Microsoft Word Abbasov Cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#1172
1   ...   8   9   10   11   12   13   14   15   ...   21
2007-2014-cü  illəərzində dövlət büdcəsinin gəlirləri, xərcləri və 

büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi 

 

   Göründüyü  kimi,  makroiqtisadi  sabitliyi  və  iqtisadiyyatın  qeyri-neft 



sektorunun  inkişafı  ilə  bağlı  meydana  çıxacaq,  keyfiyyətcə  yeni  tələbləri  nəzərə 

alaraq,  ehtiyatlı  xərc  siyasətinin  yeridilməsi  vacibdir.  Çünki  büdcənin  gəlirləri 

artdıqca, dövlət xərcləri də artmaqda davam edəcəkdir. 

Göstəricilə

2007 

2008 

2009 

2010 

2011 

2012 

2013 

2014 

Ümumi daxili məhsul 

(mlyn.manat) 

4718,1  5315,6  6062,5  7146,5  8530,2  12522,6  18746,2  26815,1 

Büdcənin gəlirləri 

(mlyn.manat) 

714,6 

784,8 


910,2  1220,9  1509,5  2055,2 

3868,8 


6006,6 

Büdcə gəlirlərinin 

ÜDM-də xüsusi çəkisi, 

%-lə 


15,1 

14,7 


15,0 

17,1 


17,7 

16,6 


20,6 

22,4 


Büdcənin xərcləri 

(mlyn.manat) 

764,0 

807,5 


931,8  1234,5  1502,1  2140,7 

3790,1 


6086,2 

Büdcə xərclərinin 

ÜDM-də xüsusi çəkisi, 

%-lə 


16,2 

15,2 


15,4 

17,3 


17,6 

17,1 


20,2 

22,7 


Büdcə kəsiri 

(mlyn.manat) 

-49,3 

-22,7 


-21,5 

-13,6 


7,3 

-85,6 


78,6 

-79,6 


Büdcə kəsirinin ümumi 

daxili məhsula nisbəti, 

%-lə 

 

1,0 



 

0,4 


 

0,4 


 

0,2 


 

0,1 


 

0,7 


 

0,4 


 

0,3 



 

59 


 

Qeyri-neft  sektorunun  ödədiyi  vergilərin  artım  sürətinin  neft  sektorunun 

ödədiyi vergilərin artım sürətindən geridə qalmasına baxmayaraq, birinci daha sabit 

artım  tempinə  malikdir.  Neft  sektorunun  ödədiyi  vergilərin  həcmi  dünya  bazarının 

konyunkturundan daha çox asılıdır.  

          Baxılan dövr ərzində qeyri-neft sektorunun büdcənin ümumi daxilolmalarında 

xüsusi  çəkisinin  yüksək  olması  neft  sektorunun  ödədiyi  vergilərin  həcmində 

azalmanın  dövlət  büdcəsinin  ümumi  daxilolmalarına  olan  mənfi  təsirinin 

yumşalmasını təmin edir. Lakin, neft sektorunun ödədiyi vergilərin dövlət büdcəsində 

xüsusi  çəkisinin  getdikcə  artması  dövlət  büdcəsi  daxilolmalarını  və  xərcləmələrinin 

neft bazarının konyunkturundan asılılığını gücləndirir.  

 2008-ci  ildən  başlayaraq  dövlət  büdcəsi  daxilolmalarının  artımında  neft 

sektorunun ödədiyi vergilərin mühüm rolu vardır ki, bu artım da ilk növbədə dünya 

bazarında  qiymətlərin  artması  ilə  bağlıdır.  Dünya  neft  bazarında    qiymətlərin  neft 

ixracatçıları  üçün  əlverişli  səviyyədə  olduğu  vaxtlarda  dövlət  büdcəsinin  gəlirləri 

artır,  qiymətlərin  qeyri-əlverişli  səviyyəyə  düşdüyü  zamanda  isə  dövlət  büdcəsinin 

gəlir  daxilolmalarında  və  normal  xərclərin  maliyyələşdirilməsində  gərginliklər 

yaradır.  

Qeyri-neft  sektorunun  ödədiyi  vergilərin  həcminin  artması  isə  bu  sektorda 

iqtisadi  canlanmanın  nəticəsidir.  Qeyri-neft  sektorundan  vergi  daxiolmaları  xarici 

tərəddüdlərə məruz qalmır və hökumətin fiskal tədbirlərinin sabitliyinə şərait yaradır. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  qeyri-neft  sektorunun  ödədiyi  vergilərin  həcminin 

real artımı vergi dərəcələrinin aşağı salınması şəraitində baş verir. Bu da onu göstərir 

ki, qeyri-neft sektoru üzərində vergi ağırlığının azalması bu sektorda canlanmaya və 

nəticə etibarilə ödənilən vergilərin həcminin artmasına imkan verir.  

Qeyri-neft  sektorunda  bir  sıra  sahələrin  həyat  fəaliyyətinin  saxlanması 

məqsədilə  hökumət  dəyərinin  tamamilə  ödənilməməsinə  baxmayaraq  enerji 

daşıyıcılarının  qeyri-neft  sektoruna  təklifini  dayandırmır  və  beləliklə,  qeyri-neft 

sektorunun həyat fəaliyyətinin neft sektoru tərəfindən subsidiyalaşdırılması effektini 

yaradır.  Qeyri-neft  sektorunun  ödəniş  qabiliyyətinin  aşağı  olması  sürətli  iqtisadi 




 

60 


 

inkişafın  təmin  olunmasına  ciddi  əngəl  yaradan  ödəməmələr  probleminin 

yaranmasına səbəb olur.  

qtisadiyyatda  qarşılıqlı  ödəməmələr  sistemində  yeganə  xalis  kreditor 

mövqeyinə  Dövlət  Neft  Şirkəti  malikdir.  Azərenerji,  Azəriqaz,  Dəmiryol  idarəsinin 

öz məhsullarının haqlarını ala bilməməsi onları Dövlət Neft şirkəti qarşısında borclu 

durumuna salmışdır. Satılan enerjinin, su və qazın haqqlarının ödənilməsi sisteminin 

qeyri-təkmil  olması,  onların  istehlakçılara  çatdırılması  zamanı  həddən  artıq  texniki 

itkilərin  və  qeyri-rəsmi  mənimsəmə  hallarının  mövcud  olması  da  həmin  sahələrin 

ödəniş  qabiliyyətinə  mənfi  təsir  göstərən  amillərdəndir.  Bununla  yanaşı,  yuxarıdakı 

məlumatlardan  göründüyü  kimi  ən  böyük  məbləğdə  xalis  borclu  mövqeyinə  isə 

Azərkimya  dövlət  şirkətinin  müəssisələri  malikdir.  Bu  isə  bu  sahəyə  daxil  olan 

müəssisələrin  yalnız  dolayı  subsidiyalar  hesabına  fəaliyyət  göstərdiyini  və 

ümumiyyətlə  desək,  həmin  sahənin  iqtisadi  resursların  səmərəsiz  istifadəçisi 

olduğunu  göstərir.  Bütün  bunlar  özünün  maliyyə  ağırlığını  son  nəticədə  neft 

sektorunun  üzərinə  qoyur.  Neft  sektoru  da  öz  növbəsində  dövlət  büdcəsi  qarşısında 

vergi üzrə öhdəliyini tam ödəyə bilməmək vəziyyəti ilə üzləşir.  

Sahələr arasında borc probleminin həll edilməməsi qeyd etdiyimiz kimi, dövlət 

büdcəsinə  olan külli miqdarda  vergi borclarının  mövcud  olmasına  gətirib  çıxarır ki, 

bu da öz növbəsində qeyri-neft sektoru sahələrinin dövlət büdcəsinin iştirakı olmadan 

dolayı olaraq (kvazi-büdcə əməliyyatları) subsidiyalaşdırılması təcrübəsini yaradır.                                                            

Neft  sektorunun  qeyri-neft  sektorunu  ödəməmələr  formasında  maliyyə- 

ləşdirməsi ikincinin belə şəraitdə fəaliyyət göstərməsi ənənəsini yaradır və qeyri-neft 

sektoru  artıq  bu  şəraitə  adaptasiya  olunur.  Bu  şəraitin  aradan  qaldırılması  isə  artıq 

ödəməmələr  probleminin  yaranmasında  mühüm  amil  kimi  çıxış  edən  və  səmərəsiz 

fəaliyyət göstərən sahələrin həyat fəaliyyətinin dayandırılması zərurətini yaradır.  

Azərbaycanda  dövlət  büdcəsi,  neft  fondunun  gəlirlərinin  getdikcə  artması  

geniş  maliyyə  bazasına  malik  bu  tipli  fondların  yaradılmasına  real  imkanlar  açır. 

Qeyri-neft  sektorunun  inkişafı  üzrə  dövlət  maliyyə  fondlarınun  vəsaitləri  aşağıdakı 

formalarda yerləşdirilə bilər: 




 

61 


 

• 

Ə



sas fondların alınması, yeniləşdirilməsi üçün uzunmüddətli, aşağı faizli 

kreditlərin təqdim edilməsi; 

• 

Dövriyyə  vəsaitinin  tamamlanması  üçün  simvolik  faizlə  qısamüddətli 



kreditlərin təqdim edilməsi; 

• 

Veksellərin  uçotunun  və  akseptləşdirilməsi  əməliyyatlarının  həyata 



keçirilməsi; 

• 

Riskli,  lakin  perspektivi  yüksək  olan  yeni  biznes  fəaliyyətinin 



kreditləşdirilməsi; 

• 

nnovasiya layihələrinin kreditləşdirilməsi; 



• 

Lizinq xidmətinin təşkili. 

Qeyri-neft sektorunun inkişafı üzrə dövlət maliyyə fondlarının fəaliyyəti təkcə 

maliyyə  vəsaitlərinin  təqdim  edilməsi  ilə yekunlaşmamalı,  eyni  zamanda    aşağıdakı 

xidmət növləri ilə tamamlanmalıdır: 

•  Menecmentin təşkili üzrə tövsiyyələrin verilməsi; 

•  Kredit risklərinin dəyərləndirilməsi; 

•  Yeni  biznes  imkanlarının  mövcudluğu ilə bağlı informasiyaların verilməsi, 

konsaltinq xidməti, biznes planların tərtibi;  

•  Kreditləşmə  tarixi  üzrə  reyestrin  aparılması  və  hər  müəssisə  üzrə  kredit 

ödəmək mədəniyyətinin təhlili; 

•  Menecerlərin tədrisi sisteminin təşkili; 

•  Modern  texnologiya,  xammal  və  istehsal  məqsədləri  üçün  digər  növ 

vasitələrin daha əlverişli qiymətlərlə alınmasına yardım edilməsi; 

•  Biznes qurumları arasında əlaqələrin yaradılmasına yardım edilməsi; 

•  Məhsulun  ixracının təşkili ilə bağlı məsləhətlərin verilməsi. 

Neft  gəlirlərinin  əsasən  fəal  yığım  vasitəsi  kimi  istifadə  olunması,  yəni  neft 

fondunda  aktivlərin  dinamik  artımı  və  qorunub  saxlanması  strateji  önəm  kəsb  edir. 

Yaxın  gələcəkdə  nəzərdə  tutulan  neft-qaz  müqavilələrinin  reallaşması  nəticəsində, 

Azərbaycan  dünyanın  ən  zəngin  neft-qaz  ölkəsinə  çevriləcəkdir.  Neft  yataqlarının 

mənimsənilməsi,  böyük  kapital  qoyuluşu,  müasir  texnika  və  texnologiyanın  tətbiqi 



 

62 


 

külli  miqdarda  xarici  investisiyaların  cəlb  edilməsi  neftdən  gələn  gəlirlərin  və 

nəticədə,  dövlət  büdcəsinin  gəlirlərinin  nəzərə  çarpacaq  dərəcədə  artmasına  gətirib 

çıxaracaqdır. 

Belə şəraitdə, büdcənin sosial və iqtisadi tərəflərinin optimallaşdırılmasının iki 

üsulu – radikal və evolyusiya üsulları formalaşdı. Birinci üsül - büdcənin səfərbərlik 

modeli  şəraitində,  ikinci  üsul  isə  büdcənin  bazar  modeli  və  sosial  dövlət  şəraitində 

reallaşdırılırdı. Büdcənin hər iki modelinin ümumi cəhəti ondan ibarətdir ki, hər iki 

halda  həyat  risklərindən  müdafiənin  sənaye  prinsipi  əvəzində  bütün  əhalinin  həyat 

səviyyəsinin  yüksəldilməsində  dövlət  məsuliyyəti  əsas  götürülür,  sosial  həmrəyliyə, 

ə

dalət  və  ünvanlı  yardıma  üstünlük  verilir,  insanın  sosial  hüquqları,  vətəndaşların 



konstitusion hüquqları əsas götürülür. 

Hər  iki  model  üçün  xarakterik  cəhət  dövlətin  sosial  funksiyalarının  güclən-

dirilməsi  və  bunula  yanaşı  büdcənin  sosial  xərclərinin  mütləq  və  nisbi  həcminin 

artmasıdır.  Bu,  vergi  sisteminin  rolunun  yüksəldilməsi  və  insanların  sosial-iqtisadi 

həyatına  dövlətin  təsirinin  gücləndirilməsi  ilə  müşaiyət  olunur.  Büdcənin  sosial 

xərclərinin  əsas  funksional  istiqamətləri  də  eynidir:  sosial  təminat,  sosial  sığorta  və 

maddi yardım.  

Dövlət  büdcəsi  vasitəsilə  əhalinin  maddi  rifah  halının  yaxşılaşdırılması,  ölkə 

iqtisadiyyatının idarə olunması, dinamik inkişafının stimullaşdırılması üçün onu əsas 

maliyyə  mənbəyinə  və  iqtisadi  sistemə  təsir  etmək  imkanına  malik  olan  alətə 

çevirmək  lazımdır.  qtisadiyyatın  ayrı-ayrı  sahələrinin,  o  cümlədən  sahibkarlığın 

inkişafına  yönəldilmiş,  dövlət  proqramlarında  büdcə  gəlirləri  hesabına    həyata 

keçirilməsi nəzərdə tutulan layihələrin maliyyələşdirilməsini təmin etmək məqsədilə 

aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiqdir:   

-  büdcə gəlirlərinin artımı hesabına  mərhələlərlə yoxsulluğun azaldılması; 

-  sahibkarlığın  inkişaf  etdirilməsi  üçün  hazırlanmış  proqramlara  maliyyə 

dəstəyinin artırılması; 

-  fundamental  elmin  inkişafı  baxımından  onun  maddi  texniki  bazasının 

yaxşılaşdırılması üçün maliyyə təminatının yüksəldilməsi; 



 

63 


 

- dövlət idarəetmə sistemində aparılan struktur islahatlarını davam etdirmək; 

- dövlət borclarının idarəetmə  mexanizmini təkmilləşdirmək; 

- əsaslı dövlət  vəsaitindən səmərəli istifadəyə nəzarəti gücləndirmək; 

-  minimum  əmək  haqqının  artırılması  və  əməyin  ödəniş  sisteminin 

təkmilləşdirilməsi istiqamətində aparılan işləri davam etdirmək; 

- qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artımını təmn etmək; 

- dövlət zəmanəti ilə kredit alan təşkiatların maliyyə fəaliyyəti üzərində nəzaət 

mexanizmi təkmilləşdirmək ; 

- qiymətli kağızlara olan təlabatı artırmaqla normal rəqabət prinsipləri əsasında 

faiz dərəcələrinin aşağı salınmasına nail olmaq; 

 

-  regionlarda  əmək  ehtiyatlarından,  təbii  və  maliyyə  potensialdan  səmərəli 



istifadə etməklə yerlərdə maliyyə tarazlığının təmin edilməsinə nail olmaq; 

-  getdikcə  güclənən  inflyasiyanın    və  qiymət  artımının  qarşısını  almaq 

istiqamətində kompleks tədbirlər görmək; 

-    dövlət  vəsaitinin    təyinatı  üzrə  xərclənməsi  üzərində  nəzarətin  daha  da 

yaxşılaşdırılması məqsədilə xəzinə nəzarətini gücləndirmək; 

 

Qeyri-neft  sənaye    sahələrinin,    xidmət  və  digər  infrastruktur  obyektlərinin, 



inkişafını  təmin  etmək,  məşğulluğun  səviyyəsini  yüksəltmək  və  əhalinin  güzəranını 

daha da yaxşılaşdırmaq qarşıda duran mühüm vəziflərdəndir. Bu məqsədlə: 

  gələcəkdə də xərclərin investsiya və sosialyönümlülüyünə üstünlük vermək; 

  büdcə təşkilatlarında borclanma prosesini çevik idarə etmək; 

  dövlət olan əmlakının idarə edilməsi mexanizmini təkmilləşdirməklə dövlət 

büdcəsinə daxilolmaları artırmaq; 

  dövlət rüsumuna cəlb olunan xidmətlərin tərkibinin genişləndirməklə onun 

yığılmasına nəzarəti gücləndirmək; 

  büdcə  gəlirlərinin  və  xərclərinin  strukturunun  təkmilləşdirilməsi,  habelə 

şə

ffaflığının  artırılmasını  təmin  edən  qanunvericilik  bazasının  formalaşdırılması 



istiqamətində işi davam etdirmək. 


 

64 


 

Yuxarıda deyilənlərdən və əldə olunan iqtisadi nailiyyətlərdən belə bir qənaətə 

gəlmək  olar  ki,  respublikada  makroiqtisadi  sahədə  nailiyyətlərin  təmin  edilməsinin 

ə

sas  şərtlərindən  biri  də  düzgün  büdcə  –  vergi  siyasətinin  həyata  keçirilməsi 



olmuşdur. Büdcə-vergi siyasətinin və maliyyə sistemində aparılan islahatların mühüm 

istiqamətləri  kimi  büdcə  gəlirlərinin  strukturunun  təkmilləşdirilməsi  və  şəffaflığının 

artırılması,  dövlətə  məxsus  maliyyə  ehtiyatlarından  səmərəli  istifadə  etmək 

baxımından,  xəzinədarlığın  işinin  daha  da  təkmilləşdirilməsi,  xərclərin  icrasının 

maliyyə  planlaşdırılması  əsasında  həyata  keçirilməsi  və  vergi  məkanını 

genişləndirməklə  vergi yükünü azaltmaq olmuşdur. Göründüyü kimi, müasir şəraitdə 

dövlətin büdcə-vergi siyasətində büdcə  tarazlığının  qorunması  çox vacib şərtlərdən 

biri  olduğu  üçün  büdcə-vergi  siyasətini  elə  bir  şəkildə  uyğunlaşdırmaq  tələb  olunur 

ki, dövlət büdcəsi bu uyğunlaşmanın uğursuzluğunda  iqtisadiyyatı iflic vəziyyətinə 

salmasın.  Çünki  hər  bir  siyasətin  pozitiv  nəticələrindən  başqa    neqativ  nəticələrinin 

də ola bilməsini yaddan çıxarmaq lazım deyildir. 

Məlumdur  ki,  vergi  dərəcələrinin  azaldılması  uzunmüddətli  dövrdə  iqtisadi 

aktivliyi  artırmaqla  vergi  bazasının  genişlənməsinə  və  büdcənin  vergi 

daxilolmalarının  artmasına  səbəb  olur.  Lakin  bu  məqamda  əsas  problem 

iqtisadiyyatın hansı fazada olmasını düzgün müəyyənləşdirmək və buna uyğun olan 

optimal  vergi  dərəcələrinin  müəyyənləşməsidir.  Əks  halda  vergi  dərəcələrinin 

azaldılması  istiqamətində  atılan  addımlar  uzunmüddətli  dövrdə  də  lazımi  effekti 

verməyə  bilər  və  büdcə  daxilolmalarını  müəyyən  qədər  azalda  bilər.  ndiki 

vəziyyətdə  iqtisadiyyat  üçün  bu  risk  o  qədər  də  yüksək  deyil.  Çünki  artıq  2010-cu 

ildə  vergi  daxilolmalarının  70%-dən  artığı  neft  sektorundandır.  Bu  sektordan  vergi 

yığımı əvvəlcədən təsbit edilə biləndir.  

Beləliklə,  əslində  vergi  dərəcələrinin  azaldılması  büdcə  daxilolmalarının 

kəskin təsir etməyə bilər. Lakin qeyri-neft sektoru uzunmüddətli perspektivdə bu cür 

güzəştlərdən faydalana bilər. Bu isə vergi bazasının diversifikasiyasına gətirib çıxara 

bilər  ki,  ölkə  iqtisadiyyatının  buna  ehtiyacı  böyükdür.  Neft  faktorunun  xüsusi  təsiri 

belə  yüksək  qalarsa  əlavə  risklər  yarana  bilər.  Xarici  neft  şirkətlərinin  dövlət 




 

65 


 

büdcəsinə ödədikləri vəsaitin (əsasən mənfəət vergisi formasında) miqdarının artması 

nəticəsində  2012-ci  ildə  xarici  neft  kompaniyalarının  dövlət  büdcəsinə  ödədikləri 

mənfəət  vergisinin  ümumi  məbləği  1216,9  milyon  manat  (1,398  milyard  dollar) 

olmuşdur.  Həmçinin  35  milyon  dollar  məbləğində  vəsait  vergi  orqanlarının  neft 

ş

irkətlərində apardığı yoxlamalar nəticəsində ortaya çıxmış yanlış hesablamalara görə 



ə

lavə olaraq büdcəyə cəlb edilmişdir. ARDNŞ-in isə ötən il dövlət büdcəsinə ödədiyi 

vəsait  734.6  milyon  manat  (844  milyon  dollar)  təşkil  etmişdir  ki,  bu  da  2005-ci  ilə 

nisbətən  34.8%  çoxdur.  Buraya  Dövlət  Neft  Fondundan  büdcəyə  585  milyon 

manatlıq stabil transferləri də əlavə etsək büdcədə neft faktorunun payının 65%-dən 

çox olduğu ortaya çıxır (2536.5 mln.AZN). 

 Respublikamızda  qeyri-neft  sektorunun  inkişafı  ilə  bağlı  ən  vacib  strateji 

istiqamət  -  neft  bumu  nəticəsində  makroiqtisadi  sabitlik  üçün  yarana  biləcək 

təhlükələrin  aradan  qaldırılmasıdır.  Burada  əsas  vəzifə  milli  valyutanın 

möhkəmlənməsinin  qarşısının  alınması  və  inflyasiyanın  normal  səviyyədə 

saxlanılması məqsədilə müvafiq dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslana bilər: 

• 

neft  gəlirlərinin  nəzərdə  tutulmuş  səviyyəsindən  artıq  hissəsinin  yığım 



fondunda cəmləşdirilməsi; 

• 

dövlət xərclərinin orta və uzunmüddətli sosial-iqtisadi inkişaf proqramla-



rına uyğun həyata keçirilməsi; 

• 

büdcə  xərclərinin  artırılması  zamanı  onun  məcmu  tələbin  komponentlə-



rinə ayrılıqda göstərdiyi təsir və təklifin strukturu ilə uyğunluğuna diqqət yetirilməsi; 

• 

dövlət xərcləmələrinin idarə olunmasının təkmilləşdirilməsi; 



• 

maliyyə intizamının möhkəmləndirilməsi, həmçinin dolayı subsidiyalaşma 

hallarının azaldılması; 

• 

gözlənilən inflyasiya meyllərinin qarşısının alınması üçün həyata keçirilən 



sterilizasiya tədbirlərinin çevikliyinin artırılması və s.  


 

66 


 

Cədvəl 3.3. 

Azərbaycan Respublikasının 2010-2013-cu illər üzrə icmal büdcəsinin 

göstəriciləri 

  

( mln. manatla) 



 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin