234. Azərbaycan Respublikası Milli Məclisinin deputat-
ları səsvermə hüququnu hansı qaydada həyata keçirirlər?
- Şəxsən həyata keçirirlər.
235. Qanunlarda və Azərbaycan Respublikası Milli Məc-
lisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqan-
larına konkret tapşırıqlar nəzərdə tutula bilərmi?
- Xeyr, tutula bilməz.
236. Azərbaycan Respublikasının Milli Məclisi hansı
məsələlərə dair ümumi qaydalar müəyyən edir?
- 1) Azərbaycan Respublikasının Konstitusiyasında təsbit
edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından
istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;
2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;
3) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının
statusu;
4) referendum;
5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq;
vəkillik və notariat;
6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;
7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;
8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;
9) dövlət təltifləri;
10) fiziki və hüquqi şəxslərin statusu;
11) mülki hüquq obyektləri;
12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;
13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və
bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ;
digər əşya hüquqları; öhdəlik hüququ;
14) ailə münasibətləri, o cümlədən himayəçilik və
qəyyumluq;
37
15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və
ödənişlər;
16) əmək münasibətləri və sosial təminat;
17) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən
edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin
edilməsi;
18) müdafiə və hərbi qulluq;
19) dövlət qulluğu;
20) təhlükəsizliyin əsasları;
21) ərazi quruluşu; dövlət sərhədi rejimi;
22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;
23) rabitə və nəqliyyat işi;
24) statistika, metrologiya və standartlar;
25) gömrük işi;
26) ticarət işi və birja fəaliyyəti;
27) bank işi, mühasibat, sığorta.
237. Bank işi, mühasibat və sığortaya dair ümumi
Dostları ilə paylaş: |