Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə163/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
169 
təşkil etmişdir. Respublika dövründə kənd türküləri üzərində edilən 
araşdırmalar sıxlaşmış və bir çoxu yığılaraq qorunmağa 
çalışılmışdır. 
Klassik Qərb Musiqisi isə, respublika dövrü inqilablar sonrası 
Türkiyədə inkişaf etmiş və Klassik Qərb musiqisinə olduqca 
əhəmiyyət verilmişdir.
Doğum adətləri. Qadının ilk doğumuna önəm verildiyindən 
daha çox ilk uşaq üçün hazırlıqlar aparılır, digər doğumlarda özəl 
bir hazırlığa ehtiyac duyulmur. Uşaq doğulduqdan sonra qohumlar 
o evə uşağı görməyə gedərlər. Uşağı görməyə getməyə “Doğuma 
getmə” deyilir. Hazırladıqları hədiyyələri günorta yeməyindən 
sonra yeni doğulan uşağın evinə apararlar.
Sünnət mərasimi. Yaşı çatmış oğlan uşaqları üçün sünnət 
toyu edərlər. Sünnət ümumilikdə iki ilə on iki yaş arasında edilir. 
Sünnət hazırlıqları bitdikdən sonra toy hazırlıqlarına başlanılır. Toy 
ümumi olaraq iki gün davam edir. İlk gün sünnət olacaq uşaq ya da 
uşaqlar çalğı ilə gəzdirildikdən sonra dini bir adətlə sünnət edilir. 
Axşam sünnət olan uşağın acısını unutduracaq çeşidli əyləncələr 
təşkil olunur. İkinci gün ümümi olaraq 8.30-13.00 arası gələn 
qonaqlara yemək verilir. 
Əsgər yola salma və qarşılama. Əsgərə getmədən iki həftə 
öncə gedəcək olanların və dostlarının hazırladığı əyləncələr 
başlayır. Əsgərə gediləcək vaxt gəldikdə isə axşam namazından 
öncə əsgərlər öndə, imam və haqq arxasında olmaq şərti ilə molla 
tərəfindən dua edilir. Dua edildikdən sonra əsgərlər hərkəslə 
vidalaşarlar, halallaşarlar. Əsgərlərin gedəcəkləri günün sabahı 
əsgərlər və yaxınları kəndlərdə kənd meydanında, şəhərdə avtobus 
terminallarında toplanarlar. Əsgərə qohumlar və qonşular ümumi 
olaraq pul hədiyyəsi verirlər. Toplu olaraq yola salmada nağara
klarnet, saz kimi çalğılar çalınar. Yola salmadan sonra əsgər 
ailələrinə “Allah qavuşdursun” deyilər. 
Evliliklə bağlı adətlər. Evlənmələrdə özəlliklə yaş, sosial və 
ekonomik bərabərliklərə baxılır. Qız və oğlanın seçimində soy və 
sülalənin araşdırılmasına diqqət göstərilir. “Anasına bak kızını al, 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin