II FƏS L. BÜDCƏ GƏL RLƏR N N FORMALAŞMASI
XÜSUS YYƏTLƏR VƏ MÜAS R VƏZ YYƏT N N TƏHL L
2.1. Dövlət gəlirlərinin formalaşması və büdcələrarası bölgüsü xüsusiyyətləri
Azərbaycan Respublikasının ərazisində qanunvericiliklə müəyyən olunmuş
tədiyyələr üzrə daxilolmaların dövlət büdcəsi və digər büdcələr arasında bölgüsü
regionların inkişaf proqramları nəzərə alınmaqla, hər il qəbul olunan dövlət büdcəsi
haqqında qanunla tənzimlənir. Ölkəmizdə gəlirlərin büdcə sisteminin həlqələri
arasında bölgüsü aşağıdakı prinsiplərə əsaslanır:
•
büdcənin gəlirlər sisteminin müvafiq ərazinin iqtisadi inkişafından asılı
olaraq onların gəlirləri hesabına formalaşması;
•
tədiyyələrin ardıcıl və fasiləsiz daxil olması təmin edilməklə, kassa
kəsirinin əmələ gəlməsinin qarşısının alınması;
•
hər bir büdcənin xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin edilməsi;
•
müvafiq ərazinin iqtisadi inkişafına uyğun olaraq büdcənin təminatı;
•
büdcələrin balanslaşdırılmasına nail olunması.
Dövlət gəlirləri sisteminin əsas tərkib hissəsi olan büdcə gəlirləri dövlətin
maliyyə ehtiyatlarını özündə cəmləşdirir. Büdcə gəlirlərinin yaradılması dövlət
tədbirlərini həyata keçirilməsi üçün ərazi, sahə və məqsədli təyinatı üzrə
formalaşdırılır. Büdcə gəlirləri iqtisadi əlaqələri ifadə etməklə bütün mülkiyyətdən
olan müəssisə, təşkilatlar və əhalinin gəlirləri hesabına ölkənin büdcəsini
formalaşdırır. Bu iqtisadi əlaqələr müəssisə, təşkilat və əhalinin dövlət büdcəsi
gəlirlərinə müxtəlif növ tədiyyələr ödənilməsində özünü göstərir.
Müxtəlif səviyyəli büdcələrin xərclərinin təmin olunması üçün onlar müvafiq
gəlirlərə malik olmalıdır. Bu məqsədlə, müasir tələblərə cavab verən büdcə təsnifatı
büdcənin gəlir və xərclərinin uçotunun beynəlxalq standartlara uyğun həyata
keçirilməsinə imkan verməlidir. Adətən, büdcə təsnifatı əsasən büdcənin ayrı-ayrı
gəlirlərini və xərclərini qruplaşdıran «Büdcə gəlirlərinin təsnifatı»ndan, büdcə
xərclərini bölmələr səviyyəsində qruplaşdıran «büdcə xərclərinin funksional
29
təsnifatı»ndan, büdcə xərclərini ayrı-ayrı xərc yarımmaddələri səviyyəsində «Büdcə
xərclərinin iqtisadi təsnifatı»ndan və büdcə xərclərini təşkilatlar səviyyəsində
qruplaşdıran «Büdcə xərclərinin inzibati təsnifatı»ndan iarətdir.
Nəzərə almaq lazımdır ki, gəlirlərin mövcud təsnifatı ilə inkişaf etmiş ölkələrin
gəlirlərinin təsnifatı arasında uyğunsuzluq mövcud olduğundan, ölkələrarası
məlumatların müqayisəsində, həmçini həmin məlumatların beynəlxalq maliyyə
qurumlarına təqdim edilməsində bəzi anlaşılmazlıqlar yaranır. Buna görə də,
gəlirlərin təsnifatına görə ölkəmizin iqtisadi göstəricilərinin digər ölkələrin müvafiq
göstəriciləri ilə müqayisə edilməsi üçün mövcud nöqsanlar aradan qaldırılmalıdır.
Adətən, büdcə gəlirlərinin təsnifatı - vergilərdən daxilolmalar, sosial ayırmalar,
qrantlar və digər gəlirlərdən ibarət dörd kateqoriyaya bölünür. Mövcud təsnifatda
gəlirlər əsasən, spesfik xüsusiyyətlərinə, o cümlədən müxtəlif vergi dərəcələri,
mülkiyyət növləri, vergi orqanlarında qeydiyyata alınma üsulu və sair nəzərə
alınmaqla, vergi ödəyiciləri üzrə təsnifatlaşdırıldığından, vergi dərəcələrinə əlavə və
dəyişikliklər edildikdə, bu qaydaların həyata keçirilməsinə xeyli vaxt tələb olunur.
Buna görə də, gəlirlərin təsnifatında müvafiq qanunvericilik aktlarında ola biləcək
dəyişikliklər maksimum dərəcədə nəzərə alınmalıdır.
Dövlət gəlirlərinin və vergi sisteminin əsasını təşkil edən dövlət vergiləri Vergi
Məcəlləsi ilə müəyyən edilən və ölkənin bütün ərazisində ödənilməli olan vergiləri
ə
hatə edir. Dövlət vergilərinin növləri, vergiqoyma obyektləri, imtiyazların növləri və
dərəcələri, vergilərin ödənilməsi qaydaları və onların büdcə və ya büdcədənkənar
fondlara hesablanması dövlət icra strukturlarının müvafiq aktlarına əsasən tətbiq
edilir. Bu aktlara - qərarlar, əmrlər, sərəncamlar, qaydalar, təlimatlar və əsasnamələr
daxildir. Respublikamızda hal-hazırda tətbiq edilən vergilərə fiziki şəxslərdən gəlir
vergisi, hüquqi şəxslərin mənfəət vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi
şə
xslərin əmlak vergisi, əlavə dəyər vergisi, aksizlər, mədən vergisi, yol vergisi və
sadələşdirilmiş sistem üzrə vergi aiddir. Bu göstərilən vergilərin bir çoxu tənzimləyici
büdcə gəlirlərinə aid edilir. Tənzimləyici gəlirlər normativlər əsasında maliyyə ili
üçün dövlət büdcəsinin bələdiyyə büdcələrinə növbəti və ya uzun müddətə ayırdığı
30
maliyyə vəsaitidir. Eyni zamanda büdcənin tənzimləyici gəlirlərinə transfert
ödənişləri də daxildir.
Bütün hakimiyyət səviyyələri arasında səmərəli gəlir və xərclərin
formalaşması, habelə büdcə münasibətləri sisteminin hazırlanması keçid
iqtisadiyyatlı ölkələrdə islahatların həyata keçirilməsinin həlledici şərtidir. Yerli
səviyyələrdə tarazlaşdırılmış büdcə - makroiqtisadi sabitliyin təmin olunmasının
başlıca amilidir. Bəzi hallarda büdcə tarazlığının pozulması uzun müddət ərzində
davam edə bilər, çünki yerli səviyyəyə keçirilmiş vergilər eyni səviyyəyə keçirilmiş
xərclərdən daha aşağı sürətlə arta bilər.
Müvafiq gəlirlər əldə etmək vasitəsilə dövlət və bələdiyyə orqanları öz vəzifə
və funksiyalarını yerinə yetirmək üçün iqtisadi imkan əldə etməklə yanaşı, sosial-
mədəni tədbirlər həyata keçirir, iqtisadiyyatı tənzimləyir. Dövlətin sosial-iqtisadi
vəzifələrinin həyata keçirilməsinin əsasını təşkil edən dövlət büdcəsi iqtisadi
münasibətlərin mühüm tərkib hissəsi olmaqla, maliyyə münasibətləri sistemində
ə
həmiyyətli rola malikdir.
Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin vergiləri isə müvafiq qanunla
müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin
ə
razilərində ödənilən vergilərdir. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi
ödənişlər müvafiq qanunla müəyyənləşdirilir. Bələdiyyə mülkiyyətində olan əmlakın
istifadəsindən əldə olunun gəlirlər, onların tabeliyində olan büdcə idarələrinin
göstərdikləri pullu xidmətlər və bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə
olunan gəlirlər bələdiyyələrin gəlirlərinə aid edilir.
Bələdiyyə büdcələrinin gəlirləri əsasən yerli vergilər, fiziki şəxslərin torpaq
vergisi, fiziki şəxslərin əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə
mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəət vergisi,
reklam haqqı, kurort, mehmanxana, avtomobillərin dayanacaqları üçün rüsumlar,
pul-şey lotoreyalarının satışından daxilolmalar və digər ödəmələr hesabına
formalaşdırılır.
31
Büdcə gəlirlərinin formalaşmasında vergilərdən daxilolmalarla yanaşı vergi
olmayan gəlirlər də xüsusi əhəmiyyət kəsb edir. Bu gəlirlərə mülkiyyətdən və
sahibkarlıq fəaliyyətindən gəlirlər, büdcə təşkilatının xüsusi vəsaitlərindən
daxilolmalar, maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan
daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən gəlirlər, qeyri-maliyyə dövlət
müəssisə və təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi,
qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, pul-şey lotoreyaları üzrə
daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən sair gəlirlər, maliyyə
təşkilatlarından gəlirlər, Milli Bankın mənfəətindən daxilolmalar, maliyyə təşkilatları
tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi, maliyyə təşkilatlarından
alınan dividendlər, xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər, xarici qeyri-dövlət
strukturlarından mülkiyyətlə bağlı gəlirlər, daxili xüsusi sektordan daxil olan
mülkiyyətlə bağlı gəlirlər, mülkiyyətdən daxil olan sair gəlirlər, inzibati tədiyyələr,
dövlət rüsumlarf, cərimə və sanksiyalar üzrə daxilolmalar aid edilir.
Büdcənin xüsusi gəlirlərinə qeyri - vergi gəlirləri daxildir. Bunlar dövlət və ya
bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz edilməsindən gəlirlər,
büdcə sisteminin digər səviyyəli büdcələrdən maliyyə yardımı və büdcə ssudası kimi
alınan gəlirlərdir. stər dövlət, istərsə də bələdiyyə mülkiyyətində olan əmlakın
satışından alınan vəsaitlər tam həcmdə müvafq büdcələrə köçürülür.
Fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və xarici dövlətlərin
hökumətləri tərəfindən əvəzsiz köçürülən vəsaitlər də büdcə gəlirlərinə daxildir.
Büdcə gəlirləri, həmçinin qarşılqlı hesablaşmalar üzrə əvəzsiz köçürmələr hesabına
da ola bilər. Qarşılıqlı hesablaşmalar üzrə vergi və büdcə qanunvericiliklərində
dəyişikliklər aparılması ilə əlaqədar büdcə sisteminin müxtəlif səviyyəli büdcələr
arasında vəsaitlərin verilməsi , büdcə haqqında qanunda nəzərdə tutulmayan xərclərin
maliyyələşməsi üzrə səlahiyyətlərin və ya gəlirlərin verilməsi üzrə əməliyyatlar da
daxildir.
Təcrübə göstərir ki, transfert ödənişlər formasında vəsaitlərin verilməsi yerli
icra orqanlarına təsərrüfatı inkişaf etdirməyə imkan vermir, bölgədə baş verən iqtisadi
32
və sosial proseslərə təsir etmə dairəssini, büdcələrin gəlir hissəsinin yerinə yetirilmə
imkanlarını azaldır, maliyyə nəzarətini zəiflədir və son nəticədə, büdcə ilində maliyyə
vəsaitlərindən qeyri-səmərəli istifadəsinə şərait yaradır. Bu çatışmazlığı aradan
qaldırmaq üçün bələdiyyə büdcələrinin yerli vergi, gəlir və sair daxilolmaların
hesabına möhkəmləndirilməsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi
zəruridir.
Bazar münasibətləri sistemində büdcə siyasəti dövlət siyasətinin ən vacib və
lazımi bir ünsürüdür. Büdcə siyasətində büdcə gəlirləri mənbələrinin düzgün
müəyyənləşdirilməsi gəlirlərin vaxtında və tam toplanmasının vacib şərtidir..
Hal-hazırda büdcə gəlirlərini mahiyyəti bazar münasibətlərinin tələblərinə
uyğun olaraq bir qədər də dəyişmiş və bu, dünyanin əksər ölkələrində büdcənin idarə
edilməsinə də təsir etmişdir. Bu dəyişikliklər, hər şeydən əvvəl büdcə gəlirlərinin
daha geniş sisteminin yaradılması ilə əlaqədardır. Çünki hər bir dövlətin iqtisadi
potensialı, onun inkişaf səviyyəsi büdcə gəlirlərinin həcmindən asılı olduğundan,
struktur dəyişiklikləri, iqtisadi inkişafın mərhələləri yeni-yeni gəlir mənbələrinin
yaranmasına şərait yaradır, dövlət gəlirlərinin tərkibinin dəyişərək genişlənməsinə
təsir göstərir. Bazar iqtisadiyyatlı ölkələrində daha çox gəlir gətirən sahələrin
inkişafına diqqətin artması, eyni zamanda həmin sahələrə böyük həcmdə sərmayə
qoyuluşunu stimullaşdırır. Gəlirlərin tərkibinə aşağıdakı gəlir növləri: vergilərdən
daxilolmalar, dövlət sərvətlərindən istifadəyə görə borclanmadan gələn gəlirlər və
xəzinənin imkanından istifadə etməklə əldə edilən gəlirlər daxildir. Bu gəlirlərdən
dövlətin sərvətindən istifadəyə görə və vergilər həqiqi dövlət gəlirləri, xəzinə
imkanlarından istifadə etməklə əldə edilən gəlirlər isə fövqəladə dövlət gəlirləridir.
Çünki, xəzinənin buraxdığı dövlət qiymətli kağızları və alınmış borc gələcəkdə
mütləq ödənilməlidir.
Azərbaycan Respublikasının dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respubli-
kasının büdcəsi və yerli büdcələr arasında qarşılıqlı münasibətlərin tənzimləyicisi
kimi mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları yaratmaq,
maliyyə ehtiyatlarını bölüşdürmək prinsipləri əsasında qurulur.
33
Yerli büdcələrlə dövlət büdcəsi arasında münasibətlər yerli sosial-iqtisadi
inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün
olmadıqda dövlət büdcəsindən subvensiya və dotasiya ayrılması, müvafiq
qanunverici və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə verilmiş əlavə
səlahiyyətlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin
ayrılması, müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarlar
ə
sasında yerli büdcələrin gəlirlərinin azalması və xərclərinin artması məbləğləri qərar
qəbul edən orqanlar tərəfindən kompensasiya edilməsi qaydasında, dövlət büdcəsi ilə
dövlət fondları arasında münasibətlər isə bu orqanlar arasında təsdiq olunmuş
tədbirlər planı əsasında həyata keçirilir.
Regional və yerli büdcələrin gəlir mənbələri əsasən əmlak vergisi və satışdan
(dövriyyədən) vergi təşkil edir. Son illərdə regional və yerli büdcələrin tərkibində
gəlir vergisi və mənfəətdən vergilərin payı artmaqdadır. Vergi tədiyyələrinin
bölgüsündə ədalətliliyin təmin olunması üçün ərazinin tədiyyə qabiliyyətinin nəzərə
alınması da vacibdir. Eyni zamanda, yerli vergilər dövlətin maliyyə imkanlarını
zəiflətməməli, dövlət və yerli vergilər birlikdə iqtisadi subyektlər üçün müsadirə
xarakterli olmamalıdır.
Vergilər və vergi xarakterli ödənişlərin konkret ərazilərin regional və yerli
hakimiyyət qurumlarına təhkim olunması və ərazi gəlirlərinin formalaşması aşağıdakı
metodlarla həyata keçirilməlidir:
• tənzimləyici vergilər (vahid, qrup və diferensial) üzrə faiz ayırmaların
uzunmüddətli əsasda müəyyən edilməsi;
• mərkəzləşdirilmiş büdcədən əvəzsiz yardımların ayrılması (dotasiya,
subvensiya, büdcə kompensasiyaları);
• yuxarı büdcədən (büdcədaxili) və maliyyə bazarından (mərkəzləşdirilmil və
bələdiyyə) müvəqqəti olaraq borc vəsaitlərinin əldə edilməsi.
Azərbaycan
Respublikasının
büdcə
gəlirlərinin
strukturunun
təkmilləşdirilməsində mühüm məqamlardan biri – ərazilərin sabit sosial-iqtisadi
inkişafını təmin edən məqbul vergi «yüklənməsinin» tətbiq edilməsidir. Məsələn,
34
investisiya cəlb etmək istəyən ərazilər üçün vergiqoyma aşağıdakı ardıcıllıqla tətbiq
edilməlidir:
• xidmətlərə görə birbaşa tədiyələr;
• təbiətdən istifadəyə görə tədiyələr;
• torpaqdan və şəhər əmlakından istifadəyə görə tədiyələr;
• əmlak vergisi;
• satışdan vergilər;
• müəssisələrin gəlirlərindən vergilər;
• vətəndaşların gəlirlərindən vergilər.
Hər bir konkret rayon və şəhərin şəraitinə uyğunlaşdırılmış «vergi yüklənməsi»
ardıcıllığı həmin ərazinin malik olduğu vergi potensialından istifadənin ortimal
üsulunu seçməyə imkan verir. Belə variantların seçilməsi və həyata keçirilən büdcə
siyasətinin istiqamətlərinin dəqiqləşdirilməsi bu işlə məşğul olan müvafiq maliyyə
qurumlarının və hakimiyyət orqanlarının daima diqqət mərkəzində olmalıdır.
Ölkəmizdə aparılan büdcə islahatlarında dövlətin sosial-iqtisadi inkişafında qəbul
edilən prioritetlərlə yanaşı, hər bir regionun (rayon və şəhərin) tarixi, təbii və iqtisadi
xüsusiyyətləri, ərazinin coğrafi yerləşməsi (sərhəd, anklav, dağlıq və s.) nəzərə
alınmalıdır.
Dünyanın müxtəlif ölkələrində büdcə sistemi daxilində funksiyaların
bölüşdürülməsi həmin ölkənin tarixi, iqtisadi və siyasi inkişaf səviyyəsindən asılı
olaraq bir-birindən fərqlənir. Federativ dövlətlərdə büdcə sistemlərin arasında
funksiyaların bölgüsü daha kəskin ifadə olunur, federasiyanın subyektləri geniş büdcə
hüquqlarına malik olur. Unitar dövlətlərdə inzibati-ərazi vahidlərinin hüquqları çox
da geniş olmur. Lakin istənilən halda, büdcə vəsaitlərinin bölüşdürülməsində aşağı
büdcə səviyyələrinə müəyyən müstəqillik verilir. Yerli hakimiyyət xərclərinin
istiqamətləri və ümumi xərclərdə payı ölkə konstitusiyasında və maliyyə
qanunvericiliyində müvafiq səviyyəli orqanlara verilən səlahiyyətlərdən asılıdır.
Yerli hakimiyyət orqanlarına tabe olan ərazilərdə iqtisadiyyatın inkişafı,
sahibkarlıq təşəbbüslərinin fəallaşması onların bu sahədəki məqsədəyönlü
35
fəaliyyətindən, yerli və xarici investisiyalar cəlb etmək üçün büdcə-vergi
stimullaşdırmasından nə dərəcədə istifadə etmələrindən asılıdır. Bu sahədə görülən
ə
həmiyyətli işlər – yeni müəssisələrin açılması, investorları cəlb edərək
infrastrukturun yaradılması və s. digər fəaliyyət sahələrinin də canlanmasına, yeni iş
yerlərinin açılmasına gətirib çıxarır.
Gəlir daxilolmalarını bölüşdürərkən əsas diqqət yerli büdcələrin gəlir bazasının
formalaşmasına yönəldilir, çünki belə vəziyyət yerli səviyyədə stabil, səmərəli büdcə
münasibətlərinin qurulma məqsədlərinə də daha çox uyğundur. Lakin bunun öz mənfi
cəhətləri də vardır. Yerli hakimiyyət orqanlarına tam vergi səlahiyyətlərinin verilməsi
vergi rejimlərinin qeyri-bərabərliyinə və onun nəticəsi kimi artıq formalaşmış
təsərrüfat əlaqələrinin qırılmasına, istehsal obyektlərinin yerləşdirilməsində
proporsiyaların pozulmasına, investisiya şərtlərində əhəmiyyətli fərqlərin
yaranmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, vergi potensialının qeyri-
bərabərliyi şəraitində vergilərin təhkim olunma metodu ilə bölüşdürülməsi büdcə
təminatı səviyyələrində də qeyri-bərabərliyə səbəb olur və yerli büdcə sisteminin
özünü qeyri-sabit, operativ büdcə tənzimlənməsi olmadıqda isə sosial cəhətdən
gərgin edir.
Buna görə də gəlir daxilolmalarının bölüşdürülməsində vergilərin təhkim
olunması metodu onun pay bölgüsü metodu ilə birləşdirilərək tətbiq edilir. Vergilərin
ə
ksər hissəsi mərkəzi büdcə tərəfindən tutulsa belə, vergi daxilolmalarının müəyyən
hissəsi yerli səviyyəyə verilməlidir. Bu metodun üstünlüyü ondadır ki, yerli
hakimiyyət orqanları gəlir daxilolmaları üçün zəmanət almış olur, həm də bu
metodun özü sadədir. Payın ötürülməsi iki üsulla həyata keçirilir. Birinci üsulla,
vergilər müəyyən edilmiş faiz normativlərinə görə onun yığıldığı ərazinin yerli
orqanının sərəncamında qalır. Vergi daxilolmalarının əldə olunmasının digər
üsulunda yerli hakimiyyət orqanlarına ümumdövlət vergilərinə müəyyən hədlə
məhdudlaşdıran əlavələr etmək hüququ verilir. Vergilərin istər təhkim olunma, istər
payla iştirak metodu ilə bölüşdürülməsi, dövlət strukturularının səviyyələri arasında
bölüşdürülməyə yararlı büdcə daxilolmalarının düzgün seçilməsini tələb edir.
36
Büdcə münasibətlərinin təşkili - idarəetmənin yerli səviyyəsində büdcə
sisteminin stabillik şərti kimi gəlir və xərclərin tarazlaşdırılmasına; inzibati büdcə
sisteminin ədalətliliyi və açıqlığı şərti kimi ərazi vahidlərinin büdcə təminatı
səviyyələrinin bərabərləşməsinə; büdcə sisteminin nəticəlilik şərti kimi yerli
hakimiyyət orqanlarının gəlirlərin cəlb olunması və xərclərə qənaət üzrə səylərinin
stimullaşdırılmasına istiqamətləndirilməlidir. Bu istiqamətlərin hər biri müvafiq
subsidləşdirmə (dotasiya və subvensiyalar) üsulları ilə təmin olunur.
Dünya təcrübəsində mərkəz və regionlar arasında qarşılıqlı büdcə
münasibətlərinin təşəkkülünə üç yanaşma mövcuddur:
• hər bir regionla ayrılıqda vergi daxilolmalarının bölüşdürülməsi və digər
şə
rtlər haqqında ayrıca müqavilə bağlanmasını (məsələn, Çində) nəzərdə tutan «fərdi-
müqavilə»;
• gəlir və xərclərin formalaşması və icrası məsələlərində ayrı-ayrı regionlara
müstəsna hüquqlar verilməsini nəzərdə tutan, xüsusi büdcə rejimlərinin yaradılması
(məsələn, Filippində, Avstraliyada, Malayziyada);
• normativ-hesablama düsturlarının tətbiqi əsasında unifikasiya edilmiş
subsidiyalar verilməsi (əksər ölkələrdə regionların büdcə şərtlərinin qismən
bərabərləşdirilməsi məqsədilə istifadə edilir).
Yerli büdcələrin struktur quruluşunda ciddi dəyişikliklər edilməsi yolunda
qarşıya çıxan çətinliklər təkcə hüquqi xarakterli deyildir. Doğrudan da, bəzi ərazilərin
inkişafının xeyli geridə qalmasını aradan qaldırmaq üçün yerli özünüidarəetmə
orqanlarının tənzimləyici funksiyalarına daha çox zərurət yaranmasına baxmayaraq,
istər xərc, istərsə də gəlir maddələrini çox vaxt iqtisadi səbəblərdən də dəyişmək
çətindir.
Ə
lbəttə, xarici ölkələrdə uğurla tətbiq edilən büdcələrarası münasibətlərin
Azərbaycanda eyni qaydada istifadə edilməsi qeyri-mümkündür. Azərbaycanın hətta
unitar dövlət kimi quruluşundakı bəzi fərqlər (geniş səlahiyyətlərə malik prezident
idarəçiliyinin mövcudluğu), region bölgüsünün ancaq iqtisadi rayonlar səviyyəsində
(Naxçıvan MR-dən savayı) müəyyən olunması, inzibati rayonların ərazisinə və
37
ə
halinin sayına görə nisbətən çox olması, büdcə sistemini faktiki olaraq 2 səviyyədə –
mərkəzi və yerli (rayon və şəhər) büdcələr səviyyəsində müəyyən etmişdir. Bunu
nəzərə alaraq, inkişaf etmiş ölkələrin təcrübəsində diqqəti cəlb edən və nəzərə
alınması zəruri olan aşağıdakı məqamları qeyd etmək olar:
• büdcə-maliyyə qanunvericiliyinin mükəmməlliyi və dəqiqliyinin, onun təməl
prinsip və məqamlarının stabilliyinin təmin edilməsi;
• ərazi büdcələrinin səlahiyyətlərinin dövlətin inzibati-ərazi quruluşuna
müvafiq olaraq - ərazinin sahəsinə, əhalinin sayına, tarixi, iqtisadi, siyasi inkişafın və
milli-mədəni ənənələrə uyğun bölüşdürülməsi;
• regional inkişaf proqramlarının işlənməsi və reallaşmasında demokratizm
prinsiplərinə əməl olunması;
• yerli özünüidarəetmə orqanlarının müstəqilliyini və məsuliyyətinin
genişləndirilməsi
ə
sasında
büdcə
sisteminin
manevretmə
qabiliyyətinin
yüksəldilməsi;
• yerli büdcə vəsaitlərindən öz ərazilərində iş qüvvəsinin təkrar istehsal
prosesində və təsərrüfat fəaliyyətinin tənzimlənməsində daha geniş istifadə edilməsi;
• ərazilərin büdcə tənzimlənməsinin konseptual və təşkilati baxımdan
qurulması və reallaşmasına kompleks yanaşma.
Hazırda iqtisadi ədəbiyyatda əhalinin hansı ehtiyaclarının mərkəzləşdirilmiş
qaydada, hansı ehtiyaclarının və hansı nisbətdə yerli büdcələr səviyyəsində
ödənilməsi, onların mənbələri, keyfiyyəti və s. məsələlər kifayət qədər mübahisə
obyekti olan mövzulardandır. Azərbaycan Respublikasının «Büdcə sistemi» haqqında
qanunda da bir sıra sahələrin və funksiyaların hər iki büdcə səviyyəsində birgə yerinə
yetirilməsi nəzərdə tutulduğundan, göstərilən problemin aktuallığı bir qədər də aşkar
görünür.
|