ETNOPSİXOLOGİYA 166
fərz işləmiş kimi olar. O ayda bir fərz işləyən isə digər aylarda
yetmiş fərz işləyən kimidir. O, səbr ayıdır, səbrin qarşılığı isə
Cənnətdir.
Qurban bayramı. İslam dünyasının ən müqəddəs
bayramlarından sayılan Qurban bayramı bütün müsəlman
ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə
etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr
tarixli “Azərbaycan Respublikasının bayramları haqqında”
Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət
səviyyəsində bayram edilir. Üç səmavi dinin yəhudilik, xristianlıq
və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur.
Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir.
Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və
iman işığı durur.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş
qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək,
onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu
bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi,
xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəzən bir neçə
adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib
bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər.
Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə,
bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki,
hər bir şəxsə düşmüş ət payınıən azı üç hissəyə bölmək mümkün
olsun. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və
yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi
günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o
deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız
buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı
olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək
üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu
bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi,
qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar Allaha xoş