Vərəmin fəsadlaşmalarının (spontan pnevmotoraks və
plevranın empiyeması) cərrahi müalicəsi
Vərəm xəstələrində yarana biləcək fəsadlardan biri olan spontan
pnevmotoraks cərrahların xüsusi diqqətini tələb edən ağır fəsaddır.
Əksər hallarda bu bronxo-plevral fistullar verən plevrasının xronik
empiyemasının formalaşması ilə nəticələnir. Xronik empiyemanın
müalicəsi zamanı cərrahi müdaxilələr mərhələli şəkildə aparılır,
müalicənin müddəti isə bir neçə ay çəkir. Yadda saxlamaq lazımdır
ki, uğurlu nəticənin əsasını uğurlu kimyəvi terapiya təşkil edir.
Bu fəsadlaşmanın müalicəsinin əsas məqsədi bronxial fistulların
kimyəvi terapiya və ya cərrahi yolu ilə bağlanması nəticəsində
ağciyərin açılması və empiema boşluğunun ləğv edilməsidir.
Bu fəsadlaşmanın müalicəsində müəyyən tədbirlər alqoritminə
riayət etmək lazımdır.
Əvvəlcə havanın və plevral ekssudatın aspirasiyası məqsədi ilə
plevral punksiya silsiləsi həyata keçirilir. Bundan sonra ağciyərin
açılması əlamətləri müşahidə olunmadığı halda plevral boşluğu
drenaj olunmalıdır. Nəzərə almaq lazımdır ki, aktiv aspirasiya
zamanı kavernanı plevral boşluqla birləşdirən fistul vasitəsi ilə irinli
möhtəviyyatın aspirasiyası da mümkündür. Bu VMB-nin plevral
boşluq boyunca yayılmasına (disseminasiyasına), empiyemanın
kəskinləşməsinə və xəstənin klinik vəziyyətinin ağırlaşmasına səbəb
olur.
Belə hallarda cərrahi müalicənin sonrakı mərhələsində plevral
boşluğun və bronxoplevral fistulanın tamponadası ilə torakostomiya
aparılır. Bundan sonra xəstənin vəziyyəti, adətən, yaxşılaşır: hərarət
və tənəffüsün tezliyi normallaşır, öskürmə və bəlğəmin həcmi azalır,
plevral boşluqdakı möhtəviyyatın geriyə - ağciyərə aspirasiyası
əlamətləri itir, xəstənin iştahası və çəkisi bərpa olunur.
Bu, xəstənin əməliyyatın son mərhələsinə hazırlanmasına imkan
verir. Adətən, tamamlayıcı mərhələdə plevropnevmonektomiya
əməliyyatı aparılır. Vərəmlə zədələnmiş plevranın xaric edilməsi
əməliyyatdan sonra empiyemaların baş verməsi ehtimalını azaldan
olduqca mühüm mərhələdir.
Bəzi hallarda plevral boşluğun tamponadasından sonra
bronxoplevral fistulanın sağalması və ağciyərin tədricən açılması baş
verir. Bu halda eyni zamanda ağciyərdəki kavernaların bağlanması da
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
25
baş verərsə, cərrahi müalicəni ostemioplastika vasitəsi ilə döş
qəfəsində olan torakostomik pəncərənin bağlanması ilə
yekunlaşdırmaq olar.
Bu fəsli yekunlaşdıraraq qeyd etmək lazımdır ki, cərrahi
müdaxilə barəsində qərarın qəbul edilməsi və əməliyyata əks-
göstərişlərin müəyyən edilməsi son dərəcə məsuliyyətli məsələdir.
Bu səbəbdən də
yekun qərar həkim-ftiziatr, cərrah, funksional
diaqnostika mütəxəssisi və anestezioloqdan ibarət həkim kollektivi
tərəfindən qəbul edilməlidir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
|