15
HƏSSASLIĞI SAXLANILMIŞ VƏ
MONO- VƏ POLİREZİSTENT VƏRƏM XƏSTƏLƏRDƏ
CƏRRAHİ MÜALİCƏ ÜÇÜN GÖSTƏRİŞLƏR
Bu qruplarda cərrahi müalicəyə göstərişlər bir-birindən
fərqlənmir və aşağıdakı hallarda yaranır:
VMB-nin 1-ci sıra dərmanlara həssaslığı spektrinin saxlandığı
xəstələrin müalicəsində uğursuz nəticə olduğu hallarda:
müalicə kursunun son ayında bakterioloji müayinələrin nəticələri
müsbət olduqda və ya vərəm prosesinin fəallığının saxlanmasını
təsdiq edən klinik və rentgenoloji əlamətlər müşahidə olunduqda.
Belə halları proqnozlaşdırmaq olduqca çətindir və buna görə də
cərrahi müdaxilə haqqında qərar dərman müalicəsinin uğursuz
olduğu sübut ediləndən sonra verilməlidir.
Ağciyərlərdə yüksək
residiv vermə riski olan qalıq dəyişikliklər:
diametri 2 sm-dən böyük olan tuberkulomalar və diametri
4 sm-dən böyük, divarlarının qalınlığı isə 1 mm olan kavernalar.
Qalıq dəyişikliklərin formalaşmasının proqnozlaşdırılması
çətindir və buna görə də ağciyərlərdə vərəm prosesinin müsbət
rentgenoloji dinamikası dayanandan sonra cərrahi müdaxilə
barəsində qərar qəbul edilə bilər. Cərrahi müdaxilə ilk 4-6 ay
müddətində tətbiq olunmalıdır.
Dostları ilə paylaş: