173. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu
maddəsinin I hissəsində “əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquqları” necə müəyyən olunmuşdur?
- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan
Respublikasında olarkən, qanunla və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa
hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının
vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və
bütün vəzifələri yerinə yetirməlidirlər.
174. Azərbaycan Respublikası ərazisində daimi yaşayan
və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin hüquq və azadlıqları məhdudlaşdırıla bilərmi?
- Yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
175. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci
Dostları ilə paylaş: |