113. Kimlər tətil edə bilməzlər?
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər
silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki
şəxslər tətil edə bilməzlər.
114. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən
edilmiş, lakin gündə neçə saatdan artıq olmayan iş günü
təmin edilir?
- 8 saatdan artıq olmayan iş günü.
115. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən
edilmiş ildə azı bir dəfə neçə təqvim günündən az olmayan
ödənişli məzuniyyət verilməsi təmin edilir?
- 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət
verilməsi təmin edilir.
116. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə
kimlərin borcudur?
- onların ailə üzvlərinin borcudur.
117. Şəxs hansı hallarda sosial təminat hüququna
malikdir?
- Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda,
xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini
itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər
hallarda sosial təminat hüququna malikdir.
|