Microsoft Word 88 Hemofiliya



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə7/58
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#2520
1   2   3   4   5   6   7   8   9   10   ...   58
KLİNİK ƏLAMƏTLƏR 

Hemofiliyanın  ən xarakterik və spesifik əlaməti iri oynaqlara 

qansızmadır, yəni hemartrozlardır. Tez-tez əzələdaxili və 

peritonarxası hematomalar, travmadan, dişlərin ekstraksiyasından, 

cərrahi  əməliyyatdan sonra uzunmüddətli qanaxmalar qeyd olunur. 

Nadir hallarda qarın boşluğu orqanlarına qansızmalar, hematuriya, 

kəllədaxili hemorragiyalar müşahidə olunur. Erkən yaşlarda 

uşaqlarda tez-tez ağız boşluğu selikli qişasından qanaxmalar, burun 

qanaxmaları, dəridə göyərmələr təsadüf olunur. Keçirilmiş hər hansı 

infeksiya, xəstəlik və ya ondan sonrakı dövrdə hemorragik diatez 

daha ağır gedişə malik olur. Ağır formalı hemofiliyalarda iri 

oynaqların zədələnməsi daha erkən dövrlərdə, həmçinin uşağın 

iməkləməyə  və yeriməyə başladığı dövrdə müşahidə olunur. 

Müxtəlif növ qansızmalar arasında hemartrozlar 70-80%, əzələlərdə 

hematomalar 10-20%, mərkəzi sinir sistemində qansızmalar – 5%-

dən az, hematuriya 14-20%, mədə-bağırsaq qanaxmaları – 8% təşkil 

edir (Cədvəl 2, 3). 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin