Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə14/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
15 
xeyirxahlıq, qonşu Türkiyədə isə tələbəni təhqir etmək mənasına 
uyğun gəlir.
Beləliklə, etnopsixologiya bir elm kimi aşağıdakı məsələlərlə 
məşğul olur: 
1) İdrak və emosional iradi proseslərin milli xüsusiyyətlərini
konkret etnik birliyin nümayəndəsinin şəxsiyyətinin vəziyyət və 
xüsusiyyətlərini öyrənir. 
2) Konkret xalq və millət arasında baş verən sosial-psixoloji 
proses və halların özünəməxsus cəhətlərini; 
3) Etnik şüuru, etnik özünüdərki, milli-mədəni dəyərləri, milli 
xarakteri; 
4) Etnogenezin sosial-psixoloji amillərini. 
Beləliklə, etnopsixologiya, ayrı-ayrı etnos, millət və xalqların 
təfəkkür və davranışı üçün səciyyəvi olan, etnik mənsubiyyətlə 
şərtlənən psixoloji xüsusiyyətləri, o cümlədən milli xarakter, milli 
özünüdərkin formalaşmasının qnunauyğunluqlarını və funksiyasını, 
etnik stereotipləri və s. öyrənən elm sahəsidir.
 
1.2. Etnopsixologiyanın başqa elmlərlə əlaqəsi 
Hər bir elm kimi etnopsixologiya elmi də öz müstəqilliyini 
saxlamaqla bir sıra başqa elm sahələri ilə qarşılıqlı əlaqədədir. Bu 
əlaqə ilk növbədə etnopsixologiyanın obyekti olan etnos, millət və 
xalqları başqa istiqamətdən öyrənən elmlərlə bağlıdır. Bu cür 
elmlərdən sosial psixologiya, etnoqrafiya, antropologiya, etnolo-
giya, etnopedaqogika, etnolinqvistika, etnoarxeologiya, etnocoğra-
fiya, etnososologiya, etnodemoqrafiya, etnogenetika və s. misal 
göstərmək olar. Etnopsixologiyanın bir sıra məsələlərinin tədqiq
bu elmlərin nümayəndələrinin iştirakı və həmin sahələrdə əldə edil-
miş elmi nəticələrdən istifadə olunur etnos və millətlərin kompleks 
şəkildə öyrənilməsinə səy göstərilir. 
Etnosun, xalqın və millətin səciyyəvi psixoloji xüsusiyyətləri 
haqqında obyektiv nəticəyə etnik xüsusiyyətləri tədqiq edən digər 
elm sahələrində əldə olunan qanunauyğunluqlardan, faktlardan 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin