90. Müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv
edilənədək yalnız hansı cinayətlərə görə qanunla müəyyən
edilə bilər?
- Yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı
xususilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
91. Hansı hallar istisna olmaqla, insana qarşı silah
işlədilməsinə yol verilmir?
- Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət,
cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs
yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın
yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması,
(çıxarılmışdır) ölkəyə silahlı basqın edilməsi halları istisna
olmaqla, insana qarşı silah işlədilməsinə yol verilmir.
Dostları ilə paylaş: |