314. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qəbul etdiyi aktlar hansılardır?
- Qərar və sərəncam.
315. Azərbaycan Respublikasının Nazirlər Kabineti
hansı hallarda qərarlar qəbul edir?
Ümumi qaydalar müəyyən etdikdə qərarlar qəbul edir.
316. Azərbaycan Respublikasının Nazirlər Kabineti
hansı məsələlər üzrə sərəncamlar qəbul edir?
Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumi
qaydaların müəyyən edilməsi istisna olmaqla, başqa məsələlər
üzrə sərəncamlar qəbul edir.
317. Hansı orqan Azərbaycan Respublikası dövlət
büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublika-
sının Prezidentinə təqdim edir?
- Azərbaycan Respublikasının Nazirlər Kabineti.
318. Hansı orqan maliyyə-kredit və pul siyasətinin
həyata keçirilməsini təmin edir?
- Azərbaycan Respublikasının Nazirlər Kabineti.
Dostları ilə paylaş: |