82. Sakit okean adalarında yerləşən Atlanta dövləti
Azərbaycan Respublikasının tərkib hissəsi olmaq niyyətin-
dədir. Bununla bağlı həmin dövlət bütün şərtləri yerinə
yetirməyə hazırdır. Azərbaycan Respublikasına inzibati
bölgə kimi Atlanta dövlətinin daxil olması üçün Azərbaycan
dövləti nə etməlidir?
- Azərbaycan Respublikasının əhalisi arasında ümumxalq
səsverməsi – referendum keçirilməlıdir.
83. “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxu-
nulmazdır və bölünməzdir” dedikd nə başa düşülməlidir?
- Ərazinin vahidliyi dedikdə, respublika ərazisinin yalnız
Azərbaycana məxsus olması, toxunulmazlığı dedikdə, ərazinin
sabitliyi üçün onun pozulmazlığının mühafizə olunması,
bölünməzliyi dedikdə isə, onun başqa dövlətlərə verilməsinin və
ya müvafiq dövlət qurumları yaradılması məqsədilə
bölünməsinin yolverilməzliyi başa düşülməlidir.
Dostları ilə paylaş: |