87. İnsan və vətəndaş hüquq və azadlıqlarını hansı
əlamətlərə görə məhdudlaşdırmaq qadağandır?
- İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli,
dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə
görə məhdudlaşdırmaq qadağandır.
88. Hər kəsin hansı üsul və vasitələrlə öz hüquqlarını və
azadlıqlarını müdafiə hüququ vardır?
- Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə
öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
89. Hansı hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq
hüququ toxunulmazdır?
- Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin
öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə
əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər
hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ
toxunulmazdır.
Dostları ilə paylaş: |