ETNOPSİXOLOGİYA 163
düşünür. Ona görə uşaqların, xüsusilə oğulların böyüdülməsi böyük
ciddiliyə sahib bir məsələdir. Qafqazda çox məşhur olan
"maharobeli" sözü, yəni atasına oğlunun doğulduğu barədə xəbər
verən elçiyə səxavətli bir mükafat deməkdir. Bu ənənə əsrlər boyu
keçmiş və günümüzdə də aktualdır.
Yaşlı insanlara və qonaqlara xüsusi hörmət göstərmək də
geniş yayılmış bir ənənə olmuşdur bu qonaq düşmən olsa belə.
Uşağın böyüdülməsinə gəldikdə, Qafqazlılar uşaqların
yetişdirilməsinin qeyri-invaziv metodlarından istifadə edirlər.
Qafqazda yaxşı uşaq yetişdirməsinin əsas komponenti onun
təhsilidir. Qafqazdakı hər bir ailə hesab edir ki, uşağın yalnız zehni
deyil, fiziki cəhətdən də inkişaf etdirilməsi lazımdır. Güləş,
üzgüçülük, tennis və digər idman növləri üzrə bütün uşaqlar
təlimlərdə iştirak edirlər.
Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış
və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o
xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və
dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc
üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə
olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Artıq bütün
dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan
xalqının tarixi qədim olan bayramlarındandır. Tarixi mənbələrə
əsasən, demək olar ki, hələ qədim zamanlarda bu bayram 12-15
gün qeyd olunub.
Azərbaycanın özünün milli bayramları vardır. Bu bayramlar
xüsusi adət-ənənələrlə qeyd olunur. Xüsusi adət-ənənə ilə qeyd
olunan bayramlardan biri də Novruzdur. Novruz xalqımızın milli
bayramıdır. Sambalına, vüsətinə, kütləviliyinə görə, adət-ənənə
zənginliyi baxımından onunla müqayisə ediləcək ikinci bir bayram
yoxdur. Novruz adətləri, Novruz etiketləri xalqımızın say
niyyətinin, humanist xarakterinin, yüksək
əxlaqi-mənəvi
keyfiyyətlərinin təcəssümüdür.
Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz
bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib,