Microsoft Word Abbasov Cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#1172
1   2   3   4   5   6   7   8   9   10   ...   21
2.2. Müasir şəraitdə Azərbaycanda  büdcə-vergi siyasəti və onun 

dövlət gəlirlərinə təsirinin təhlili 

nteqrasiya  şəraitində  makroiqtisadi  sabitliyin  əldə  olunmasında  çevik  və 

məqsədyönlü  siyasətinin  aparılması  həlledici  rol  oynayır.  Ona  görə  də,  ilk  növbədə 

məhz büdcə-vergi siyasətinin tarazlaşdırılmış şəkildə aparılması ölkədə makroiqtisadi 

sabitliyin vəziyyətinə həlledici təsir göstərir. Yeni  iqtisadi sistemin formalaşmasına 

xidmət  edən  iqtisadi  siyasət  sistemli  şəkildə  həyata  keçirilərək  ölkədə  maliyyə 

sabitliyinə nail olmağa yönəldilməlidir. 

Respublika  iqtisadiyyatında  əldə    edilmiş    nailiyyətlər    içərisində    aparılan  

iqtisadi  islahatların  avanqardı  kimi  çıxış  edən  büdcə-vergi  sistemi  özünəməxsus  

yer    tutur.    Maliyyə    sistemində  aparılan    islahatlar      təkcə    hökumətin    fiskal  

siyasətini  deyil, eyni zamanda bu  sistemin  daxili  strukturunu  da  əhatə  etmişdir.

 

 



Hazırda Ümumi Daxili  Məhsulun  tərkibində  qeyri-dövlət sektorunun xüsusi  

çəkisinin    artdığı,  ölkəmizdə    bazar  iqtisadiyyatına  keçidin    getdikcə    daha    da  

sürətləndiyi  bir    şəraitdə    dövlət  tərəfindən    iqtisadiyyatın    tənzimlənməsinin    əsas  

alətləri    olan    fiskal    siyasətlə    monetar    siyasətin    düzgün  nisbəti    xüsusi  rol    oy-

namışdır. Müasir şəraitdə  dövlət  büdcəsinin gəlir və  xərclərinin  tərkibi  ciddi dəyi-

ş

ikliklərə    məruz    qalmışdır.  Fiskal    siyasətdə    xərclərin  tərkibində    sosial    sfera  



xərclərinin, investisiya  və  əsaslı  xərclərin  xüsusi  çəkisi  artırılmış,  dövlət  büdcə-

sindəki  əmək  haqqı,  pensiya  və  təqaüdlər  üzrə  olan  borclar  minimuma  endiril-

miş,  dövlət  büdcəsi ilə  yerli  büdcələr  arasında,  həmçinin  sosial  müdafiə  büdcəsi 

və  digər  büdcədən  kənar  fondlar ilə  münasibətlər və  qarşılıqlı  əlaqələr  prinsipi  

üzərində qurulmuşdur . qtisadiyyatın sabitləşməsi müasir dünyada iqtisadi proseslərin 

sürətləndiyi və iqtisadi  təhlükəsizliyin  qorunmasının gücləndiyi bir şəraitdə maliyyə 

siyasətinin, o cümlədən, onun tərkib hissəsi olan büdcə-vergi siyasətinin təkmilləşdi-

rilməsi  və  səmərəliliyinin  artırılması  üçün  geniş  imkanlar  yaradır.  Büdcə-vergi 

siyasəti  büdcə  gəlirlərinin  formalaşmasının  kəmiyyət  parametrlərinin  və  əsas 



 

39 


 

vəzifələrinin müəyyənləşdirilməsi üzrə dövlətin məqsədyönlü fəaliyyəti kimi iqtisadi 

siyasətin əsas alətləri kimi qiymətləndirilir.  

Büdcə  gəlirlərinin  formalaşması,    büdcə  öhdəliklərinin  yerinə  yetirilməsi, 

büdcə  kəsirinin  idarə  olunması  büdcə-vergi  siyasətinin  mühüm  istiqamətləri  olduğu 

üçün  bu  siyasətin  səmərəliliyi  göstərilən  istiqamətlər  üzrə  icraedici  hakimiyyət 

orqanlarının  fəaliyyəti  kimi  dəyərləndirilir.  Dövlətin  büdcə-vergi  siyasəti  inflya-

siyanın  aşağı  tempinin,  kredit  bazarında  nisbətən  ucuz  faiz  dərəcələrinin 

saxlanılmasını təmin edən dövlət xərclərinin məhdudlaşdırılmasına əsaslanmalıdır. 

 Büdcə-vergi  siyasətinin  səmərəli    həyata  keçirilməsi  real  iqtisadiyyata  güclü 

təsir  göstərir.  Buna  görə  də  əsas  makroiqtisadi  göstəricilərin  dinamikası  həyata 

keçirilən büdcə-vergi siyasətinin səmərəlilik meyarı kimi çıxış edir.  

Müasir  şəraitdə  mülkiyyətin  yeni  formalarının  yarandığı,  təsərrüfat 

subyektlərinə  və  idarəetmə  orqanlarına  sosial-iqtisadi  dəyişikliklərin  həyata 

keçirilməsində  geniş  hüquqlar  verildiyi  üçün  büdcə-vergi  siyasətinin  səmərəli 

istiqamətləndirilməsinin aktuallığı və əhəmiyyəti daha da artır. 

Büdcə  gəlirlərinin  artırılması  mənbələrinin,  dövlət  xərclərinin  idarə 

edilməsinin  və  ona  nəzarətin  təkmilləşdirilməsi,  göstərilən  problemlərin  həlli  üçün 

geniş imkanlar yaradır. 

Dövlət büdcəsinin gəlirləri iqtisadiyyatda  fəaliyyət göstərən bir sıra  qanunlar, 

iqtisadi kateqoriyalarla yanaşı qarşılıqlı əlaqə, təsir və asılılıq şəklində fəaliyyət gös-

tərir. O, iqtisadi münasibətlərin bir hissəsi olan - maliyyə münasibətlərinin müəyyən 

bir tərəfini ifadə edir.  Büdcə-vergi münasibətləri dövlətlə müxtəlif müəssisələr, idarə 

və  təşkilatlar  və  əhali  arasındakı  əlaqələri  ifadə  etməklə  bərabər,  həmin  mü-

nasibətlərin  məcmusu kimi çıxış edir. 

Son  vaxtlarda  iqtisadi  ədəbiyyatda  ÜDM-in  adambaşına  düşən  həcmi  ilə 

hesablanan  iqtisadi  inkişaf  səviyyəsi  ilə  ÜDM-də  dövlət  xərclərinin  xüsusi  çəkisi 

arasında  əlaqənin  xarakterini  adambaşına  düşən  ÜDM-in  həcmi  ilə  ÜDM-də  dövlət 

xərclərinin  xüsusi  çəkisi  arasında  sabit  bir  asılılığın  olduğunu  müəyən  etmək  üçün 



 

40 


 

cəhdlər göstərilməkdədir. Aparılan tədqiqatların əksəriyyətindən belə məlum olur ki, 

bu iki göstərici arasında pozitiv korrelyasiya əlaqəsi mövcuddur. 

Vergi  daxilolmaları  özəl  bölmənin  dövlətə  transfert  ödəmələridir.  Dövlətin 

özəl  bölməyə  transfertləri  xərclər  kimi  qeydiyyata  alınır.  Sahibkarlığın  inkişafı  ilə 

ə

laqədar  görülən  işlər  nəticəsində  ÜDM-də  qeyri-dövlət  sektorunun  xüsusi  çəkisi 



2007-ci  ildəki  30%-dən  2014-cü  ildə  73,3%-ə,  2014-cü  ildə  isə  84%-ə  çatmışdır 

(Bax: cədvəl 2.1.).  

Cədvəl 2.1. 

Ümumi Daxili Məhsulda qeyri-dövlət bölməsinin payı,  % -lə 

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin