118. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu
maddəsində sağlam ətraf mühitdə yaşamaq hüququ necə
müəyyən olunmuşdur?
- Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat
toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına
və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
119. Azərbaycan Respublikası Konstitusiyasının 40-cı
maddəsində
mədəniyyət hüququ necə müəyyən
olunmuşdur?
- Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət
təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ
vardır. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşma-
lı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini
qorumalıdır.
120. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci
Dostları ilə paylaş: |