ETNOPSİXOLOGİYA 174
həyatı atlarına bağlıdır” məsəli var.
At türk mədəniyyətində və xalq inancında müqəddəs
heyvandır. Türk mifologiyasına əsasən “atın gücü Tanrıdan gəlir”.
O, insanın ən yaxın dostu, ölümün və uzaqgörənliyin simvoludur.
Türk adətlərinə əsasən atların bəzi xüsusiyyətləri olmalıdır.
Məsələn, yaxşı at uçan quşa çatmalı, yorulmamalı, düşməni hiss
etməli, sahibinə xəbər verməli, sahibini başa düşməli, ölən sahibini
yolda qoymamalı və onu vətəninə gətirməli, yaralı sahibini isə xilas
etməlidir. At Türkün ən sadiq dostu, sahibinin qoruyucusu və
qələbə yoldaşı sayılırdı.
Türk əfsanə və dastanlarında at sahibinin sadiq dostu
sayılırdı. “Dədə Qorqud” dastanında Bamsı Beyrək zindandan
çıxana qədər onu 16 il gözləyən atına belə deyirdi: “Sənə at
demərəm, qardaş deyərəm, qardaşdan da əzizsən”.
Burdan Türklərin atlara necə əhəmiyyəti verdiyini görə
bilərik.
At, sahibi vəfat edəndə onunla birlikdə dəfn edilirdi. Bu türklərin
ana vətənindən qalma adət idi. Çin mənbələrində Göytürklərin
vəfat edənləri atları və digər əşyaları ilə dəfn etdiyi qeyd olunub.
Vilhеlm Şmidt: “Atlar türklər tərəfindən əhilləşdirilib” yazıb.
Türklər Anadoluya köç edəndə at mədəniyyətini buraya da
gətiriblər. Türk atı məhşur idi, belə ki, Səlcuqlu və Osmanlı
dövründə də at xüsusi yerə malik idi. Hun, Göytürk, Səlcuqlu və
Osmanlı dövlətini varlığını at üstündə döyüşərək qoruyub. At
mədəniyyəti, Orta Asiyadan Hindistana, İrana, İraqa, Avropaya və
Aralıq dənizi ölkələrinə yayılıb. Osmanlı dövründə at tövlǝlǝrindǝ
xüsusi atlar yetişdirilirdi. Türk mədəniyyətində at quyruğundan
hazırlanan tuğlar, bayraq və iqtidar simvolu sayılırdı. Tuğ adəti
Osmanlı dövründə də vardı. Hər dövlət xadiminin tuğu vardı və
ölçüsü vəzifəsinə görə fərqlənirdi.
Xalq arasında atlarla bağlı bir çox inanclar var. Bu inanclar
Orta Asiyadan Anadoluya keçib. Döyüşdə ölən türkün məzarına
onun atının quyruğu asılırdı. Keçmişdə Türklərin məzar daşları at
formasında idi. Məzar daşları sahəsində araşdırma aparan