Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə183/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
189 
oğlu Fransanın baş nazir olması, yaxud yapon Fuximorinin Peru 
prezidenti olması nə fransızları, nə də peruluları təəccübləndirmədi. 
Amma, hətta ulu babası VII əsrdən Yaponiyaya gəlmiş olan 
emiqrantın iticəsinin Yaponiyanın baş naziri olmasının təsəvvür 
etmək qeyri mümkündür. ətraf aləmlə, başqa xalqlarla əlaqədə, 
ünsiyyətdə olduqda yaponlar özlərinin bənzərsizliyi haqqında olan 
fikirləri təkzib etməyə yox, əksinə onu təsdiq etməyə çalışmırlar. 
Psixologiya hesab edir ki, insan biopsixososial varlıqdır. 
Yəni, insan xarakterinin bəzi cəhətləri bioloji olaraq genetik 
amillərlə şərtlənirsə, bəziləri həyatda qazanılır. Insanın düşdüyü 
sosial və təbii mühit də insan xarakterinə öz təsirini göstərir , onda 
müəyyən “naxışlar” (xarakter əlamətləri) vurur. Bu mənada müasir 
yapon xarakterindəki bəzi əlamətləri coğrafi determinizm prinsipi 
əsasında izah edilə bilər. Belə ki, Yaponiyanın yerləşdiyi coğrafi 
ərazi, onun iqlimi, təbiəti və s. amillər yapon xarakterinin 
formalaşmasında müəyyən rol oynamışdır. Yapon torpaqlarının 
əksəriyyətinin qeyri məhsuldar olması, təbii sərvət qıtlığı, əlverişsiz 
iqlim şəraiti, əhali sayının artımı, ölkənin ada dövləti olması, 
materiklə quru əlaqəsinin olmaması, əcnəbi ölkələrə emiqrasiyanın 
çox çətin olması və s.obyektiv amillər yaponları gərgin əməklə 
məşğul olmağa, özünü dolandırmaq üçün vasitələr axtarmağa, 
yalnız özlərinə ümid etməyə məcbur etmiş, çıxış yolunu 
çalışmaqda, zəhmətdə görüblər. Bunu nəticəsində yapon milli 
xarakterində 
zəhmətkeşlik, 
əməksevərlik, qənaətcillik, 
məqsədyönlülük, məqsədə çatmaq üçün xırdaçılıq, daxili intizam 
hissi, özünənəzarət, çətinliyə qarşı dözümlülük kimi keyfiyyətlər 
formalaşmışdır. 
Millətin, xalqın xarakteri, psixologiyası onun təfəkkür 
tərzində özünü biruzə verir. Tədqiqatçıların böyük əksəriyyəti 
yapon təfəkküründə bir-biri ilə birləşə bilməyən cəhətlərin 
vəhdətdə olduğunu göstərirlər: mücərrəd düşüncəyə meyillilik, 
yaradıcılıq, rasionalizm və eyni zamanda fikri əməliyyatlarda 
lənglik, özünə inamsızlıq, təşəbbüskarlıqdan uzaq olmaq.
Yapon xarakteri üçün səciyyəvi olan əsas əlamətlərdən biri 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin