Microsoft Word 555 az lat la son varian doc


qaydaları hansı orqan müəyyən edir?



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə70/172
tarix29.12.2021
ölçüsü0,51 Mb.
#48914
1   ...   66   67   68   69   70   71   72   73   ...   172
kanstitusiya qeyd

qaydaları hansı orqan müəyyən edir? 

- Azərbaycan Respublikasının Milli Məclisi. 



238. Azərbaycan Respublikasının Milli Məclisində hansı 

məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə qəbul edilir? 

- 1. Azərbaycan Respublikası Prezidentinin seçkiləri; 2. 

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və 

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 

statusu; 3. referenduma dair məsələlər. 

239. Fiziki və hüquqi şəxslərin statusu, maliyyə 

fəaliyyətinin  əsasları, vergilər, rüsumlar və ödənişlərə dair 

qanunlar Azərbaycan Respublikasının Milli Məclisində neçə 

səs çoxluğu ilə qəbul edilir? 

- 63 səs çoxluğu ilə. 



240. Azərbaycan Respublikası Milli Məclisinin səlahiy-

yətınə hansı məsələlərin həlli aiddir? 

- 1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili; 




 

38

2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə 



Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis 

edilməsi; 

3) inzibati ərazi bölgüsü; 

4) dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi; 

5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına 

əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq 

edilməsi və onun icrasına nəzarət; 

6) Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin 

seçilməsi; 

7) Azərbaycan Respublikası  Mərkəzi Seçki Komissiyasının 

üzvlərinin təyin edilməsi; 

8) Azərbaycan Respublikası Dövlət Qulluğunu  İdarəetmə 

Şurasının üzvlərinin bir qisminin seçilməsi; 

9) Azərbaycan Respublikası Dövlət Qulluğunu  İdarəetmə 

Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın 

üzvlərinin bir qisminin seçilməsi; 

10) Azərbaycan Respublikası  Məhkəmə-Hüquq  Şurasının 

üzvlərinin bir qisminin seçilməsi; 

11) İctimai Televiziya və Radio Yayımları qrumunun Yayım 

Şurası üzvlərinin təyin edilməsi; 

12) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsa-

sən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi; 

13) Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə 

tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin 

fərmanlarının təsdiqi; 

14) Azərbaycan Respublikası Prezidentinin təqdimatına 

əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin 

edilməsinə razılıq verilməsi; 

15) Azərbaycan Respublikası Prezidentinin təqdimatına 

əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, 

Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan 




 

39

Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin 



edilməsi; 

16) Azərbaycan Respublikası Prezidentinin təqdimatına 

əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə 

təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi; 

17) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 

təqdimatına  əsasən Azərbaycan Respublikası Prezidentinin 

impiçment qaydasında vəzifədən kənarlaşdırılması; 

18) Azərbaycan Respublikası Prezidentinin təqdimatına 

əsasən hakimlərin vəzifədən kənarlaşdırılması; 

19) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad 

məsələsinin həll edilməsi; 

20) Azərbaycan Respublikası Prezidentinin təqdimatına 

əsasən Azərbaycan Respublikası Milli Bankı  İdarə Heyəti 

üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 

21) Azərbaycan Respublikası Prezidentinin təqdimatına 

əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə 

bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq 

verilməsi; 

22) Azərbaycan Respublikası Prezidentinin müraciətinə 

əsasən müharibə elan edilməsinə  və sülh bağlanmasına razılıq 

verilməsi; 

23) referendum təyin edilməsi; 

24) amnistiya. 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin