291. Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində
hərbi vəziyyət elan edilə bilərmi?
- Bəli, edilə bilər.
292. Azərbaycan Respublikasında hərbi vəziyyətin elan
edilməsi barədə qəbul edilən fərman nə qədər müddət
ərzində və hansı orqanın təsdiqinə verilir?
- 24 saat müddətində Azərbaycan Respublikası Milli
Məclisinin təsdiqinə verir.
293. Azərbaycan Respublikasının Prezidenti hansı
hallarda Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində
fövqəladə vəziyyət tətbiq edir?
- Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər,
epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş
verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü-
nün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə
yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan
kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsiz-
lıyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu
törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Res-
publikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir.
Dostları ilə paylaş: |