirdən orta gəlirə, orta gəlirdən də yüksək
gəlirə Cənubi Koreyada olduğu kimi tələyə tutulmadan keçən ölkələr də mövcuddur.
АНАЛИЗ ФАКТОРОВ, ФОРМИРУЮЩИХ АССОРТИМЕНТ И
КАЧЕСТВО НЕПРОДОВОЛЬСТВЕННЫХ ТОВАРОВ
Эльнара МАММЕДЗАДЕ
FHN “Azərinşaatlayihə” İnstitutu
guseynova_e@mail.ru
АЗЕРБАЙДЖАН
Основным фактором преуспевающей экономики на сегодняшний день – производство
продукции, способной конкурировать на мировом рынке. При производстве продукции низкого
сорта происходит невозвратимая потеря как сырьевого материала, так и дорогостоящих
материальных и трудовых ресурсов.
Качество согласно ИСО 8402-86 – совокупность свойств и характеристик продукции и
услуг, которые придают им способность удовлетворять обусловленные или предполагаемые
потребности потребителя. Свойство продукции – особенность, проявляющаяся при ее
создании, эксплуатации и потреблении.
Существует ряд факторов, формирующих качество товаров, такие как конструкция
изделия, в том числе качество моделирования, проектирование, технологические процессы,
качество труда рабочего персонала, технической документации, станков и оборудования и др.
Конструкция готового изделия является важнейшим фактором, формирующим его
качество. Она устанавливается конфигурацией, габаритами, соотношением между отдельными
деталями, взаимозаменяемостью, методом соединения элементов и другими особенностями.
Помимо этого конструкция обеспечивает надежность, удобство при использовании,
эстетичность, эргономичность, ремонтопригодность и безотказность.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
557
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
На формирование ассортимента и качества непродовольственных товаров существенное
влияние оказывают технологические процессы. Они воздействуют на изменение свойств сырья,
материалов, формируют качество готового изделия. Если изменить порядок технологического
процесса, то в готовой продукции могут появится различные браки, дефекты, что приведет к
понижению качества товара и даже сделает ее непригодной. Чтобы выявить и устранить
причины появления браков, необходимо знать все этапы изготовления продукции.
Предотвращение и устранение дефектов обеспечит повышение качества готовых изделий,
сэкономит средства на обработку сырья и производство самой продукции.
Для поддержания необходимого уровня качества, надо изменять и совершенствовать
требования значений показателей, заменять на более перспективные и передовые с учетом
последних достижений науки и техники, отвечающие требованиям современности.
Существует понятие «оптимальное значение показателей качества». Оно характеризуется
достижением наибольшего эффекта при использовании продукции с учетом некоторых затрат
на создание, эксплуатацию, утилизацию и т.п. или же достижение заданного результата при
наименьших затратах, т.е. максимальное взаимоотношение эффекта и затрат.
Допустимое значение показателя качества – это такое значение, которое изменяется в
рамках допуска, оговоренного в нормативной документации на данную продукцию.
По этапу определения показатели качества бывают прогнозируемые, эксплуатационные,
производственные и проектные.
Прогнозируемые показатели качества определяются с перспективой на будущее. Для этого
оценивают вероятные значения показателей на дальнейший период времени с учетом анализа
входных данных о свойстве продукции, т.е.с наибольшей вероятностью определяют требования
потенциальных потребителей и условные значения показателей качества продукции,
удовлетворяющие эти требования.
Эксплуатационные показатели – как видно из названия определяются при использовании
непосредственно самой продукции. К примеру уровень шума кондиционера в рабочем
состоянии. Данный показатель учитывают при оценке результативного эффекта от
эксплуатации.
Производственные показатели в обязательном порядке учитываются на всех стадиях
технологического производства продукции.
Проектные показатели – устанавливаются при разработке непосредственно самого
изделия. Необходима оценка типа, класса товара, условия эксплуатации и т.п. также учитывают
спрос потребителя, отбираются наиболее удачные образцы. Устанавливаются самые оптималь-
ные значения показателей качества.
Рис. 1. Последовательность определения уровня качества продукции
Базовыми этапами обеспечения качества являютя контроль качества и оценка качества.
Контроль качества реализуется путем проверки соответствия показателей качества непосред-
ственного изделия установленным на него требованиям, которые оговорены в стандартах и
технических условиях. Первоначальная цель контроля – выявление конкретного числа пока-
зателей и определение типа изделия.
Оценка качества выполняется осуществлением следующих мероприятий:
а)конкретная постановка цели;
б)отбор основных и дополнительных показателей;
в)выбор методов определения надлежащих показателей качества;
Отбор
вспомогательных
показателей
качества
Цель
оценки
Отбор основных
показателей
качества
Способ и оценка
значений
показателей
качества
Методика
определен
ия уровня
качества
Оценка
качест
ва
Анализ
резуль
татов
Итоговое
решение
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
558
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
г)определение требований для оценки качества;
д)сравнение реальных показателей с утвержденными базовыми нормами.
Важно конкретно определить цель.при неточном формировании цели оценки качества,
невозможно достичь оптимальных результатов.
При определении номенклатуры эксплуатационных свойств и показателей качества в
первую очередь учитывают назначение продукции, т.к. это является необходимым условием
для оценки качества товара.
Способ оценки качества классифицируют в зависимости от метода сравнения показателей
качества и от источника передачи данных или используемых средств. Различают такие методы
как обобщенный, комплксный и единичный. Обобщенный метод базируется на одинаковом
использовании как единичных так и комплексных показателей качества изделия.этот метод
используется когда номенклатура показателей очень велика и один комплексный показатель
неполно характеризует все особенности партии товара. К примеру метод используют при
определении категории отдельных видов целлюлозных изделий, где по физико-механическим
показателям осуществляют единичную оценку, а по дефектам внешнего вида, массе, плотности,
цвету и т.п. комплексную оценку в баллах.
Основу комплексного метода составляет использование одного смешанного показателя,
объединяющего в себе несколько показателей, выбранных для конкретной оценки заданного
качества изделия. При этом все показатели переводят в бесконечные, затем выводят коэффи-
циент весомости в суммарной оценке качества. Приемущество такой оценки – учет важности
отдельных свойств, что в итоге дает возможность вычислить итоговый результат.
Единичный метод проводится с помощью сравнения отдельных показателей качества
оцениваемой продукции с соответствующими им базовыми показателями, определенными
конкретно к данному виду изделия. Если результат >1, изделие соответствует качественному
образцу, если же из множества полученных результатов 1 и более <1, то подукция не отвечает
стандартам базового эталона.
Таким образом можно сделать вывод, что оценка показателей качества выпускаемой
продукции дает реальную возможность учесть даже минимальное воздействие каждого из его
видов в итоговый показатель эффективности как действий по управлению качеством так и всей
системы менеджмента предприятия.
İNFORMASİYALAŞDIRMA VƏ ONUN SAHİBKARLIĞIN
İNKİŞAFINDA ROLU
Gülnarə FƏTƏLIYEVA
AMEA İqtisadiyyat İnstitutu
feteliyevagulya@mail.ru
AZƏRBAYCAN
XXI əsri səciyyələndirən əsas cəhətlərdən biri yeni sosial-iqtisadi formasiyanın- informasiya
cəmiyyətinin yaranması və formalaşmasıdır. İnformasiya cəmiyyətinin əsasında informasiyalaşdırma
durur. İnformasiyalaşdırma - iqtisadi fəaliyyətinyenisahələrindən biri olmaqla, informasiya ehti-
yaclarını ödəmək üçünoptimalşərait yaradılması üzrə vəinformasiya ehtiyatlarınınformalaşdırılması
vəistifadəsi əsasında vətəndaşlar,dövlət orqanları, yerli özünüidarəetmə orqanları, təşkilatların
hüquqlarının həyata keçirilməsi ilə bağlı təşkilati, sosial-iqtisadi və elmi-texniki prosesdir. İnfor-
masiyalaşdırmanın inkişafı ölkənin qlobal informasiya cəmiyyətinə doğru irəliləmə prosesində milli
sosial-iqtisadivə elmi-texnikisiyasətinin mühümhissəsidir. Bu gün məhz bu istiqamət istənilən dövlətin
dünya birliyində mövqeyini müəyyən edir. Ölkənin daxili və xarici strategiyasının mühüm istiqa-
mətlərini təyin edən bir sahəyə çevrilmiş informasiyalaşdırmanın inkişafı ölkənin iqtisadi inkişafı üzrə
aktual olan cari və gələcək problemlərin həllində əldə ediləcək uğurun ən başlıca şərtlərindən hesab
olunur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
559
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İnformasiyalaşdırma prosesində informasiya və kommunikasiya texnologiyalarının (İKT) rolu
böyükdür. Belə ki, İKT-nin əsasında informasiya yaradılır və peşəkar fəaliyyətdə istifadə edilir. Bu
gün İKT sektorudünyadaiqtisadiinkişafın ənmühüm komponentlərindənbiri hesab edilir və qloballaşan
dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə müəy-
yənləşir. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar
yaradır.
İKT-nin inkişafı bir çox sahələrə olduğu kimi, bazar iqtisadiyyatının fərqləndirici xüsusiyyətlərin-
dən biri olan sahibkarlıq fəaliyyətinə də öz təsirini göstərmiş və bir sıra müsbət dəyişikliklərə səbəb
olmuşdur. Belə ki, İKT-nin inkişafı ilə kiçik və orta sahibkarlıq subyektlərinin sayı artmışdır.
Müəssisələrdə İKT-nin tətbiqi dedikdə, müəssisələrin kompüterləşməsi, şəbəkə avadanlıqları, internet
vasitələri ilə təchiz edilməsi başa düşülür. Kiçik və orta sahibkarlıq subyektlərinin İKT-nin
üstünlüklərindən yararlanması kiçik sahibkarlıq subyektlərinin maliyyə vəziyyətlərinin xeyli dərəcədə
yaxşılaşmasına, onların gəlirinin artmasına imkan vermişdir ki, bunun da nəticəsində son illərdə kiçik
sahibkarlıq formasında fəaliyyət göstərmək əlverişli olmuşdur.
Sahibkarlıqda İKT-nin tətbiqi onun daha müasir, geniş müstəvini əhatə etməsinə və yeni,
informasiya əsaslı bazada inkişaf etməsinə səbəb olur. Müasir dövrdə müəssisənin bazarda öz yerini
saxlaması üçün informasiya sisteminə malik olması vacib amil hesab edilir. Sahibkarlıq sahəsində
İKT-dən istifadə sayəsində burada baş verən dəyişiklik, yeniliklərlə bağlı sahibkarlar anında məlumat
əldə edə bilir, yenilikləri mənimsəyir. Adətən kiçik və orta sahibkarlıq müəssisələri bazarla əlaqələrin
zəifliyi, məlumat azlığı səbəbindən tələbə uyğun məhsul istehsal etməkdə çətinlik çəkirlər. İKT-nin
tətbiqi isə müəssisə üçün xarici informasiya resurslarına yol açır. Belə ki, müəssisələr onlar üçün
mühüm əhəmiyyət kəsb edən - məhsul bazarı, rəqiblərinin maliyyə vəziyyəti, dünya bazarı göstə-
ricilərinin dinamikası haqqında məlumatları əldə edə bilirlər. Son illər dünyada geniş yayılmış ticarət
növü olan elektron ticarət də bu problemin həllinə böyük kömək edir. Elektron ticarət və elektron
ödənişlər sisteminin tətbiqi nəticəsində kiçik və orta sahibkarlıq müəssisələri aktiv bazar iştirakçısına
çevrilirlər. Elektron ticarət potensial müştərilərin dünyanın hər yerində satışa çıxarılan məhsullar
haqqında məlumat əldə etməsinə imkan verir ki, bu da kiçik və orta sahibkarlıq subyektlərinin dünya
ticarətində payının artmasına köməklik edir. Xarici ölkələrin təcrübəsi göstərir ki, İKT-nin inkişafı
kiçik sahibkarlıq subyektləri vasitəsilə daha çox məhsul istehsal etmək və ya xidmət göstərmək
mümkünlüyünü yaradır.
Son illər Azərbaycanda da informasiya bazarının formalaşdırılmasına və inkişaf etdirilməsinə,
cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, informasiya-
kommunikasiya xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir. İKTsektoruxidmətvə
tətbiqnövlərikimi sürətləinkişaf etməkdədir.
Bu gün Azərbaycanda sahibkarlıq subyektləri İKT-nin üstünlüklərindən bəhrələnir və bu sahədə
göstəricilər müsbətdir. 2010-2014-cü illərin rəsmi statistik məlumatlarına əsasən, göstərilən illər
ərzində kompüterdən istifadə etmiş müəssisələrin sayı 52,38% artaraq 11899 vahid təşkil etmişdir.
Kompüteri olmuş müəssisələr ölkədə fəaliyyət göstərən müəssisələrin 58,6%-ni təşkil etmişdir,
kompüterlərin sayı isə 253,6 min ədəd olmuşdur. 2014-cü ildə ölkə üzrə internetə çıxışı olan
müəssisələrin ümumi sayı 9288 olmuşdur ki, bu da fəaliyyət göstərən müəssisələrin 45,7%-dir. Kiçik
və orta sahibkarlıq subyektlərində informasiya sistemlərinin inkişafına dəstək vermək məqsədilə
hökümət tərəfindən müxtəlif layihələr həyata keçirilir.
Müasir elmi-texniki yeniliklərin, o cümlədən İKT-nin sahibkarlıq fəaliyyətində geniş tətbiqi
həmin sahələrdə operativliyin və məhsuldarlığın yüksəldilməsinə, vaxt itkisinin azaldılmasına xidmət
etməklə yanaşı, yeni istehsal və emal sahələrinin, bazarların yaranmasına stimul verir. Bu səbəbdən
ölkəmizdə İKT-nin inkişafı və geniş tətbiqi qeyri-neft sektorunun inkişafı sahəsində dövlət siyasətinin
prioritet istiqamətinə çevrilmişdir.
Araşdırmaların nəticəsi olaraq, informasiyalaşdırma və İKT-nin sahibkarlığın inkişafına olan
müsbət cəhətlərini aşağıdakı müddəalar şəklində göstərmək olar. Belə ki, İKT-nin tətbiqi:
informasiyanı strateji resursa çevirir, şəffaflıq və dəqiqlik təklif edir;
hər cür bilik vəməlumatı təmin edirvəinformasiya axtarışına xərcləri minimuma endirir;
yeni bazarlara çıxışı təmin etməklə potensial bazarlarıncoğrafiəhatə dairəsinigenişləndirir,
bazardaseçimiartırır və başqaəlçatmazmal və xidmətləritəmin edir;
|