Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə164/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
170 
kenarına bak bezini al”, “Kız anadan öğrenir bohça düzmeyi, oğul 
babadan öyrenir sohbet gezmeyi” türk atalar sözləri bunun 
göstəricisidir. 
Tanışlığa getmək, qız seçimi. Təsbit edilən qızların evinə 
görücülər öz aralarında qərarlaşdırdıqları bir gündə xəbər verərək 
gedərlər. Gələn qonaqların ziyarət səbəblərini bilən ev sahibi 
qonaqlarına lazım olan hörməti göstərsələr də, qızlarını birdən-birə 
verəcək hissini yaradacaq davranışlardan qaçarlar. 
Evə dönən görücülər görə bildiklərini danışarlar və qız ilə 
ailəsi haqqında müsbət ya da mənfi bir qərara gələrlər. Qız oğlana 
göstərildikdən sonra dəqiq qərar verilər. 
Qız istəmə. Keçmişdə oğlan tərəfinin yaxın qohumlarından 
bir qrup istəmək üçün qız evinə gedərdilər. Qısa bir söhbətdən 
sonra “sizin tutmaç keseni, bizim kalem tutana uygun ve münasip 
gördük” deyilərkən, günümüzdə “Allahın əmri, peygamberin 
kavliyle kızınızı oğlumuza münasip bulduk, siz ne dersiniz?” 
deyilərək qızı istəyirlər. Qız evi isə “iyi geldiniz, hoş geldiniz ama 
kızımız küçük, borçluyuz, evimiz pek yalnız, çocuk da giderse 
elimiz ayağımız kuruyup kalacak” cavabını verərlər. Qızı istəyən 
tərəf də “biz sizi sıkmayız, hepsinin kolayı bulunur, kızın yeri 
iyidir, kaçırmayınız” kimi könül alıcı sözlər deyərlər. Əgər qız 
tərəfi müsbət düşünürsə “Allah nasip etmiş ise ne diyelim” ya da 
“birkaç gün sonra cevap verelim” deyərlər. 
Oğlan evinin ikinci və üçüncü gedişindən sonra söz kəsilir və 
qız evi oğlan evinə “mendil alma” adı altında bir boxça verir. 
Bundan sonra qız ilə oğlan bağlanmış sayılırlar. 
Qız istəmədə oğlanın namaz qılıb qılmadığı şalvarının diz 
izindən bilinirdi. 
Oğlan evinin uyğun bildiyi bir gündə nişan mərasiminin 
ediləcəyi öncədən qız evinə bildirilir. Nişan, qız ailəsinin evi 
yetərlidisə qız evində, deyilsə toy salonu və s kimi geniş bir yerdə 
edilir. Oğlan tərəfindən böyüklərdən biri qızın və oğlanın adlarını 
deyərək nişan üzüklərini taxar və xoşbəxtlik diləyər. Nişanlı 
gənclər daha sonra qonaqların əllərini öpərlər. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin