Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə175/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
181 
yataqda olmalıdır, saçını 
kəsdirməməlidir, ayaqlarınıisti 
saxlamalıdır, soyuq əşyalara toxunmamalıdır. Bəzi ərzaqları, 
meyvələri yeməməlidir, yaşıl çay içməməlidir. Bütün işləri onun 
əvəziinə qohum qadınlar edir. Uşaqlara çox erkən yaşdan çin 
çubuqlarından istifadə etməyi öyrədirlər. Bu uşağın kiçik 
motorikasının inkişafına təsir edərək onu daha ağıllı edir.
Çin xalqının dini və inanclar sistemi. ÇXR konstitusiyası 
Çinin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Ölkədə 
dini işlər üçün xüsusi komitə fəaliyyət göstərir. Hökümət dini 
fəaliyyətə maneə olmamaqla etiqad azadlığını təmin edir. Çində 
kilsə və məbədlərin hüquqları qorunur və ateistlərin ictimai 
yerlərdə təbliğatı qadağandır. Bundan başqa , dövlət din 
xadimlərinə ölkənin siyasi həyatında iştirak etməyə icazə verir. Çin 
və Şanxay ictimai elmlər akademiyalarında buddizm, islam və 
xristianlıq bölmələri olmaqla dünyəvi dinləri tədqiq edən institutlar 
fəaliyyət göstərir. Bundan başqa, İslam teoloji institutu, Nankin 
birləşmiş teoloji seminariyası, Çin buddizmi institutu 
mövcuddur.Bu gün Çində 100 milyondan çox dindar yaşayır və 
onlar öz dini mərasimlərini sayı 85 mini ötən məbəd, məscid və 
başqa yerlərdə həyata keçirir.Çində dinin tarixi çox qədimlərə 
gedib çıxır, əgər Hindistanda din hökmranlığı və hindlinin dini 
düşüncəsi metafizik təxəyyülə dolmuş hesab edilirsə, Çində başqa 
tip dini görüşlər yaranıb. Çində dinin əsas elementlərinə animizm 
və politeizm daxil olub. Çinlilər hesab edirlər ki, dünya ruhlarla 
doludur. Şər ruhlar (quy) xəstəlik və bədbəxtlik gətirir. Bu 
ruhlardan qorunmaq və ya qovmaq üçün isə müxtəlif tilsim və 
rituallardan istifadə edilirdi. Çinlilər dünyanın iki elementin “İn” və 
“Yan” ın birləşməsindən yaranmasına inanırdılar. “İn” qaranlıq, 
qadın, şər hesab olunurdu. Bu keyfiyyətləri özündə cəmləşdirən şər 
ruh “quy” idi. “Yan” isə istilik, işıq, xeyir, kişi demək idi və 
özündə bu keyfiyyətləri təcəssüm etdirən şeylər “quy”dan müdafiə 
olunmaq üçün bu keyfiyyətlərdən istifadə edə bilərdi. Çində daha 
beş əsas dini təlim : konfutsizm, daosizm, buddizm, islam və 
xristianlıq yayılmışdır.Dindən çox etik-siyasi təlim olan konfutsizm 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin