Microsoft Word Abbasov Cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#1172
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
 


 

53 


 

III FƏS L. BÜDCƏ GƏL RLƏR N N ARTIRILMASINDA BÜDCƏ-

VERG   S YASƏT N N SƏMƏRƏL L Y N N YÜKSƏLD LMƏS  

ST QAMƏTLƏR  

3.1. Büdcə gəlirlərinin artırılmasına vergi siyasətinin təsirinin 

optimallaşdırılması 

Təcrübə  göstərir  ki,  təbii  ehtiyatların  istismarı  və  ixracı  nəticəsində  yaranan 

«vəsait  bolluğu»  hökumətlərdə  elə  bir  yalnış  təsəvvür  yaradır  ki,  bu  bolluq  həmişə 

mövcud  olacaqdır.  Məhz  belə  bir  yalnış  təsəvvürə  əsaslanaraq  dünya  təcrübəsində 

xammalın  ixracatından  əldə  olunmuş  vəsaitlərin  kor-təbii,  heç  bir  iqtisadi  səmərə 

gözlənilmədən  xərclənməsi  hallarına  rast  gəlinir  ki,  bu  da  son  nəticədə  xammal 

ixracatçısı olan ölkələrdə iqtisadi inkişafın qeyri-sabit olmasına gətirib çıxarır. Buna 

misal olaraq Nigeriya və Meksikanı göstərmək olar.  Neft gəlirlərinin artmasının ilkin 

mərhələsində  bu  ölkələrdə  böyük  həcmdə  büdcə  kəsirləri  mövcud  idi.  Lakin, 

gəlirlərin  artması  hökumətə  imkan  verdi  ki,  müəyyən  siyasi  dividendlər  qazanmaq 

üçün  büdcə  xərclərini  daha  da  artırsınlar.  Halbuki,  bu  gəlirlərin  büdcə  kəsirinin  və 

xarici  borcun  azaldılmasına  yönəldilməsi  daha  məntiqli  görünərdi.  Məhz  bu  səbəbə 

görə  həmin  ölkələr  neft  gəlirlərinin  azalması  dövründə  sosial-iqtisadi  gərginlik  ilə 

üzləşdilər. 

Beləliklə, holland sindromu təhlükəsinin yaranması fonunda bir çox ölkələrdə 

neft  və  qaz  gəlirlərinin  necə  istifadə  olunması  məsələsi  gündəmə  gəlir.  Məsələ 

burasındadır  ki,  neft  və  qaz  gəlirləri  hədsiz  deyildir  və  gələcək  dövrlərdə  neft 

gəlirlərinin  azalmasının  mənfi  makroiqtisadi  nəticələrini  tam  kompensasiya  etmək 

üçün  milli  iqtisadiyyatda  kifayət  qədər  fiziki  və  insan  kapitalının  yaradılması  çox 

zəruridir.  Neft  gəlirlərinin  əsasən  dövlət  sektorunda  cəmləşdiyini  nəzərə  alaraq,  bu 

gəlirlərin necə xərclənməsi və indiki və gələcək nəsillər arasında necə bölüşdürülməsi 

xammal  kəşvi  ilə  üzləşmiş  ölkələrdə  iqtisadi  siyasətin  təməl  problemlərindən  birini 

təşkil edir. Çünki, təbii ehtiyatlardan əldə olunan gəlirlərin səmərəsiz daxili xərclərə 

yönəldilməsi və siyasi lobbizmin nəticəsi olaraq hədər xərclənməsi təhlükəsi yaranır. 




 

54 


 

Digər  tərəfdən  dövlət  maliyyə  mexanizmləri  şəffaf  deyilsə  ictimaiyyətdə  neft 

gəlirlərinin istifadəsi prosesində hökumətə qarşı inamsızlıq da arta bilər.  

Məhz  bu  təhlükələrə  əsaslanaraq  son  40  ildə  makroiqtisadi  nəzəriyyədə  neft 

gəlirlərinin optimal istifadəsinə dair müxtəlif koseptual baxışlar və modellər təşəkkül 

tapmaqdadır. Bunlardan ən geniş yayılmışı Engel və Valdes yanaşmasıdır ki, burada 

da  neft  gəlirlərinin  nəsillər  arasında  effektiv  bölüşdürülməsi  prinsipləri  özünə  yer 

tapmışdır. Bu yanaşmanın əsasını «daimi (dəyişməz) gəlirlər» hipotezi təşkil edir və 

bu  hipotezə  görə  iqtisadi  subyektlər  öz  gəlirlərinin  yalnız  daimi  hissəsini  xərcləyə 

bilərlər.  Bu  o  deməkdir  ki,  dövlət  bütün  zamanlarda  milli  sərvətlərin  dəyərini 

dəyişməz səviyyədə saxlamalıdır.  

Bu  ilk  növbədə  neft  sərvətlərinin  maliyyə  aktivlərinə  transformasiyası 

vasitəsilə  təmin  olunmalıdır  ki,  gələcəkdə  əldə  olunacaq  faiz  dividendləri  neft 

sərvətlərinin  tükənməsi  səbəbindən  gəlirlərin  azalması  effektini  neytrallaşdırmış 

olsun. Bu prinsipə əsaslansaq deyə bilərik ki, bu gün hökumətin neft gəlirlərinin cari 

istehlakı  gələcəkdə  əldə  olunacaq  faiz  gəlirlərinə  (neft  aktivləri  üzrə)  bərabər 

olmalıdır.   

Bu  modelə  görə  adambaşına  düşən  neft  sərvətlərinin  dəyişməz  saxlanması 

prinsipi  o  zaman  optimal  sayılır  ki,  adambaşına  düşən  qeyri-neft  ÜDM-i 

uzunmüddətli perspektivdə  sabit səviyyədə  qalır.  Əgər adambaşına  düşən  qeyri-neft 

ÜDM-in  artması  gözlənilirsə,  onda  neft  gəlirlərinin  onsuz  da  varlı  olan  gələcək 

nəsillər  üçün  saxlanması  nəsillərarası  transfertlər  modelinə  bir  o  qədər  də  adekvat 

deyildir.  Əksinə,  əgər  qeyri-neft  ÜDM-in  azalması  proqnozlaşdırılırsa  (məsələn, 

ə

halinin  sayının  artması  səbəbindən),  optimal  fiskal  strategiya  tələb  edir  ki, 



adambaşına düşən sərvətlərin  dəyişməz yox, artan trayektoriyası təmin olunmalıdır.     

Hökumətin məqsəd funksiyası ondan ibarət olmalıdır ki, baxılan dövr ərzində 

adambaşına  düşən  sərəncamda  qalan  gəlirlərin  hamarlaşdırılması  vasitəsilə  əhalinin 

maksimal  rifah  halına  nail  olunsun.  Burada  adambaşına  düşən  sərəncamda  qalan 

gəlirlər  dedikdə,  vergilərin  ödənilməsindən  sonra  adambaşına    düşən  qeyri-neft 

ÜDM-i  ilə  adambaşına  düşən  və  neft  gəlirləri  hesabına  maliyyələşən  hökumət 




 

55 


 

xərclərinin  cəmi  nəzərdə  tutulur.  Beləliklə,  neftlə  maliyyələşən  xərclər  ictimai 

istehlaka və ya sosial transfertlərə ekvivalent olan anlayışdır.     

Hökumətin  zamanlarası  (intertemporal)  büdcə  məhdudiyətləri  belə  bir  siyasət 

prinsipini  nəzərdə  tutur  ki,  gələcək  neft  gəlirlərinin  bu  günki  xalis  dəyəri  gələcək 

xərclərin  bu  günki    xalis  dəyəri  və  borcun  xalis  dəyərinin  dəyişməsinə  bərabər 

olmalıdır. Bu zamanlararası büdcə məhdudiyyəti aşağıdakı qaydada müəyyən olunur: 

- hər bir dövr üçün hökumətin büdcə məhdudiyyəti müəyyənləşdirilir; 

- neftlə bağlı fiskal gəlirlər və neft yataqlarının istismarı arasında əlaqə tapılır 

və bu əsasda büdcə məhdudiyyəti müəyyən olunur. 

Hər  bir  dövr  üçün  hökumətin  büdcə  məhdudiyyətinin  müəyyənləşməsi  büdcə 

kəsirinin  hökumətin  xalis  aktivlərinin  azalması  hesabına  maliyyələşməsini  nəzərdə 

tutan  konsepsiyadır.  Qeyri-neft  kəsiri  (neft  hasilatı  ilə  gəlirlərdən  və  neft  aktivləri 

üzrə  faiz  gəlirlərindən  təmizlənmiş  dövlət  büdcəsi  kəsiri)  cəmi  neft  sərvətləri  üzrə 

qazanılmış  faizlərin,  neft  sərvətinin  və  dövlət  borcunun  dəyişməsi  hesabına 

maliyyələşdirilir. 

Bu şərtin əsas ehtimalları ondan ibarətdir ki, hər bir dövrdə qeyri-neft xərcləri 

(dövlət borcuna xidmət daxil olmaqla) qeyri-neft gəlirlərinə bərabərdir və qeyri-neft 

ÜDM-ində sabit xüsusi çəkiyə malikdir. Bu ehtimala əsasən hökumət neft gəlirlərini 

bütün nəsillər arasında elə bölüşdürməlidir ki, daha az gəlirə malik nəsillərin maddi 

rifahı yüksəlmiş olsun. Dövlət borcunun qeyri-neft ÜDM-də sabit payı ehtimal edilir.  

Qeyd  etmək  lazımdır  ki,  bu  qayda  ilə  adambaşına  düşən  sərəncamda  qalan 

gəlirlərin daimi (dəyişməz) trayektoriyası kəmiyyət baxımdan məlum olan müəyyən 

dövr  üçün  hesablana  bilər.  Burada  Engel  və  Vandelin  «alqoritmi»-nə  riayət  etmək 

lazımdır.    Bu  alqoritmə  əsasən  neft  gəlirləri  dövr  ərzində  (məsələn,  Azərbaycan 

şə

raitində 30 il) ən kasıb nəsilin gəlirinin yüksəldilməsinə sərf olunur o vaxta qədər 



ki,  bu  nəsil  maddi  rifahı  ondan  bir  qədər  üstün  olan  nəsilin  rifah  səviyyəsinə  gəlib 

çatır. Əgər bu halda neft gəlirləri tükənməyibsə, iki ən kasıb nəsilin gəlirləri o vaxta 

qədər artırılır ki, bu gəlirlər maddi rifahına görə onlardan üstün olan 3-cü nəsilin gəlir 

səviyyəsinə bərabərləşir. Bu alqoritm zəncirvari sürətdə neft gəlirləri tükənənə qədər 




 

56 


 

davam  etdirilir.    Yekunda  sərəncamda  qalan  gəlirlər  adambaşına  düşən  qeyri-neft 

ÜDM-in artım tempi səviyyəsində yüksəlir. 

Bu  metodologiya  əsasında  cəmi  optimal  xərclər,  optimal  icmal  dövlət 

büdcəsinin kəsiri və optimal qeyri-neft büdcə kəsirnin qeyri-neft ÜDM-nə nisbətləri 

tapılır. Alınmış nəticələr iki parametrlər kateqoriyasına qarşı çox həssasdır: 

- hökumətin niyyətlərini əks etdirən parametrlər: vaxt intervalı və vaxt seçimi 

faktoru; 

-  hökumətin  birbaşa  nəzarətində  olmayan  parametrlər:  əhalinin  artımı, 

beynəlxalq  faiz  dərəcələri,  qeyri-neft  ÜDM-in  artım  tempi,  neftin  qiymətinin 

dəyişməsi.                    

Birinci  parametrlər  kateqoriyası  mahiyyət  etibarilə  hökumətin  neftdən  əldə 

olunan  bütün  gəlirlərin  gələcək  dövrlər  üçün  saxlmanmasına  can  atdığını  nümayiş 

etdirir.  Əgər  faiz  dərəcəsi  vaxt  seçimi  faktoruna  bərabərdirsə,  hökumət  sərəncamda 

qalan  gəlirlərin  hədəflənən  vaxt  intervalında  sabit  qalmasına  səy  göstərməyə 

çalışacaqdır. Lakin əgər faiz dərəcəsi aşağıdırsa hökumət istehlakı vaxt etibarilə irəli 

çəkməyə meylli olacaqdır.  

Eyni  ilə  qeyri-neft  ÜDM-in  artım  tempi  əhalinin  artım  tempinə  bərabər 

olduqda, sərəncamda qalan gəlirlərin qeyri-neft hissəsi dövr ərzində sabit qalacaqdır. 

Bu o deməkdir ki, hökumət üçün dövrlər arasında neft gəlirlərini bərabər nisbətlərdə 

bölüşdürmək  daha  optimal  variantdır.  Lakin,  əgər  qeyri-neft  ÜDM-in  artım  tempi 

daha yüksəkdirsə, neft gəlirlərinin irəlidəki dövrlərə atılması da optimal haldır. 

Qeyd  etmək  lazımdır  ki,  bu  modelin  praktiki  tətbiqini  siyasi  risklər  sərt 

məhdudlaşdıran  əsas  amildir.  Belə  ki,  optimal  fiskal  çərçivədə  bir  neçə  il  ərzində 

böyük  həcmdə  qeyri-neft  kəsirinə  yol  verilə  bilər.  Lakin,  optimal  fiskal  traektoriya 

mütləq  tələb  edir  ki,  yaranmış  kəsir  digər  illərdə  sabit  profisit  ilə  əvəz  olunmalıdır. 

Bu isə siyasi hökumət qarşısında kifayət qədər problematik məsələdir. Çünki əgər bu 

günki hökumət sərt fiskal məhdudiyyətlərə riayət edirsə, sabahkı hökumət tam əksinə 

olan  fiskal  strategiyaya  üstünlük  verə  bilər.  Ona  görə  də  qeyri-neft  defisitinin 

hədəflənən parametrlərinə yönəldilmiş makroiqtisadi modelin həyat qabiliyyətinin və 




 

57 


 

iqtisadi  siyasətdə  təhlil  –  nəzarət  vasitəsi  kimi  rolunun  strateji  qərarlarda  inkar 

edilməsi tamamilə mümkün bir haldır. 

Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-neft sektoru mühüm rol 

oynasa  da,  büdcə  gəlirlərinin  artım  tempində  onun  iştirakı  zəifdir  və  büdcə 

gəlirlərinin  artımında  neft  sektorunun  ödədiyi  vergilərin  payı  daha  böyükdür.    

Ş

übhəsiz  ki,  neft  gəlirləri  qeyri-neft  sektorunun  inkişafı  üçün  mühüm  maliyyə 



mənbəyidir.  Bununla  belə,  bu  sektorun  inkişafı  yalnız  maliyyə  mənbələri  ilə 

məhdudlaşmır. Burada bir çox institutsional amillər də həlledici rola malikdir. Burada 

ə

n başlıca prioritetlərdən biri - qeyri-neft sektorunun inkişaf potensialını maksimum 



nəzərə alan optimal vergi strategiyasının işlənməsidir. Məhz vergi yükünün cüzi yox, 

ə

həmiyyətli dərəcədə azaldılması qeyri-neft sektorunda çox mühüm stimul yaratmaq 



imkanındadır.  Bu  gün  hökumətin  gördüyü  tədbirlər  vergi  yükünün  azaldılmasına 

yönəldilməsi kimi qiymətləndirilməlidir. 

Müasir  dövr  özünün  inkişafının  qlobal  həcminə,  münasibətlərin  mürəkkəb- 

liyinə, iqtisadi  hadisələrin  çevikliyinə  görə  əvvəlki  dövrlərdən xeyli  fərqlənir.    Hal-

hazırda  dünya  neft  sənayesində  mühüm  rol  oynayan  respublikamıza  dünya 

ölkələrinin maraqlarının arasında neft  amili xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin 

ilkin  iqtisadi  yüksəlişi  əsasən  neft  ixracının    hesabına  olmuş,  sonradan  neft  və  qaz 

istehsalına    yardımçı  olan  sənaye  sahələri  inkişaf  etmişdir.  Deyilənlərdən  belə  bir 

qənaətə gəlmək olar ki, ölkəmizdə neft sektoru ilə yanaşı başqa sahələrin də inkişaf 

etdirilməsinə  geniş  imkanlar  vardır  və  bu  istiqamətdə  düzgün,  məqsədyönlü 

investisiya siyasəti aparılır.  Son illərdə digər sferalarda olduğu kimi dövlət maliyyəsi 

sferasında  da  sabitlik  hökm  sürməkdədir.  Eyni  zamanda,  dövlətin  büdcə-vergi 

siyasəti  və  onun  iqtisadi  siyasətin  digər  istiqamətləri,  xüsusən  də  monetar  siyasətə 

effektiv koordinasiyası ölkədə iqtisadi  artımın  dayanıqlı xarakter  almasında  mühüm 

rol oynamışdır. 

Qeyd olunur ki, gələcək illərdə ölkəyə daha çox həcmli neft gəlirlərinin daxil 

olması ilə əlaqədar olaraq, dövlət büdcəsi xərclərinin də surətlə artması makroiqtisadi 

sabitlik üçün müəyyən problem yaratmaq ehtimalının yüksək olduğunu nəzərə alsaq, 




 

58 


 

onda,  dövlət  büdcəsinin  neft  sektoru  hesabına  artmış  gəlirlərinin  istifadəsinin 

istənilən miqyası makroiqtisadi sabitliyin qorunub saxlanması müstəvisində müəyyən 

olunmalıdır.  Büdcə-vergi  və  monetar  koordinasiya  sistemlərinin  gücləndirilməsi, 

düzgün  xərc  strategiyasının həyata  keçirilməsi  yaxın  illərdə  makroiqtisadi sabitliyin 

qorunması üçün vacib şərtlərdən biri kimi qiymətləndirilməlidir. 

Fiskal  strategiyanın  reallaşması  isə  bu  istiqamətdə  həlledici  rol  oynayır. 

Təcrübə göstərir ki, neft gəlirlərinin fiskal ekspansiyada fəal istifadəsi valyuta və pul 

bazarlarında davamlı gərginlik yaradan amildir. Təbii ki,  həm milli valyutanın dolara 

nisbətən  kəskin  bahalaşması,  həm  də  pul  kütləsinin  arzuolunmaz  dərəcədə  artması 

problematik  bir  haldır.  Bu  problem  özünü  neft  gəlirləri  istisna  olmaqla  dövlət 

büdcəsinin real kəsirinə nəzər saldıqda aydın görmək olar (Cədvəl  3.1.).                              

Cədvəl  3.1. 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin