49
•
Vintvari simmetriya
xətt və ya
müstəvinin tərpənməz ox
ətrafında sabit bucaq sürəti ilə fırlanması və eyni zamanda oxboyu
irəliləmə hərəkəti ilə əldə edilir (şkil 34).
Şəkil 34. Vintvari simmetriya
Asimmetrik kompozisiya əşyanın formasının tapılmasını daha
sərbəst olaraq həll etməyə imkan verir. Asimmetriyanın
simmetriyadan daha çox geniş imkanları vardır. Buna görə
asimmetriya kompozisiya imkanlarına malikdir.
Bu halda daha
diqqətli olmaq tələb olunur. Elementlərin arasındakı formanı elə
dəqiqliklə seçmək lazımdır ki, bədii görüntü daha gözəl olsun.
Asimmetrik kompozisiyanı quran zaman mütənasib olmayan hissələr
arasında elə ölçülər və forma seçmək lazımdır ki, kompozisiyada
hərəkətin dinamikası az dəyanətli olsun. Bir çox maşın və
avadanlıqların yığım vahidləri simmetrik tək – başa uyğun gəlmir.
Məsələn:
avtomobillərin xarici görünüşü, qurğu simmetriyası üzrə
qurulsada onun daxili hissələri öz funksiyalarına görə asimmetrik
yerləşmişlər.Bu bir çox canlı orqanizmlərə də aiddir.
Maşınqayırmada asimmetriyanın üç formasını göstərmək olar.
Ağırlığına, həndəsi və görünüşünə görə. Şəkil 35.a –
da simmetrik
formada olan və ağırlığına görə asimmetrik dəzgahda ağırlıq mərkəzi
simmetriya mərkəzi ilə üst-üstə düşür. Həndəsi asimmetriya (Şəkil
50
35.b) və ya həcmi asimmetriya simmetrik ağırlığa
və qoruyucu
qapaqların özünü doğrultmayan ölçülərinə görə müşahidə olunur.
Ağırlığın və həcmin simmetrik qeyri-bərabər paylanması, mərkəz
oxundan hər iki tərəfə yayınması görünüş asimmetriyası adlanır (Şəkil
35.c).
Dostları ilə paylaş: