14
2.
ACKV-nin müalicəsində
vərəm
əleyhinə preparatların
növbələnən rejimi tövsiyə edilmir (B)
80
.
3.
DDV spektrini təyin etmək mümkün olmadıqda əksər hallarda 1-ci
sıra vərəm əleyhinə preparatlar ilə 6 aylıq standart müalicə
rejiminin tətbiqi tövsiyə edilir (Cədvəl 3): 2HREZ/4HRE (B)
80
.
4.
MSS-nin, sümük-oynaq sisteminin vərəmi olduğu hallarda
ağciyər vərəminin müalicəsinə nisbətən daha uzun müddətli
müalicə tələb olunur (D)
79
.
5.
Müalicə əsnasında, klinik, laborator və instrumental müayinələrin
nəticəsində, müsbət dinamika aşkar olunmadıqda vərəmin DD
olması haqqında qərar çıxarılır, müalicə “uğursuz” kimi
qeydiyyatdan keçirilərək, mövcud müalicə rejiminə 2-ci sıranın
3 dərman vasitəsi: inyeksiya formasında (Km, Am, Cm),
ftorxinolon (Lfx, Mfx) və tiamid (Eto
, Pto) əlavə edilərək yeni
rejimlə davam olunur.
6.
VMB aşkar olunduğu və onların DHT-nin aparılması mümkün
olduğu hallarda “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə
klinik protokol”a
**
əsasən ağciyərdənkənar orqanların ayrı-ayrı
formalarına uyğunlaşdırılmış müalicə rejimi təyin edilir (Cədvəl 3).
7.
Xüsusi hallarda (vərəm meningiti və perikarditi, kəskin tənəffüs
çatışmazlığı ilə müşayiət olunan miliar vərəm) vərəm əleyhinə
preparatlarla yanaşı qlükokortikosteroidlərin təyini tövsiyə olunur (A)
20,51
.
8.
DDV-nin yaranması ACKV-nin müalicəsi zamanı dozaların
ötürülməsi, malabsorbsiya sindromu (sorulmanın çatışmazlığı
sindromu) və VMB-yə qarşı aparılan müalicəyə qarşı xəstə
orqanizmin reaksiyasının zəif olması ilə bağlıdır.
9.
ACKV ağciyər vərəmi ilə birgə kombinasiya olunduğu halda
“Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”da
tövsiyə edilən müalicə ACKV-yə adaptasiya etmədən aparılmalıdır.
10.
Kimyəvi terapiyanın aparılma şərtlərindən ən vacibi gündəlik qəbul
edilən preparatların dozalarının nəzarət altında saxlanılmasıdır (D)
85,89
.
11.
Ağır hallar istisna olmaqla, ACKV-li xəstələrin hospiatlizasiyası
vacib deyil (B)
25,60
.
Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi
**
bax: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi. Bakı. - 2011. - 32 səh.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.