ETNOPSİXOLOGİYA 165
tumurcuqlanan ağacları yellədir. Dördüncü çərşənbə isə Torpaq
çərşənbəsi adlanır. Torpağı, ana təbiəti Tanrı su ilə islatdı, günəşlə
isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla,
kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar.
Ramazan bayramı. İslamın müqəddəs bayramları arasında
orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə
hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan
ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.Orucluq
Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam
edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan
fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu
tamamlayın” müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir
hikmət vardır. Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz.
Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər,
əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Orucluqda sürmə
çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan
digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə adam
dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də,
özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt
şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbər (s.ə.s.) buyurur ki,
Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları
bağlanar, şeytanlarda zəncirdə olar. Döyüşdə və ya əsirlikdə
olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun
əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən
pozanlar isə onun əvəzini tutmaqla yanaşı,tövbə etməli və
kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60
yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza
orucu da əlavə olunur. Orucluğun başa çatdığı gün fitr bayramı
dlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat
edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.
Bayram günü hərkəs öz himayəsində olanlar üçün təqribən 3 kq
buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə
zəkatı verməlidir.O ayda bir xeyir işləyən kimsə digər aylarda bir