29. Xalqı təmsil etmək hüququ kimlərə məxsusdur?
- Xalqın seçdiyi səlahiyyətli nümayəndələrə.
30. Azərbaycan dövlətinin təməlini nə təşkil edir?
- Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin
təməlini təşkil edir.
31. Xalqa qarşı ən ağır cinayət hansıdır?
- Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır
cinayətdir.
32. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci
maddəsinin birinci hissəsinə görə Azərbaycan dövləti necə
müəyyən olunub?
- Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar
respublikadır.
33. “Demokratiya” sözünün mənası nə deməkdir?
- İlk dəfə Fukidid tərəfindən işlədilən demokratiya yunan
sözü olub “demos” – xalq, “kratos” – hakimiyyət mənasını ifadə
edir.
34. “Azərbaycan Respublikası unitar dövlətdir” dedikdə,
Dostları ilə paylaş: |